Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
7-ci sinif şagirdinin meyiti tapıldı
Prezident sərəncamlar imzaladı
Prezident Davosda bir sıra mühüm görüşlər keçirdi
İlham Əliyev Sloveniyaya dəvət edildi
"İqtisadi təzyiq əsas vasitələrdən biridir"
İqbal Ağazadədən İsa Qəmbərə aşağılayıcı nəzər
Hökumət bəzi qərarlara dəyişikliklər etdi
Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar
Gürcüstan səfiri istefa verdi
Deputatlarımız ABŞ-da
Naxçıvanda müşavirə
Manuçöhr Mottaki: "İran Azərbaycan və Ermənistana yardım etməyə hazırdır"
ETİRAZ NOTASINA CAVAB GƏLDİ
Hökumət yeni qaydanı təsdiq etdi
AŞPA-nın yeni prezidenti İrəvanı hiddətləndirdi
İranda edam dalğası
NATO-nun baş katibi: "Gürcüstan hərbi alyansa üzv qəbul olunacaq"
FƏLAKƏTİN "BİZNESMENLƏRİ"
İKT Ermənistanı işğalçı elan etdi
Ombudsman məhkəməyə etiraz məktubu göndərdi
Sertifikatsız məişət avadanlıqları
Ərəb dövlətləri vasitəçilik edə bilərlər
170 min nəfərə qədər insan həlak olub
Obama İranı hədələdi
TQDK-dan daha bir yenilik
Qarabağ münaqişəsi Londonda müzakirə edildi
Füzuli Ələkbərov: "Vəzifədən sui-istifadə edənlər haqqında inzibati qaydada tədbirlər görülür"
Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təşəbbüs necə irəli sürülə bilər?
Seysmoloqdan qorxulu proqnoz
Əsl erməni elə belə olur
XALXAL - TANRI NİŞANLI YURD
Aleksey Savinov: "Moskvadakı uğursuzluğu unutdurmalıyıq"
"Fənərbağça" cərimələndi
Ermənilərin təhlükəsizliyinə təminat verildi
Ponomaryov "Orduspor"da debüt etdi
Elnur Məmmədli Fransaya gedəcək
Vaqif Cavadovun komandası qalib gəldi
"Neftçi" yeni transferlərini rəsmiləşdirdi
"İnter" yoxlama oyununda heç-heçə etdi
"Qəbələ" Koreya klubuna məğlub oldu
"Bakı"da yeni hücumçu
Dünya Kubokunda 15 idmançımız iştirak edəcək
Yazıçı Sabir Azəri vəfat etdi
Ölkəmiz Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Hadisə bəstəkarımızın mahnısını oxuyacaq
Əzizə Mustafazadə haqqında film çəkilir
"Yuventus"un yeni baş məşqçisi məlum oldu
GÜNÜN LƏTİFƏSİ
   
Prezident Davosda çıxış etdi
İsveçrənin Davos şəhərində 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərin, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunur. Toplantıda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri iştirak edirlər.
   
   "AzərTAc"ın yaydığı məlumata görə, builki toplantı "Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur" devizi altında keçirilir. Yanvarın 28-də Forumun "Qlobal enerji mənzərəsi" mövzusunda keçirilən iclasına Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Forumun əsas tədbirlərindən olan iclasda çıxış edən prezident Azərbaycanda energetika sahəsində görülən işlərdən danışıb. Prezident Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq, ölkəmizin ehtiyatları təsdiq olunmuş qaz yataqlarının kifayət qədər çox olduğunu bildirib. Dövlətin iqtisadi inkişafı haqqında danışan prezident İ. Əliyev deyib ki, son 6 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir.
Oxunub: 105
Prezident sərəncamlar imzaladı
Dünən Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşına rütbələr verilməsi və fəxri adlarla təltif edilməsi barədə sərəncamlar imzalayıb. APA-nın məlumatına görə, gömrük qanunvericiliyinin inkişafındakı xidmətlərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə "əməkdar hüquqşünas" fəxri adı verilib.
   
   
   
   ***
   
   Prezidentin digər sərəncamı ilə DGK sədrinin müavini Nazim Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib. Prezident ölkənin iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə DGK-nın bir qrup əməkdaşını da təltif edib. DGK sədrinin müavini Səfər Mehdiyev isə "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif olunub. DGK-nın bir qrup əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.
   
   
   
   ***
   
   Azərbaycan prezidenti İlham Əliyev Vaqif Abas oğlu Heydərova "Əməkdar Mühəndis" fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb. V. Heydərov bu sərəncama iqtisadiyyatının inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.
   
   
   
   ***
   
   Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulunun təyin edilməsi barədə sərəncam imzalayıb. Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulu təyin edilib. Prezidentin digər sərəncamı ilə R. Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
   
   
Oxunub: 128
Prezident Davosda bir sıra mühüm görüşlər keçirdi
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə görüşüb. "AzərTac"ın yaydığı məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyinin vurğulandığı görüşdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə əməkdaşlığın perspektivləri və Nabukko layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
   
   
   
   ***
   
   İlham Əliyev "Chevron" korporasiyasının vitse-prezidenti Cey Prior ilə də görüşüb. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Chevron" korporasiyası arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, enerji məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
   
   
   
   ***
   
   İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Toni Heyvord və "Edisson" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Hər iki şirkətin rəhbərləri ilə ayrılıqda keçirilən görüşlərdə bu şirkətlərin Azərbaycanla əlaqələri müzakirə olunub.
   
   
Oxunub: 109
İlham Əliyev Sloveniyaya dəvət edildi
Davosda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 27-də Sloveniya prezidenti Danilo Türklə görüşü olub. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycana səfərinin xatırladan D. Türk qeyd edib ki, həmin səfər zamanı keçirilmiş səmərəli görüşlər müxtəlif sahələr üzrə əməkdaşlıq üçün yaxşı əsaslar yaradıb. Hazırda Sloveniya tərəfi həmin səfər zamanı əldə edilmiş razılaşmalar üzərində fəal işləyir. Sloveniya Azərbaycanla əlaqələrin daha geniş sahələri əhatə etməsində maraqlıdır. Sloveniya prezidenti Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində vəziyyətlə maraqlanıb.
   
   Öz növbəsində prezident İ. Əliyev əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesinə toxunub. D. Türk Azərbaycan prezidentini Sloveniyaya səfərə dəvət edib.
   
   
Oxunub: 111
"İqtisadi təzyiq əsas vasitələrdən biridir"
"Azərbaycan əmindir ki, Ermənistan tərəfindən işğal edilən torpaqlar, o cümlədən Dağlıq Qarabağ azad edilməyənə qədər Türkiyə protokolları ratifikasiya etməyəcək". APA-nın məlumatına görə, bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "The Wall Street Journal" qəzetinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
   
   "Regionda belə ümumi qavrayış var ki, Ermənistan işğal olunmuş əraziləri azad etməyə başlamaqla, ilk addımı atmalıdır", - deyə ölkə başçısı bildirib.
   
   Dövlət başçısı eyni zamanda Türkiyənin məsələyə anlayışla yanaşmasından məmnunluğunu ifadə edib: "Əgər bu iki məsələ bir-birindən ayrılsa, Ermənistan yəqin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları donduracaq. Ermənistanın danışıqlar masasına gəlməsi üçün iqtisadi təzyiq əsas vasitələrdən biridir".
   
   
   
   
   
   
Oxunub: 112
Mafioz qardaşların Bakıda həbs olunduğu təsdiqləndi
Türkiyəli qardaşlar 2004-dən axtarışdaymış
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyədə bir sıra ağır cinayətlər törədərək ölkədən qaçan şəxslərin Bakıda tutulması barədə məlumatı təsdiqləyib.
   
   DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirlik tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində milli qanunvericiliyin və beynəlxalq konvensiyaların müddəaları, hökumətlərarası və idarələr arası müqavilələr rəhbər tutularaq, xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə qarşılıqlı hüquqi yardım çərçivəsində fəaliyyət cari ildə də məqsədyönlü şəkildə davam etdirilir.
   
   Bu istiqamətdə həyata keçirilən tədbirlərlə, 2004-cü ildən cinayətkar birlik yaratmaq və adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstanbul Ağır Cəza məhkəməsi tərəfindən barələrində həbsli beynəlxalq axtarış elan edilmiş Türkiyə vətəndaşları Mehmet Sena Söyləməz, qardaşı Faysal, yaxının qohumları Dəniz Daşdəmirin Bakıya gələrək, Nərimanov rayonu ərazisindəki mənzillərdən birində kirayədə yaşadıqları müəyyənləşib.
   
   Yanvarın 26-da həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər yaxalanıblar. Onların üzərindən də qaldıqları mənzildən 3 ədəd saxta pasport, Ermənistan, Suriya, İraq, ABŞ və Türkiyə dövlətlərinin milli valyutaları, siyasi ədəbiyyat, xarici mobil operatorlara məxsus sim kartlar, çoxlu sayda sənəd və xəritə aşkarlanaraq götürülüb.
   
   Araşdırmalar davam etdirilir.
   
   Qeyd edək ki, Türkiyə mətbuatı 2004-cü ildə Türkiyədə "Söyləməz Qardaşları dəstəsi" kimi tanınan mütəşəkkil cinayətkar dəstənin məhkəməsi zamanı qaçan və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Mehmet Sena Söyləməz və Mehmet Faysal Söyləməz qardaşlarının Azərbaycanda yaxalandığı barədə məlumat yayıb. Məlumata görə, 6 ildir ki, axtarışda olan qardaşlar dəstə üzvü olan digər bir nəfərlə Bakıda ələ keçiblər.
   
   İnterol ilə əlaqə saxlayan İstanbul polisi Söyləməz qardaşlarını təslim almaq üçün Azərbaycana bir qrup göndərib.
   
   Bu dəstə İstanbulun Eminönü rayonunun sabiq bələdiyyə sədri Əhməd Çətinkayaya sui-qəsd həyata keçirib, sabiq millət vəkili Sədat Bucağın tayfası ilə silahlı qarşıdurmaya gedib. Qardaşların rəhbərlik etdiyi cinayətkar qruplaşma 2003-cü ildə Muş vilayətinin Şəkər Fabrikini 5.8 trilyon lirəyə alan İrfan-Kudbettin Altay qardaşlarını öldürüblər. Həmin il Türkiyə polisi Söyləməz qardaşlarını və cinayətkar qruplaşmanın digər üzvlərini ələ keçirmək üçün Türkiyənin 16 rayonunda eyni vaxtda əməliyyat keçirib və 30 nəfər dəstə üzvü saxlanılab. Məhkəmədə dəstənin 4 üzvü barədə həbs qərarı çıxarılıb, Sena və Faysal Söyləməz qardaşları isə sərbəst buraxılıb. Prokurorluğun etirazından sonra qardaşların həbsi barədə qərar çıxarılıb. Ancaq qardaşlar yoxa çıxıblar.
   
   
Anar İsaoğlu
Oxunub: 87
İqbal Ağazadədən İsa Qəmbərə aşağılayıcı nəzər
Ümid Müsavata yaxınlaşmır, get-gedə uzaqlaşır
Ümid Partiyası ilə Müsavat Partiyası arasında uzun müddətdir yaşanan gərginlik heç də azalana oxşamır. Bunu Ümid Partiyası sədri İqbal Ağazadənin Lent.az-ın əməkdaşı ilə söhbətində jurnalistin sualına cavabı bir daha təsdiq edir. Jurnalist İ.Ağazadədən soruşur:
   
   - Son vaxtlar Əbülfəz Elçibəyin ölümündə hansısa müəmmaların olması barədə açıqlamalar verilir. İsa Qəmbər deyib ki, Elçibəyin ölümü ilə bağlı hansısa faktlar varsa, açıqlanmalı və hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Siz bu fikirlə razısınız?
   
   Cavabda yeri gəlməsə də, İ.Qəmbərə ünvanlanan qərəzi sezməmək mümkün deyil. Cavabdan oxuyuruq:
   
   - Cinayət hadisəsi baş veribsə, bu, fərdin azadlığına, şəxsiyyəti əleyhinə yönəlibsə, təbii ki, bu faktlar təqdim olunmalıdır. Amma İsa Qəmbərin müsahibəsinin ümumi ruhunda bir şey vardı və o məni daha çox narahat etdi. Dövləti cinayətdən danışılır. Cinayətlər də kateqoriyalara bölünür. Şəxsiyyət, dövlət əleyhinə olan cinayətlər var. Dövlət əleyhinə cinayətlər ağır cinayətlər kateqoriyasına aiddir. Şəxsiyyət əleyhinə olan cinayətlərdən bir qismi bu müstəvidədir. Çünki hər bir şəxsin hüquqlarını, mənafelərini müdafiə edən bir dövlət var. Mən Əbülfəz Elçibəyin ölümü ilə bağlı hər hansı fakt, ortada ciddi arqument varsa, İsa Qəmbərin dediyi kimi hüquq-mühafizə orqanlarına təqdim olunmasının tərəfdarıyam. Bu, çox doğru yanaşmadır. Amma eyni dərəcədə kimlərinsə əlində kiminsə xarici dövlətlərə, agentura sistemlərinə işləməsi barədə məlumatı varsa, çox ciddi şəkildə bununla bağlı mətbuata açıqlama verirsə, üstüörtülü eyhamlarla danışırsa, bu, Əbülfəz Elçibəyin ölümü ilə bağlı veriləcək məlumatdan min dəfələrlə mühümdür və həmin fakt dərhal hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Çünki söhbət bir şəxsdən deyil, bütövlükdə Azərbaycan dövlətindən gedir.
   
   "Amma İsa Qəmbərin müsahibəsinin ümumi ruhunda bir şey vardı və o məni daha çox narahat etdi"- müsahibədəki qərəzli hesab etdiyimiz fikir budur. İ.Ağazadə həm Elçibəyə, həm də İ.Qəmbərə yuxarıdan aşağı baxdığını gizlədə bilməyib. Bəlkə də gizlətmək istəməyib.
   
   
Anar İsaoğlu
Oxunub: 108
"Nabucco"- olum və ölüm arasında
İsveçrənin Davos şəhərində artıq iki gündür başlanan Dünya İqtisadi Forumu yanvarın 31-ə qədər davam edəcək. Ötən ilki forumda "Nabucco" qaz kəməri layihəsinin reallığa çevrilməsi üçün müəyyən qərarlar qəbul olunsa da bu istiqamətdə əməli işə keçilməyib.
   
   Hələ dünya iqtisadi böhranı başlamazdan öncə sözügedən layihənin işə düşməsi arzulansa da konkret olaraq maliyyə vəsaitini ayıran ortaya çıxmırdı. Ona görə də əksər siyasi şərhçilər "Nabucco"nun reallaşmamasını iqtisadi amillərlə əlaqələndirirdi. İqtisadi ekspertlər isə irəli sürülən arqumentlə razılaşmır, məsələnin daha çox siyasi çalarlı olduğunu iddia edirdi.
   
   Nəzərə alsaq ki, son zamanlar Rusiya itirmiş olduğu mövqelərini yenidən bərpa etməyə çalışır və bunun real nəticələri özünü göstərməkdədir, o zaman Arvopanın "Nabucco" qaz kəməri layihəsini reallaşdırmaq üçün addımlar atacağını güman etmək olar. Başlanan forumdan da əksəriyyətin gözlədiyi heç şübhəsiz bu amildir.
   
   Layihənin məhz siyasi problemlər üzündən işə düşməməsi fikrində qalan ekspert Qubad İbadoğlu mövqeyini belə əsaslandırır: "Bu layihənin reallaşmaması iqtisadi amillərlə bağlı deyil. Bəllidir ki, burada vacib amillərdən biri siyasi məqamlardır. Layihənin həm tranzit, həm də istehsalçı ölkələrin iştirakı məsələsi hələ də həllini tapmayıb. Layihədə istehsalçı ölkələr sırasında iştirak edən Azərbaycan, Türkmənistan, Qazağıstan kimi çox vacib partnyorların bu prosesə dəstək verməsi məsələsində müəyyən çətinliklər var. Bu baxımdan hesab edirəm ki, başlanan Forum ola bilsin bütövlükdə iqtisadi məsələlərlə bağlı müəyyən aydınlıq yaratsın və müəyyən sualları cavablandırmaq imkanları ortaya qoysun. Amma Forum siyasi məsələləri həll etmək imkanına malik olmayacaq. Çünki, siyasi məsələlərin həlli daha yüksək səviyyədə və daha ciddi müzakirələrdən son həyata keçirilir".
   
   Bölgədə müəyyən proseslərin getməsinin vacibliyini vurğulayan Q. İbadoğlu deyir ki, regionda gedən proseslər "Nabucco" layihəsinin reallığa çevrilməsinin əleyhinədir: "Aydındır ki, bu proseslər sırasında Rusiyanın resurs bazarına nəzarəti layihədə təchizatçı rolunu oynayan ölkələrin Kremllə, xüsusilə qaz idxal-ixracı sahəsində əməkdaşlığı gücləndirilməsi məsələnin o qədər asan həll olunmayacağı ehtimalını artırır. Getdikcə məsələ daha da mürəkkəbləşir. Bu mənada hesab etmirəm ki, bütövlükdə bütün sualları cavablandıracaq Davos Forumu o cümlədən də "Nabucco" ilə batlı məsələyə aydınlıq gətirsin".
   
   Politoloq Qabil Hüseynlinin sözlərinə görə "Nabucco" artıq "ölmüş" bir layihə kimi xatırlanmaqdadır: "Çünki istənilən bir layihənin işləməsi üçün təkcə maliyyəçi deyil, həm də istehsalçı tərəfin ortada olması əsas şərtdir. İstehsalçı tərəflər isə hələ də müəyyənləşməyib. Həmçinin istehsalçı ilə yanaşı maliyyə tərəfi də müəyənləşməyib və bu səbəbdən də Rusiya fəallaşıb. Kreml "Nabucco"nu sıradan çıxarmaqda olan cənub qaz kəməri layihəsini reallaşdırmaq istiqamətində bütün işləri görüb. Ona görə də Davos Forumunda bu məsələnin gündəmə gətirilməsi mümkündür. Çox güman ki, "Nabucco" məsələsi gündəmə gətirələcək. Çünki bu Avropanın taleyi ilə bağlı olan məsələdir. Amma layihənin reallığa çevrilməsində istehsalçıların, maliyyəçilərin tapılacağı barədə öncədən proqnozlar vermək mümkün deyil".
   
   Rusiyanın itirmiş olduğu təsir dairələrinə getdikcə daha çox müdaxilə etməsinə toxunan siyasi şərhçi deyir ki, təsir imkanlarını önləmək üçün ortada quru vədlərdən savayı heç nə yoxdur: "Avropanın Qərbi Mərkəzi bir də keçmiş sosializm düşərgəsinə daxil olmuş ölkələri var. Qərbi və Mərkəzi Avropa dövlətləri demək olar ki, özlərinin enerji təchizatlarını müxtəlif kanallar, o cümlədən də Rusiya vasitəsilə təmin edib. Əsas əziyyət çəkən Şərqi Avropa ölkələridir ki, "Nabucco" layihəsi üzərində əsən də onlardır. Onların isə maliyyəsi yoxdur. İstehsalçı tərəflər-Türkmənistan, Qazağıstan, Azərbaycan kimi ölkələr quru vədlərə o qədər də inanmır. Bir sözlə ortada layihəni reallaşmasına stimul verən nəsə yodur".
   
   
Gültəkin
Oxunub: 91
Hökumət bəzi qərarlara dəyişikliklər etdi
Azərbaycan Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq bəzi qərarlarına əlavə və dəyişiklik edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
   
   Hökumətin qərarı ilə "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları" və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"na dəyişikliklər və əlavələr olunub.
Oxunub: 106
Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar
Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar olub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
   
   Məlumatda bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Əmirov Ağdam rayon Heydər Əliyev muzeyinin, Ramail Atayev Gəncə şəhər Uşaq incəsənət məktəbinin, Akif Əliyev Samux rayon Qarayeri qəsəbə uşaq musiqi məktəbinin və Vitali Mehdiyev Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsinə təyin olunublar.
Oxunub: 117
Musa Musayev YAP Siyasi Şurasından çıxarılıb?
Hakim Partiya "yox" deyir, ehtimallar "hə"
Naftalan şəhərinin keçmiş icra başçısı Musa Musayev barəsində vəzifədən çıxarılandan sonra da informasiyalar kəsilmir. Bəzi mətbuat orqanlarının yazdığına görə, M.Musayev hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvülüyündən uzaqlaşdırılıb.
   
   Lent.az bu xəbərlərə aydınlıq gətirmək məqsədi ilə YAP-ın mətbuat xidmətinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, M.Musayev YAP Siyasi Şurasının üzvü olaraq qalır. Keçmiş icra başçısının Siyasi Şuradan çıxarılması ehtimalına gılincə, bu barədə açıqlama almaq mümkün olmayıb. Hakim Partiyadan YAP-ın Nizamnaməsini xatırlatmaqla kifayatləniblər. Nizamnaməyə görə, Siyasi Şuranın iclasları zəruri hallarda, lakin altı ayda bir dəfədən az olmamaqla çağırılır. Şuranın sonuncu iclası keçən il keçirilib.
   
   Bu isə belə düşünməyə imkan verir ki, M.Musayevin YAP Siyasi Şurasından çıxarılacağı ehtimalı az deyil.
   
   Xatırladaq ki, Naftalan şəhərinin İcra Hakimiyyətinin başçısı Musa Musayev Azərbaycan prezidentinin 25 yanvar 2009-cu il sərəncamı ilə vəzifəsindən azad edilib. Bundan əvvəl isə Mərkəzi Seçki Komissiyası M.Musayevin bələdiyyə seçkiləri zamanı səsvermə prosesinə müdaxilə etdiyini bildirmişdi.
   
   
Anar
Oxunub: 96
Gürcüstan səfiri istefa verdi
Gürcüstanın Azərbaycandakı səfirliyi yeni təyin olunmuş səfir Vano Noniaşvilinin istefası ilə bağlı açıqlama yayıb. APA-ya daxil olan açıqlamada deyilir ki, V. Noniaşvilinin təyinatı barədə qərar qəbul olunduqdan sonra lazımi diplomatik prosedurlar bitməmiş 2009-cu ilin dekabrında V. Noniaşvili şəxsi motivlərlə bu vəzifədən imtina etmək qərarına gəlib. Onun xahişi təmin olunub.
   
   Qeyd edək ki, 2009-cu il noyabrın 5-dən Gürcüstanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini müşavir Nikoloz Qoqitidze həyata keçirir.
   
   
Oxunub: 118
Deputatlarımız ABŞ-da
Azərbaycan Milli Məclisinin ABŞ-da səfərdə olan üzvləri Qənirə Paşayeva və Zahid Oruc Dövlət Departamentinin təmsilçiləri ilə görüşüblər. Millət vəkili Zahid Oruc APA-ya açıqlamasında ABŞ Dövlət Departamentində Avropa və Asiya bürosunda dövlət katibinin müavininin köməkçisi, eyni zamanda Cənubi Qafqaz ölkələri ilə iş üzrə idarənin rəhbəri Etan Qoldriclə apardıqları müzakirələr haqda məlumat verib.
   
   Z. Oruc deyib ki, görüşdə Azərbaycanın Cənubi Qafqazda mövqeyi haqqında məlumat verilib, ABŞ-Azərbaycan münasibətlərindən danışılıb. Millət vəkili deyib ki, görüşdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən son görüş də müzakirə mövzusu olub.
Oxunub: 104
Naxçıvanda müşavirə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib. APA-nın məlumatına görə, əvvəlcə MR-in Vergilər, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin, digər komitə və təşkilatların rəhbərləri çıxış ediblər. Müşavirədə geniş məruzə ilə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov daxili bazarın qorunması, yerli istehsalın təşkili, tələbatın yerli məhsullar hesabına ödənilməsi, məhsul keyfiyyətinə nəzarət, süni qiymət artımının qarşısının alınması məsələlərindən danışıb.
   
   Müşavirəyə yekun vuran Ali Məclisin sədri daxili bazarın ucuz və keyfiyyətsiz məhsullardan qorunması, yerli xammal əsasında işləyən emal müəssisələrinin yaradılması, iqtisadi fəaliyyət sahələrində həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalarla həyata keçirilməsi, işəgötürənlər və işçilər arasında əmək müqavilələrinin bağlanması və bütün növ mal və materialların qiymətlərinin nəzarətdə saxlanması ilə əlaqədar aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.
   
   
Oxunub: 112
Manuçöhr Mottaki: "İran Azərbaycan və Ermənistana yardım etməyə hazırdır"
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və bu işdə Azərbaycan və Ermənistana lazımi yardımı etməyə hazırdır. APA-nın Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə İrəvanda səfərdə olan İranın xarici işlər naziri Manuçöhr Mottaki keçirdiyi brifinqdə deyib.
   
   "Azərbaycan və Ermənistan İranın qonşuları və dostlarıdır. Biz bir regionda yaşayırıq, bizim məqsədimiz - regionda sülh və təhlükəsizliyi təmin etməkdir. Biz hamımız Gürcüstanda 2008-ci ilin avqust hadisələrini yaxşı xatırlayırıq, regionda belə hallar təkrar olunmamalıdır", - deyə Mottaki bildirib. O, həmçinin deyib ki, Dağlıq Qarabağ münaqişəsini Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da müzakirə edib.
   
   
   
   
Oxunub: 122
ETİRAZ NOTASINA CAVAB GƏLDİ
ABŞ Dövlət Departamentinin cavabında nə yazıldığı məlum deyil
ABŞ Dövlət Departamenti Azərbaycanın etiraz notasına cavab verib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson yanvarın 28-də "Media forum" saytına deyib ki, nota ötən həftənin sonunda cavablandırılıb: "ABŞ Dövlət Departamenti cavab notasını Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim edib".
   
   Diplomat deyib ki, cavab notasında nələrin yazıldığını Azərbaycanın ABŞ-dakı səfirliyindən və Xarici İşlər Nazirliyindən öyrənmək mümkündür.
   
   Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə notaya cavabın hələlik nazirliyə daxil olmadığını açıqlayıb: "Diplomatik poçt vasitəsilə cavabın gəlməsi bir qədər vaxt tələb edir".
   
   ABŞ 2010-cu ildə separatçı Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar yardım ayırıb. Rəsmi Bakı buna etiraz olaraq ABŞ-a nota verib. Azərbaycanın notasını ABŞ Dövlət Departamentinə 2009-cu il dekabrın 17-də Vaşinqtondakı səfir Yaşar Əliyev təqdim edib. Notada vurğulanıb ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına gətirib çıxaracaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi "ədalətli, tərəfsiz vasitəçi" imicini sarsıdacaq.
   
   
Anar
Oxunub: 106
Hökumət yeni qaydanı təsdiq etdi
Azərbaycan Nazirlər Kabineti "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nı təsdiq edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Qaydalara əsasən, arıçılıq sahəsində dövlət nəzarəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Dövlət nəzarəti bal arı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasını, arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyə, habelə arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq qaydalarına riayət edilməsini, keyfiyyətli arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunmasını əhatə etməlidir.
   
   Arıçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Kənd Təsərrüfatı Nazirliyinə bir sıra səlahiyyət verilib. Arıçılıq təsərrüfatlarında yoxlamalar, araşdırmalar aparılarkən bu barədə arıçılıq subyektləri əvvəlcədən məlumatlandırılmalıdır. Yoxlamalar və araşdırmalar qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yalnız İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər və yoxlama 10 gündən artıq davam edə bilməz. Zərurət yarandıqda, yoxlama müddəti səlahiyyətli orqanın rəhbərinin qərarı ilə 30 günə qədər artırıla bilər.
Oxunub: 109
AŞPA-nın yeni prezidenti İrəvanı hiddətləndirdi
Tiqran Balayan: "Çavuşoğlunun bəyanatı, təşkilatın rəhbəri kimi onun fəaliyyəti ilə bağlı narahatlıq yaradır"
"Avropa Şurası Parlament Assaambleyasının yeni prezidenti Mövlud Çavuşoğlunun bəyanatı, təşkilatın rəhbəri kimi onun fəaliyyəti ilə bağlı narahatlıq yaradır". Bunu dünən keçirilən mətbuat konfransında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. "Hələ Çavuşoğlunun Parlament Assambleyasına sədr seçilməsi ilə bağlı mürəkkəbi qurumamış, AŞPA-nın sədri kimi nüfuzlu bir vəzifədən sui-istifadə edərək, onu öz dar maraqlarına tabe edərək yanlış fikrə əsaslanan bəyanatlar verir. Türkiyənin hakim partiyasının yüksəkrütbəli rəsmisinin bilərəkdən və yaxud bilmədən belə bəyanatları ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərər verməsi təəssüf doğurur və bu, AŞPA kimi ilk vəzifəsi təşkilata üzv ölkələrin arasında narazılıqları aradan qaldırılması olan nüfuzlu bir təşkilat üçün qəbuledilməzdir", deyə Tiqran Balayan qeyd edib.
   
   "O ki qaldı onun Türkiyə-Ermənistan münasibətləri ilə Qarabağ münaqişəsini bir-birinə bağlamağa çalışması bu məsələ çoxdan aradan qaldırılıb, beynəlxalq ictimaiyyət də buna qiymət verib", deyə Balayan əlavə edib.
   
   Qeyd edək ki, M.Çavuşoğlu APA-ya müsahibəsində bildirmişdi ki, Avropa Şurasının qərarlarında Qarabağ Azərbaycan ərazisi kimi, Azərbaycanın milli sərhədləri daxilində göstərilib. Bölgədəki əsas problemlərdən biri budur. Hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə yaradan səbəblərdən biri də bu problemdir. Avropa Şurası prizmasından real olaraq baxdığımız zaman da bunun bir gerçək olduğunu görürük. Yəni, əslində mən bunu sadəcə türk olduğum üçün söyləmirəm, reallığı deyirəm.
   
   
V.Məmmədli
Oxunub: 113
Səməd Seyidov: "Azərbaycanda medianın azad fəaliyyət göstərməsi üçün şərait var"
Avropa Şurası Parlament Assambleyasının dünən keçirilən plenar iclasının ikinci hissəsində britaniyalı parlamentar Endrü Makintoşun hazırladığı "Media azadlığına hörmət" adlı 12102 nömrəli hesabat dinlənilib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, bu mövzu ətrafında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov çıxış edib.
   
   S. Seyidov bildirib ki, hesabatda Azərbaycanda jurnalistlərin fəaliyyəti ilə bağlı fikirlərin bir çoxu qeyri-obyektivdir: "Burda çıxış edən erməni həmkarım ancaq medianın vəziyyəti ilə bağlı Azərbaycandan misal gətirir. Bu isə onu göstərir ki, onlar hələ də öz ölkələrində baş verən hadisələri gizlətməyə çalışırlar, problemi başqa ölkələrdə axtarırlar. Bu sahə ilə bağlı təbii ki, problemlər var, lakin son illər ərzində Azərbaycanda medianın, söz azadlığının inkişafına yönəlmiş xeyli addımlar atılıb. Bu gün bizim ölkədə 3500-dən artıq qəzet, 30-dan çox agentlik, 44 elektron informasiya vasitəsi var". S. Seyidov Azərbaycanda 7 televiziya kanalının, çoxsaylı radioların fəaliyyət göstərdiyini də bildirib.
   
   Azərbaycanda müxalifət mətbuatının olduğunu bildirən S. Seyidov Azərbaycanda medianın azad fəaliyyət göstərməsi üçün şərait olduğunu, jurnalistlərin azad şəkildə fikirlərini ifadə edə bildiklərini qeyd edib.
Oxunub: 94
Hulusi Kılıç: "Xalqımız Azərbaycanla viza rejiminin tezliklə ləğvini gözləyir"
"Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ilə bağlı üzərində anlaşdığımız bir mətn var. Azərbaycan tərəfində bəzi əksikliklər olduğunu düşünürük, amma razılaşdırılmış bir sənəd olduğunu söyləyə bilərəm". Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Səfir viza rejiminin ləğvinə dair saziş imzalanacağına ümid etdiyini bildirib: "Son illərdə Türkiyə bir çox ölkə ilə viza rejimini ləğv edib. Suriya, İordaniya, hətta Livanla da viza rejimini aradan qaldırmışıq. Livanda böyük bir erməni icması var, hətta hökumətdə erməni mənşəli iki nazir çalışır. Buna baxmayaraq, bizimlə viza rejimini ləğv etdilər. Xalqımız Azərbaycanla da viza rejiminin tezliklə ləğvini gözləyir".
   
   "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edilərsə, Ermənistanla imzalanmış protokolların təsdiqlənməsi mümkün ola bilər. Lakin Ermənistan Konstitusiya Məhkəməsinin verdiyi qərar protokollara və bu sənədlərin ruhuna çox təsir etdi. Bunu hörmətli baş nazirimiz də, xarici işlər nazirimiz də söylədilər". H.Kılıç Ermənistan tərəfinin bu nöqsanı aradan qaldırmasını gözlədiklərini bildirib.
Oxunub: 109
İKT Ermənistanı işğalçı elan etdi
Uqandanın paytaxtı Kambala şəhərində keçirilən İslam Konfransı Təşkilatı (İKT) Parlamentinin növbəti sessiyasında iştirak etmək üçün Azərbaycandan millət vəkilləri VHP sədri Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə artıq yanvarın 24-dən bu ölkədə səfərdədirlər.
   
    Sabir Rüstəmxanlının Kambala şəhərindən Lent.az-a verdiyi məlumata görə, İKT Parlamentinin Siyasi və İqtisadiyyat Komitəsinin 2 gün davam edən iclasında millət vəkillərimiz Azərbaycanla bağlı iki qətnamənin qəbuluna nail olublar. Bunlardan biri Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğalı; ikincisi isə İslam Konfransı gənclər təşkilatının işi və Xocalı Soyqırımının bütün dünyada tanıtdırılmasıdır.
   
   S.Rüstəmxanlının bildirdiyinə görə, qətnamələrin İKT-nın 6-cı sessiyasında qəbul olunması yönündə işlər aparmaq niyyətilə Azərbaycan nümayəndə heyəti İKT-yə daxil olan digər ölkələrin nümayəndə heyətləri, parlament sədrlərilə görüşlər keçiriblər. Həmçinin İslam Konfransı Təşkilatı Parlamentinin sədri Mahmud Qılıcla bir neçə görüş keçirən Sabir Rüstəmxanlı İKT-nin yanvarın 30-31-də keçiriləcək 6-cı sessiyasında Siyasi və İqtisadiyyat komitəsinin qəbul etdiyi hər iki sənədlərin müzakirəsinə hazırlaşırlar. Hazırda Azərbaycan nümayəndə heyətinin görüşləri davam edir.
   
   
   
   
VÜSAL
Oxunub: 114
Ərəb dövlətləri vasitəçilik edə bilərlər
"Ərəb dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilərlər". Bu açıqlamanı APA-ya hazırda Bakıda səfərdə olan Ayn-Şəms Universitetinin professoru Safsafi Əhməd Əl-Mursi verib.
   
   Professor Dağlıq Qarabağ münaqişəsini necə illərdir araşdırdığını, bu haqda Ayn-Şəms Universitetində dərc olunan "Yaxın Şərq problemləri və gələcək araşdırmalar" jurnalında "Qarabağ keçmiş və indiki dövrlərdə", "Qarabağ və sonrakı aqibəti" adlı məqalələrinin dərc olunduğunu bildirib. Professor bu mövzuda yazdığı son məqaləsini "Qarabağ probleminin həllində ərəb dövlətlərinin vasitəçilik rolu" adlandırıb. Məqalədə Misir, Suriya, Livanın Azərbaycan və Ermənistanla yaxşı əlaqələri olduğunu və bu dövlətlərin problemin həllində vasitəçilik edə biləcəyi vurğulanıb: "Əgər bu dövlətlər fəal olaraq bu problemin həllində vasitəçilik edərlərsə, problem öz həllini tapa bilər".
   
   
Oxunub: 109
Qarabağ münaqişəsi Londonda müzakirə edildi
ATƏT-in Minsk Qrupuna həmsədr olan Rusiya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri Londonda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdən sonra müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, o, amerikalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamasalınması prosesi barədə danışıqlar aparıb.
   
   Rusiyanın baş diplomatı Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü barədə ətraflı məlumat verib. Məsələnin asan olmadığını deyən Lavrov, bununla belə tərəflərin hamısının bu problemin həlli istiqamətində irəliləmək istəyi olduğunu vurğulayıb.
   
   Qeyd edək ki, görüş Londonda Əfqanıstanla bağlı bu gün keçiriləcək konfrans öncəsi baş tutub. Lavrov konfransın mövzusuna da toxunub və deyib ki, keçmiş Taliban üzvlərinin Əfqanıstan hökumətinə qaytarılması əfqan hökumətinin daxili işidir. Bu proses BMT Təhlükəsizlik Şurasının hazırda icra edilən prosedurları əsasında həyata keçirilməlidir. Rusiya xarici işlər naziri Serqey Lavrov bu gün baş tutacaq London görüşünün çağrılmasının səbəblərinə toxunaraq bir neçə məsələyə də aydınlıq gətirib. Lavrov Əfqanıstan hökumətinin ölkədə tam nəzarəti ələ keçirməsində Rusiyanın da maraqlı olduğunu bildirib.
Oxunub: 129
Azay Quliyev: "Layihələrin qiymətləndirilməsində Şərqi Avropa təcrübəsindən istifadə ediləcək"
Dünən "Park İnn" hotelin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ilin yekunları ilə bağlı tədbiri keçirilib. Şura sədri Azay Quliyev deyib ki, 2009-cu ili uğurlu il hesab etmək olar. Onun sözlərinə görə, 2009-cu ildə Şura tərəfindən 247 layihə maliyyələşdirilib. Layihələrin dəstəklənməsinə ayrılmış vəsaitin həcmi 2 067 952 manat olub. Prezidentin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan edildiyi üçün Şura bu istiqaməti önə çıxarıb, uşaqların hüquq və mənafelərinin müdafiəsi, onların problemlərinin həlli ilə bağlı 42 layihə maliyyələşdirilib.
   
   Bu il ərzində Şura QHT fəaliyyətinin ən aktual problemləri üzrə konfranslar, təlimlər və seminarlar keçirmiş, birgə layihə maliyyələşdirilməsi yolunda ilk addımlar atılıb. 20-dən artıq QHT layihəsini Şura həm Dünya Bankı, həm Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə müştərək qaydada maliyyələşdirib. Beynəlxalq təcrübənin öyrənilməsi baxımından 2009-cu ildə Şura üzvlərinin Xorvatiyaya səfəri xüsusən əhəmiyyətli olub, Şərqi Avropa təcrübəsi öyrənilib. Azay Quliyev dedi ki, 2010-cu ildən Şura layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsində Şərqi Avropa təcrübəsindən istifadə edəcək.
   
   Tədbirdə o da bildirilib ki, 2009-cu ildə QHT-lərin müxtəlif layihədlər üzrə keçirdikləri tədbir və konfranslarda 60 min kişi, 48 min qadın iştirak edib. Tədbirdə 2009-cu ildə layihələri maliyyələşdirilən, ancaq hesabat verməkdən, Şuranın katibliyi ilə əlaqə saxlamaqdan yayınan QHT-lərin adları da açıqlandı. Bu sırada "Azəri Yolu" Gənclər Təşkilatı, Azərbaycan Miqrasiya Təşkilatı, Azərbaycandan Kənarda Təhsil Alan Mütəxəssislər Cəmiyyəti, Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi, "Yeni Həyat" İctimai Birliyi və digərləri var. Tədbirdə 2009-cu ildə Şuranın maliyyələşdirdiyi layihələrlə bağlı nəşr edilmiş kitab da təqdim olunub.
   
   
V.MƏMMƏDLİ
Oxunub: 96