RONALDİNYO RONALDO İLƏ EYNİ KLUBDA?
İtalyan mətbuatının yazdığına görə, "Milan"ın braziliyalı yarımmüdafiəçisi Ronaldinyo növbəti mövsümdə həmyerlisi - digər braziliyalı ulduz Ronaldo ilə eyni klubda çıxış edəcək. Hətta o da bildirilir ki, "Korintians"ın prezidenti Andres Sançes Ronaldinyonu yola gətirmək üçün şəxsən özü İtaliyaya gəlib. Danışıqların hansı mərhələdə olduğu haqda isə danışılmır. Andres Sançesin məqsədi komandasını növbəti mövsüm üçün gücləndirmək və onu qitənin çempionu etməkdir. Məlumat üçün bildirək ki, gələn il "Korintians" özünün 100 illik yubile yini qeyd etməyə hazırlaşır.
Onu da bildirək ki, futbol ulduzunun "Korintians"a keçməsi onun həm də sonuncu dəfə millinin tərkibinə düşüb Dünya Çempionatında oynaması üçün bir şans ola bilər. Braziliya klubunun keçmiş "Barselona" oyunçusuna iki dəfə artıq pul ödəyəcəyi də vurğulanıb. Xatırladaq ki, bir müddət əvvəl Ronaldinyo açıqlamışdı ki, oynamaq üçün vətəninə dönərsə, öz keçmiş komandasında - "Qremio"da oynayacaq.