Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
7-ci sinif şagirdinin meyiti tapıldı
Prezident sərəncamlar imzaladı
Prezident Davosda bir sıra mühüm görüşlər keçirdi
İlham Əliyev Sloveniyaya dəvət edildi
"İqtisadi təzyiq əsas vasitələrdən biridir"
İqbal Ağazadədən İsa Qəmbərə aşağılayıcı nəzər
Hökumət bəzi qərarlara dəyişikliklər etdi
Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar
Gürcüstan səfiri istefa verdi
Deputatlarımız ABŞ-da
Naxçıvanda müşavirə
Manuçöhr Mottaki: "İran Azərbaycan və Ermənistana yardım etməyə hazırdır"
ETİRAZ NOTASINA CAVAB GƏLDİ
Hökumət yeni qaydanı təsdiq etdi
AŞPA-nın yeni prezidenti İrəvanı hiddətləndirdi
İranda edam dalğası
NATO-nun baş katibi: "Gürcüstan hərbi alyansa üzv qəbul olunacaq"
FƏLAKƏTİN "BİZNESMENLƏRİ"
İKT Ermənistanı işğalçı elan etdi
Ombudsman məhkəməyə etiraz məktubu göndərdi
Sertifikatsız məişət avadanlıqları
Ərəb dövlətləri vasitəçilik edə bilərlər
170 min nəfərə qədər insan həlak olub
Obama İranı hədələdi
TQDK-dan daha bir yenilik
Qarabağ münaqişəsi Londonda müzakirə edildi
Füzuli Ələkbərov: "Vəzifədən sui-istifadə edənlər haqqında inzibati qaydada tədbirlər görülür"
Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təşəbbüs necə irəli sürülə bilər?
Seysmoloqdan qorxulu proqnoz
Əsl erməni elə belə olur
XALXAL - TANRI NİŞANLI YURD
Aleksey Savinov: "Moskvadakı uğursuzluğu unutdurmalıyıq"
"Fənərbağça" cərimələndi
Ermənilərin təhlükəsizliyinə təminat verildi
Ponomaryov "Orduspor"da debüt etdi
Elnur Məmmədli Fransaya gedəcək
Vaqif Cavadovun komandası qalib gəldi
"Neftçi" yeni transferlərini rəsmiləşdirdi
"İnter" yoxlama oyununda heç-heçə etdi
"Qəbələ" Koreya klubuna məğlub oldu
"Bakı"da yeni hücumçu
Dünya Kubokunda 15 idmançımız iştirak edəcək
Yazıçı Sabir Azəri vəfat etdi
Ölkəmiz Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Hadisə bəstəkarımızın mahnısını oxuyacaq
Əzizə Mustafazadə haqqında film çəkilir
"Yuventus"un yeni baş məşqçisi məlum oldu
GÜNÜN LƏTİFƏSİ
   
Füzuli Ələkbərov: "Vəzifədən sui-istifadə edənlər haqqında inzibati qaydada tədbirlər görülür"

"Son 5 ildə ilk dəfə olaraq, Azərbaycanda əlilliyin artım dinamikasında azalma baş verib. Ən böyük azalma isə 2009-cu ildə qeydə alınıb". Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ötən il əlilliyin artım dinamikası əvvəlki illə müqayisədə 6412 nəfər azalıb. Bu isə 2008-ci ildəkindən 25,9 faiz aşağıdır. Tam reabilitasiya göstəricisi isə 5,4 faiz olub ki, bu da son 5 ilin ən böyük göstəricisidir.
   
   Nazir ötən il əlilliyin artım dinamikasının aşağı düşməsini Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən tədbirlərin nəticəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda reabilitasiya müəssisələrinin şəbəkəsi xeyli genişləndirilib. Xaçmaz və Yevlax şəhərlərində hər biri 14 çarpayılıq yeni bərpa mərkəzləri açılıb. Füzuli Ələkbərov bildirib ki, əlillərin bərpa-müalicəsinin səmərəli təşkili bu il üçün də prioritet vəzifə olacaq. Onun sözlərinə görə, artıq əlillik problemlərinə kompleks şəkildə aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyası məqsədilə vahid məlumat bazasının təşkilinə başlanıb. "2009-cu ildə Azərbaycanda həyata keçirilən sosial layihələrin heç biri kəsirdə qalmayıb. Nəzərdə tutulan bütün tədbirlər, o cümlədən ödəmələr vaxtında yerinə yetirilib". F.Ələkbərov məsələ ilə bağlı açıqlamasında bildirib ki, ötən il ölkədə 144 min 829 ailə ünvanlı dövlət sosial yardımlarından bəhrələnib. Hər ailəyə orta hesabla 113 manat həcmində ünvanlı sosial yadım ödənilib. Nazir bildirib ki, 2008-ci illə müqayisədə ötən il sosial müavinət alanların sayı 387 min 547 nəfərdən 394 min 901 nəfərə çatıb. İl ərzində təqaüd alanların sayı isə 32 min 925 nəfər olub. Füzuli Ələkbərovun sözlərinə görə, sosial müavinət alanların sayının sabit qalmasının əsas səbəbi əlilliyə görə sosial müavinət alanların sayında artımın minimuma endirilməsidir.
   
   "Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 707 mənzil tikilərək istifadəyə verilib. Bu isə 2008-ci illə müqayisədə 2 dəfə çoxdur". Nazir Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, 2008-ci ildə 396 mənzil istifadəyə verilmişdisə, ötən il 707 mənzilin tikintisi başa çatdırılıb. Bu il isə 387 mənzilin inşası yekunlaşacaq.
   
   Nazir qeyd edib ki, indiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillərlə təmin olunub. Bundan başqa, 1998-2009-cu illər ərzində 2114 ədəd "OKA" markalı minik avtomobilləri həmin kateqoriyadan olan əlillərə verilib. Ötən il əlillər üçün daha 500 ədəd "Slavuta" markalı avtomobil respublikaya gətirilib.
   
   "2009-cu ildə rayon və şəhər əhalisinin sosial müdafiə mərkəzlərində 50 fakt üzrə araşdırmalar aparılıb. Nəticədə 5 nəfər tutduqları vəzifələrdən azad olunub. 79 nəfərə isə töhmət verilib". F.Ələkbərovun sözlərinə görə, aparılan araşdırma nəticəsində 80600 manat qanunsuz ödənmiş vəsait təqsirkar şəxslər tərəfindən tutularaq büdcəyə qaytarılıb: "Vəzifədən sui-istifadə edən şəxslər haqqında inzibati qaydada tədbirlər görülür". Nazir qeyd edib ki, görülən tədbirlər nəticəsində nazirliyin müxtəlif strukturlarında işin keyfiyyəti xeyli yaxşılaşdırılıb. F. Ələkbərov belə nəzarət tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
   
   "2009-cu ildə Azərbaycanda həyata keçirilən sosial layihələrin heç biri kəsirdə qalmayıb. Nəzərdə tutulan bütün tədbirlər, o cümlədən ödəmələr vaxtında yerinə yetirilib". F.Ələkbərov məsələ ilə bağlı açıqlamasında bildirib ki, ötən il ölkədə 144 min 829 ailə ünvanlı dövlət sosial yardımlarından bəhrələnib.
   
   
V.Məmmədli
Oxunub: 102
Seysmoloqdan qorxulu proqnoz (100)
Elçin Xəlilov: "3 il sonra dünyada böyük seysmik fəallıq yaşanacaq"
"Nəqliyyatı intellektual idarəetmə sistemi" reallaşır (97)
Namiq Həsənov: "Marşrut xətlərinə çıxan avtobusların hərəkət qrafiki izləniləcək"
Füzuli Ələkbərov: "Vəzifədən sui-istifadə edənlər haqqında inzibati qaydada tədbirlər görülür" (102)
Sertifikatsız məişət avadanlıqları (104)
Yararsız ərzaqlar (89)