Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Tarix silinə bilməz
Birinciliyini qoruyan işsizlik
Biləsuvardakı Cəbrayıl
Oyundankənar vəziyyətə salınan oyun
Milli təhlükəsizlik nazirinin müavini Qazaxda olub
Gəncədə yeni döyüş növü üzrə Azərbaycan kuboku başlayıb
Təmənnasız hərbi yardımla bağlı sənəddən təmənnamız...
Ali məktəblərin reytinq cədvəli açıqlandı
İlkin nəticələr MSK-ya daxil olub
YAP-ın nümayəndə heyəti Tacikistana getdi
MTN-in alpinistləri "İlham zirvəsi"nə yürüş etdi
Viza protokolu imzalanmadı
Sumqayıtda 3 qanunsuz tikili sökülüb
Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə sərgi açıldı
XATIRLAMA
Gəmilərə peyk vasitəsilə nəzarət ediləcək
ZİDAN ƏLCƏZAİR MİLLİSİNİ GÜCLÜ SAYIR
VERON ARGENTİNANI FAVORİT SAYMIR
"QARABAĞ"IN KAPİTANI MƏŞQÇİ OLACAQ
JABAYLA BAĞLI ARAŞDIRMA
"REAL" BƏZİ FUTBOLÇULARLA YOLLARINI AYIRACAQ
"BARSELONA" ƏN YAXŞI HESAB OLUNUR
"FƏNƏRBAĞÇA" VARLI İMİŞ
ANRİ CƏZALANMAYACAQ
LEGİONER RƏQİBİ QINADI
AİJA QALİBLƏRİ MÜƏYYƏN ETDİ
Mübariz Mənsimovdan komandasına 30 milyon dollarlıq transfer hədiyyəsi
Samsun Opera və Balet Teatrında "Arşın mal alan"
MƏNƏ KÖMƏK EDİN
Avtomobil zavodunun açılması təxirə salındı
Dəniz Təhlükəsizliyi Strategiyası yaxın vaxtlarda hazır olacaq
GÜNÜN LƏTİFƏSİ
   
Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə sərgi açıldı
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Səttar Bəhlulzadənin muzeyin fondlarında qorunub saxlanan orijinal əsərlərindən ibarət sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev S. Bəhlulzadənin əsərlərinin Azərbaycan rəssamlıq məktəbində özünəməxsus iz qoyduğunu vurğulayıb. O bildirib ki, bu il UNESCO-da Səttar Bəhlulzadə ili elan olunması çox böyük hadisədir və bu cür tədbirlər növbəti illərdə də davamlı olaraq keçiriləcək.
   
   Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da Səttar Bəhlulzadə yaradıcılığına nəzər salıblar.
   
   Rəssamın əsərlərindən ibarət xüsusi kataloq və Milli Kitabxananın çap etdirdiyi "Səttar Bəhlulzadə biblioqrafiyası" da tədbir iştirakçılarına təqdim olunub.
   
   
Oxunub: 152
XATIRLAMA
Bənövşə fəslində, lalə fəslində,
   
   alaca aydınlıq vursun başıma,
   
   bir dağ cığırında, Laçın elində,
   
   bir ağ atlı oğlan çıxsın qarşıma.
   
   
   
   Bir quş qanadlansın qaya qaşından,
   
   qanadlansın havalı ruhum kimi,
   
   bir gözəl qayıtsın bulaq başından,
   
   təbəssümü oda salsın könlümü.
   
   
   
   Çərxi-fələk geri dönsün bir anda,
   
   geri dönsün o arzular, umudlar,
   
   uzaqdakı dağlar ipək dumanda,
   
   göy üzündə allı-güllü buludlar.
   
   
   
   KƏNDİMİZƏ GEDƏRKƏN
   
   
   
   Toran qovuşubdur yollar boyunca,
   
   cığırlar qarşımda burulub gedir,
   
   quşlar nəğmə deyir çöllər boyunca,
   
   bulaqlar könlüm tək durulub gedir.
   
   
   
   Burda uşaqlığın mavi izləri,
   
   mavi xatirələr yaşayır hələ,
   
   adlayıb gedirəm geniş düzləri,
   
   bir də düşməyəcək bu anlar ələ.
   
   
   
   İllər arxasından boylanıb baxır
   
   uşaqlıq günlərim, uşaqlıq çağım,
   
   niyə incik-incik dayanıb baxır,
   
   budaqlar üstündən utancaqlığım.
   
   
   
   Qoy o çəkinməsin, qaçmasın məndən,
   
   yüyürsün qarşıma yollar boyunca,
   
   sarılıb boynuna uşaqlığın mən
   
   öpüm üz-gözündən, öpüm doyunca.
   
   
   
   Sonra evimizə yollayım onu,
   
   çatsın uşaqlığım özümdən qabaq.
   
   Anam da oxşayıb, qucub boyunu,
   
   alma bağışlasın ona bir qucaq.
   
   
   
   Gəzsin saçlarımda titrək əlləri,
   
   görsün ki, boyum da qalıb balaca.
   
   Uşaq inadımla dönmüşəm geri,
   
   dayanıb heyrətlə baxsın beləcə.
   
   SEVGİ MƏLƏYİSƏN GÖZLƏRİ NƏMLİ
   
   
   
   Gecə yağışları - mənim günahım,
   
   yağır ürəyimə, yağır gözümə,
   
   sənin gözlərindi bəlkə pənahım, -
   
   təsəlli verirəm özüm-özümə.
   
   
   
   Gecə küləkləri - mənim günahım -
   
   gecə küləkləri səbirsiz, dəli,
   
   gecə küləyindən heç nə ummuram,
   
   gecə küləkləri qüssəli, qəmli.
   
   
   
   Mənim günahımdır gecə yağışı,
   
   gecə küləkləri mənim günahım,
   
   nə ulduzlu göylər, nə də mələklər,
   
   sənin gözlərindi bəlkə pənahım.
   
   
   
   Gecə yağışından umacağım yox,
   
   sevgi mələyimsən gözləri nəmli,
   
   pənah gətirmişəm sənin nəğmənə,
   
   sənin nəğmələrin gözündən qəmli.
   
   
   
   Pənah gətirmişəm sənin nəğmənə,
   
   bu sevda alnıma yazılan yazı.
   
   Ağlayarsan gülüm, hey ağlayarsan,
   
   bağışlamaq üçün mən günahsızı...
   
   
   
   LAÇIN DAĞLARI
   
   
   
   Dumanım harda qaldı,
   
   gümanım harda qaldı,
   
   umanım harda qaldı -
   
   umudum Laçın dağları...
   
   
   
   İtirin izlərimi,
   
   unudun sözlərimi,
   
   qapasın gözlərimi
   
   buludun, Laçın dağları...
   
   
   
   Yuxumda qar yağır gecə,
   
   hər gecə bir işgəncə.
   
   O gözəl günləri necə,
   
   unudum, Laçın dağları...
   
   
   
   ŞƏHİD UŞAĞA AĞI
   
   
   
   Allah, kimindi bu uşaq,
   
   qançır-qançırdı dil-dodaq.
   
   Gözləri elə bil oyaq.
   
   düşüb qalıb torpaq üstə
   
   
   
   sinəsini deşib süngü,
   
   açılan lalədir sanki.
   
   Körpə ömrü olub sürgün,
   
   düşüb qalıb torpaq üstə
   
   
   
   Gözümdə göz yaşı olar,
   
   bu torpaq sirdaşı olar,
   
   on dörd, on beş yaşı olar -
   
   düşüb qalıb torpaq üstə...
   
   
   
   GƏLSƏN QAPIMI DÖYMƏ
   
   
   
   Dörd divar arasında
   
   ulayır yalquzaq külək.
   
   Məzarımı qazın, gedim
   
   görüm nə istəyir fələk.
   
   
   
   Yay günü mənim yuxuma
   
   qar düşər, bəyaz qar düşər...
   
   Gəlsən qapını döymə ,
   
   barmaqların üşüyər.
   
   
   
   Xəbərim yoxdu bu gün
   
   yaxınımdan, uzağımdan
   
   Payız yarpağı kimiyəm
   
   qopmuşam budağımdan.
   
   
   
   AVTOPORTRET
   
   
   
   Yarısında yalqızlığım,
   
   yarısında umudlar -
   
   ürəyimin yarısında gün çıxıb,
   
   yarısında buludlar.
   
   
   
   Yarısında yaşıl bahar,
   
   yarısında bəyaz qış,
   
   yarısında gün doğub ürəyimin
   
   yarısında soyuq yağış.
   
   
   
   Yarısı o tayda, yarısı burda,
   
   dostlar, gözümə baxın-
   
   ürəyimin yarısı göy üzünün,
   
   yarısı qara torpağın...
   
   
   
   BİR ŞƏHİD RUHU ÜÇÜN
   
   
   
   Yenə qar yağır,
   
   hava
   
   qızıl alma qoxuyur amma.
   
   Şükür, qarda qan ləkəsi yoxdu bu gün.
   
   Qar üstündə
   
   qırmızı qərənfillər ağlayır
   
   o dağlarda gömülmüş
   
   bir şəhid ruhu üçün...
   
   
   
   YENİ İL ƏRƏFƏSİNDƏ
   
   
   
   Gül qoxulu,
   
   quş qoxulu
   
   sevdalı günlərin
   
   qeyb olar il başında,
   
   gözlərinin yaşında...
   
   
   
   illərin o tayında
   
   qalar ümidlərin,
   
   təbəssümün qalar
   
   illərin o tayında.
   
   
   
   Sən yenidən doğulsaydın,
   
   qərib yolçu olsaydın
   
   qürbət yollarında
   
   illərin o tayından
   
   keçib gələ bilərdinmi
   
   gözəgörünməz dəmir qandalın
   
   ağrısı qollarında...
ADİL ŞİRİN
Oxunub: 153
Samsun Opera və Balet Teatrında "Arşın mal alan"
Dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" musiqili komediyası Türkiyənin Samsun şəhərinin Opera və Balet Teatrında tamaşaya qoyulub. Bu barədə Lent.az-a teatrın səfərdə olan üzvləri məlumat verib. Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin səhnələşdirdiyi operettanın premyerası dekabrın 19-da baş tutub. Samsunun rəsmi şəxslərinin, Ankaradan dəvət olunmuş tanınmış sənətçilərin, media təmsilçilərinin də qatıldığı premyera anşlaqla qarşılanıb.
   
   Dekabrın 21-də isə "Arşın mal alan"-ın qala-premyerası olub. Tamaşadan sonra yaradıcı heyətlə görüşən şəhər rəhbərliyi və sənətçilər Azərbaycan mədəniyyətinə böyük önəm və dəyər verdiklərini söyləyiblər. Samsun Opera və Balet Teatrı "Arşın mal alan"-ın uzunmüddətli repertuara salınmasını qərara alıb.
   
   Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev "Arşın mal alan"-ı səhnəyə qoymaq üçün 2009-cu il noyabrın 15-dən Samsuna dəvət olunub. Hər gün 7-8 saat məşqi keçirilən tamaşanın ərsəyə gəlməsində azərbaycanlı rejissorla yanaşı, alman dirijoru Markos Baix, rəssam Yusif Tokər, xormeyster Aleksi Vinoqradşçi, xoreoqraf Zeynəb Bengiər çalışıblar. Əsgər rolunda Onur Polad və Barış Yanç, Gülçöhrə rolunda Əda Bingöl və Arsen Ərsoy çıxış ediblər. Tamaşada bütün rolları türk sənətçilər ifa ediblər. Qeyd edək ki, 2002-ci ildə Hafiz Quliyev "Arşın mal alan"ı Ankara Opera və Balet Teatrında da səhnələşdirib.
   
   
VÜSAL
Oxunub: 155