Neftin bahalaşması
davam edir
Oktyabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,21 dollar və ya 0,3% artaraq 1 barelə görə 70,82 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, oktyabrın 1-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar artaraq 69,19 dollar təşkil edib.
Neftin ardıcıl iki ticarət günü ərzində bahalaşması fond bazarında kotirovkaların enməsi və ümumilikdə bir sıra vacib makroiqtisadi göstəricinin mənfi olması fonunda baş verib.