
İranda vəziyyət dəhşətli şəkil almaqdadır. Ölkədə keçirilən mitinqləri dağıtmaq üçün polisin imkanlarından istifadə edən hökumət artıq 15 nəfərin həyatına son qoyub. Amma bu rəqəmin hər an arta biləcəyi də istisna edilmir. Çünki müxalifət etirazlarını dayandırmaq fikrində deyil, hökumət isə zor tətbiq etməkdən çəkinməyəcək şəklində davranır. Ölkənin paytaxtında baş verən olayların isə hər an başqa şəhərlərə sıçrayacağı mümkündür.
İrandakı proseslər nəyə gətirib çıxara bilər?
Qeyd edək ki, iranlı ekspertlər də artıq məsələ ilə bağlı danışmağa başlayıblar. Onların qənaətinə görə, etiraz aksiyaları prezident Mahmud Əhmədinejatla yanaşı, ölkəni ilarə edən dini elitanı də hədəfə alıb. Ekspertlər vurğulayır ki, artıq aksiyalar bir haqq axtarmaq mübarizəsinə çevrilməkdədir. Professor Əli Ənsari isə deyir ki, Irandakı aksiyalar insanları fərqli yönə daşımağa başlayıb. "Siyasi anlaşmazlıq daha çox ciddi bir şeyə döndü. İlk dəfə bu həftə hökumət nəzarəti əldə vermiş kimi görünməkdədir". ("Tribuna")
Ənsari hesab edir ki, küçələrdən başlayan gərginlik bir sonrakı mərhələdə din adamları arasında da fikir ayrılığı və parçalanmaya yol açacaq. O, həmçinin analoji vəziyyətin parlamentdə də yaşanacağını düşünür. "Bu, Əhmədinejat tərəfdarları ilə müxalifət arasında dərin bir uçurum yaratmaq imkanına gətirib çıxara bilər".
Qərb analitiklərinə gəldikdə isə onlar Iranın vəziyyətinin heç də yaxşı olmadığı fikrindədirlər. Analitiklər hesab edir ki, İranda internet saytlarının işləməməsi, müxalifət lideri Muvənin qohumunun öldürülməsi, müxalifətin aparıcı adamlarının həbs edilməsi, Tehranda insanların qətlə yetirilməsi hakimiyyəti çətin vəziyyətə salacaq. "Son prezident seçkilərindən sonra meydana çıxan Yaşıl Hərəkatın bütün təzyiqlərə rəğmən duyurlmayacağı və müəyyən zaman kəsimi arasında gündəmi yenidən məşğul edəcək aksiyaların müxalifət tərəfindən təşkil ediləcəyi gözlənilən idi".
Beynəlxalq Strateji Araşdırma Təşkilatının (USAK) İran üzrə mütəxəssisi Arzu Cəlalifər bildirib ki, seçkilərdə ilk dəfə dini liderin tərəf tutduğu və bunun edərkən də rejimin qüvvət zəmini olaraq xalqı və dini alimləri deyil, əsgər və rejimi qoruyanları göstərməsi böyük bir səhv idi. "İnsanlar hər keçən gün ölkələrinin bir polis dövlətinə çevrildiyini düşünür. Seçkidən sonra yatırılan aksiyalar aytəullah Əli Müntəzirinin cənazəsində və Aşura günü proqramları sırasında yenidən üzə çıxdı. Təbii ki, İran ekspertlərinin "sadə adamlar" dedikləri adi geyimli ultra-təxribatçıların payını da bu prosesdə unutmaq lazım deyil".
Cəlalifər də dəstəklədiyi İranda yerli mətbuatın üzərində tətbiq olunan senzura mexanizmi ölkədə olanlarla bağlı dəqiq bir qənaətin əldə olunmasına imkan vermir. "İnternetin bağlanması fonunda bir xəbər qarışıqlığı yaranıb. Amma bunun içində dəqiq olan bir şey var. O da aksiyaların aparıcı qüvvəsi xariclə bağlıd deyil. Ixtilafın tərəfləri Iranın öz içindədir. Təbii ki, toqquşmalar olan yerdə xarici güclər fəallaşmağa başlayır. Şübhəsiz ki, amerikalılar İrana hücum etməkdənsə, bu ölkənin içində toqquşmaları alovlandırmağa daha çox çalışarlar. Amma əgər dini lider seçkilərdə tərəf tutursa və açıq şəkildə Əhmədinejatı dəstəkləməsəydi, bütün bunlar olmayacaqdı".
Əhmədinejatın qəribə bir şəkildə səssiz durduğunu deyən Cəlalifərə görə, dini liderin bu tərəf saxlamaq siyasəti davam etdikcə Iran həm xarici müdaxilələrə daha açıq olacaq, həm də aksiyalar rejimi təhlükəli vəziyyətlərə salacaq.
"Yaşıl Üsyan"
Bildirək ki, İran hökuməti hadisələri işıqlandırmaq istəyən xarici jurnalistlərin fəaliyyətinə qadağa qoyub. Ancaq bu dəfə də Tvitter önə çıxmağa başlayıb. Tvitter saytlar artıq fotoşəkillər çəkərək, məlumatları dünyaya yaymaqdadır. Həmin məlumatlardan biri də budur ki, sabahdan etibarən hər gün Iranın bütün şəhərlərində əhali gecələr evlərinin damına çıxıb oradan "Diktora ölüm" şüarları səsləndirəcək və təkbir deyəcəklər.
Bu əsnada Iranın müxalifət saytları maraqlı bir xəbər yayıblar. Belə ki, Musəvinin qohumunun ölümündən sonra müxalifətin mübarizəsinin daha da güclənəcəyini bildiriblər. Və bunun da Iran rejiminin başında dayananlar tərəfindən bilindiyindən onların artıq hazırlıq gördükləri vurğulanır. Həmin xəbərə görə, başda Iranın ali dini lideri Əli Xameneyi olmaq üzrə molla hakimiyyətinin aparıcı nümayəndələri Rusiya pasportu ilə ölkəni tərk edəcəklər. Hətta o da iddia edilir ki, aksiyalardan sonra Xamineyi hərbi vertalyotla Sarullah Hərbi Bazasına aparılıb.
İsrailin müdafiə naziri Ehud Barak yeni bir iddia ilə çıxış edib. Nazirin sözlərinə görə, İran 2011-ci ildə nüvə silahı istehsal edə biləcək imkanın sahibi olacaq. Onun sözlərinə görə, Iran gələn il nüvə silahı hazırlamaq üçün texnologiya, daha bir il sonra isə bomba hazırlamaq üçün imkan yiyəsi olacaq.
Barak bəyan edib ki, Tehranın nüvə proqramının sülh məqsədi ilə həyata keçirildiyini qəbul etmir. O qeyd edib ki, burada əsas məqsəd nüvə silahı hazırlayır. Ona görə də, İrana qarşı sanksiyaların tətbiq edilməsi və hərbi müdaxilənin qısa müddətdə həyata keçirilməsini təklif edir. Həmçinin bu məqsədlə ABŞ-da və BMT-də lobbiçilik edir.
Bu əsnada ABŞ ordu komandanı Mayk Mulen də Irana hərbi hücumlarla bağlı fikirlərini açıqlayıb. O qeyd edib ki, Amerika ordusu Irana hücum etmək üçün hazırlıqlara başlamalıdır. "Amerika ordusunun Irana qarşı bir hərbi müdaxilə üçüe hazır olmasının lazım gəldiyini düşünürəm".
Bu arada məlum olub ki, İran yenidən irimiqyaslı hərbi təlimlərə hazırlaşır.
"Wall Street Journal Europe" jurnalının yaydığı məlumata görə, İran ordusunun fevralda keçirəcəyi təlimlərdə İran İnqilabı Keşikçiləri Korpusu da iştirak edəcək.
Maraqlıdır ki, təlimlərin keçiriləcəyi gün Tehranın nüvə probleminə dair Qərbə verdiyi təkliflərin müddətinin bitdiyi vaxtla üst-üstə düşür.