Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Şagirdi məktəbdə "tok" vurdu
EFİOPİYANIN BİR UÇAĞI ARALIQ DƏNİZİNƏ DÜŞDÜ
Prezident sərəncam imzaladı
AŞ PA Ermənistanın mandatını təsdiqləmədi
Tariflər endiriləcək
Deputatlarımız ABŞ-da görüşlər keçirir
Seçkinin zərbəsinə tuş gələn icra başçısı
Poliqrafiya kombinatına basqın
İlkər Başbuğ: "VİCDANSIZLARA SƏSLƏNİRƏM!"
Mehdi Kərrubi Əhmədinejadı prezident kimi tanıdı
Telman İsmayılov bazarına qayıdır
Deyirlər qar yağacaq
Ağır yol qəzası
Ağac yaşayış evinin üstünə aşdı
Bu il yeni alüminium zavodu açılacaq
Sosial yardımların verilməsinə başlanıldı
"Ötən il 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb"
Müəllif Hüquqları Agentliyi ötən ilin hesabatını açıqladı
İlin sonuna kimi çeklər dövriyyədən çıxarılacaq
Haiti ölənlərin sayı 150 minə çatıb
Əli Abbasov: "Mövcud mobil operatorlar öz fəaliyyətini genişləndirsə daha yaxşı olar"
Gürcüstan və Ermənistan çaylarımızı çirkləndirir
Almanlar növbəti dəfə müsəlmanları hirsləndirdi
Ebru Gündəş Rza Zərrabı evindən qovdu
"Bəyaz Show" Bakıda
MİXAİL QUSMANIN TƏCRÜBƏSİNDƏN İSTİFADƏ ETMƏK OLAR
Misir fironlarının təyyarələri olub?
Ən güclü 35 idmançı sırasında 3 azərbaycanlı
Dünyanın ən bahalı filmləri
Türkiyəli məşhurların boyu nə qədərdir?
ANASI ÇIXAN AĞACI
Kim Cənnətə daxil olmayacaq?
Xalçalarımız Ermənistana ötürülür
4 qızıl, 1 gümüş, 2 bürünc
"Neftçi" Rumıniya klubuna qalib gəldi
"Qarabağ" "Şaxtyor"a məğlub oldu
"XƏZƏR LƏNKƏRAN" "SPARTAK"I TƏƏCCÜBLƏNDİRİB
Rəcəb İvedik 620 min avroya maşın alıb
Kosmosdan yerə tullanacaq
Rəhim Rəhimli jurnal təsis etdi
Azərbaycanlı model Milanda
Fotomüsabiqəyə yekun vuruldu
Ancelina Coli və Bred Pit ayrılır
GÜNÜN LƏTİFƏSİ
   
Hər şey işğalı unutmağımıza yönəlib
Cəmil Həsənli: "Rusiya siyasi dairələrinin, ziyalılarının, bu dövlətin mədəni, mənəvi həyatında son dərəcə mühüm rol oynayan insanların bu fikirləri eşitməsi zəruri idi"
"Bütün illərin əvvəlində bu fikirləri səsləndirirlər. İlin sonunda isə biz çox böyük təəssüf hissi ilə verilən proqnozların özünü doğrultmadığının və işğal altında olan torpaqlardan Ermənistan silahlı qüvvələrinin geri çəkilmədiyinin şahidi oluruq. Təki bu il verilən proqnozlar bizi təəssüfləndirməsin, özünü doğrultsun"
   
   Dünən Dağlıq Qarabağ danışıqlarının növbəti mərhələsi başlandı. 2010-cü ilin ilk ayında birinci görüş olan müzakirələr Rusiyanın Soçi şəhərində baş tutdu. Postsovet məkanında müalicəvi əhəmiyyəti ilə ad çıxaran Soçinin Dağlıq Qarabağ yarasının sağalmasında nə dərəcədə rol oynayacağı və tarixin yaddaşına düşəcəyi barədə bəri başdan qəti fikir səsləndirmək mümkün deyil. 20 ildən artıq bir zaman kəsiyini problemin həlli danışıqlarına sərf edən tərəflər Rusiyanın iştirakı ilə artıq növbəti bir ili danışıqlara başlamaqla çıxış yolları aramağa cəhd göstərdilər.
   
   Soçi görüşü öncəsi Bakıda Rusiya-Azərbaycan Forumunun keçirilməsi və tədbirdə kifayət qədər nüfuzlu insanların təmsil olunması birmənalı qarşılanmadı. Hər iki tərəfin dövlət, mədəniyyət və media nümayəndələrinin iştirakı ilə baş tutan forumda Azərbaycan nümayəndələrinin səsləndirdiyi fikirlər kifayət qədər rezonans doğurdu. Çünki zaman-zaman müxtəlif səviyyələrdə vurğulanan ftkirlər bir daha açıq və kəskin şəkildə dövlət və mədəniyyət insanlarının dilindən qarşı tərəfə çatdırıldı. Bir daha Dağlıq Qarabağ probleminin həlli yollarının Moskvada olduğu rusiyalı nümayəndələrin diqqətinə çatdırılmaqla yanaşı, həm də dolayısı ilə onlara təmsil etdikləri dövlətə təsir imkanında olduqları xatırladıldı.
   
   Millət vəkili Cəmil Həsənli ilə söhbətimizdə də prezidentlərin Soçi görüşü, forum və Dağlıq Qarabağla bağlı olan müəyyən məqamlara aydınlıq gətirməyə cəhd göstərdik.
   
   
   
   - 2009-cü ildə danışıqların intensivləşməsi baxımından Soçi görüşündən nəsə gözləyirsiniz? Ümumiyyətlə, Soçi danışıqlarının problemin həlində hansısa təsiri olacağını düşünürsünüz?
   
   
- Belə görüşlər o qədər keçirilib və hansısa müsbət təsirini o dərəcədə hiss etməmişik ki, bununla bağlı hər hansı fikir səsləndirməkdə çətinlik çəkirəm. Ermənistanın torpaqlarımıza təcavüzü ilə bağlı Azərbaycan əlində olan imkanlardan istifadə etməlidir. Problemin çözülməsi istiqamətində aparılan bütün bu danışıqlar əbəsdir. Məqsəd mümkün qədər vaxt uzatmaq, Azərbaycanı mövcud vəziyyətə uyğunlaşdırmaqdır. Dağlıq Qarabağ probleminin tənzimlənməsində vasitəçilik edən ATƏT, onun həmsədrlik institutu və ümumiyyətlə, beynəlxalq təşkilatların bir hissəsinin siyasəti də Azərbaycanı yaranmış mövcud vəziyyətlə barışdırmağa yönəlib.
   
   - Görüş ərəfəsi Bakıda keçirilən Forumun problemin həllinə hansısa təsiri ola bilərmi?
   
   
- Rusiya böyük, qonşu dövlət olmaqla yanaşı, həm də böyük elmi, iqtisadi və mədəni potensiala malikdir. Həmçinin də Rusiya regionda maraqları olan, bölgədə həlledici təsir imkanlarına malik dövlətdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycanın qonşusu olan Rusiya ilə münasibətləri normal olmalıdır. Bu baxımdan paytaxtda keçirilən Forumu müsbət qiymətləndirirəm.
   
   - Forumda səsləndirilən fikirlərdən hasil olan qənaətinizi bilmək maraqlı olardı...
   
   
- Azərbaycan tərəfi məsələni olduqca çox düzgün qoydu. Rusiya siyasi dairələrinin, ziyalılarının, bu dövlətin mədəni, mənəvi həyatında son dərəcə mühüm rol oynayan insanların bu fikirləri eşitməsi zəruri idi. Azərbaycan tərəfi də yaramış fürsətdən yetərincə yararlanaraq son dərəcə redaktə olunmuş şəkildə, tarixi həqiqətlərə əsaslanaraq lazımı fikirləri nümayəndələrin diqqətinə çatdırdı.
   
   - Həm Qarabağ danışıqlarının intensivləşməsi, həm də Soçi görüşü öncəsi belə bir Forumun keçirilməsi təsadüfü idi?
   
   
- Doğrudur, Forum əvvəlcədən planlaşdırılmışdı. Amma ikitərəfli münasibətlərin infişakı baxımından Forumun keçirilməsi müsbət addımdır.
   
   - Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına xidmət edəcək protokollara Ermənistan Konstitusiya Məhkəməsinin əlavələri də Soçi görüşü ərəfəsinə düşdü. "Dağlıq Qarabağ işğalına son verilmədən protokolların ratifikasiyası mümkünsüzdür"-bəyanatı kontekstində bu təsadüfdür, yoxsa?..
   
   
- Ermənistan əvvəlcədən Türkiyə ilə münasibətləri normallaşdırmağa və bu prosesə aparan protokollara hazır deyildi. Ona görə də protokollar ortaya çıxandan müxtəlif yollar axtarılırdı. Bu baxımdan belə bir varianta əl atılması təsadüfü sayıla bilməz. Ermənistanın siyasi hakimiyyəti özünü sığortalamaqdan ötrü belə bir yolu seçdi. Əslində Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən atılan bu addım razılaşdırılmış protokolların pozulması və ora əlavə müddəaların artırılması deməkdir. Ermənistan bu yolla Türkiyə ilə münasibətləri normallaşdırma prosesindən yayınmağa cəhd göstərir.
   
   - Kifayət qədər gözlənilməz olan bu hadisəyə Türkiyənin reaksiyası necə olmalıdır?
   
   
- Ermənistanın atdığı bu addımı nəinki Türkiyə müxalifəti, hakimiyyət nümayəndələri də kifayət qədər kəskin reaksiya ilə qarşılayır və mənfi qiymətləndirir. Rəsmi Ankara baş vermiş olayı İrəvanın danışıqlardan imtina etməsi və razılaşmalardan qaçması kimi dəyərləndirir. Türkiyə baş naziri Ərdoğanın istər Amerika, istər Rusiya səfərlərində, istərsə də bütün müsahibələrində, keçirilən mətbuat konfranslarında bu məsələ çox açıq şəkidə ortaya qoyulur.
   
   - Ola bilərmi rəsmi Ankara protokolları Konstitusiya Məhkəməsinə, Böyük Millət Məclisinə çıxarmadan ondan imtina etsin?
   
   
- Əlbəttə, bu mümkündür. Əgər razılaşdırılmış protokolların mətninə birtərəfi qaydada dəyişiklik olunursa, Türkiyə nəinki onu müzakirəyə çıxarmaya, hətta ondan imtina edə bilər. Mən əminliklə deyə bilərəm ki, Ankara belə bir olaydan sonra protokolları heç müzakirəyə çıxarmayacaq.
   
   - Ankara-İrəvan münasibətlərinin ideoloqu sayılan Vaşinqtonun bu məsələyə reaksiyası təəccüb doğurur. Amerika rəsmisi Qorden və digər həmkarları Ermənistan Konstitusiya Məhkəməsinin bu əlavələrinin məsələyə ciddi təsir göstərməyəcəyini, münasibətlərin normallaşdırılmasına əngəl törətməyəcəyini bəyan etdilər...
   
   
- Əgər Amerika regionda sabitlik, sülh istəyirsə və regionda nüfuzlu olan ölkə kimi qalmaqda maraqlıdırsa, məsələlərə birtərəfli yanaşmadan çəkinməlidir. ABŞ işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymalıdır. Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında obyektiv mövqe tutmalıdır.
   
   - Problemin həllində bu ilin dönüş olacağı və Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunacağı barədə səsləndirilən fikirləri bölüşürsünüz?
   
   
- Bütün illərin əvvəlində bu fikirləri səsləndirirlər. İlin sonunda isə biz çox böyük təəssüf hissi ilə verilən proqnozların özünü doğrultmadığının və işğal altında olan torpaqlardan Ermənistan silahlı qüvvələrinin geri çəkilmədiyinin şahidi oluruq. Təki bu il verilən proqnozlar bizi təəssüfləndirməsin, özünü doğrultsun.
   
   - Son vaxtlar rəsmi dairələrdə təcavüzə məruz qalmış ərazilərin azad olunmasının yolunu müharibədə görənlərin sayı çoxalıb. Verilən bəyanatların arxasında real addımın dayandığını düşünürsünüz?
   
   
- İşğal altındakı torpaqlarımızın azad olunması üçün müharibənin olub-olmayacağı ilə bağlı hər hansı bir fikir səsləndirə bilmərəm. Amma hesab edirəm ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin tapdağı altında qalan ərazilərinin işğaldan xilas olunması yolunda addımlar atmalıdır.
   
   
Gültəkin Qəhrəmanlı
Oxunub: 66
"Ötən il 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb"
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanovun APA-ya müsahibəsi
- Azərbaycanda ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hansı tədbirlər həyata keçirilib? Bu müddətdə nə qədər narkotik vasitə dövriyyədən çıxarılıb?
   
   
- Hər il olduğu kimi 2009-cu ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Daxili İşlər Nazirliyi tərəfindən bir çox tədbirlər həyata keçirilib. Ötən il ərzində Azərbaycanda 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Bu rəqəm 2008-ci illə müqayisədə iki dəfə artıqdır. Keçən il dövriyyədən çıxarılan narkotiklərin 130 kiloqramını heroin təşkil edib. Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən il ərzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 3 mütəşəkkil dəstə zərərsizləşdirilib. Dəstə üzvləri arasında Əfqanıstan vətəndaşları da olub. Onu da deyim ki, 2009-cu ildə 120 hektar sahədə xeyli miqdarda narkotik tərkibli bitkilər tərəfimizdən məhv edilib. Bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir.
   
   - 2009-cu ildə Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib?
   
   
- İl ərzində ölkədə narkotiklərlə bağlı 2641 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan beş nəfəri azyaşlıdır. 2008-ci illə müqayisədə bu rəqəm stabil qalıb. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərin arasında 616 nəfər 30 yaşına qədər olan şəxslərdir. 30 yaşdan yuxarı olan şəxslərin sayı isə 2 mindən artıqdır.
   
   - Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin arasında xarici ölkə vətəndaşları olubmu?
   
   
- Bu hər zaman olub. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin arasında xarici ölkə vətəndaşları da var. 2008-ci illə müqayisədə ötən il onların sayı dəyişməz qalıb. Tərəfimizdən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il narkotiklərlə bağlı 58 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Onların əksəriyyətini İran İslam Respublikasının vətəndaşıdır.
   
   - Qanunsuz dövriyyədə olan narkotik vasitələr əsasən hansı marşrutlarla Avropaya daşınır? Azərbaycan ərazisində tranzit ölkə kimi istifadə olunurmu?
   
   
- Bilirsiniz, Əfqanıstan narkotik istehsalı ilə dünyada tanınan bir ölkədir. Bu ölkədə istehsal olunan narkotik vasitələr İrana, oradan da müxtəlif yollarla Avropaya daşınır. Azərbaycanın bu coğrafi mövqedə yerləşməsi bu gün narkotik vasitələrin bu ərazidən tranzit daşınması kimi halları qaçılmaz edir. Narkotik vasitələr əsasən Əfqanıstan, İran, Türkmənistan, Azərbaycan və Xəzər dənizi vasitəsi ilə Avropaya aparılır. Azərbaycanın işğal altındakı ərazilərdən də tranzit məqsədlər üçün istifadə olunur. Təəssüflə qeyd etməliyəm ki, biz buna nəzarət edə bilmirik.
   
   - Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edirmi?
   
   
- Qeyd etmək istərdim ki, bu problem tək Azərbaycanın deyil, bütün dünyanın problemidir. Hər bir dövlət narkotiklərin qanunsuz dövriyyəsi ilə ciddi mübarizə aparır. Azərbaycan da BMT-nin narkotiklərlə mübarizə ilə bağlı konvensiyalarına qoşulub. Həmin konvensiyalara qoşulan ölkələrlə bizim çox geniş əlaqələrimiz mövcuddur. Bu sahədə Azərbaycan beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq edir.
Oxunub: 66