Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
ATOM BOMBASINDAN SAĞ QALAN YAPON ƏZRAYILIN YADINDAN ÇIXIBMIŞ
BƏRK DİLXORÇULUQ
ABŞ-ın DA ÖZ NOVRUZƏLİSİ VAR
Abid Şərifov "Şərəf" ordeni ilə təltif edildi
Xarici işlər nazirləri Moskvaya toplaşacaq
HƏR KƏNDƏ BİR DİNİ İCMA
AVROPA ŞURASI BƏLƏDİYYƏ SEÇKİLƏRİNİ TƏRİFLƏDİ
Neftin bahalaşması davam edir
Üçüncü sektor-bəlkə də birinci məsələ
Yerevan silkələnəcək
Türkiyə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
Əsirlərdən məktub gəlib
Alim intihar etdi
Türkmənistanla İran arasında ikinci qaz kəmərinin açılışı olub
Monitorinqlərin nəticələri açıqlandı
Körpü qəza vəziyyətinə düşüb
İRAN KONSULU NORVEÇDƏN SİYASİ SIĞINACAQ İSTƏYİB
Qondarma erməni soyqırımını tanımayan türk cərimələndi
GÜNƏŞ TƏBƏSSÜMLÜ
MÜZAKİRƏ, YOXSA ƏMƏL?
ŞUŞALI RUSİYA ÇEMPİONU
AZƏRBAYCAN "AVROVİZİYA 2010"da: YARIMFİNALÇILAR BƏLLİ OLDU
Arzum məhkəməyə üz tutacaq
Röya konsert verəcək
Samir Bağırov kasıbçılığın daşını atdı
SƏSİN SEHRİ
Murad Arif: "Şou-biznesdə hamı bilir ki, Murad Arif sözünün adamıdır"
SƏN HARALISAN, HARALI DURNA?
Boksçular beynəlxalq turnir zamanı İslamı qəbul etdi
Qurban Qurbanov "Qalatasaray"da təcrübə keçəcək
"Barselona" öz meydanında "Sevilya"ya uduzdu
GÜNÜN LƏTİFƏSİ
DƏQİQLƏŞDİRMƏ
   
Monitorinqlərin nəticələri açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi 183 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.
   
   Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 104 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 3 dəfə YVQH keçib.
Oxunub: 125
Körpü qəza vəziyyətinə düşüb
Bakı-Ələt-Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 67-ci kilometrində - Baş Mil-Muğan kollektorunun üzərində (Saatlı rayonunun ərazisi) qəza vəziyyətinə düşmüş avtomobil körpüsünün təmirinə yaxın günlərdə başlanacaq. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
   
   P.Mürsəliyevin sözlərinə görə, normadan artıq yüklənmiş avtomaşınların intensiv hərəkəti nəticəsində yanvarın 4-ü saat 16:40-dan etibarən respublika əhəmiyyətli bu avtomagistral üzərində yerləşən körpüdə qəza vəziyyəti yaranıb. Körpünün aşırımları deformasiya olub, eninə çatlar əmələ gəlib, bir aşırımı isə qırılıb. P.Mürsəliyev onu da vurğulayıb ki, anoloji hadisələr ötən il bir neçə dəfə Kür çayının üzərindəki strateji əhəmiyyətli avtomobil körpüsündə də yaranıb. Bu cür hadisələr əsasən nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi nəticəsində baş verir. Çünki köhnə körpülər inşa olunarkən indiki hərəkət intensivliyi və yüklərə hesablanmayıb. Qeyd edək ki, uzunluğu 83 metr olan körpü 9 aşırımlıdır.
Oxunub: 123
ŞUŞALI RUSİYA ÇEMPİONU
Fəxri hələ çox cavandır: vur-tut 18 yaşı var. 1991-ci ilin noyabr ayında Azərbaycanın bənzərsiz guşəsi Şuşa şhərində anadan doğulub. Ancaq hələ körpə yaşlarında ikən qulaqlarına ana laylası yox, mərmi səsi, top gurultusu dolub. Erməni qəsbkarlarının və havadarlarının Azərbaycanla apardıqları amansız, ədalətsiz müharibə az sonra şəhərin süqutu ilə nəticələnmişdir. O zaman Fərqanənin bir yaşlı Fəxriylə qaçqınlıq həyatı başlamışdır.
   
   Yurd-yuva itikisi, dolanışıq çətinliyi, şuşasızlıq, doğma insanların pərən-pərən düşməsi, ölüm-qan... Bütün bu məşəqqətlər Fərqanə Quliyevanın qəlbində sağalmaz yaralara səbbə olsa da, tale onu Rusiya Federasiyasının Saratov şəhərinə atdı. Artıq oğlu Fəxri böyüməkdəydi, Saratovdakı 50 saylı orta məktəbin birinci sinfinə gedirdi. Əmisi Habilin söylədiklərindən:
   
   - Fəxri əsl şuşalıydı, o, aylı-günlə deyil, nağıllarda söyləndiyi kimi dəqiqəylə, saatla böyüyür, boy atırdı. Sağlam boy-buxunu hamının diqqətini cəlb edirdi. Elə məktəbdə oxuyarkən ağır atletikaya mayl saldı. Ağırlıqqaldırma idman növü üzrə məktəb və şəhər çempionu, sonra gənclər arasında Rusiya çempionu adını qazandı. İndi maşallah, sorağı dünyanın hər yerindən gəlir, hələ ən böyük uğurları isə qabaqdadır. Çünki Fəxri çox çalışqan, zəhmətsevər idmançıdır, potensialı yüksək dəyərləndirir. Təsəvvür edin, 2008-ci ildə Qarabağlı Fəxri ağırlıqqaldırma üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyində Rusiya rekordunu təzələyib. Bu rekord onacan 102 kiloqram hesab olunurdu, Fəxri isə 105 kiloqram qaldırmışdı.
   
   Onu da deyək ki, Fəxri Quliyev balaca yaşlarından Azərbaycanı tərk etsə də, daim Qarabağa qovuşmaq, murdar düşmənlərimizin torpaqlarımızdan çıxarılıb qovulması fikri-zikri ilə yaşayır. Bu müqəddəs amal uğrunda hər zaman vətənə dönüb, canından keçməyə hazırdır. Ali məktəb tələbəsi Fəxri Saratovdakı uğurları barədə belə dedi:
   
   - Mən yalnız birinci yer uğrunda meydana çıxıram və heç zaman da qadir Allah məni peşiman etməyib. İndiyəcən 10 qızıl medal qazanmışam. Mükafatlarımın sayı-hesabı yoxdur, ancaq idman arxayıncılığı sevmir və məni qarşıda böyük turnirlər, əzəmətli yarışlar gözləyir. Mən fəxr edirəm ki, Azərbaycanda doğulmuşam, Rusiya çempionuyam. Bu ölkənin qəzetləri, telekanalları məndən məqalələr hazırlayır, verilişlər efirə buraxır, Qarabağda doğulmağımı xüsusi vurğulayırlar. Elə bu sözlər də mənə mənəvi rahatlıq verir, qələbələrə stimul yaradır.
   
   Saratovda "Heydər" adlı (Ulu öndər Heydər Əliyevin adını daşıyır) ictimai təşkilat fəaliyyət göstərir və həmvətənlərimiz burda birləşiblər. Azərbaycan icmasının üzvləri Fəxri Adil oğlu Quliyevə həmişə dəstək durur, onu əsas yarışlara hazırlamaqda əllərindən gələn köməyi əsirgəmi rlər. Gənc "Heydər"çi Fəxri də indiyəcən ümidləri həmişə doğruldub.
   
   Əhsən! Sükanı belə saxla, Fəxri!
   
   
   
   
Ceyhun Həsənov İdmançı
Oxunub: 122