Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
SÖNƏN DEYİL BU OCAQ
"Ekoloji Atlas" vahid xəritəçilik əsəri nəşr edildi
Hidrometeoroloqlar xəbərdarlıq edir
Vaksinlər gətirildi
Suç bizimdir - humanitarinin mövcud durumunda ədəbi tənqidin də payı var
Avtomobillərə "qara qutu" quraşdırılacaq
Qərb donur
Liderlərin avtomobil seçimi
""DOLÇE VİTA"nın ACI GERÇƏKLƏRİ
TÜRKİYƏDƏN QOŞMALAR ÇƏLƏNGİ
HƏR GÜNÜN HÖKMÜ
Mənbədən mənsəbə doğru
"BAKI" "YUVENTUS"UN OYUNÇUSUNDAN İMTİNA ETDİ
CAVİD HÜSEYNOVUN BAŞI "ŞİŞİB"
VİEYRA KOMANDASINI DƏYİŞİR
"YUVENTUS"LU HAVBEK MADRİDDƏ
MARKES CAR-lA ASAN OLMAYACAĞINI DÜŞÜNÜR
NANİ GETMƏYƏ HAZIRLAŞMIR
"LİVERPUL" ŞAMAXDAN ÖTRÜ ÇALIŞACAQ
TORRES REYNANI TƏRİFLƏDİ
Nazpəri Dostəliyeva aparıcılıq edəcək
İradə İbrahimova ilk duetini oxudu
Dünyanın ən böyük almazı
Brilliant Dadaşovadan pərəstişkarlarına sürpriz
"İstanbul Fashion Show" Bakıda
Qadınların çempionatı start götürdü
Türkiyədən Hollandiyaya minarə göndərildi
Güləşçilərimiz beynəlxalq turnirə yollanır
GÜNÜN LƏTİFƏSİ
   
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 1
(Amma necə: buyurun tanış olun)

Hər halında mənim üçün iki Aslan Qəhrəmanlı var: Alim və Yazar. Alim kimi onun adını-soyadını tam bilmirəm və inanın ki, uzun illərin dostluğuna baxmayaraq (həqiqi mənada dostuq, təkcə bircə şey mane olur: Aslan müəllimin dediyinə görə pulu olsa da borc vermir,pulu olmasa borc da almır, bu tam mənada tam mənim əksimdir) alimlər arasında onun necə çağırıldığıni bilmirəm. Yəni Aslan Qəhrəmanovmu, yoxsa başqa bir imzayla. Amma yazar olaraq Aslan Qəhrəmanlıdı və uzun illərin tanışlığı mənim onun yazar həyatına bir neçə dəfə müraciət etməyimə vəsilə olub. İlk tele-serialların müəlliflərindən biri kimi Asalan Qəhərmanlı bizim yaşlı nəsil və bir az bərilərin çoxunun yadındadı. O da var ki, Yaşar Nuri, Firəngiz Mütəllibova kimi aktyorlar onun həmin seriallarından uzun sənət yoluna çıxdılar və indi də sevimli aktyorlar olaraq qalırlar.
   
   Aslan Qəhramanılının çox gözəl nəsr əsərləri var. Bunu da danmaq olmaz və onun bir maraqlı yazar olaraq bizim tənqidimizin dışında qalmasının ən amansız səbəblərindən biri məncə onun riyaziyyat alimi kimi daha çox tanınmasıdır ki, bizim yazar-cizər camiədə hələ də tam ədəbiyyat adamı o adamları hesab eləyirlər ki,onlar məhz Yazarlar Birliyinin orqanlarında çalışrılar və Yazarlar Birliyinin kəndarlarını döyürlür.Aslan bir yazar olaraq bütün bunların dışındadır və ədəbi camiənin həndəvərində çox az fırlanır. Nə bir-birini qovan tədbilərə,yubileylərə gələr, nə də tam dərindən bunların həsrətini çəkər.Bax, elə bu baxımdan da həqiqi mənada bir ziyalı həyatı yaşayan Aslan Qəhrəmanlının 70 yaşını Yazarlar Birliyi sadəcə rəsmi təbriklə də yada salmadı.
   
   Aslan hər zaman yeniliyə can atan ziyalıdı. Çox işıqlı və çevik dünya görüşünə malik bir insandı. O qədər çevik, o qədər işıqlı ki, mənim ona paxıllığım tutur və o danışanda mən sadəcə qulaq asıram. Çox şeyləri öyrənirəm, baxmayaraq ki, yaş fərqimiz bir o qədərdə çox deyil. Hər zaman diri qalmaq orijinallığı ondan irəli gəlir ki, çox mütaliə eləyir bu yaşında da. Mən bir az əvvəllər onun haqqında olan bir yazımda, onun vergi mədəniyyəti barədə kitabının olduğunu yazmıışdım.
   
   İndi isə Aslan Qəhramanlı tamam başqa bir yönü ilə qarşınızdadı.Onun çox incə və çox nəfis bir kitabı çıxıb : "PARODİYLAR" adında.Hopbala!!!!!!!!!!Aman, qardaşım!!!!!!Hardan hara!Bu nə doyumsuzluq, bu ən gözlənilməzlik?
   
   Necə olursa- olsun, bu dəfə mənim özümü də heyrətləndirəcək bir kitab haqqında onun özüylə söhbət etməyi qərara aldım. Nə mənə şeydi bu parodiya, nə mənə şeydi ki, bu yaşında bu alimi- biəməl şappadan qorxmadan və necə qarşılanacağını düşünmədən Azərbaycan ədəbi camiəsinin tanınmış yazarlarına parodiyalar yazmış və hətda bəndənizin də adını o siyahıya qatmış.
   
   VƏ BELƏLİKLƏ :
   
   
   
   Respublikamızın mətbuat səhifələrində yazıçı Aslan Qəhrəmanlının xeyli parodiyası işıq üzü görmüşdür. Bu yaxınlarda isə onun yalnız parodiyalardan ibarət kitabı çap olunub. Yazıçı ilə söhbətimiz də elə bu barədədir.
   
   
   
   PARODİYALAR
   
   YAXŞI YAZIÇILARIN ƏSƏRLƏRİNƏ
   
   YAZILIR
   
   
   
    -Aslan müəllim, parodiya janrına müraciətin hansı ehtiyacdan yarandı?
   
   -Düzü, əvvəllər parodiya yazmaq barədə düşünməmişdim. Amma elə bir vaxt gəldi ki, bu, zərurətə çevrildi. Çünki orta məktəbdə oxuyanda da, sonralar da şairlərimizin şeirlərində, poemalarında elə misralara, beytlərə, hətta bəndlərə rast gəlmişəm ki, həmişə məni narahat edib. Ən pisi də budur ki, onlar dərhal yaddaşıma həkk olunur və unuda bilmirəm. Qardaşım Rizvan elə indi də deyir ki, sən şairlərimizin ən pis şeirlərini əzbər bilirsən. Orta məktəbdə oxuyanda bizə Ədəbiyyat dərsi deyən Ələkbər müəllimə suallar verirdim. Məsələn, soruşurdum ki,
   
   
   
   "Çaqıl daşlı çayları Çapayev çapa-çapa,
   
   Keçir, biçir çöllərdə çar generallarını"
   
   
   
   beytini necə başa düşək? Bəyəm generallar çöllərdə düzülüblər ki, kim isə onları gəlib biçsin? Deyirdim:
   
   
   
   "Məsləkimiz bir,
   
   Aləmə bildir,
   
   Şair həyatsız,
   
   Şair deyildir "
   
   
   
   misraları ilə müəllif hansı "həyatsız" şairlər barədə hökm verir? Yaxud, Nizami Gəncəvinin "Yeddi gözəl" poemasındakı "Xeyir və Şər" əhvalatında
   
   
   
   "Dürrün xatirinə çölə getdi hey,
   
   Öküzə, dəvəyə xidmət etdi hey"
   
   
   
   kimi dolaşıq misraları normal şəkildə yazmaq olmazdımı?
   
   
   
   -Bəs Ələkbər müəllim nə deyirdi?
   
   -Nə desin? Əvvəlcə başını bulayırdı və sonra məcazi mənadan, obrazlı ifadədən, mübaliğədən, metaforadan danışırdı. Axırda da yekunlaşdırırdı ki, uşaqsan, böyüyəndə başa düşəcəksən. Amma qocaldım, hələ də başa düşə bilmirəm. Məktəbimizdə Nizaminin "Leyli və Məcnun" poemasından bir beyt iri hərflərlə böyük bir plakata yazılıb divara vurulmuşdu, elə indi də yenə bəzi məktəblərdə var:
   
   
   
   "Kamil bir palançı olsa da insan,
   
    Yaxşıdır yarımçıq papaqçılıqdan".
   
   
   
   Soruşurdum: "İnsan papaqçılıqdan yaxşıdır" nə deməkdir? Bu cür "poeziya nümünələri" barədə çox düşündüm və qərara gəldim ki, onlara parodiya yazılmalıdır.
   
   -Açığını etiraf edim ki, mənim bu janrla tanışlığım çox səthidir, deyə bilərsənmi bu janrın tarixi nə vaxtdan başlayır?
   
   -Parodiya hər hansı ədəbiyyat və incəsənət nümunəsinə məxsus xüsusiyyətləri qəsdən şişirtmək və ya təkrar etməklə komik effekt yaradan əsərə deyirlər. Tarixi də çox qədimdir. Homerin "İliada" epopeyasını yəqin oxuyubsan. Bu əsərdə yüksək poetik üslubda Troya şəhəri uğrunda döyüşlər təsvir edilmişdir. Ədəbiyyatda ilk məlum parodiya həmin əsərə yazılmışdır. "Siçanların və qurbağaların müharibəsi" adlanan poemada həmin təmtəraqlı üslub gülüş obyektinə çevrilmişdir. O vaxtdan da dünyanın hər yerində bu janrda əsərlər yazılır. Romanlara, hekayələrə, pyeslərə, şeirlərə, kinofilmlərə, mahnılara çox maraqlı parodiyalar məlumdur. Məşhur rus şairi Nikolay Alekseyeviç Nekrasovu yəqin ki, tanımayan çox azdır. Onun gözəl parodiyaları var. Hazırda dünyada C. K. Roulinqin böyük tirajla çap olunan Harri Potter haqqında kitablarına iri həcmli "Harri Potter və Daş Filosof" parodiyası yazılmışdır. Keçən əsrin ikinci yarısında məşhur bir rus parodisti var idi: Aleksandr Aleksandroviç İvanov. O, həmin dövrdə yaşayıb yaratmış az-çox tanınan bütün rus şairlərinin şeirlərinə parodiyalar yazmışdı. Hətta bu parodiyaları konsertlərdə oxuyurdu. Onun nəsr parodiyaları da var. Məsələn, Yulian Semyonovun məşhur "Baharın on yeddi anı" əsərinə yazdığı parodiya "Baharın on səkkizinci anı" adlanır. Digər ölkələrdən də misal çəkə bilərəm. Məsələn, keçən əsrdə yaşamış italyan yazıçısı Karlo Mandzoninin parodiya janrında yazılmış romanları bütün dünyada oxunur. Lakin o konkret əsərə yox, müəyyən üslubda yazılmış əsərlərin hamısına birdən istehza edir. K.Mandzoninin "Ehtiyatlı ol,balaca!" romaninda detektiv janrda yazılmış əsərlər tənqid obyektidir. Mən də bu fikirdəyəm ki, "odda yanmaz, suda batmaz" qəhrəmanlar da əslində Çapayev haqqında şeirdəki kimi təsvir edilirlər və belə əsərlərdə yazıçılar şitini çıxarırlar. Bir də görürsən, bir nəfər qirx adamın içindən cinayətkarı tapır, yaxud əliyalın olsa da, quldur dəstəsini tərksilah edir, qabağına qatıb polis idarəsinə aparır.
   
   
   
   (Davam edəcək)
   
   
   
   Kitabda çıxan parodiyalardan:
   
   
   
   
   
   YAMYAMIN ARZULARI
   
   
   
    Niyə qoymadın, ay qız,
   
   Oğlumun barmağını,
   
   Diricə basım yeyim,
   
   Buzov nəvələrimi,
   
   Yalayım inək kimi,
   
   Yeyim əttək birini ,
   
   Birini çörək kimi.
   
   ...Dostlar arı kimi doluşun mənə,
   
   Xımır-xımır yeyin dadlıdır deyin,
   
   İçin ürəyimin qaynar yağını
   
   
   
   VAQİF BƏHMƏNLİ
   
   ***
   
   Dostlar bilmirəm nədən,
   
   Qoymadılar yeyim mən,
   
   Oğlumun barmağını
   
   Qızımın qulağını.
   
   Məni yaman qoydu mat,
   
   Razı olmadı arvad,
   
   Nəvələri yeməyə,
   
   Gəlmədiniz köməyə.
   
   Keçdi o günlər daha,
   
   Ümid qalıb sabaha,
   
   Nəfsimlə döyüşmüşəm,
   
   Fikrimi dəyişmişəm.
   
   İndi siz məni yeyin,
   
   Ləzzətlə "pəh-pəh" deyin
   
   Parçalayın içimi,
   
   Gəmrin ac qurd kimi,
   
   Ürəyimi yeyin siz,
   
   Böyrəyimi yeyin siz,
   
   Böyük qazanlar asın,
   
   Xaş istəyən doğrasın
   
   Əlimi, ayağımı
   
   Əridin iç yağımı,
   
   İsti-isti için siz.
   
   Onda rahat olaram
   
   Yaddaşlarda qalaram.
   
   
   
   
   
   DULUSÇU
   
   
   
   Günəş işığında əyləşən qoca
   
   Dul deyil ulusun dulusçusudur
   
   Dulusçu çarxının fırlanğıcında
   
   Fırlanıb çıxan o palçıq kömbələr
   
   Suvaqlı daxmaya dəyəyə dönüb
   
   O çaylaq boyunca düşüb çömbələr
   
   
   
   ÇİNGİZ ƏLİOĞLU
   
   
   
    Günəş işığında əyləşən qoca
   
   istidən bürküdən keyləşən qoca
   
   daxma qabağında işlərdi hər gün
   
   hirsdən dodağın dişlərdi hər gün
   
   təpədən dırnağa ulusçu idi
   
   yox odun deyildi dulusçu idi
   
   dəzgahı sürtərdi parıldadırdı
   
   dulusçu çarxını fırıldadırdı
   
   arvadı böyründə dingildəyərdi
   
   deyinib qocanı dəng eləyərdi
   
   o çarxa yığılan palçıq kündələr
   
   fırlanıb olardı hamar kömbələr
   
   ele hey çömbəlib dalaşardılar
   
   daxmaya dəyəyə doluşardılar
   
   qoca çatan zaman yetmiş yaşına
   
   ağır bəla gəldi onun başına
   
   deyingən arvadı öləsi oldu
   
   qarı bir ulusun ölüsü oldu
   
   yox dul ola bilməz əsil dulusçu
   
   yenə də yarıydı olsa dul suçu
   
   düzəltdi bağının arxını qoca
   
   sındırdı dəzgahın çarxını qoca
Tofiq Abdin atofig@hotmail.com www.tofigabdin.ws.tc
Oxunub: 472
ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ (84)
90 İLİN BİR NEÇƏ SAATI-2
ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ (121)
90 İLİN BİR NEÇƏ SAATI-1
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (144)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-4
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (160)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-3
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (179)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-2
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (210)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-1
ONLARIN DÜNƏNİ: RƏŞİD BEHBUDOV (236)
SADƏCƏ RƏŞİD BEHBUDOV
ONLARIN DÜNƏNİ: Vaqif Səmədoğlu (241)
KİM VƏ NƏLƏR NƏ QƏDƏR DƏYİŞİB
SORAĞI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMİRXANLI - 2 (294)
SORAĞI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMİRXANLI - 1 (294)
"YEDDİNCİ QATdakı Yaradıcılar (308)
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA - 4 (369)
RƏSUL RZA -100
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA - 3 (390)
RƏSUL RZA -100
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA (448)
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA (470)
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ
BİZ NƏ QƏDƏR DƏYİŞMİŞİK (480)
KEÇƏN İLKİ KİMİ!!!!!!!!!!!!!! (570)
(Bir yazarın DOQQUZ istirahət günü necə keçdi)
Ömrün son Akkordları: VAQİF MUSTAFAZADƏ (602)
BİR YORUM (565)
AD(lar)ım və Soyad(lar)ım haqqında-2
BİR YORUM (562)
AD(lar)ım və Soyad(lar)ım haqqında-1
DANÜZÜ YUXULARI-3 (572)
Sizləri bilmirəm, mən son illərdə bütün yuxularımı Danüzü görürəm
DANÜZÜ YUXULARI-2 (540)
Sizləri bilmirəm, mən son illərdə bütün yuxularımı Danüzü görürəm
İki Siyasi Yazı (576)
XOŞ və HÜZNLÜ TƏSADÜFLƏR (687)
Sağdan doktor İbrahim, xalq artisti Ağaxan Salmanov, dördüncü Tofiq Abdin
DANÜZÜ YUXULARI (646)
Sizləri bilmirəm, mən son illərdi bütün yuxularımı
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 2 (678)
(Amma necə: buyurun tanış olun)
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 1 (472)
(Amma necə: buyurun tanış olun)
ELÇİN SƏLCUQU XATIRLARKƏN... (232)
Tale elə gətirdi ki,2010-cu ili Sənsiz qarşıladıq, Elçin Səlcuq!!!!!!!
HƏYATİ AĞRILARDAN... ÜRƏK AĞRILARINA... (217)
Balaca Tuğay: Ağlım yorulub
ORTAQ TÜRKCƏ -4 (254)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ-3 (307)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ-2 (331)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ (341)
(bu nə dərəcədə mümkündü)
NƏ GÜNLƏR VARDI ... (285)
Ömürdən notlar
ƏSKİLƏRDƏN GƏLƏN BİR BƏLA (295)
QRAMMATİKA DƏRSİ (353)
ADİL QAÇAYOĞLUNUN RUHU İNCİDİ (361)
(Unudulmaz yazar Adil Qaçayoğlunun xatirəsinə bir az gec qalmış FUTBOL İMPROVİZƏLƏRİ)
SÜMSÜKLƏR ƏDƏBİYYATI (331)
GÜNDƏM YARATMAQ MODELİ (443)
O BİR GÜN... (395)
YAŞAM MÖVZUSUNDA ƏDƏBİ İMPROVİZƏ (408)
MƏN BAĞIRMIRAM, YOLDAŞLAR... (505)
RAŞİT DEMİRTAŞA UĞURLU YOL (460)
YAZAR OQTAY SALAMOVUN SƏSSİZ ÜSYANLARINDAN BİRİ (467)
(bu həm də bir çoxlarının üsyanıdır)
YAYIN SON NOTLARI ... (394)
OĞLUM, BU YAZINI OXU!!!!!!!!!!!! (451)
Məhərrəm kişi
BU DA MƏNİM YAZIM (493)
GEDƏN, GETMƏ... (503)
RƏŞAD MƏCİDİN TƏXMİNLƏRİ (565)
(AH BU İSTİLƏR...BU İSTİLƏR...)
BİR CÜMLƏ DƏ CÜMLƏDİ... HA... (616)
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT
KİNO SƏNƏTİMİZİN TƏDQİQATÇISI (620)
ƏLİSƏFTƏR HÜSEYNOV - 2
KİNO SƏNƏTİMİZİN TƏDQİQATÇISI (463)
ƏLİSƏFTƏR HÜSEYNOV - 1
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT (458)
MƏN KEYFİMDƏN YAZMIRAM, DOSTLAR
YAZARLAR NEYÇİN DOST OLA BİLMİR... (480)
ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM (490)
ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM - 1 (439)
UĞURSUZ BAŞLAYAN YAY MÖVSÜMÜ (519)
VAQİF SƏMƏDOĞLU - 70 (527)
Doğuldum otuz doqquzuncu ildə Otuz yeddinci ildə tutuldum. Vaqif Səmədoğlu
VAQİF SƏMƏDOĞLU - 70 (544)
Doğuldum otuz doqquzuncu ildə Otuz yeddinci ildə tutuldum. Vaqif Səmədoğlu
ORXAN ARAS BAKIYA GƏLDİ... VƏ GETDİ (575)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (516)
SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI? - 2
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (569)
SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI?
HƏR ŞEYİN BİR MUSTAFASI MÜTLƏQ VAR (597)
HƏR AÇILAN SABAHA ŞÜKÜR, ALLAHIM!!!!!!!!!! (566)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (589)
ELÇİN TƏZADLARIN FACİƏSİ - 2
URA... BİR HƏFTƏDİ İŞ BAŞLAYIB!!!!!!!!!!!!!! (574)
(Əzablı DOQQUZ istirahət gününün ardından)
MƏN RAYONA GEDƏCƏM... (720)
(Variasiyalar...)
YAZAR QALİB TOĞRULUN TEATR MACƏRASI (612)
ŞANSMI, ŞANSSIZLIQMI? (658)
DANÜZÜ YAZILARI
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 4 (637)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (667)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 3
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 2 (651)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? -1 (723)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
YADDAŞI ZORLAYAN ANLAR (708)
YADDAŞI ZORLAYAN ANLAR (680)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
BİLƏCƏRİDƏN O YANA... (687)
MƏDƏTOĞLU SEVİNİRMİ, QƏMLƏNİRMİ?.. (743)
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) - 3 (708)
DANÜZÜ YAZILARI
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) - 2 (708)
Bizim təqdimatımızda:
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) (777)
DANÜZÜ YAZILARI
"NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH" (808)
MƏNİM ÜÇÜN DUA EDİN (776)
ARTIQ BU SÖZ DƏ MƏNİ İNCİDİR (850)
DANÜZÜ YAZILARI
BU HARAY HEÇ ZAMAN KƏSİLMƏYƏCƏK (829)
NECƏ YAŞAYIRSINIZ, ARİF BABAYEV? - 2 (797)
Arif Babayev-80
NECƏ YAŞAYIRSINIZ, ARİF BABAYEV? - 1 (816)
ARXİV
TANIŞ VADİYƏ DÖNÜŞÜN BƏLALARI (791)
CƏNNƏTDƏKİ CƏHƏNNƏM (875)
Yazar Orxan Arasın SON CƏNNƏT romanıyla cənnət axtarışı
RAŞİD BƏYİN "VƏFA"sı (793)
DANÜZÜ YAZILARI
İNTERNETDƏ ƏN ÇOX OXUNAN İKİNCİ YAZIM : 338 dəfə oxunub (818)
"...ÖLMƏYİN MƏNDƏN QABAQ"
İNTERNETDƏ ƏN ÇOX OXUNAN ÜÇ YAZIDAN BİRİNCİSİ (836)
VİDA GÜNLƏRİNİN QEYDLƏRİ (800)
SÖZ VƏ ONUN TƏSİRİ (797)
Tofiq Abdin
atofig@hotmail.com
www.tofigabdin.ws.tc
RASİM QARACANIN ƏDƏBİ DİRƏNİŞİ (812)
YAZAR OQTAY SALAMOVUN CAVABSIZ ÜSYANI (761)
(Bu, həm də bir çoxlarının üsyanıdır)
ƏSKİ ŞEİRLƏRİN YARATDIÜI OVQAT (799)
ASUDƏ İDİN, DÜŞDÜN ƏCƏB MÖHNƏTƏ, KÖNLÜM YAR GƏLİR GÖRÜŞƏ, GÖZÜN AYDIN YAR... SÜRÜŞƏ-SÜRÜŞƏ, GÖZÜN AYDIN YAR...
ORALARDA KİMLƏR VAR: (814)
AZƏR NƏFİSİ-2
SƏN SAYDIĞINI SAY... (805)
( "Media açarı" mükafatı mərasiminin ardından)
ŞUKŞİNLƏ VİDA GÜNÜ-2 (819)
ARXİV
ŞUKŞİNLƏ VİDA GÜNÜ-1 (862)
ARXİV