Narkotika
qaçaqmalçılarına hökm oxundu
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan Astara rayon sakinləri Alim Həsənov, Ağagül Abbasquliyev və Şərur rayon sakini Kamal Əliyevin məhkəməsi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlərin cinayətlərinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə təqsirləndirilənlərin hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.