Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
282930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Nəqliyyat missiyası Almaniyaya gedəcək
Milli seminar keçiriləcək
"Kompüter sinif kompleksi" yaradıldı
Beynəlxalq Turizm Günü qeyd olunacaq
Konyada iki zəlzələ baş verib
Hərbi vertolyotlarımız cəbhə xətti boyunca uçuşlar həyata keçirib
Prokuror "Əl-Qaidə" və "Hizbullah" üzvlərinə iş istədi
Mənzildə partlayış
Sahibkarlarla görüş keçirildi
"Morgan Stanley"in prezidenti istefa verdi
Leysan yağışlar yağacaq
6 ayda 7 mindən çox cinayətlə bağlı ekspertiza
İntihar etdi
Bir ayda sərhədi pozan 23 nəfər saxlanılıb
Yazıçı Afaq Məsud professor Kamil Vəli Nərimanoğlunun bu günlərdə qəzetlərdən birinə verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlərlə razılaşmır. Və bununla bağlı öz fikirlərini redaksiyamıza təqdim edib. Həmin məktubu olduğu kimi dərc edirik.
11 sentyabr terror aktının törədilməsindən 8 il ötür
Metyu Brayza yeni sələfini təriflədi
APA layihəsinin icrasına başlanıldı
"Dəvətnamə"
SADAY ŞƏKƏRLİ-50
HƏR KİTAB BİR DÜNYADI
¹ 73 (431)
BORC
VENQER ADEBAYORUN PULA GÖRƏ GETDİYİNƏ İNANMIR
AFFA "FƏNƏRBAXÇA" İLƏ ƏMƏKDAŞLIQ EDƏCƏK
NALDO "VERDER"DƏ OYNAYACAQ
ZİKO BRAZİLİYAYA GEDİR
MBAMİ İNGİLTƏRƏ YOLUNDA
"XƏZƏR-LƏNKƏRAN" İTKİYƏ MƏRUZ QALIB
MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ GEDİR?
PREZİDENT İTALİYANIN ÇEMPİON OLACAĞINA İNANIR
Cüdoçularımız Avropa çempionatının yarımfinalında
Akademik Milli Teatrda aparılan əsaslı təmir gələn mövsümə qədər davam edəcək
Opera və Balet Teatrının yenidən qurulması İtaliya şirkətinə həvalə olunacaq
GÜNÜN LƏTİFƏSİ
   
"Ağdamı dünyanın ən varlı şəhərinə çevirəcəyik!"
Rayonun yeni icra başçısı Nizami Sadıqov: "Mən bilirəm insan necə yaşamalıdır. Başqasının azadlığına toxunmadan, başqasını özündən narazı salmadan"

350 kilometr yox,
   
   350 metr
   
   
   
   Ağdamda ikinci dəfə idi olurdum. 2005-ci ildə 82 saylı Ağdam-Ağcabədi seçki dairəsindən deputat seçilən Aqil Abbasın seçicilərini yoluxmaq üçün bəlkə də 100-cü dəfə yerinə-yurduna etdiyi səfərlərin cəmi ikisində iştirak etmişəm.
   
   Uzaq yol qət eləməkdən zəhləm gedir. Bakıdan Ağdama qədər olan məsafə isə 350 kilometr yox, 350 metr idi. Aqil Abbas yüz dəfə kiçiltdi bu məsafəni. Onunla yol yoldaşı olmayanlar çox şey itirib.
   
   
   
   Barıt qoxusu üçün darıxmaq
   
   
   
   Müharibə görmüş adamlardanam. Müharibə görmüş adamlar, nə qədər dəhşətli olsa da, müharibə üçün, barıt qoxusu üçün darıxırlar. Darıxırdım. Aqil müəllimdən xahiş elədim ki, cəbhə bölgəsinə də gedək. Razılaşmadı. Belə dedi: "Ay bala, mən səngərdə olanda istəyirəm əsgərdən avtomatı alıb, qaça-qaça erməni cəbhəsini keçib, oraları yerlə yeksan eləyəm. Yaraşmır, torpağı işğalda olan məmləkətin əsgərinə səngərdə durmaq yaraşmır".
   
   Məcburən Quzanlıda dayanmalı olduq. İndi Ağdamın mərkəzi Quzanlı hesab olunur. Rayonun inzibati binaları bu qəsəbədə yerləşir. Bəli, İcra Hakimiyyəti də.
   
   
   
   Deputat öz yerinə məni "təyin" etdi
   
   
   
   Bilirsiniz. Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib. Uzun illər bu posta rəhbərlik edən Həsən Sarıyevi Nizami Sadıqov əvəzləyib. Aqil Abbas həmin ərazidən seçilən millət vəkili kimi yeni başçı ilə görüşə getmişdi. Səhərisi Ağdamın icra başçısı özünü rayon ictimaiyyətinə təqdim edəcəkdi. Mərasimdə Aqil Abbas da iştirak etməli idi. Obyektiv səbəblərdən bu baş tutmadı. Necə deyərlər, deputat öz yerinə məni "təyin etdi". Böyük ehtimad idi. Bununla yanaşı tədbirdən reportaj da hazırlamalı idim.
   
   
   
   Yıxılana balta
   
   vurmayan kişi
   
   
   
   Ağdamın keçmiş icra başçısı Həsən Sarıyevi tanıyırdım. Dostların məclisində xeyli söhbət eləmişdi, dinləmişdim. İstiqanlı insan təsiri bağışlamışdı. Göyçayı keçəndə Aqil müəllimdən soruşdum ki, yeni başçı köhnə başçı ilə, yaxud əksinə, ikinci birinci ilə ədavət aparmaz ki? Dedi, bu mümkün deyil: "Nizami Sadıqov yıxılana balta vuranlardan deyil. Telefonda danışmışıq, deyirdi ki, mən Həsən Sarıyevin fəliyyəti barəsində heç vaxt pis danışmayacam".
   
   Şahidi oldum. Ağdamın yeni icra başçısının əhali ilə görüşündə ilk cümləsi belə oldu: "Dünən dünəndə qaldı. Biz sabahımızı bu günümüz üzərində qurmaqla məşğul olmalıyıq".
   
   
   
   O necə yaşamağın sirrini bilir
   
   
   
   Nizami Sadıqovun amiranə xarakter sahibi olduğunu tədbirdən bir gün öncə müəyyənləşdirmişdim. Mənim də iştirak etdiyim çay süfrəsi arxasında Aqil Abbasla elədiyi söhbət çox xoşuma gəldi. Neçə-neçə filosofdan yeni sitatlar eşitdim Nizami müəllimdən. Və öyrəndim ki, kitab oxumağı çox sevir. Günü nə qədər gərgin keçsə də hər axşam heç olmasa 50-60 səhifə oxumalıdır. "Mən bilirəm insan necə yaşamalıdır. Başqasının azadlığına toxunmadan, başqasını özündən narazı salmadan". Nizami Sadıqovdan bu tezisi eşidəndə ağdamlıların yerinə sevindim. Onsuz da onların azadlığına düşmən qənim kəsilib. Onsuz da onlar narazıdır qaçqın həyatı yaşamaqdan. Heç olmasa rəhbərləri həyatlarına sərin su səpə bilsin.
   
   Kiçik haşiyə
   
   
   
   Axşam Ağcabədinin qonaq evində qaldım. Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun qalib elan etdiyi "Ədalət" qəzetinin layihəsi çərçivəsində bu rayondan reportaj hazırlayacaqdım. Çox yeri gəzmişdim. Aqil müəllimlə birlikdə Hindarx qəsəbəsində də oldum. Deputata sevginin necə olduğunu burda gördüm. Gələn həftənin şənbə günü Ağcabədidən hazırldadığım geniş reportajı oxuyacaqsız. Bir başqa yerdi Ağcabədi. Tam başqa yer.
   
   
   
   Rəislərlə bir sırada oturdum
   
   
   
   Səhər - sentaybırın 10-u saat 10-30-da Quzanlı kənd Mədəniyyət Evində oldum. Daha doğrusu mədəniyyət evinin həyətində. Xeyli adam vardı həyətdə. Dedilər ki, içəri doludur, oturmağa yer yoxdur. Əlavə stullar daşınırdı. Zala girəndə həqiqətən birinci sıraya düzülən 6 stuldan başqa bütün yerlərin tutulduğunu gördüm. Vəziyyətə nəzarət edən orta yaşlı kişiyə yaxınlaşıb, Aqil Abbasın işçisi olduğumu dedim. "Xoş gəlmisən, o boş yerlərdən birində oturun" cavabını aldım. Sonradan bildim ki, o boş yerlər rayonun rəhbər vəzifədə olanları üçün nəzərdə tutulub. Prokuror, polis rəisi, məhkəmənin sədri və bu sıradan olan bir neçə nəfər. Bakıda isə jurnalistə münasibət fərqlidir. Mötəbər adamların olduğu məclisdə jurnalistlər həmişə arxa yerlərdə oturub. Bura həm də ona görə Ağdamdı - Azərbaycanın qürur mənbəyi.
   
   
   
   Alqış sonda gələr
   
    əvvəldə yox
   
   
   
   Saat 11:00. Yeni icra başçısı zala daxil olub, onun üçün ayrılmış yerinə qalxır. Zaldakıların əl çalmaması da, diqqətimdən yayınmadı? Görəsən niyə? Özümə verdiym sual sona çatmamış cavabı gəldi. Bura Ağdamdır- Azərbaycanın qürür mənbəyi. Axı ağdamlılar hələ bilmir yeni başçı kimdi, necə işləyəcək, onlara ilk tanışlığında nə deyəcək. Əlbəttə əl çalmaq, alqışlamaq hörmətin göstəricisidir. Amma gərək dəqiqləşdirəsən alqışlar yerindəmi eşidildi.
   
   Nizami Sadıqovun çıxışına cavab olaraq səsləndirilən alqış yerindəydi. Olduqca qısa, lakonik, mənalı danışdı. Öncə kim olduğunu, hansı həyat yolu keçdiyini diqqətə çatdırdı.
   
   Nizami Sadıqovun həyat yolu
   
   
   
   Nizami Sadıqov. 1953-cü ildə Ağdam rayonunda anadan olub. 10 illik təhsilə Ağdam internat məktəbində yiyələnib. Ağdam kənd Təssərrüfat Texnikumunu bitirib. Tank diviziyasında hərbi xidmət keçib. Xidmətdən sonra hərbi zabitlik məktəbinin məzunu olub və leytenant rütbəsi alıb. Taleyinə Ağdam kənd Təssərrüfat Texnukumunda müəllim işləmək də yazılıb. 1974-ci ildən başlayaraq daxili işlər orqanlarında işə qəbul olunub. İlk iş yeri 1 saylı Şuşa həbsxanası olub və 15 il bu orqanda çalışıb. Bir neçə il müxtəlif həbsxanalarda rəis vəzifəsində işləyib. Daxili İşlər Nazirliyinin xüsüsi ilə mühüm işlər üzrə şöbəsinin rəsi vəzifəsini icra edib. Ermənilərin Qarabağa yönəlik müharibəsində bir çox əməliyyatlara rəhbərlikdə onun adı xüsusi ilə çəkilir. 5 rayonun müxtəlif dönəmlərdə polis rəisi olmaq məsuliyyəti də ona tapşırılıb.
   
   Görünür, bütün vəzifələrin öhdəsindən layiqincə gəlməsinin nəticəsidir ki, hazırda Nizami Sadıqov Ağdamın icra başçısıdır.
   
   
   
   Toyda oynamağı ayıb bilən adam
   
   
   
   Yeni icra başçısı keçdiyi həyat yolu barəsində rəhbərliyi altında yaşayacaq əhalini məlumatlandırmasının səbəblərinə də aydınlıq gətirdi: "İstəyirəm məni yaxşı tanıyasız. Kimliyimi, xarakterimi biləsiz. Mənim üçün ən böyük dərd Qarabağın, o cümlədən Ağdamın işğalda olması dərdidir. Şəxsi faciəm hesab edirəm bu işğalı. Biləsiz ki, bu günə qədər bir dəfə də olsun toyda qol götürüb oynamamışam. Utanmışam. Adama deyərlər torpağın işğaldadır nə şadlıq edirsən? Mənə elə gəlir təkcə bu fakt xarakterimin sizin gözləriniz qarşısında açılmasına imkan verir".
   
   
   
   "Biz Ağdamın
   
   əvvəlki imicini
   
   qaytarmalıyıq"
   
   
   
   Nizami Sadıqov ilkin olaraq görəcəyi işlərin adını da sadaladı: qazlaşdırma; suvarma sisteminin təkminləşdirilməsi; evsizlərin evlə təmin olunması; qəsəbə və kəndlərin abadlaşdırılması; asfaltlaşdırılması bu işlər sırasında birinci gəlir. "Mən ağzımdan çıxan sözün ağasıyam. Xalqla xalq dilində danışacam" şəklində bəyanat verən icra başçısı prezidenti İlham Əlieyin tövsiyyəsini dilə gətirdi: "Cənab prezident mənə tapşırdı ki, tikinti-quruculuq işlərinə xüsusi diqqət ayırım. Söz verirəm bu belə də olacaq. Bütün idarə və müəssisə rəhbərlərinə tapşıracam və elə indidən tapşırıram ki, əhalinin içərisində olsunlar, onların dərd-sərini öyrənsinlər. Hər kəsə sayğı ilə, məhəbbətlə yanaşsınlar. Unutmasınlar ki, insan Allahın yaratdığı ən kamil varlıqdır. Ona qarşı diqqətli olmaq vacibdir. Xüsusi ilə qaçqın və köçkünlərin bütün şikayətləri müsbət həll olunmalıdır. Mən harda işləmişəmsə, qaçqınlara xüsusi qayğı göstərmişəm. Onların vətəni yoxdur, təbii ki, hələlik. Vətənsizlik ən böyük dərddir. Bu dərdin üstünə bürokratik əngəl gəlməsinə imkan verməyəcəm. Ağdamda ən böyük problem yuxarılara şikayət ərizələrinin göndərilməsidir. Bu, biabırçılıqdır. Ağdamlı həmişə qüruru ilə seçilib. İndi nə baş verdi ki, ağdamlı probleminin həllini şikayət ərizəsi yazmaqda görür. Bunun qarşısını yalnız problemi həll etməklə almaq olar. Mən ərizə və şikayətlərin qəbulu şöbəsindəki işlərlə xüsusi məşğul olacam. Ərizə cansız kağız parçasıdır, onunla düzgün rəftar etməyəndə dilli-dilavər adama çevrilir. Biz şikayət ərizələrinin adam kimi danışmasına imkan verməməliyik. Bu başdan problemi özümüz tapıb, özümüz həll etməliyik. Respublika üzrə şəhidlərin üçdə bir hissiəsi ağdamlıdır. Bu şəhər həmişə igidliyi ilə fərqlənib. Təəssüf ki, Ağdamın adı indi pisliyə çəkilir. Biz Ağdamın əvvəlki imicini qaytarmalıyıq".
   
   
   
   Tövsiyyə: səbəb yox vasitə axtarın
   
   
   
   İnsanın yaxşı fəaliyyət göstərməsinin 6 şərti olduğunu deyən icra başçısı onları aşağıdakı kimi sadaladı:
   
   
   
   1. Allaha təvəkkül
   
   2. Adil olmaq
   
   3. Zəhmətkeş olmaq
   
   4. Özünü dərk etmək
   
   5. Özünə inanmaq
   
   6. Sevgi
   
   
   
   Başçı xüsusi olaraq qeyd etdi ki, bu 6 şərti özündə birləşdirən hər kəslə işləməyə hazırdır və bütün fəaliyyətini də bu şərtlər çərçivəsində quracaq: "Mən riyakar adam deyiləm. Olduğum kimi varam. Olduğum kimi qalacam. Düşündüyüm kimi danışacam. Təriflənməkdən zəhləm gedir. İdeal adamı tərifləyərlər. Mən isə iki ideal insan tanıyıram - Ümummilli lider Heyədr Əliyev və cənab prezident İlham Əliyev. Onlardan başqa hamımızın nöqsanı var. Ona görə özümüzü başqalarından yuxarıda tutmamalıyıq. Mən imkan verməyəcəm vətəndaşlara laqeyd münasibət bəslənsin. Hamıya eyni münasibət göstərəcəm. Sonrakı mərhələdə isə onun işi mənim münasibətimə müsbət və mənfi təsir edəcək. Kim könüllü iş görəcəksə alqışlanacaq. Kim iş görmək istəməyəcək məcbur edəcəyik. Mən razı ola bilmərəm idarə rəhbəri təmtaraqla yaşasın, onun rəhbərliyində olan əhalinin nümayəndəsi kasıb vəziyyətdə olsun. Bu, balansın pozulmasıdır. Tövsiyyə edirəm ki, hər hansı bir məsələdə səbəb yox vasitə axtarın. Səbəb axtaranda ortaya min problem çıxır və həllə mane olur".
   
   
   
   "İnsan həmişə
   
   özü özünün yanında olmalıdır"
   
   
   
   Ani olaraq başımı arxaya çevirdim. Zaldakı adamlar tərpənmirdi. Ədəbiyyatçı olsaydım, yazardım donub qalmışdılar. Amma jurnalist olduğumu üçün əksini düşünməyə öyrəncəliyəm. Zaldakı adamların başçının hər sözündən sonra sanki donu açılırdı. Simalarındakı ifadə canlanırdı. Başçı isə müxtəlif tarixi şəxsiyyətlərdən sitatlar gətirərək yaşamağın, alnıaçıq, üzüağ yaşamağın fəlsəfəsini açırdı. O deyirdi: "Bir nəfər Seyid Əzim Şirvanidən soruşur ki, əynindən pencəyi çıxarmırsan, köynəyini sonuncu düyməyə qədər bağlayırsan. İstidi axı. Heç olmasa evdə kimsə olmayanda yaxanı-başını aç da. Şairin cavab qısa olur: "Məgər mən özüm - özümün yanımda deyiləm?..". İnsan həmişə özünü öz yanında hiss etməlidir. Hər addımını yanındakı özünün reaksiyasına hesablayıb atmalıdr".
   
   
   
   Qubanın polis rəisi olasan oğlunu cərimə edələr
   
   
   
   İcra başçısı çıxışında atası və oğlunun həyatındakı kiçik epizodu da xatırlatdı. Dedi ki, atası rəhbər vəzifələrdə işləyib. Pambıq yaş olduğu üçün hökumət evlərdəki döşəklərin sökülməsi, pambıq planının dodurulması üçün müsadirə olunmasını tapşırır. Atası isə əhaliyə deyir ki, axşam hərə bir az pambıqdan götürüb evlərinə gətirsin və peçin yanında qurutsun ki, döşəkləri altlarından getməsin: "Mən belə kişinin oğlu olmağımla fəxr edirəm və istəyirəm oğlum da mənim kimi olsun. Bir dəfə yol polisi oğlumun idarə etdiyi maşını saxladı. Mən də maşında idim. Oğlum dedi ki, sənədlər evdə qalıb və polislə qaba danışdı. Maşından düşüb taksiyə oturdum və oradan uzaqlaşdım. Yolda oğlum zəng etdi ki, maşını cərimə meydançasına aparılar. Dedim yaxşı eləyirlər. Elə ona görə getdim ki, aparsınlar. Qubanın polis rəisi olduğum üçün mənə hörmət edib bu işi görməyəcəkdilər. Amma oğlum polislə qaba danışdığına və sənədlərini özüylə götürmədiyinə görə cəzalanmalıydı axı... Demək istəyirəm mən işində nöqsan olan heç kimi bağşılamayacam".
   
   
   
   Səhvi olanın
   
   qüruru olmaz
   
   
   
   Yazını Nizami müəllimin başqa fikri ilə də yekunlaşdıra bilərdim. Amma belə yaxşıdı. İşində nöqsanı olanlar bağışlanmayacaqlarını bilsələr daha səhv eləməzlər. Səhvsiz yaşamaq ağdamlıya yaraşır. Axı Ağdam Azərbaycanın qürur mənbəyidir. Səhvi olanın qüruru olar?...
   
   Görüşdə bir neçə ağdamlı da çıxış etdi. "Səndən yoxdu", "Nə yaxşı gəldin" şəklindəki yaltaqlığı nümayiş etdirən ifadələr səslənmədi. Eləcə xeyir-dua verdilər. Ağdam Azərbaycanın qürur mənbəyidir, ona görə.
   
   Bakıya qayıdanda qardaşımdan mesaj aldım: "Qardaş, ağdamlılara denən bizi bağışlasın".
   
   
Ceyhun Musaoğlu
Oxunub: 280
AKADEMİYA AzTV-nin UĞURUDUR (176)
Boğazımızdakı çatıdan Facebook-un çatına (240)
"İstəyirəm xalqım, dövlətim üçün yararlı vətəndaş olum" (284)
Turan İbrahimov: "Harasa bağlı olan şəxsin fikirlərini səsləndirməyə qadağa qoymaq söz azadlığına zərbə deyil, əksinə, vətənin azadlığına təkandı"
Ürəyinin qanı ilə... (266)
Bütləri dağıdan söz adamı (415)
Devizin bu şüar olsun: dərd gülüşdən qorxur!
Dedi, elədi, göstərdi! (298)
"Azərsun Holdinq" Şirkətlər Qrupu Biləsuvardakı zavodun sirrini jurnalistlərə açdı
Biz dəliyik (463)
Hara gedirsən, burda uzun müddət yaşamağı bacardığın üçün doğrudan dəli biləcəklər orda səni, Rey!
Dincəlmək istəyirəm (466)
Qulaqlarımdan paravoz səsi çəkilmir
Minnətdarlıq reportajı (457)
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi 14 jurnalistlə Qubada
Siz onlara borclusuz, biz də sizə (643)
"Borcumuzdur bu ehtiram" kitabının müəllifi Qəzənfər Paşayevə
Bahar şəxsən gəlmişdi (617)
Qarşınızda başımı yerə soxuram! (799)
Adam ya yeyər, ya vuruşar - nonses: türk ikisini birlikdə edir
Türk yuxuda daha möhtəşəmdi (858)
Bir gün səndən mütləq soruşacaqlar, türk kimi, niyə rəzilliklərin qarşısında susurdun, deyərsən ki, görməmişəm, yuxuda olmuşam
Qazancımız başımıza dəysin (720)
Dünən bildim, faciə aktualdı
Regionlar: Hardan belə? Hara belə? (556)
"Avatar"ı bəyənməyənlərə (584)
Azərbaycanlının kinosunda həyat yoxdu, həyatı isə başdan başa kinodu
"Şöhrət"dən dəhşətə (679)
Yanvarın 26-da sevinən naziri iki gün sonra kədərləndirən faciə təsadüfdürmü?
Hər yer Xocalı, hər gün işğal (662)
Vağzal adamları (487)
Yolçu qürbətə uzanan yolun başlanğıcında peyğəmbər kimi məsum, ortasında döyüşçü kimi sərt, sonunda fərari kimi qorxaq olur
Mənim ilim (249)
"Ağdamı dünyanın ən varlı şəhərinə çevirəcəyik!" (280)
Rayonun yeni icra başçısı Nizami Sadıqov: "Mən bilirəm insan necə yaşamalıdır. Başqasının azadlığına toxunmadan, başqasını özündən narazı salmadan"
Belə olub həmişə (313)
Üç dəfə ölən, hazırda diri olan sehrkar (376)
Tofiq Qarayev: "Bilmirəm bu xalqa necə sübut edim ki, Tofiq Qarayev sağdı?.."
40-da həyəcanlı, 45-də sakit adam (366)
Təkziblərin ən orijinalı (368)
Ermənilərə bax e, peşəkar yazarı Mədəniyyət və Turizm Nazirliyi yanında utandırdı
Sevinmək istəyirsənsə, sevindir (422)
Nəsimini öləndən sonra mərmər saraya salıb, təslim etdilər
Sənə düşən heç nə yoxdu (542)
10000 manatı götürüb qaçmayın! (502)
400 manat demisiz, niyə 255 manat vermisiz?
Bəyaz rəngdədir Lent.az (366)
Sizi izləyirik, Vüsalə Mahirqızı. Sizi gözləyirik, Qabil Abbasoğlu
Yevqeniy necə BOMJ-a çevrilib... (334)
("Yarı sevgi, yarı nifrətdi adamlar"ın davamı)
Yarı nifrət, yarı sevgidi adamlar (425)
Nə qədər ki, insanlar məhəbbət və nifrət hisslərini qoruyacaq, əbədi yaşaya bilməyəcəklər
5000 manatlıq nümunə (471)
Yardım evdən çıxmış, mənzil başına çatmamışdır
Bədbəxt oğlu bədbəxt (522)
Doğulmamaqdır doğulmaq (590)
Qəzetlər nə gündədir... (340)
Kimdir günahkar: oxucu, yoxsa yazar?
Utanmıram - hələ də yaşayıram (714)
Niyə şərait yaratdız axı biz Neft Akademiyasını bitirdik, Rafiq müəllim?..
SƏN HƏMİŞƏ BİZİMLƏSƏN (551)
UZUN GECƏ... (425)
(Olmuşlar və olacaqlar barədə hekayəvari)
Sən nə ilan adammışsan ə, Lal Hüseyn (481)
Getmədiyimiz Qars səfərindən Ərdoğan kantatası
Cəmi 3 saat AzTV-də (470)
İki il qalaq-qalaq yığılan dezinformasiyaları 120 dəqiqəyə darmadağın etmək olarmış
Zibilin çıxarmışıq (538)
Xəbər var ki, eşitmək olar, eşitdirmək yox
AKADEMİYA AzTV-nin UĞURUDUR (125)
TANIYA BİLMƏDİKLƏRİMİZ... (492)
Bizi onları tanımağa "tənqidi jurnalistika" qoymur
İnsan yaşamadıqlarını yazmalıdır (560)
Biz hamımız Viktor Hüqonun canlı və şanlı qəhrəmanlarıyıq
İmzalı İmzasızlar (583)
"Azad söz"ün ölən ruhuna salavat zikr edək
Robot əxlaqı (619)
Elektron nəzakətin arxasında murdarlıq gizlənir...
Dünyanı uşaqlardan həmişəlik aldıq (523)
Birgünlük həmrəylik olmur (619)
"Böyük Dayaq"Xeyriyyə İctimai Birliyinin dünya azərbaycanlılarına qeyri-ənənəvi müraciəti
Bəxtəvər "İrəli"nin başına (559)
"Dalğa"çılara: İran səfirliyinin qarşısında artistlik eləməkdənsə, "İrəli"nin meyidini sərdiyi problemləri basdırın
Kor olsun görən gözlər (675)
KAMAL ABDULLANIN "HEKAYƏLƏR"İNƏ HEKAYƏ
Girəndə ayaqqabılarınızı çıxarın (656)
Biz vətənə orda doğulduğumuz üçün yox, orda yaşadığımız üçün hörmət edirik
İkinci olmaq istəyən birincilər (585)
Adamı yandıran da budu
Özlərini söndürənlər (606)
Tüstülənən arzu (679)
İTV-ni yaratmışıq, yaşatmalıyıq (582)
Meşədə əbədi azmaq (585)
Heyf ki qayıdacam (715)
Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər
Niyə adam tıxacı yaradırsız? (661)
Sezen Aksunun eşqinə
Gözünüz üstümüzdə olsun, avropalılar (707)
Avropa Şurası Azərbaycan ofisinin rəhbəri Veronika Kotek və danimarkalı həmkarımız Henrik Hansenə sevgilərlə
Qatar Biləcəridə saxlamayacaq (672)
Hara yaxınıq, hardan uzaq? (642)
SÖHBƏTDİ DƏ, ELƏYİRİK
Get saqqızını çeynə, oğlum (659)
Allaha sığınmaq lazım deyil (583)
SÖHBƏTDİ DƏ, ELƏYRİK
Don Kixot olmaq arzusu (664)
İradə Tuncay bu arzunu da mənə çox gördü
Bomba klip (651)
Dıqı-dıqı-dıqı-dıqı-dıqı, a- zad A-zər-bay-can...
NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz (645)
NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz
Başqa Əkbər yox, Azadlıq Əkbər (699)
Ceyhun Musaoğlunun təqdimatında
Siz hələ də varsız?! (704)
Boşluğun təntənəsi (652)
Evinizə cinayətkarın soxulmasını istəmirsizsə, televizorunuzun ekranından dəmir barmaqlıq asın
TOXAM DAA, YEMİRƏM! (781)
Əsas odur ki, Bahar şəxsən gəlmişdir (858)
Jurnalistlərin azadlığı Baharımıza qurban
Qaça-qaça yaşayıram (666)
Seyidlərin alqışı qarğışa, qarğışı alqışa oxşayır
Evimdə cinayətkar böyüyür?! (683)
Murdar qocalar (767)
Başlamadan bitən kino?! (911)
NƏSİLLƏRİN "ƏDALƏT"Lİ SAVAŞI
Hakimiyyət yaltaqlığa "YOX!" dedi (966)
Ancaq qəza namazı (605)
ALQIŞ HƏSƏNOĞLUNA ALQIŞ (437)
HƏMİN HAVADI (273)
Bilmək olmaz komsomolun güllələnməsinə saz çalan aşıqın canı it canıdır, yoxsa komsomolun?!
Kafka azərbaycanlı olub (222)
CIRILMAQ QƏZETLƏRİN, SÖNDÜRÜLMƏK TELEVİZİYALARIN HAQQIDIR (221)
Şərəf duymaq ehtiyacı (203)
ÇÖLDƏ QALMIŞLARDANIQ (207)
MƏN KÜÇƏ UŞAĞIYAM (254)
At-a Ət yedirənlər (238)
Lənətlənmiş dilək: Dövlətin azadlığı və xoşbəxtliyi naminə hamınızı kimsəsiz görmək istəyirəm
Uç badam bir qoz (247)
Bizə halaldı, haram? (236)
Hələ də azadlıqda olan jurnalistlərin şərəfinə
Qarabağ bizimdir, sizin olacaq (220)
"Bir yalanı bir neçə dəfə danışanda o həqiqət olmur" Fales
Azərbaycan barəsində yazmağa dəyərmi? (197)
Ümumiyyətlə, yazmağa dəyərmi?
Murdar ömrün hekayəti (263)
"Dünyada olmaq hələ var olmaq deyil" Heýel
Cəhənnəmin isti bucağı (275)
Onların devizi: dönən yoxdu, bu ýön olmayacaq, sabah həmişə var! (182)
BƏSDİRİN DƏ, ALƏ (309)
Çıxın pəncərələrə, şaqqanaq çəkib, gülün