BÜLƏNT QORXMAZ ACIQLANDI
Türkiyədə toplantısını başa vuraraq vətənə geri dönən "Bakı" Unibank Premyer Liqanın növbəti turunda "Turan"a qarşı keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. Qol.az-ın məlumatına görə, son hazırlıq məşqlərində türkiyəli mütəxəssis iki dəfə bərk əsəbləşib. İlk olaraq meydana hamıdan axırda gələn Bəxtiyar Soltanova acıqlanan Qorxmaz daha sonra qapıçı Sissikonun yerinə yetirilən tapşırıq zamanı kobud səhvə yol verərək qapısında qol görməsinə sərt reaksiya göstərib.
Lakin bununla belə Qorxmaz futbolçularına acıqlandığı kimi onları tərifləyib, ruhlandırıb da. İkitərəfli oyun zamanı baxımlı qola imza atan Bəxtiyarı tərifləyib, bir neçə dəfə "bravo, Bəxtiyar" səslənib.