Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
282930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Bayram təbriki
Hacıqabul təbii fəlakətin sınağında
Ağsatafada illik arxeloji tədqiqatlar yekunlaşıb
Cəbhə bölgəsində pambıq yığımı davam edir
DƏRD, ONUN NAZINI ÇƏKƏNİ SEVİR
¹ 73 (431)
QATARINDAN QALAN DURNA
ERMƏNİLƏR ETNİK-MİLLİ ÇÜRÜMƏ ƏRƏFƏSİNDƏ
VƏTƏNDAŞLIĞI TANINMAYAN İNSAN
BÜLƏNT QORXMAZ "BAKI"LI OLDU
RƏŞAD SADIQOV MİLLİDƏN ÇIXARILDI
LUÇANO MOCİ MOURİNYONU TƏNQİD ETDİ
ROBBEN RİBERİYƏ İNANIR
RONALDİNYO RONALDO İLƏ EYNİ KLUBDA?
RAMAL HÜSEYNOV: "BİZİMKİLƏRİN İŞİ ANCAQ "TORBA" TİKMƏKDİR"
PREMYER LİQANIN ADI DƏYİŞDİ
DELLA VALLE "FİORENTİNA"NI TƏRK ETDİ
Elariz hədələdi: "Kimsə məndən əfv gözləməsin"
Sevgilisi Əmrahı simiclikdə günahlandırdı
Bakıda Futbol Filmləri Festivalı keçiriləcək
Mübariz Mənsimov: "Daşın altına əlimi qoymağa hazıram"
Güləşçilərimizin dünya çempionatında qazandığı medalların sayı artır
NƏHAYƏT "BAKI"
Azərbaycanda 47 min əlil uşaq var
GÜNÜN LƏTİFƏSİ
   
QATARINDAN QALAN DURNA

İllər heç kimlə hesablaşmır. Ona görə hesablaşmır ki, ona heç kimin gücü çatmır. Ən böyük alimindən tutmuş, ən fərsiz bəndəyə qədər, övliyalardan Peyğəmbərə qədər heç kim illəri tutub saxlaya bilməyib. Bu gücün sahibi olan və ömrünün gün sayı əvvəldən bilinən illər mənim də bu günümə qədər həyatımda söz sahibi və bir də danılmaz, unudulmaz şahid olubdu.
   
   İnsanları yaşayış yerlərinə, dünya görüşlərinə görə sevməyi xoşlamıram. Amma dağda-daşda, kənd-kəskdə, bir sözlə ana təbiətin qoynunda yaşayan kənd adamları ilə "karopka" evlərdə, süni parklarda ömrünü yola verən şəhərlilər arasında fərq var. Görünür, şərait də insan psixologiyasına, düşüncəsinə, duyğularına öz təsirini edir. Arxada qalan illərimi gözümün önünə gətirəndə bu həqiqəti etiraf etməli oluram.
   
   Mənim də uşaqlığım kənddə keçib. Adi kənd adamları olan valideynlərimi imkanları daxilində göstərdikləri qayğının nəticəsində mən də uşaqlığın nə olduğunu bildim. Onun acısını, şirinini yaşayıb dadmışam. Bu gün də yaşıdlarım, müəllimlərim (dünyasını dəyişənlərə Allah rəhmət eləsin) mənim oxumağımda fəallığımdan çoxlarına nümunə göstərməyimdən və o zaman mənə necə ümid bəslədiklərindən təəssüf hissi ilə danışırlar. İndi bilmirəm, amma qaçqınlıq illərinə qədər kəndimizdə adamların bir-birinə qarşı səmimi olduqları yalandan heç kimi tərifləmədikləri, yarınmadıqları, qısası, necə vardılarsa elə görünmələri mənə xüsusilə zövq verir. Onlar bir-birinə, bizim ailəyə, o cümlədən mənə o qədər canyananlıqla nümayiş münasibət etdirirdilər ki, mən bu gün də elə səmimiyyətin həsrətini çəkirəm.
   
   Məktəb illərində mən də arzularla, xəyallarla yaşamışam. O xəyalların qoynunda böyük şəhərlərin, bu şəhərlərin adamlarını təsəvvür etmişəm. Düşünmüşəm ki, yüz, yüz əlli evlik bir kənddə insanlar bu qədər anlayışlı, səmimidilərsə, böyük şəhərlərdə o insanlıq çalarları daha da böyük olar. Şəhərə gələnə qədər insanların saysız sifətlərə, saxta gülüşlərə, ən vacibi isə imkana, vəzifəyə görə qiymətləndirilməsi barədə düşünməmişdim. Çünki kənddə hər hansı bir xeyir işə və yaxud müşkül bir məsələnin həllinə görə, ağsaqqaları məsləhətə çağıranda onaların içində Kənd Sovetinin, kolxozun sədri də olardı, çobanı, suçusu da. Vacib olan onların vəzifəsi yox, sözünün kəsəri, adamlara təsir etmə dərəcələri idi. Bu balaca kənddə adamlar eləcə "Allahın yaratdığı adamlar" idilər. Şeytana qulluq etmirdilər. Etmək istəyənlər isə tezliklə islah olunurdu.
   
   Böyük arzularla şəhərə gəldim. Kirayə qaldığım evdən tutmuş, təhsil aldığım məktəbdə, çalışdığım kollektivlərdə, küçədə, avtobusda çox qəribə mənzərələrlə rastlaşdım. Gördüm ki, burdakı adamların bir qisminin Allahdan çox şeytana bağlılığı var. Məqsədləri alıb- aldatmaq, özlərini başqalarından bir addım öndə görmək, layiq oldu-olmadı böyük pay davası etməkdi.
   
   Yaxın bir adamın mənə dediyi sözləri tez-tez yada salıram. "Şəhərə gedəndən çox dəyişmisən. Kövrəklik, duyğusallıq yaman azalıb səndə".
   
   Haqlı iraddı. Az qala üç milyon sakini olan Bakı adlı dəryada yüz-yüz əlli evlik kənddən gətirdiyimi saxlamaq üçün gərək ən yaxşı halda evdən bayıra çıxmayasan. Yoxsa yaşamaq, yaşatmaq - uşaqları böyütmək səni bu şəhərin dəyirmanında istər-istəməz üyüdür. Çünki şəhərin bir şüarı var. Ya məhv olmaq, ya da hamı kimi olmaq.
   
   Balaca yazının hər bir sözünün arxasında kəndimi də gördüm, adamlarını da, məndən ümidlə nə isə gözləyənləri də...
   
   Amma neyləyim ki, mənim illərim nə o adamların istəyinə uyğun gəldi, nə də mənim. Görünür mən də bu şəhərə qaynayıb-qarışıb, onlardan biri olmuşam. Düşüməyin ki, mən bütünlüklə şəhərin əleyhinəyəm. Məlum həqiqətdir ki, dəryalarda balinalar da olur, kilkələr də. Sadəcə onların yaşadıqları ünvan və zaman eynidi. Fərq hər kəsin ömrünü necə yaşamasındadır.
   
   ... Kənd adamları yaxşı bilərlər, hərdən şəhərdə də o səsi eşitmək mümkündü. Gecələrin qaranlığını yaran durna səslərini deyirəm. Mənim üçün o səsdə çox qərib həsrət, imdad, kömək istəyi var. Sanki durnalar daima kiminsə sorağındadırlar. Ən yanıqlı səs isə qatarından ayrı düşmüş durnanın səsidir. Həmin səsdə balası üçün, doğması üçün, yurd-yuvası üçün göyənəyən bir ananın, bir qadının da nəfəsini duymaq olar. O səsdə bir nakam eşqin də nota salınması mümkün olmayan hıçqırtısı varg
   
   Yaxın günlərdə oxuduğum bir şeir məndə bu düşüncələri yaratdı.
   
   
   
   De, hardan dönüb gələcək,
   
   Qatarın itirən durna?
   
   Öz fəryad dolu səsiylə-
   
   Göy üzün götürən durna...
   
   
   
   Gecənin zülmət qatını,
   
   Yardıqca öz həyatını
   
   Düşünüb bu saatını-
   
   Nəğməyə gətirən durna.
   
   
   
   Boylanır dərdinin ilki
   
   Analayar, sevirsə, kim ki!
   
   Mənimlə bir candı, bil ki,
   
   Ömrünü itirən durna!
Fəridə RƏHİMLİ
Oxunub: 175
GÜNÜN LƏTİFƏSİ (190)
NƏHAYƏT "BAKI" (203)
VƏTƏNDAŞLIĞI TANINMAYAN İNSAN (202)
ERMƏNİLƏR ETNİK-MİLLİ ÇÜRÜMƏ ƏRƏFƏSİNDƏ (174)
QATARINDAN QALAN DURNA (175)
¹ 73 (431) (180)
AMJL layihənin icrasına başlamışdır (158)
Ulusumuzun Atalıq dəyəri (153)
25 Ata (sentyabr) Ayı Asif Atanın Doğum günüdür
DUEL... (153)
Mövqelərimiz atəşə tutulur (157)
Oqtay Gülalıyev: "Çoxtərəfli Qrupun yaradılması prosesində Koalisiya çox fəaldir və konstruktiv mövqedədir" (164)
- Dəli Ramzan (195)
Bizi terrorçuluqda ittiham edən adam
SAAKAŞVİLİ YENƏ DƏ RUSİYANI İTTİHAM EDİR (168)
ABŞ-ın dövlət katibiAbxaziya və Cənubi Osetiyanın müstəqilliynin tanınmaması üçün əllərindən gələni edəcəkələrini bildirir
Sərhəd Xidməti təlimlərə başladı (185)