
Yabançı olduk şimdi
Yazık bir-birizmize
İstesen gel dönelim,
Eski günlerimize.
Unudulmaz müğənnimiz
Rəşid Behbudovun
Sovetlər zamanında oxuduğu mahnıdan
İndi isə çağdaş mətbuatımızdan yazarlarımızın bu temada yazılarından nümunələrlə tanış olaq :
Yazar İradə Tuncaydan nümunələr
"...Yazının içində məxsusi olaraq Türkiyə türkcəsindən istifadə etmişəm, bunu da mənə eyib tutmayın. Mən bu şəhərə aşiqəm.
İmkansız şey
Şiir yazmaq
Aşıqsan əyər
Və yazmamaq
Aylardan Nisansa.
***
Vəya başqa bir yazsından :
Yolboyu İstanbuldakı yenilikləri seyr edirəm.
- Polis Evi nerdə?
- Sarıyerdə, abla.
- Sarıyer lüks mekan...
- Əvət.
Getdi Aqil Abbasın paracıqları deyə düşünürəm. Maşın Bosforun kənarındakı beş-altı mərtəbəli, sadə görünümlü binanın qarşısında durur.
- Burası, efendim.
Yazar Aqil Abbasdan nümunələr :
Yüce şairimiz Mehmet Akif:
Bayrakları bayrak yapan üstündəki kandır
Toprak - uğrunda ölən varsa Vatandır!
***
Başqa bir yazısından :
Türklər dünya üçüncüsü olanda Bakının sokaklarına çıxan on minlərlə insan, Bakının sokaklarında dalğalanan on minlərlə Türk bayrağı bunun sübutu deyilmi?!
O Bursanın valisi də bilmir ki, Türkiyənin milli bayrağı Azərbaycanın milli bayrağıdı və Azərbaycanın milli bayrağı da Türkiyənin və türklərin milli bayrağıdı. Əgər bunu bilmirsə, bu nasıl türkdür və nasıl o boyda şəhərə valilik yapır?
Biz bundan rəncidə olmayacağıq. O stadionda Türkiyənin bayrağı dalğalanacaq ya! Sən onudamı yasaq edəcəksən?
***
Tez-tez olmasa da, zaman-zaman qəzetlərimizdə ORTAQ TÜRKCƏ məsələsinə toxunan yazılar və fikirlərə rast gəlmək mümkündür.Təbii ki, qəti bir addım atılmasa da, eyni zamanda türk cumhuriyyətlərində ortaq parlament məsələsi də çox zaman gündəmə gəlir və bu məsələdə millət vəkili, Nizami Cəfərovun fikirləri və verdiyi sorğuları diqqətdə yaşayandır. Hər iki məsələ uzun bir zaman kəsiyi tələb etsə, də bunun ola biləcəyi hər zaman da şübhə altındadır və hətda bu məsələləri ortaya insanların özləri də bunu danmazlar. Və şübhə altında oluduğu üçün də sözü keçən bir çox ziyalımız bu məsələdə qətiyyət göstərmək istəmirlər. Məncə, nədənsə içlərində dəruni bir şübhə var. Daha doğrusu ümidsizlik var. Bütün bunlar baxmayaraq bu məsələdə bir çox yazarımız inadkardır və öz yazılarında bol-bol Türkiyə türkcəsi və yaxud Anadolu türkcəsindən gələn bizə də doğma olan sözlərdən inadkarlıqla və yerində istfadə etməyi bacarırlar. Və mən bu yazarları oxuduqda həqiqətən hər zaman içimdən: "əlinizə və gözlərinizə sağlıq" kimi bir ifadə keçir. Özlərinə telefon asıb deməsəm də, heç bir fərq qoymadan Türkiyə türkcəsindən istifadə eləyən bir çox yazarımız, o sıradan millət vəkili Aqil Abbas inadkarlıqla Türkiyə türkcəsindən ustalıqla istifadə etməkdə hələlik bayrağı öndə aparır. Xüsusiylə bu onun Türkiyə üstünə yazdığı yazılarda tam parlaq və inadkarlığı ilə gözə girir. Onun yazılarında çox yerində istifadə elədiyi sözlər və hətda fikirlər tam ortaq türkcənin əsil nümunələri kimi diqqəti çəkir.Üstə gəl onun qəzetinin baş yazarı İradə xanım Tuncay da eyni bu addımı atır və həqiqətən də öz yazılarında mənim də bir çox zaman qorxa- qorxa istifadə elədiyim, hətda qorxumdan istifadə eləmədiyim sözlərdən də bol-bol yaralanır. Bu da təbii ki, hər iki yazarın yazılarına gözəl dad gətirir.
Daha sonra bizim günlərin mətbuatında bir neçə yazarımız da Türkiyə türkcəsindən gen-bol istifadə etməklə daha çox inad göstərirlər. Bunlardan ən inadlısı şair Etimad Başkeçid və Xanəmirdir ki, çox zaman yazını məhz Türkiyə türkcəsi aksentində yazmağı təbii bir hal hesab edirlər. Hətta başa düşmədiyimiz bəzi sözləri də yazılarına gətirirlər.
Açığını deyim ki, keçənlərdə "GünAz" televizyonunda çıxış edən yazar Yaşar çox qəti və inadla şair Qulu Ağsəsin ortaq türkcə sorusu üzərinə dedi : Ortaq türkcə məhz Türkiyə türkcəsi olmalıdır.
Yazar Yaşarın bu fikrini mən alqışladım və həqiqətən Yaşar kimi bir yazarın dilindən bunu eşitmək mənim üçün son dərəcə ləzzət verici bir şey idi. Bütün bunları nəzərə alaraq zaman-zaman bu məsələni gündəmdə saxlamaq və daha geniş yaymaq təbii ki, əlində qələm olan hər bir yazarımızın hüquqi borcudur desəm yanlış olmaz. Və mən də uzun illərdir ki, bu məsələdə öz fikirlərimi yazmaqdayam. Hələ Türkiyə illərində bu məsələ ətrafında yazılar yazdım. Həmin yazılar "Ortadoğu" qəzetində çap olunurdu. Hər zaman yeni olan və uzun bir mücadilə tələb edən bu məsələ ətrafında fikirlər söyləmək onu həmişə gündəmdə saxlamaq dediyim kimi hər bir yazarımızın qayəsi olmalıdır. Təbii ki, fikirlər şaxələnsə də bu məsələnin ortalıqda olması sevindiricidir.
Sevindirici bir də odu ki,yazarlarımızın yazılarında çox zaman rast gəldiyim məni narahat edən bir məsələni də burada açıqlamaq fikrindəyəm. Bu da bir çox adların və bir çox sözlərin bizim türkcədə yazılışında xətalara yol verilməsidir.Təbii ki, Türkiyə türkcəsindən alınan sözlərin birinin məhz Türkiyə türkcəsində, o birisinin bizim qrammatikaya uyğun yazılışı işin içinə girir və bu anlamda bunun hansının daha doğru olduğunu gündəmdə saxlamaq çox çətindir. Bəzən mən söhbətlərdə yazar dostlarımdan, ən çox da baş redaktorlardan xahiş edirəm ki,Türkiyədən alınan bir çox yazıları məhz aldığımız kimi çap edərək, ortaq türkcəyə doğru yolu daha da qısalda bilərik. Bu sahədə yenə də "Ədalət" qəzetinin praktikası, təcrübəsi məni daha çox qane edir. Və mən dəfələrlə yazar dostum Qalib Toğrula təklif etmişəm ki, Almaniyadan "525-ci qəzet"ə yazan Orhan Arasın yazılarını ortaq türkcəyə doğru bir başlıqda orjinalda necə var, o cür də vermək olar. Təbii ki, Qalib bəy qəzet sahibi deyil və bu təklif hələ də təklif olaraq qalmaqdadır. Amma Qalib bəy onun yazılarını bizim türkcəyə axtaranda vəya uyğulayanda çox həssaslıq göstərərək bəzi sözlərə toxunmaqdan vaz keçir və bu da Orhan Arasın yazılarına xüsusi bir anlam verməklə, məhz otaq türkcəyə gedən yolda ən layiqli davranışdır.
Orhan Aras demişkən, bir az əvvəl mən sözlərin yazılışında bəzi məqamların gözlənilməsi məsələsinə toxundum. Nədir bu? Baxın, bu yazarın adının və soyadının yazılışı Türkiyə türkcəsində ORHAN ARAS olaraq keçir, amma biz bu adı bəzən ORXAN ARAS olaraq təqdim edirik. Şayət qramatikaya riaəyət ediriksə, o zaman azəri türkcəsində ORXAN ARAZ yazılması daha düzgün hesab olunmalıdır.Yox bəzən adı türk qrammatikasının hərflərinə uyğun yazırıq, soyadı isə tamimilə başqa cür. Və bu sıradan çox örnəklər vermək mümkündür. Bu yanaşama bizim yazarlarımızın çoxunda açıq-aşkar görünməkdədir. Örnəklər sıra-sıra. Ancaq hamısını burada xatırlamaq imkansız.
Bütün bunları düşündükdə deyilən fikirlər mübahisə doğurmaya bilməz ki, bu məsələ barədə güman ki, dəfələrlə yazılar yazılacaq.
Önümüzdəki həftə inşallah 1995-ci ildə Türkiyədə "Ortadoğu" qəzetində bu mövzuda çap olunan bir yazımı eyniylə oxuculara təqdim etməklə mübahisəmizə davam edəcəyik.
(DAVAM EDƏCƏK)