Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Qadağan olunmuş dini materiallar aşkarlandı
"BİR AZ DA BİZƏ SAXLA"
Tiflis
İran səfiri Azərbaycan xalqını təbrik etdi
"VƏTƏN nədən başlayır?..
GÜNÜN LƏTİFƏSİ
   
ANALARIMIZ QOYUN YOX, OĞULLARINI QURBAN KƏSDİLƏR!
(Bəs üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan həmin şəhid analarının Qurban bayramı nə vaxt olacaq?!)

Bu gün Qurban bayramıdı. Əziz, müqəddəs günlərdən biridi. Tarixin hansı günündəsə həzrəti İbrahim oğlu İsmayılı Tanrıya qurban kəsmək istəyirdi. Tanrı isə həzrəti İbrahimin Ona bu sevgisini yüksək qiymətləndirib və peyğəmbəri İsmayılı qurban kəsməyə qoymayıb. Və mələkləri ilə ona bir qoyun göndərib. Və peyğəmbər də Tanrının sözünü yerə salmayacaqdı ki?! Ona görə də oğlunu yox, həmin qoyunu qurban kəsib. Beləliklə, həmin gün Qurban bayramı kimi tarixiləşib.
   
   Dini kitablarda və hədislərdə bunun bir neçə ehtimalı var.
   
   Birincisi. Həzrəti İbrahim ahıl çağında Tanrıya yalvarıb ki, ona bir oğul versin, Tanrı onu eşidərsə, həmin oğulu da Ona qurban kəsəcək.
   
   Özünü peyğəmbər adlandıran və ya Tanrının özünə peyğəmbər seçdiyi bir şəxsin niyə belə bir böyük günah işlətmək istəməsini, günahsız bir uşağı vəhşicəsinə yerə yıxıb boğazını kəsmək istəməsini - "Tarixi-Nadir"i iki dəfə, Yunis Oğuzun "Nadir şah" əsərini bir dəfə axıracan diqqətlə oxusam da, bunu başa düşə bilmədim.
   
   Axı Tanrı həzrəti İbrahimi insanları haqq yola döndərməyə, ədalətli, mərhəmətli olmağa çağırmaq üçün göndərmişdi, insan başı kəsməyə yox!
   
   
   
   ÖZ BALASININ BAŞINI
   
   KƏSMƏK İSTƏYƏN
   
   
   
   bir şəxs insanlara necə örnək ola bilərdi, insanları necə mərhəmətli olmağa çağıra bilərdi?!
   
   Başqa bir ehtimala görə, Tanrı öz peyğəmbərini sınağa çəkmək istəyib. Buna da inanmıram. Yaratdıqlarının, eləcə də peyğəmbərinin ürəyindən keçənləri Ona sədaqətini və sevgisini çox gözəl bildiyi halda buna nə lüzum? Bir də ki, Tanrı peyğəmbər Əyyubu sınağa çəkmişdi, bəs deyildimi?!
   
   Tanrı peyğəmbərlərini özü seçirdi. Onun Kadrlar İdarəsinin rəisi və ya kadrlar üzrə məsləhətçisi yox idi ki, layiq olmayan kimdənsə rüşvət alıb Tanrıya sırıyaydı. Və təbii ki, Tanrı kimi seçdiyini çox gözəl bilirdi və seçdiklərinin bütün əməllərindən də xəbərdar idi.
   
   Və bəlkə də çox gözəl bilirdi ki, həzrəti İbrahim oğlunu qurban kəsməyəcək və ona görə də peyğəmbərini sındırmamaq üçün ona qoyun göndərdi.
   
   Başqa bir qorxulu ehtimal da var. 70 yaşlı peyğəmbər Tanrısını sınağa çəkməyə cəsarət eləyib. Öyrənmək istəyib ki, doğrudanmı Tanrı var və həmin Tanrı onu sevir. Tanrı da peyğəmbərini inandırmaq üçün onun xahişini qəbul edib. Amma Tanrı Əyyub peyğəmbərin çəkdiklərini həzrəti İbrahimin çəkməsini istəməyib, həm də gün üzü İsmayıla qıymayıb. Tanrı mərhəmətlidir və bağışlayandır.
   
   
   
   ƏSLİNDƏ İSƏ TANRININ
   
   
   
   həzrəti İbrahimi İsmayılı qurban kəsməyə qoymamasının daha böyük bir səbəbi, daha böyük bir özəlliyi var.
   
   İnsanlar onları yaradan Tanrını tanımayıb, özlərinin yaratdıqları "tanrılara" tapınanda bəşər övladını öz "tanrılarına" qurban kəsirdilər. Hələ də Afrikada belə Tanrısız qəbilələr yaşamaqdadır. Yüce Tanrı bu vəhşətin qarşısını almaq, yaratdıqlarını bundan çəkindirmək üçün həzrəti İbrahimi İsmayılı qurban kəsməyə qoymadı. Bununla da bəşər övladının yalançı "tanrılara" qurban kəsilməsinin qarşısını aldı.
   
   Kim bilir, bəlkə də Tanrının həzrəti İbrahimin bir peyğəmbər kimi üzərinə qoyduğu bir müqəddəs missiya da elə budu. Həzrəti İbrahim də bu missiyanı ləyaqətlə yerinə yetirib. Və həmin gündən sonra insanlar bu vəhşilikdən əl çəkdilər və yaratdıqları "tanrılarına" daha bəşər övladını deyil, onları yaradan Tanrıya heyvan qurban dedilər.
   
   Mən bu kiçicik yazımda heç də Qurban bayramını araşdırmağı qarşıma məqsəd qoymamışam. Fikrim başqadı. Sadəcə olaraq yazmaq istədiklərimin, demək istədiklərimin həzrəti İbrahimin oğlu İsmayılın əvəzinə qoyun qurban kəsməsi ilə əlaqəsi var. "Dolu" romanımda da bu məsələyə xüsusi diqqət çəkmişəm. Bəlkə bununla günaha batıram. Eybi yox, dünyada o qədər günahım var, bu da olsun min birinci.
   
   
   
   BU GÜN QURBAN
   
   BAYRAMIDI
   
   
   
   Mən də çörəyimi özüm qazanan gündən qurban kəsirəm. Özü də təkcə Qurban bayramı günlərində yox, ara günlərdə də. Ona görə yox ki, Tanrı günahlarımdan keçsin.
   
   Qurban kəsməklə, Həccə getməklə günahlar bağışlansaydı Cənnətlə yaşadığımız dünyanın nə fərqi olardı ki!
   
   Hər imkanı olan müsəlmanın (dəxli yoxdur, olsun yəhudi, xristian, bütpərəst) qurban kəsməsi də Tanrıya xoş gedər. Əməllərimizlə Tanrını həmişə məyus edirik, heç olmasa ildə bircə dəfə ürəyini açaq.
   
   Yeri gəlmişkən. Qardaş Türkiyədə çox gözəl bir ənənə yaranıb. İnsanların böyük bir əksəriyyəti dedikləri qurbanı kəsmirlər. Həmin qurbanın pulunu Mehmetcik vaqflarına, Şəhid və Qazi vaqflarına, Türk millətinin onuru və şərəfi olan Türk Silahlı Qüvvələrinə bağışlayırlar. Hələ bundan başqa kəsilən qurbanların dərisi də TSK-ya bağışlanılır.
   
   Bəlkə biz də bunu türk qardaşlarımızdan öyrənək! İnanıram ki, bu elə belə də olacaq!
   
   Bu gün Qurban bayramıdı. Həzrəti İbrahim oğlu İsmayılı Tanrıya qurban verdi, Tanrı da onun bu sədaqətini qiymətləndirdi və peyğəmbəri mükafatlandırdı: həm İsmayılı qurban kəsməyə qoymadı, həm də qurbanlıq üçün ona qoyun göndərdi, həm də həzrəti İbrahimi peyğəmbərlik ucalığına qaldırdı, adını tarixiləşdirdi, həmin günü də bütün dünyaya bayram günü elan elədi. Tanrı adildir, mərhəmətlidir, bağışlayandır və mükafatlandırandır.
   
   Bəs, bizim üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan Şəhid Analarımız?!
   
   
   
   ONLAR Kİ TANRI
   
   YOLUNDA
   
   qoyun qurban demədilər və qoyun qurban kəsmədilər! Onlar Tanrı yolunda öz canlarından da çox sevdikləri oğullarını qurban dedilər və oğullarını qurban verdilər! Özü də "uf" demədən. Tanrıdan qoyun göndəriləcəyini gözləmədən!
   
   Öz əlləri ilə geyindirib-gecindirdilər, bağırlarına basıb sonuncu dəfə alınlarından öpdülər və Tanrıya qurban göndərdilər...
   
   ... Tanrı elə Vətən deməkdir. Vətən də elə Tanrı deməkdir. Vətən yoxdursa, Tanrı kimə lazımdı?!
   
   ... Bu oğullar da gözlərini qırpmadan, ölümün gözünün içinə şax baxa-baxa, gülə-gülə Tanrıya qurban getdilər! Özü də elə-belə oğullar yox ey!
   
   Allahverdi Bağırov, Vəzir Hacıyev, Çingiz Mustafayev, İsmət Qayıbov, Məhəmməd Əsədov, Alı Mustafayev, Fred Asif, Fəxrəddin Qəmbərov, Salatın Əsgərova, Gültəkin Əsgərova, Etimad İsmayılov, ilk hərbi təyyarəçimiz Vaqif Qurbanov, Fazil Mehdiyev, General Ərşad, Kamil Sabitov, Canpolad Rzayev... VƏ 25 MİN BELƏ OÜUL!
   
   Gör Azərbaycan anaları necə oğullar doğub?!
   
   Bəli! 25 min Ana Tanrı yolunda qoyun deyil, öz övladlarını qurban verdilər.
   
   Tanrı Tanrı yolunda oğlu İsmayılın əvəzinə qoyun kəsən həzrəti İbrahimi mükafatlandırdı.
   
   
   
   BƏS TANRI TANRI
   
   YOLUNDA QOYUN DEYİL,
   
   
   
   öz oğullarını qurban kəsən 25 min Ananı nə vaxt mükafatlandıracaq?! Onların bəlkə də 70 faizi bu mükafatı gözləyə-gözləyə haqq dünyasına köçüblər. Və onlar haqq dünyasında da bu mükafatı gözləyir.
   
   Yücə Tanrı! Onlar Səndən nə peyğəmbərlik ucalığına yüksəlmək, nə tarixə düşmək , nə də kəsmək üçün qoyun umdular, nə də umurlar. Onların Səndən gözlədiyi mükafat başqadır:
   
   - Sənin yolunda qurban verdikləri oğullarının ruhlarının sevindirilməsi!
   
   Yücə Tanrı! Sən səbr edənləri sevirsən. Amma onlar insandılar, onların 40 il səbri yoxdu!
   
   Yücə Tanrı! Oğullarını Sənə qurban verən anaları və Sənə qurban gedən oğulları sevindir! Bu müqəddəs bayram günü xatirinə!
   
   Tanrıya inandığım qədər inanıram ki, son mənzilim olacaq Qarağacı qəbristanlığına inandığım qədər inanıram ki, suyunu içəcəyim İsa bulağına inandığım qədər inanıram ki, havasını udacağım Şuşaya inandığım qədər inanıram ki, Şəhid Anaları da və Şəhid Oğullarımız da mükafatlanacaqlar. Ən azı yücə millətimiz onları mükafatlandıracaq. İstərdik ki, Tanrı da yardımçımız olsun.
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 439
BURA ZİBİL TÖKƏNİN ATASINA LƏNƏT (333)
(Birinci yazı)
KOLANILARIN ƏMİOĞLU DAVASINI MİLLİ DAVA KİMİ TƏQDİM EDİRLƏR (352)
TÜRKİYƏDƏ LİDERLƏRİN ÇÖMƏLMƏ DAVASI (313)
(Day ermənilər demir türklərin sonrakı ağlı)
RƏQQASLARIMIZ ƏRƏBLƏRİ DƏLİ ELƏDİ (576)
(Elə məni də)
İT YERİNƏ QOYULMAYAN BMT, PAN Gİ MUN... (489)
(Pan Gi Mundan simpatiçni Naxırçı Hüseynə Allah rəhmət eləsin)
BU, DÖVLƏT BAYRAĞIDIR, CEHİZ XALÇASI DEYİL (523)
(Bayrağımıza sayğısızlıq göstərənlərə...)
KILIÇDAROĞLU AKP-ni KILIÇLAYA BİLƏCƏKMİ?! (272)
TANRI DEYƏSƏN DAY QƏDİR RÜSTƏMOVUN DA SƏSİNƏ QULAQ ASMIR... (494)
TÜRK SİYASƏTİNİN DEVİ DƏNİZ BAYKALA QURŞAQDAN AŞAĞI ZƏRBƏ (489)
Türkiyə açıla-açıla əldən gedir
GÜL BAYRAMI (415)
BAYRAMI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ KEÇİRİR, MƏKTƏBLƏR YOX
TUĞİ-LƏNƏT RADARLARDI, YOXSA SÜRÜCÜLƏR?! (385)
BİLMƏDİM GÜLÜM, YOXSA AĞLAYIM! (359)
(Hüseynqulu müəllimə dediyimiz düz çıxdı)
"YENİ MÜSAVAT" HAKİMİYYƏT QƏZETİ, XALİD KAZIMLI DA HAKİMİYYƏT JURNALİSTİDİR?! (518)
DAĞLAR OĞLU (364)
MEHMET ALİ BİRANDIN BAŞINDAN BÖYÜK QƏLƏTİ (836)
SƏRKİSYANDAN OBAMAYA BİR TƏYYARƏ NÜVƏ BOMBASI (613)
(Allahdan başqa Allah yoxdur, Obama da onun Yer üzündə səkkiz illik dəccalıdı)
BİR ŞAHMAR ƏKBƏRZADƏ... (529)
EŞŞƏK VƏ İNSAN (514)
HƏM BİZİM, HƏM DƏ MÜƏSSİSƏLƏRİN TƏHLÜKƏSİZLİYİ NECƏ QORUNUR? (446)
YOLLARA DƏMİR-BETON ÇƏKSƏK DƏ XEYRİ YOXDU (381)
AKİF İSLAMZADƏ, MƏNİ AD GÜNÜMƏ BAĞIŞLA! (560)
(Siz doğrudanmı Tanrı səsini eşitmisiniz?)
AZƏRBAYCANIN TÜRKİYƏYƏ DƏSTƏYİ ABŞ-ı ÇİLƏDƏN ÇIXARIR (659)
(Prezidentimizə çamur atmağın kökündə nə dayanır?)
ŞEYTAN ÖVLADLARINA KAMİKADZE DEMƏK GÜNAHDI (583)
(Namərdi elə namərd adıyla çağırın)
QƏBƏLƏDƏ PİANO FABRİKİNİN TİKİLMƏSİNƏ NİYƏ DİLXOR OLURSUNUZ? (656)
BAŞINI DİK TUT, TÜRKİYƏ (584)
(Türk min illərin gün işığıdı, nə qədər basdırsan, yenə torpağın üstündə qalar)
GÖRƏN İNSANLAR NİYƏ CİDDİ SÖZƏ İNANMIR? (562)
(Bakıda Qış bulvarı salınmır)
YAZANLAR İTTİFAQI, YOXSA YAZIÇILAR İTTİFAQI? (402)
Bütün yollar Romaya getməsə də Roma elə Romadı
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ BİR ZİBİLDİ (591)
(ATƏT-in 20 illiyinə həsr olunmuş yazılmayacaq povestdən bir parça)
UTANIM YERİNƏ, AY TÜRKİYƏ! (758)
(İran kosmosa canlı göndərdi)
BİR KƏNDİ AZAD EDƏ BİLƏCƏK ƏSGƏRLƏRİ ÖZÜMÜZ GÜLLƏLƏDİK! (602)
(Qalxın! Şəhid atası gəlir!)
""ÇÖRƏK VƏ ŞOKOLAD"", YAXUD FATMANİSƏNİ ÇƏRLƏDƏN SERİALLAR (615)
GÖZÜ ŞAMİLDƏN QORXMUŞDU ÇARIN İNANMIRDI SƏDAQƏTİNƏ MÜSƏLMANLARIN (446)
(Medvedev heç vaxt erməni ola bilməz)
BİZ TÜRKİYƏNİ ONUN BÖYÜKLƏRİNDƏN AZ SEVMİRİK (645)
Seymur Baycanın bügunki yazısına ön söz əvəzi
MİRCƏFƏR BAĞIROVU İKİNCİ DƏFƏ GÜLLƏLƏYƏCƏYİK?! (619)
UNUTDUĞUMUZ AYDIN SƏLİMZADƏ (609)
TÜRKİYƏ İLƏ RUSİYA SƏRHƏDLƏRİ AÇIR (586)
(Ərdoğanın Moskvaya uğurlu səfəri)
"MƏSCİDİ MƏKTƏBİNDƏN BÖYÜK OLAN ÖLKƏNİN AXIRI YOXDU" (421)
HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK (329)
(Divlərin əlindəki işığı almaq ağlımıza gəlməyib)
ABŞ 2010-da SSRİ KİMİ DAĞILACAQ (212)
İMAM HÜSEYN BİZİM GÖZ YAŞLARIMIZ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI (273)
YUNAN PATRİKİ TÜRKİYƏYƏ KƏLLƏ ATDI (336)
(Gör nə günlərə qaldın, Balaş?!)
NİYƏ İVANOVKADAKILAR YAŞAYA BİLİR, BİZİM KƏNDDƏKİLƏR YOX?! (336)
(Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil)
BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ (376)
ANALARIMIZ QOYUN YOX, OĞULLARINI QURBAN KƏSDİLƏR! (439)
(Bəs üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan həmin şəhid analarının Qurban bayramı nə vaxt olacaq?!)
BİZ HƏLƏ HEYDƏR ƏLİYEVDƏN ÇOX ŞEY ÖYRƏNMƏLİYİK (358)
(Bir daha bayraq haqqında)
NİYƏ ŞAGİRDLƏRİN SAYI AZALIR?! (323)
DONUZUN HƏSƏNQULUYA MƏKTUBU (243)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (382)
(Hamıya və heç kimə)
CAHANGİR ƏSGƏROVUN TƏYYARƏLƏRİNİN İTMƏKLİYİ (272)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (366)
(Hamıya və heç kimə)
MƏMMƏDHƏSƏN ƏMİNİN CAHANGİR ƏSGƏROVA MƏKTUBU (318)
QARDAŞ OLUR HAYASTAN-AZƏRBAYCAN?! (342)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (376)
II-ci yazı
HANSI KİŞİNİN DUXU ÇATAR Kİ, (371)
ABŞ-dan icazəsiz narkoticarətlə məşğul olsun?!
BU İL "DONUZ", GƏLƏN İL "EŞŞƏK QRİPİ" (277)
BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ KAN DEYİL, MİLLƏTDİR (356)
BƏLİ, BU AXMAQ SÖZLƏRİ MƏNİM ATAM SÖYLƏMƏYİB (403)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (389)
(Hamıya və heç kimə)
TÜRKİYƏNİN TÜRK OLMAYAN TELEVİZİYA KANALLARI (436)
ALLAHI BU QƏDƏR UCUZLAŞDIRMAYIN (503)
TÜRKİYƏYƏ NÖVBƏTİ FUTBOL TƏLƏSİ: YUNAN KİPRİ (474)
BƏLKƏ ƏSGƏRLƏRDƏ ZƏHƏRLƏNMƏYƏ QARŞI İMMUNİTET YARATMAQ İSTƏYİRLƏR?! (265)
ABŞ PREZİDENTİNƏ NOBEL MÜKAFATI?! MÜSƏLMANLARI QIRDIĞINA GÖRƏ! (315)
BU KÖŞƏ YAZISINI ATATÜRKÜN VƏ TÜRKEŞİN RUHUNA BAĞIŞLADIM (591)
"O bir millətin bayrağıdır, qaldırın!" (485)
ƏRDOĞAN, SƏRKİSYAN VƏ ALA-BULA BOZ KEÇİ... (354)
RAMİZ MEHDİYEV TELEKANALLARA "DUR" DEDİ (472)
XALQ MAHNILARIMIZI MƏHV ETMƏK YARIŞI (330)
HAMININ VƏ HEÇ KƏSİN OLMAYAN ""QARABAĞ"" (357)
(Və hamının və heç kəsin olmayan Qarabağ)
MÜQƏVVASI YANDIRILAN FÜZULİ ƏLƏKBƏROV HAQQINDA BİR NEÇƏ KƏLMƏ (343)
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ ŞEYDİ (386)
ƏHMƏD DAVUDOĞLUNUN QARŞISINA AZƏRBAYCAN BAYRAĞI ÇIXARTDILAR (499)
MÜQƏVVA YANDIRANLARA MÜQƏVVASI YANDIRILANLARIN CAVABI (421)
(Əsgərlərimizin görməli olduğu işi hələ ki idmançılarımız yapdı)
HÜLUSİ KILIÇ REDAKTORLARA RÜŞVƏT VERİB?! (456)
(kiçik bir açıqlama)
JURNALİSTLƏRİN HƏMKARLAR TƏŞKİLATI VARMI?! (359)
Dar gündə tanınan dostlar
AZƏRBAYCANLA TÜRKİYƏNİ KİMSƏ QARŞI-QARŞIYA QOYAMAZ! (530)
TÜRKİYƏNİ DAĞITMAĞA AKP-nin GÜCÜ ÇATMAZ (476)
JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ ÖDƏMƏK ÜÇÜN ! (463)
(Sözünü o kəslərə de ki, onlar 50 manatlıq xanımlara 500 min dollarlıq villa bağışlayırlar)
HƏJAR BƏY, MƏN ELƏ DƏ DEMOKRAT DEYİLƏM (557)
MTN ERMƏNİLƏRƏ SƏS VERƏNLƏRİ GÜLLƏLƏYİR?! (542)
TÜRKİYƏDƏ KİTAB QULDURLARI PEYDA OLUB (560)
(Ən xoş xəbər)
HƏSƏNQULUNUN ATƏT-in BAŞ DONUZUNA CAVABI (382)
DONUZUN BİZİM HƏSƏNQULUYA MƏKTUBU (400)
"EY TÜRK! BİR MİLLƏT KİMİ BÜTÜNLƏŞ, SƏN BÜTÜNLƏŞƏNDƏ BÖYÜK OLURSAN!" (749)
NAZİRLƏR QƏZETLƏRDƏN VƏ MÜXALİFƏTDƏN İCAZƏ ALMALIDIRLARMI?! (552)
(Məzuniyyətə gedərkən)
O UŞAQLARI AĞLATMAYIN, QARDAŞLAR! (428)
"Göz yaşının ən acısı içəriyə axanıdı"
TÜRKİYƏNİN MİSTER PİTKİNLİYİ (406)
DÖVLƏT ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL PULSUZ OLMALIDIR (441)
ÇİNDƏ XOCALI QƏTLİAMI (466)
(Ərdoğan Çinə "one minute" dedi)
ÇİNDƏ ÇİNLİLƏR TÜRKLƏRİ QIRIR... (476)
TÜRKİYƏDƏ DƏ TÜRKLƏR BİR-BİRİNİ
GƏLƏN İL TAXIL ƏKMƏYƏ BİLƏRLƏR (433)
Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (583)
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (391)
19770 UŞAQ NİYƏ ATTESTATSIZ QALDI? (646)
ÇALXALANDIQCA İRAN... (548)
(Nə yağı yağ, nə ayranı ayranlıq olacaq)
EŞŞƏK ZARAFATI (629)
DOLU (600)
(Romandan bir parça)
AZƏRBAYCANLI OLMAQ, HƏLƏ AZƏRBAYCANÇI OLMAQ DEYİL (533)
OBAMA ALLAH DEYİL, ABŞ-dan GƏLƏNLƏR DƏ ALLAHIN BAYISSI OĞLANLARI (659)
"EŞŞƏK" SÖZÜNÜN ÇALARLARI (619)