Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Xeyriyyə aksiyası
BMT nümayəndələri Ağdamda qaçqınlarla görüşür
Arvadını xüsusi amansızlıqla öldürdü
Narkotika qaçaqmalçılarına hökm oxundu
Bütün donuzlar qapalı şəraitdə saxlanılır
İran Ermənistandan cərimə tələb edir
İlham Əliyev Dağıstan prezidentini qəbul etdi
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
İlin ən bahalı maşını "Maybach" seçildi
Rusiya və Gürcüstan razılığa gəldi
Azərbaycanın ilk süni peykini orbitə "Zenit" çıxara bilər
¹ 78 (436)
Teleqüllənin yanında "Kino Evi" inşa ediləcək
NATO protokolların imzalanmasını alqışladı
KİTABA QAYIDIŞ
TORRES ƏMƏLİYYAT ÜÇÜN TƏLƏSMİR
KİM "ƏN YAXŞI" OLACAQ?
"QARABAĞ"DAN ÇEMPİONLUQ GÖZLƏYİRLƏR
ÜÇ "BAKI"LI MİLLİYƏ ÇAĞIRILDI
MALDİNİ "MİLAN"DA İŞLƏMƏYƏ HAZIRDI
"KARVAN" HƏM UDUZDU, HƏM DƏ CƏRİMƏLƏNDİ
BÖYÜKAĞA HACIYEV RAMALI "STANDARD"DAN QOVDU
BEKKENBAUER VAN QAALA İNANIR
"LİVERPUL" YENİ OYUNÇU SORAĞINDA
""ÜNVANSIZ EŞQ""
"Leyli və Məcnun"un tamaşaya qoyulmasının 100 illiyi qeyd edilir
Zirəddinlə şou-biznes əhli arasında "müharibə"
Dima Bilan türklərə boyun əydi
Şokalad qırışları azaldırmış
Qrossmeysterlərimiz blits turnirdə iştirak edəcək
GÜNÜN LƏTİFƏSİ
   
Bayram Əhmədov: "DİLƏ HÖRMƏTSİZLİK GÜNAHDI"

Başqa dillərdə olduğu kimi son dövrlər Azərbaycan dilində də müəyyən dəyişiklər müşahidə olunur. Danışığımıza daxil olan yeni sözlər hesabına söz fondumuz zəngiləşir, yeni qaydalar yaranır. Amma bununla yanaşı onu da demək lazımdır ki, ən ciddi problemləri də elə ana dilimiz yaşayır. İnsanların məsuliyyətsizliyi, ana dilimizə ögey münasibəti ucbatından bu gün Azərbaycan dili bərbad günə qoyulur. Bizim də Filologiya elmləri doktoru, dilçi alim, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdir müavini Bayram Əhmədovla söhbətimiz məhz bu məsələlərlə bağlı oldu. Bayram müəllim ana dilimizin söz ehtiyatlarındakı vəziyyətlə əlaqədar söhbətə başladı.
   
   
   
   Radio və televiziya verilişlərində hər gün yüzlərlə səhv gedir. Aparıcıların, diktorların nitqində səhv tələffüzələr, yanlış vurğular biabırçı həddədir. Bu səhvlər bir sıra hallarda o səviyyəyə qalxır ki, aparıcının nə demək istədiyini belə bilmirsən.
   
   
   
   Mən 20 ildir bir lüğət üzərində işləyirəm. Bu gün 5 cildlik lüğət ortaya qoymaq imkanım var, amma vəsait olmadığı üçün onu heç kompüterə də verə bilmirəm.
   
   
   
   - Ümumiyyətlə, dil, eləcə də Azərbaycan dili cəmiyyətin inkişafı ilə üzvü şəkildə bağldır. Yəni cəmiyyətdə baş verən hadisələr, proseslər bu və ya digər şəkildə dildə öz əksini tapır. Bu da xüsusi ilə dilin söz ehtiyatında baş verir. Əgər söz ehtiyatında baş verirsə, deməli bu yazı qaydalarında da, tələffüz qaydalarında da özünü göstərməlidir. Bu baxımdan son 15-20 ildə Azərbaycan dilinin lüğət tərkibi çox zənginləşib. Xüsusilə də alınma sözlərin hesabına. Hətta mən deyərdim ki, bu gün yeni sözlər lüğətinə ehtiyac duyulur.
   
   - Bunu rəqəmlə ifadə etsək...
   
   - Rəqəmlə ifadə etsək deyə bilərəm ki, 1975-ci ildən bəri orfoqrafiya lüğətində 20 mindən çox söz artıb. Qeyd edim ki, bunların bir hissəsi dilin öz daxili imkanları hesabına, çox hissəsi isə alınma sözlərin hesabına yaranıb. Yeri gəlmişkən deyim ki, Azərbaycan dilinin orfoqrafiya qaydaları ümumiyyətlə böyük inkişafa nail olub. Amma burada əsas məsələ odur ki, görək biz orfoqrafiya lüğətimizə daxil olan sözləri düzgün yaza, düzgün tələffüz edə bilirikmi? Müşahidələr onu göstərir ki, bizdə bir çox məsələlər həm praktik, həm də nəzəri cəhətdən öz həllini tapmayıb. Nəzəri cəhətə gələk, orfoqrafiya, orfoepiya qaydaları hamı tərəfindən məqbul sayılan, elmi əsaslara söykənən qaydalar olmalıdır. Amma son orfoqrafiyamızın da 1999-cu ildə layihəsi dərc olunsa da, müzakirəyə verilsə də bunun yekunu müzakirəyə çıxarılmadı. Bəlkə də çıxarılıb, amma mənim xəbərim olmayıb. Olsaydı yəqin ki, orada öz sözümü deyərdim. Sonra isə həmin qaydalar qəbul edildi. Amma bu qaydalara əməl edilməsi çox bərbad vəziyyətdədir. Elə qaydaların özü də qüsurludur. Nəticədə də problemlər yaranır.
   
   - Bütövlükdə götürəndə bu gün ana dilimizin bərbad vəziyyətə düşməsində cəmiyyətin də böyük payı var. Elə bir vəziyyət yaratmışıq ki, dövlət ana dilimizin qorunması üçün qanunlar qəbul edir.
   
   - Əslində bunların başlanğıcı orta məktəblərdəki tədrislə əlaqədardı. Axı vətəndaşların hamısı ilkin təhsilə orta məktəbdən başlayır. Hazırda orta məktəblərdə ana dili və ədəbiyyət üzrə yazı aşağı səviyyədədir. Yazı sistemli aparılmır, ciddi yoxlanılmır, düzgün qiyətləndirilmir, müzakirə olunmur. Xüsusilə müstəqil yazılar sıfır dərəcəsindədir. Bax, buradan da başlayır uşaqların yazıya münasibəti. İkinci səbəb, bizim yazımızın gözəlliyi pozulur. Buna da barmaqarası baxmaq olmaz. Çoxları günahını əlifbanın üzərinə atır, amma belə deyil. Latın qrafikası ilə də gözəl xətlə yazmaq olar. Amma gəlin görək gözəl xətlə yazmağı öyrədən müəllimlərimiz varmı? Unutmaq olmaz ki, çox vaxt kiçik görünən səbəblər sonradan ən böyük problemlərin yaranmasına gətirib çıxarır. Dil canlı orqanizm kimidir, gərək onun sağlamlığının qayğısını çəkəsən.
   
   - Bayram müəllim, sovet dönəmində aşağı siniflərdə uşaqlara hüsnü-xətt adlı dərs keçilərdi. Məgər indi buna ehtiyac yoxdur?
   
   - Buna ehtiyac var. Mütləq belə dərslər keçilməlidi. Heç olmasa əlifba öyrənilib qurtaranadək hərflərin gözəl yazılışı uşaqlara öyrədilməlidir. Bu gün müxtəlif müəssisələrdə, idarələrdə oturanların hərəsi öz bildiyi kimi yazı yazır, hərflərə öz bildiyi kimi quruluş verir, nəticədə də əcaib bir şey alınır. Yazı heç oxunmur da.
   
   - Orta məktəbdə Azərbaycan dilini tədris edən müəllimlərin səviyyəsi sizi qane edirmi?
   
   - Dilimizi tədris edən orta məktəb müəllimlərinin hazırlıq səviyyəsi çox aşağıdır. Çünki onlar özləri də oxuyanda zəif oxuyublar. Çoxları öz üzərində işləmir. Açıq desək, öz üzərində işləmək istəyənlərin buna maddi imkanı da yoxdur. Çünki onun dərs yükü əmək haqqı ilə uzlaşmır. Maddi stimul, maddi maraq olmayanda da hər kəs öz işinə başdansovdu yanaşır və bundan sonra problemlər başlayır.
   
   - Dilimizlə bağlı ciddi problemlər olduğu halda biz hansı səbəbdən opostrofu tez-tələsik dilimizdən çıxardıq? Sanki bütün səhvlərimizin günahkarı opostrof imiş. İndi də bununla bağlı əlavə problemlər üzə çıxıb. Yalnız bir misal çəkim. Bu gün "şe’r" sözü, gah şeir, gah şeyir kimi yazılır və deyilir. Sizcə bu addım nə dərəcədə doğru idi?
   
   - Dildə qanunauyğun proseslər gedir və dil təkmilləşir, səlisləşir. Qeyd edim ki, opostroflu sözlər bizə ərəb dilindən gəlib. Və dövr dəyişdikcə sözlərdə opostrofun işlənməsi azalıb. 1939-cu il lüğətində opostrofla yazılan sözlərin sayı çox idi. Amma 60-cı illərdə onların sayı bir qədər azaldı, 75-ci illərdə lap azaldı. İndi hansı azərbaycanlıya desən ki bir zamanlar Cəfər, qələ (qala) sözü opostrofla yazılıb, inanmaz. Demək dövr dəyişdikcə dil də dəyişir. Son mərhələyədək Azərbaycan dilində 60-a qədər opostroflu söz var idi və bunlar ləğv edildi. Bəli, mən sizinlə razıyam, burada tələsikliyə yol verildi. Çünki elə sözlər var ki, həqiqətən də opostrofsuz mənaları qarışır. Götürək "fe’l" sözünü. Bizim dilimizdə tamam başqa bir məna daşıyan "fel" sözü də var. Yaxud, Məhəmməd Füzulinin əsərlərində elə sözlər var ki, onları opostrofsuz yazmaq və demək günahdı. Ona görə də mən belə hesab edirəm ki, opostrofun götürülməsi hələ tez idi.
   
   - Bu gün nitqimizin problemlərindən biri də sözlərdəki vurğularla bağlıdır. Yəni elə bir vəziyyət yaranıb ki, kimin kefi necə istəyir, sözləri elə də tələffüz edir. Proses elə bir həddə çatıb ki, bu artıq televiziya və radiolarımızda da özünü göstərir. Mənə elə gəlir ki, Azərbaycan dilindəki vurğular haqqında lüğətlərin olmaması bu cür situasiyanın yaranmasında az rol oynamır.
   
   - Azərbaycan dili üzrə bir vurğu lüğəti kitabçası var. Çox dəyərli kitabdır. Akademiyanın işçiləri nəşr etdirib. Amma çox təəssüf ki, belə praktik və qiymətli kitablar kütləvi tirajla buraxılmır. Bilirsiniz də indi kitabların çap etdirilməsi üçün pul tələb olunur. Çapından sonra da müəllif onu özü yaymalıdır (satmalıdır). Bu da alimlərimiz üçün bir maneədir. Mən təəssüf edirəm ki, bizim bir sanballı orfoepiya lüğətimiz yoxdur ki, istəyənlər baxıb öyrənsinlər. Mən 20 ildir bir lüğət üzərində işləyirəm. Bu gün 5 cildlik lüğət ortaya qoymaq imkanım var, amma vəsait olmadığı üçün onu heç kompüterə də verə bilmirəm. Bəli, radio və televiziya verilişlərində hər gün yüzlərlə səhv gedir. Aparıcıların, diktorların nitqində səhv tələffüzlər, yanlış vurğular biabırçı həddədir. Bu səhvlər bir sıra hallarda o səviyyəyə qalxır ki, aparıcının nə demək istədiyini belə bilmirsən. Məsələn, aparıcı deyir ki, günəş çıxır və girir. Və yaxud, Nizami kinosunda yeni kino nümayiş olunur. Bu cümlələr məgər Azərbaycan dilindədi? Əlbəttə xeyr. Mən özüm bununla bağlı faktlar toplayıram, hazırda üzərində işlədiyim işi tamamlayandan sonra həmin faktlarla bağlı nəzərdə tutduqlarımı reallaşdıracağam.
   
   - Sizcə efirimizi bürümüş bu üzdəniraq halları necə aradan qaldırmaq olar?
   
   - Hesab edirəm ki, bunun yolları var. Dilə qayğı göstərilir, dil haqqında qərarlar verilir, amma o həyatda reallaşmır. Əvvəla bizim vətəndaşlarda bir laqeydlik var, ikinci bir tərəfdən biz bunu çox zəif təbliğ edirik. Elə götürək öz qonşumuzu. Rus televiziyasında həftədə bir dəfə "Ruskaya reç" adlı veriliş efirə verilir. Burada dilin müxtəlif problemləri ilə yanaşı izah olunur ki, ruslar necə danışmalıdır, sözləri necə ifadə etməlidir. Məgər bizim televiziya kanallarımız mütəxəssislərimizin potensialından istifadə edib belə verilişlər yarada bilməzlərmi? Əlbəttə, mümkündü. Amma etmirik. Bunun əvəzində isə əks proseslərə rəvac verilir. Hələ sözləri səhf tələffüz etmələri bir yana dursun, efirə verdikləri reklamların dili biabırçı vəziyyətdə olur. Onlardan yalnız birini misal çəkəcəyəm. Reklamların birində deyilir: çox zəng eləyin, yarışa girin! Səni nömrə bir eləyəcəyəm. Kim deyə bilər ki, bu cümlə Azərbaycan dilindədir? Vəziyyətə nəzarət etmək üçün kiçik tərkibdən ibarət bir komissiya yaradılmalıdır və ona səlahiyyət verilməlidir. Hansı şirkətlər, təşkilatlar dil haqqında qanunları pozursa, müəyyən edilmiş qaydalarla cəzalandırılsın. Mən belə hesab edirəm ki, dilə hörmətsizlik, dili bu vəziyyətə salmaq günahdı. Dilimizin qorunmasına əgər biz ciddi yanaşmasaq yəqin ki, vəziyyət indikindən də pis olacaq.
   
   - Bəzən humanitar elmlərdən kənar sahələrdə çalışanlar ana dilində düzgün yaza bilmədiklərinə haqq qazandırırlar ki, bizim işimizdə bu əsas deyil.
   
   - Ana dilini bilməməyin, ana dilində doğru yazmamağın bəhanəsi ola bilməz. Bundan ötrü şərt irəli sürülməz. Bu bütün vətəndaşlarımıza aid olsa da mən ali təhsil almayan insanlarımızı bir kənara qoyuram. Belə hesab edirəm ki, ixtisasından asılı olmayaraq ali təhsil alan bütün insanlarımızın ana dilində doğru-düzgün yaza bilməməsi onlar üçün ayıb bir işdir. Bu məsələ ilə bağlı universitetdə bizim bir planımız var. Belə hesab edirik ki, bütün fakültələrdə Azərbaycan dili keçirilməlidi. Yuxarıda bunu bəyəniblər, onun hətta planı da bizə gəlib. Çox yəqin ki, bu məsələ yaxın vaxtlarda reallaşacaq.
   
   
BABƏK YUSİFOĞLU babekyusifoqlu@rambler.ru
Oxunub: 249
OXUCULAR BİZƏ NƏ DEDİLƏR?.. (90)
BÖYÜK İNGİLİS (97)
DÜNYA SİYASƏTİNİN BÖYÜK FİQURU
MƏZƏN OLSUN... (119)
OLMAYAN ŞEYİ NECƏ İTİRMƏK OLAR?..
HAKİMİYYƏTİ VƏ BİZNESİ İDARƏƏ EDƏN ƏL (149)
GÖY ÜZÜNDƏ "GƏZƏN" ÜRƏK... (171)
MƏBƏD (187)
ORTA ƏSRLƏRDƏN BAŞLAYAN MÜASİRLİK
HƏYATINI DA "İFA" EDƏN MONRO (259)
ÖLÜMÜN "SEVDİYİ" AİLƏ (279)
HƏFTƏNİN SORĞUSU (283)
HOLLİVUDUN "XAÇ ATASI" (202)
ÖZ DƏFN MƏRASİMİNİN SSENARİSİNİ YAZAN ADAM
MƏHŞƏR GÜNÜ (303)
SIZ HARADAN... GƏLMİSİNİZ, MÜSYÖ? (284)
RİNQİN BÖYÜK KRALI (304)
ŞÖHRƏTİN ZİRVƏSİNİ YUMRUĞU İLƏ FƏTH EDƏN ADAM
RİNQİN BÖYÜK KRALI (306)
ŞÖHRƏTİN ZİRVƏSİNİ YUMRUĞU İLƏ FƏTH EDƏN ADAM
ZƏRƏRLİ ÜMİDLƏR ÖLMƏLİDİ... (366)
HƏYATIN DİBİNDƏN GƏLƏN LİDER... (316)
SİYASƏTİN QROSSMEYSTERİ (423)
800 YAŞLI UNİVERSİTET (463)
BƏŞƏRİYYƏT MÜASİRLİYİ ÜÇÜN ELMƏ MİNNƏTDAR OLMALIDIR (Müdrik kəlam)
ARAĞIN TARİXİ.. (608)
"AD GÜNÜN MÜBARƏK"
"QARANLIQ" DÜNYANIN "İMPERATORU". . . (510)
AMERİKADA İTALYAN MAFİYASI
KİM DAHA ÇOX İTİRƏCƏK? (535)
"QARANLIQ" DÜNYANIN "İMPERATORU". . . (452)
AMERİKADA İTALYAN MAFİYASI
27 İL HAKİMİYYƏTDƏ... (484)
RUHLAR GÖZƏƏ GÖRÜNÜRMÜ?.. (503)
DİKTATOR, YOXSA ƏRƏBLƏRİN FƏXR ETDİYİ ADAM?.. (559)
DƏRDİN STANDARTI... (644)
AŞAĞILAMAĞIN BUYNUZU OLUR?.. (403)
YENİ PROBLEM "AXTARIŞINDA"... (214)
Bayram Əhmədov: "DİLƏ HÖRMƏTSİZLİK GÜNAHDI" (249)
HARA GEDİRSİZ, Ə ?.. (250)
"...YE MEHMET, YE"... (259)
DAHA BİR BƏLAMIZ... (365)
BÖLÜNMÜŞÜK, BÖLÜBLƏR... (313)
İLAN OLMAQ... (430)
YALANÇI BOMBALAR PARTLAYA BİLƏRMİ?.. (321)
BİZ YAMSILAMALIYIQ, SUSMALIYIQ?.. (317)
YOXSA, SƏSİMİZİ EŞİTDİRMƏLİYİK?
GÖYDƏN PUL YAĞA BİLƏRMİ? (344)
TƏKİ ÜMİD QIRILMASIN
FƏRASƏT (366)
STRESS (382)
GORSUZ ADAM... (453)
BIÇAQ KİMİN HARASINA DİRƏNİB?.. (399)
YAXUD, BƏRABƏR OLMAYAN BƏRABƏRLİK İŞARƏSİ
OBAMANIN QOHUMUNUN TOYU... (493)
XOŞBƏXT OLSUNLAR