Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
7-ci sinif şagirdinin meyiti tapıldı
Prezident sərəncamlar imzaladı
Prezident Davosda bir sıra mühüm görüşlər keçirdi
İlham Əliyev Sloveniyaya dəvət edildi
"İqtisadi təzyiq əsas vasitələrdən biridir"
İqbal Ağazadədən İsa Qəmbərə aşağılayıcı nəzər
Hökumət bəzi qərarlara dəyişikliklər etdi
Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar
Gürcüstan səfiri istefa verdi
Deputatlarımız ABŞ-da
Naxçıvanda müşavirə
Manuçöhr Mottaki: "İran Azərbaycan və Ermənistana yardım etməyə hazırdır"
ETİRAZ NOTASINA CAVAB GƏLDİ
Hökumət yeni qaydanı təsdiq etdi
AŞPA-nın yeni prezidenti İrəvanı hiddətləndirdi
İranda edam dalğası
NATO-nun baş katibi: "Gürcüstan hərbi alyansa üzv qəbul olunacaq"
FƏLAKƏTİN "BİZNESMENLƏRİ"
İKT Ermənistanı işğalçı elan etdi
Ombudsman məhkəməyə etiraz məktubu göndərdi
Sertifikatsız məişət avadanlıqları
Ərəb dövlətləri vasitəçilik edə bilərlər
170 min nəfərə qədər insan həlak olub
Obama İranı hədələdi
TQDK-dan daha bir yenilik
Qarabağ münaqişəsi Londonda müzakirə edildi
Füzuli Ələkbərov: "Vəzifədən sui-istifadə edənlər haqqında inzibati qaydada tədbirlər görülür"
Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təşəbbüs necə irəli sürülə bilər?
Seysmoloqdan qorxulu proqnoz
Əsl erməni elə belə olur
XALXAL - TANRI NİŞANLI YURD
Aleksey Savinov: "Moskvadakı uğursuzluğu unutdurmalıyıq"
"Fənərbağça" cərimələndi
Ermənilərin təhlükəsizliyinə təminat verildi
Ponomaryov "Orduspor"da debüt etdi
Elnur Məmmədli Fransaya gedəcək
Vaqif Cavadovun komandası qalib gəldi
"Neftçi" yeni transferlərini rəsmiləşdirdi
"İnter" yoxlama oyununda heç-heçə etdi
"Qəbələ" Koreya klubuna məğlub oldu
"Bakı"da yeni hücumçu
Dünya Kubokunda 15 idmançımız iştirak edəcək
Yazıçı Sabir Azəri vəfat etdi
Ölkəmiz Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Hadisə bəstəkarımızın mahnısını oxuyacaq
Əzizə Mustafazadə haqqında film çəkilir
"Yuventus"un yeni baş məşqçisi məlum oldu
GÜNÜN LƏTİFƏSİ
   
""ÇÖRƏK VƏ ŞOKOLAD"", YAXUD FATMANİSƏNİ ÇƏRLƏDƏN SERİALLAR

Keçmişdə gözəl filmlər çəkərdilər: insanları düşündürən, insanları mənəvi cəhətdən zənginləşdirən, insanlara sevgi aşılayan. Bu sevginin içində qadın sevgisi də vardı, ata-ana, övlad sevgisi də, yurd sevgisi də. Belə filmləri adətən fransızlar çəkərdi, ruslar çəkərdi, italyanlar çəkərdi, hindlilər, almanlar çəkərdilər və təbii ki, bizlər də çəkərdik.
   
   Bir yaxşı rus filmi var, kavboy filmidi, guya hadisələr ABŞ-da baş verir. Pozulmaqda olan bir qəsəbəyə, bütün günlərini barda keçirən, içməkdən, dalaşmaqdan zövq alan qəsəbəyə bir kinoçu gəlib çıxır. Və başlayır gözəl filmlər verməyə, yəni yuxarıda dediklərim filmlərdən. İnsanlar dəyişir, mədəniləşir, mehribanlaşır və sair və ilaxır. Amma bunu istəməyənlər kino zalını yandırırlar, o isə geri çəkilmək istəmir.
   
   Sonra qısa müddətə işləri yerinə qoymaq üçün qəsəbədən ayrılır. Bu vaxt qəsəbəyə başqa bir nəfər gəlir. Və bu gün Hollivudun çəkdiyi adamyeyən, başkəsən, iyrənc nə bilim daha nə filmləri gətirir.
   
   Kinoçu geri qayıdanda görür ki, qəsəbə dağılır. Və insanlar əvvəlkindən də vəhşi və iyrənc bir hala gəliblər.
   
   Heç kəsə sirr deyil ki, kino çox böyük ideologiyadı. Lenin havayıdan kinoya böyük qiymət vermirdi.
   
   Və bu gün təkcə bizim yox, bütün dünyanın əxlaqını pozan, insanları köklərindən ayıran, mənəviyyatından ayıran, insanlıqdan, sevgidən ayıran, insanların beyinlərini zəhərləyən məhz Hollivudun istehsal elədiyi filmlərdi və bir də təbii ki, Qərb ölkələrinin, eləcə də Latın Amerikasının çəkdiyi seriallardı. Az-çox çəkilən ciddi filmlər isə bu basqının altında tab gətirə bilmir. Və insanların da beyni elə zəhərlənib ki, daha insanlar "Onu bağışlamaq olarmı?" filminə baxmağa həvəs göstərmirlər, nə də "Moskva göz yaşlarına inanmır"a, nə də "Əsgər atası"na, nə də "Əsgər haqqında ballada"ya.
   
   Mən heç də filmləri analiz eləmək fikrində deyiləm. Sadəcə olaraq serialları nümayiş etdirəndə nədənsə yadıma məşhur İtalyan kinorejissoru Franko Bruzattinin çəkdiyi "Çörək və şokolad" filmi düşür. Niyə?
   
   Seriallar adətən qırx eşşəyi sağına gələnlərin mənasız çürük həyatlarından, mənasız çürük sevgilərindən, mənasız çürük qısqanclıqlarından, mənasız çürük mənəviyyatlarından bəhs edir. Allı-güllü geyiniblər, cənnətdə yaşayırlar. Təşəxxüs, day nə bilim nə zir-zibil, çürük kübarlıq. Həm baldızıyla yaşayır, qardaşı arvadının buna gözü düşür, qayınanası ondan ötəri ölür, xalası qızı ondan ötəri intihar edir.
   
   Və elə bu filmlər də əslində qırx eşşəyi sağına gələnlər üçün çəkilib ki, bekar-behtin adamlardılar, oturub baxsınlar: çay içə-içə, qumar oynaya-oynaya.
   
   Və bizim heç bir qoyunu sağına gəlməyən Fatmanisəmiz oturub televizorun önündə ağzını açıb heyranlıqla bu seriallara baxır və narkotika qəbul eləmiş adamlar kimi uyur, özünü haralardasa hiss eləyir, özünü orda hansısa bir obrazın yerinə qoyur, ləzzət alır. Axşam da kişi gəlir görür arvad heç olmasa Allahın bir kartofunu da qızartmayıb, salır şapalağın altına, gözünün altı gömgöy. Amma xeyri yoxdu, səhər yenə oturur o serialın qabağında və xoşbəxt olur. Nəhayət, yenə kişi gəlir... Yaxud atası gəlir, yaxud qardaşı gəlir, üç gün-beş gün, sonra məlum olur ki, mal tövləsindən özünü asıb.
   
   Nədən "Çörək və şokolad"? Orda bir epizod var. Bir ailə toyuqçuluq fermasında işləyir və toyuqlarla bir yerdə yatıb-durur və elə toyuqlaşırlar. Hətta qaqqıldayırlar da.
   
   Qırx eşşəyi sağına gələn, gündə on min toyuğu yumurtlayan fermerin övladları dostları ilə birlikdə fermanın yaxınlığındakı gölün ətrafında bir piknik təşkil edirlər. Gözəl-gözəl oğlanlar, gözəl-gözəl qızlar, "Santa-Barbara"dakı kimi (yadımda qalan seriallardan bircə budur və həyatımda da heç bir seriala baxmamışam. Bircə son zamanlar "Kurtlar vadisi"nə baxıram) soyunurlar, ləzzətlə girirlər gölə, lümlüt, anadangəlmə, öpüşmə səhnələri, oxşama səhnələri, gəl ay kasıb.
   
   Toyuqlaşmış ferma işçiləri isə həsrətlə fermanın dar pəncərəsindən "Santa-Barbara"ya baxırlarmış kimi onlara baxırlar. O gözlərdə nələr yoxdur?
   
   O toyuqlaşmış ferma işçilərinin içində qırx eşşəyi sağına gələnlərin qızlarından da gözəl-göyçək bir gənc qız var və həsrətlə o da bu səhnəni izləyir. Sonra bir küncə çəkilib oturur. Çox dəhşətli bir səhnədi. Yəqin o filmə baxanların hamısının yadına düşür.
   
   Televizorda seriallar nümayiş olunanda nədənsə həmişə gözümün qabağına o gənc qız gəlir. Və bir də hansısa yataqxana küncündə, hansısa bir zirzəmidə, hansısa bir vaqonda o serialları izləyən analarımız gəlir, bacılarımız gəlir, qızlarımız gəlir.
   
   Və sonra da gözümün qabağına hansısa bir tövlədə, hansısa bir çardaqda özünü asmış gənclər gəlir...
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 615
BURA ZİBİL TÖKƏNİN ATASINA LƏNƏT (333)
(Birinci yazı)
KOLANILARIN ƏMİOĞLU DAVASINI MİLLİ DAVA KİMİ TƏQDİM EDİRLƏR (350)
TÜRKİYƏDƏ LİDERLƏRİN ÇÖMƏLMƏ DAVASI (313)
(Day ermənilər demir türklərin sonrakı ağlı)
RƏQQASLARIMIZ ƏRƏBLƏRİ DƏLİ ELƏDİ (576)
(Elə məni də)
İT YERİNƏ QOYULMAYAN BMT, PAN Gİ MUN... (489)
(Pan Gi Mundan simpatiçni Naxırçı Hüseynə Allah rəhmət eləsin)
BU, DÖVLƏT BAYRAĞIDIR, CEHİZ XALÇASI DEYİL (523)
(Bayrağımıza sayğısızlıq göstərənlərə...)
KILIÇDAROĞLU AKP-ni KILIÇLAYA BİLƏCƏKMİ?! (272)
TANRI DEYƏSƏN DAY QƏDİR RÜSTƏMOVUN DA SƏSİNƏ QULAQ ASMIR... (494)
TÜRK SİYASƏTİNİN DEVİ DƏNİZ BAYKALA QURŞAQDAN AŞAĞI ZƏRBƏ (489)
Türkiyə açıla-açıla əldən gedir
GÜL BAYRAMI (415)
BAYRAMI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ KEÇİRİR, MƏKTƏBLƏR YOX
TUĞİ-LƏNƏT RADARLARDI, YOXSA SÜRÜCÜLƏR?! (385)
BİLMƏDİM GÜLÜM, YOXSA AĞLAYIM! (359)
(Hüseynqulu müəllimə dediyimiz düz çıxdı)
"YENİ MÜSAVAT" HAKİMİYYƏT QƏZETİ, XALİD KAZIMLI DA HAKİMİYYƏT JURNALİSTİDİR?! (518)
DAĞLAR OĞLU (364)
MEHMET ALİ BİRANDIN BAŞINDAN BÖYÜK QƏLƏTİ (836)
SƏRKİSYANDAN OBAMAYA BİR TƏYYARƏ NÜVƏ BOMBASI (613)
(Allahdan başqa Allah yoxdur, Obama da onun Yer üzündə səkkiz illik dəccalıdı)
BİR ŞAHMAR ƏKBƏRZADƏ... (529)
EŞŞƏK VƏ İNSAN (514)
HƏM BİZİM, HƏM DƏ MÜƏSSİSƏLƏRİN TƏHLÜKƏSİZLİYİ NECƏ QORUNUR? (446)
YOLLARA DƏMİR-BETON ÇƏKSƏK DƏ XEYRİ YOXDU (381)
AKİF İSLAMZADƏ, MƏNİ AD GÜNÜMƏ BAĞIŞLA! (560)
(Siz doğrudanmı Tanrı səsini eşitmisiniz?)
AZƏRBAYCANIN TÜRKİYƏYƏ DƏSTƏYİ ABŞ-ı ÇİLƏDƏN ÇIXARIR (659)
(Prezidentimizə çamur atmağın kökündə nə dayanır?)
ŞEYTAN ÖVLADLARINA KAMİKADZE DEMƏK GÜNAHDI (583)
(Namərdi elə namərd adıyla çağırın)
QƏBƏLƏDƏ PİANO FABRİKİNİN TİKİLMƏSİNƏ NİYƏ DİLXOR OLURSUNUZ? (656)
BAŞINI DİK TUT, TÜRKİYƏ (583)
(Türk min illərin gün işığıdı, nə qədər basdırsan, yenə torpağın üstündə qalar)
GÖRƏN İNSANLAR NİYƏ CİDDİ SÖZƏ İNANMIR? (562)
(Bakıda Qış bulvarı salınmır)
YAZANLAR İTTİFAQI, YOXSA YAZIÇILAR İTTİFAQI? (402)
Bütün yollar Romaya getməsə də Roma elə Romadı
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ BİR ZİBİLDİ (591)
(ATƏT-in 20 illiyinə həsr olunmuş yazılmayacaq povestdən bir parça)
UTANIM YERİNƏ, AY TÜRKİYƏ! (758)
(İran kosmosa canlı göndərdi)
BİR KƏNDİ AZAD EDƏ BİLƏCƏK ƏSGƏRLƏRİ ÖZÜMÜZ GÜLLƏLƏDİK! (602)
(Qalxın! Şəhid atası gəlir!)
""ÇÖRƏK VƏ ŞOKOLAD"", YAXUD FATMANİSƏNİ ÇƏRLƏDƏN SERİALLAR (615)
GÖZÜ ŞAMİLDƏN QORXMUŞDU ÇARIN İNANMIRDI SƏDAQƏTİNƏ MÜSƏLMANLARIN (446)
(Medvedev heç vaxt erməni ola bilməz)
BİZ TÜRKİYƏNİ ONUN BÖYÜKLƏRİNDƏN AZ SEVMİRİK (645)
Seymur Baycanın bügunki yazısına ön söz əvəzi
MİRCƏFƏR BAĞIROVU İKİNCİ DƏFƏ GÜLLƏLƏYƏCƏYİK?! (619)
UNUTDUĞUMUZ AYDIN SƏLİMZADƏ (609)
TÜRKİYƏ İLƏ RUSİYA SƏRHƏDLƏRİ AÇIR (585)
(Ərdoğanın Moskvaya uğurlu səfəri)
"MƏSCİDİ MƏKTƏBİNDƏN BÖYÜK OLAN ÖLKƏNİN AXIRI YOXDU" (421)
HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK (329)
(Divlərin əlindəki işığı almaq ağlımıza gəlməyib)
ABŞ 2010-da SSRİ KİMİ DAĞILACAQ (212)
İMAM HÜSEYN BİZİM GÖZ YAŞLARIMIZ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI (273)
YUNAN PATRİKİ TÜRKİYƏYƏ KƏLLƏ ATDI (336)
(Gör nə günlərə qaldın, Balaş?!)
NİYƏ İVANOVKADAKILAR YAŞAYA BİLİR, BİZİM KƏNDDƏKİLƏR YOX?! (336)
(Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil)
BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ (376)
ANALARIMIZ QOYUN YOX, OĞULLARINI QURBAN KƏSDİLƏR! (438)
(Bəs üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan həmin şəhid analarının Qurban bayramı nə vaxt olacaq?!)
BİZ HƏLƏ HEYDƏR ƏLİYEVDƏN ÇOX ŞEY ÖYRƏNMƏLİYİK (358)
(Bir daha bayraq haqqında)
NİYƏ ŞAGİRDLƏRİN SAYI AZALIR?! (323)
DONUZUN HƏSƏNQULUYA MƏKTUBU (243)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (382)
(Hamıya və heç kimə)
CAHANGİR ƏSGƏROVUN TƏYYARƏLƏRİNİN İTMƏKLİYİ (272)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (366)
(Hamıya və heç kimə)
MƏMMƏDHƏSƏN ƏMİNİN CAHANGİR ƏSGƏROVA MƏKTUBU (318)
QARDAŞ OLUR HAYASTAN-AZƏRBAYCAN?! (342)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (376)
II-ci yazı
HANSI KİŞİNİN DUXU ÇATAR Kİ, (371)
ABŞ-dan icazəsiz narkoticarətlə məşğul olsun?!
BU İL "DONUZ", GƏLƏN İL "EŞŞƏK QRİPİ" (277)
BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ KAN DEYİL, MİLLƏTDİR (356)
BƏLİ, BU AXMAQ SÖZLƏRİ MƏNİM ATAM SÖYLƏMƏYİB (403)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (389)
(Hamıya və heç kimə)
TÜRKİYƏNİN TÜRK OLMAYAN TELEVİZİYA KANALLARI (436)
ALLAHI BU QƏDƏR UCUZLAŞDIRMAYIN (503)
TÜRKİYƏYƏ NÖVBƏTİ FUTBOL TƏLƏSİ: YUNAN KİPRİ (474)
BƏLKƏ ƏSGƏRLƏRDƏ ZƏHƏRLƏNMƏYƏ QARŞI İMMUNİTET YARATMAQ İSTƏYİRLƏR?! (265)
ABŞ PREZİDENTİNƏ NOBEL MÜKAFATI?! MÜSƏLMANLARI QIRDIĞINA GÖRƏ! (315)
BU KÖŞƏ YAZISINI ATATÜRKÜN VƏ TÜRKEŞİN RUHUNA BAĞIŞLADIM (591)
"O bir millətin bayrağıdır, qaldırın!" (485)
ƏRDOĞAN, SƏRKİSYAN VƏ ALA-BULA BOZ KEÇİ... (354)
RAMİZ MEHDİYEV TELEKANALLARA "DUR" DEDİ (472)
XALQ MAHNILARIMIZI MƏHV ETMƏK YARIŞI (330)
HAMININ VƏ HEÇ KƏSİN OLMAYAN ""QARABAĞ"" (357)
(Və hamının və heç kəsin olmayan Qarabağ)
MÜQƏVVASI YANDIRILAN FÜZULİ ƏLƏKBƏROV HAQQINDA BİR NEÇƏ KƏLMƏ (343)
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ ŞEYDİ (386)
ƏHMƏD DAVUDOĞLUNUN QARŞISINA AZƏRBAYCAN BAYRAĞI ÇIXARTDILAR (499)
MÜQƏVVA YANDIRANLARA MÜQƏVVASI YANDIRILANLARIN CAVABI (421)
(Əsgərlərimizin görməli olduğu işi hələ ki idmançılarımız yapdı)
HÜLUSİ KILIÇ REDAKTORLARA RÜŞVƏT VERİB?! (456)
(kiçik bir açıqlama)
JURNALİSTLƏRİN HƏMKARLAR TƏŞKİLATI VARMI?! (359)
Dar gündə tanınan dostlar
AZƏRBAYCANLA TÜRKİYƏNİ KİMSƏ QARŞI-QARŞIYA QOYAMAZ! (530)
TÜRKİYƏNİ DAĞITMAĞA AKP-nin GÜCÜ ÇATMAZ (476)
JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ ÖDƏMƏK ÜÇÜN ! (463)
(Sözünü o kəslərə de ki, onlar 50 manatlıq xanımlara 500 min dollarlıq villa bağışlayırlar)
HƏJAR BƏY, MƏN ELƏ DƏ DEMOKRAT DEYİLƏM (557)
MTN ERMƏNİLƏRƏ SƏS VERƏNLƏRİ GÜLLƏLƏYİR?! (542)
TÜRKİYƏDƏ KİTAB QULDURLARI PEYDA OLUB (560)
(Ən xoş xəbər)
HƏSƏNQULUNUN ATƏT-in BAŞ DONUZUNA CAVABI (382)
DONUZUN BİZİM HƏSƏNQULUYA MƏKTUBU (400)
"EY TÜRK! BİR MİLLƏT KİMİ BÜTÜNLƏŞ, SƏN BÜTÜNLƏŞƏNDƏ BÖYÜK OLURSAN!" (749)
NAZİRLƏR QƏZETLƏRDƏN VƏ MÜXALİFƏTDƏN İCAZƏ ALMALIDIRLARMI?! (552)
(Məzuniyyətə gedərkən)
O UŞAQLARI AĞLATMAYIN, QARDAŞLAR! (428)
"Göz yaşının ən acısı içəriyə axanıdı"
TÜRKİYƏNİN MİSTER PİTKİNLİYİ (406)
DÖVLƏT ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL PULSUZ OLMALIDIR (441)
ÇİNDƏ XOCALI QƏTLİAMI (466)
(Ərdoğan Çinə "one minute" dedi)
ÇİNDƏ ÇİNLİLƏR TÜRKLƏRİ QIRIR... (476)
TÜRKİYƏDƏ DƏ TÜRKLƏR BİR-BİRİNİ
GƏLƏN İL TAXIL ƏKMƏYƏ BİLƏRLƏR (433)
Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (583)
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (390)
19770 UŞAQ NİYƏ ATTESTATSIZ QALDI? (645)
ÇALXALANDIQCA İRAN... (548)
(Nə yağı yağ, nə ayranı ayranlıq olacaq)
EŞŞƏK ZARAFATI (629)
DOLU (600)
(Romandan bir parça)
AZƏRBAYCANLI OLMAQ, HƏLƏ AZƏRBAYCANÇI OLMAQ DEYİL (533)
OBAMA ALLAH DEYİL, ABŞ-dan GƏLƏNLƏR DƏ ALLAHIN BAYISSI OĞLANLARI (659)
"EŞŞƏK" SÖZÜNÜN ÇALARLARI (619)