Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
   
BİR GÖZÜ AĞLAYIB, BİR GÖZÜ GÜLÜR...
BİZƏ TANIŞ DÜNYANIN

Elə bil dünyanın bütün xərcini məndən alıblar, borclarını mənim çiyinlərimə yükləyiblər. İnanın ki, səmimi deyirəm. Nə qədər cəhd etsəm də, nə qədər özümü biganə göstərməyə çalışsam da, amma qopub ayrıla bilmirəm. Son 10-15 gündə canıma hopmuş, yaxamdan yapışmış tərkidünyalığın, ümidsizliyin caynaqlarından. Elə bil onun bütün dırnaqları sancılıb ürəyimə və o dırnaqların dibindən qan fışqırır. Al qırmızı qan...
   
   Və mən həmin o al qırmızı qanın içərisində öləziyən ümidimi də, inamımı da, hətta üz-gözümün təbəssümünü də "suya çəkirəm". Özünüz təsəvvür edin. Bu rəngdə suya çəkilən inamın, ümidin üz- gözün görüntüsünü. Onda biləcəksiniz ki, nə qədər çətindi təklənmək, əl-qolu bağlı oturub gözləmək, gecə kipriklərindən, gündüz ayaqlarından dara çəkilmək. Deyəsən, bütünlüklə ifadə edə bilmədim. Çünki yaşadığım hisslər, duyğular, bir sözlə özüm və ətrafım elə bil yüz əli çubuqlu tərəfindən sorğusuz- sualsız, haldan, dildən düşənə qədər insafsızcasına, rəhm etmədən döyülüb...
   
   İlahi, bəndənin günahını səndən yaxşı bilən yoxdu. Lakin bəzən günah cəzayla müqayisədə mənə bir az ədalətsiz görünür. Asilikdə, naşükürlükdə qınama məni, bağışla. İçimdən gəldi, dedim. Çünki gördüklərim, eşitdiklərim, şahidi olduqarım, oxuduqlarım, seyr etdiklərim... bir sözlə bu məmləkətdə və bütövlükdə dünyada baş verənlər mənə o qədər qəribə, o qədər psixoloji cəhətdən sarsıdıcı, təzyiq göstərici bir formada hücumlar edir ki, onların qarşısında duruş gətirə bilmirəm. Fikirləşirəm ki, hamımızı, bütövlükdə bəşəriyyəti, kainatı- hər şeyi yaradan o Böyük Gücün sahibi niyə bəndələrin dünyaya baxışında, həyat tərzində, mənviyyatında, qabiliyyətində, bütövlükdə insanlığında bu qədər rəngarənrənglik yaradıb. Bu qədər fərqlər, bu qədər bənzərsizliklər və bütün bunların içərisində də insanın insana qarşı bu qədər zülümləri, basqıları, riyakarlığı, xəyanəti və nələri, nələri... Axı, bütün bunlar üçün dözmək, bütün bunlara cavab vermək üçün duruş gətirmək mümkün deyil.
   
   Hə, indi mən bax, elə bu içərisində olduğum yazı aurasında öz-özümə pıçıldayıram.
   
   
   
   sənə
   
   maraqsız görünə bilər
   
   bəlkə də
   
   necə yaşamağım
   
   amma
   
   səhərdən axşama
   
   və bəzən də
   
   əksinə
   
   susub
   
   bütün eşitdiklərimin
   
   səsinə
   
   qulaq asmaq
   
   sadəcə
   
   gözlərimlə danışmağım
   
   yəqin ki,
   
   sənə
   
   necə yaşamağım
   
   barəsində
   
   hər şeyi deyər...
   
   
   
   ***
   
   Bəli, ayrıla bilmirəm həmin auradan və elə dörd tərəfimə də nəzər salanda görürəm ki, o sıxıntı çalışdığım qəzetin otaqlarında da, əməkdaşların çöhrələrində də özünü biruzə verir. Hamı bir daxili gərginlik, bir sıxıntı, bir təlaş yaşayır. Və hər dəfə də iş yoldaşımız, qələm dostumuz Oqtayın adı çəkiləndə hər kəsin dodaqlarından qanadlanan ilk kəlmə bu olur:
   
   - Allah şəfasını versin, Allah kömək olsun!
   
   Bu Oqtayın çalışdığı illər ərzində "Ədalət"də qazandığı məhəbbətdi, diqqətdi, sevgidi. Və hər bir əməkdaş yaşından, dünyagörüşündən asılı olmayaraq, ona bir sayqı bəsləyir, onun şirin kəlamları üçün, hətta onun özünəməxsus şəkildə hər birimizi salamlama mərasimi üçün bir qəriblik, bir aclıq çəkir. Dəhlizdə addım səsləri eşidəndə istər-istəməz düşünürük ki, yəqin gələn Oqtaydı. Təəssüf ki, bu gün onun məruz qaldığı ciddi əməliyyat hələlik o arzumuzun çin olmasına imkan vermir. Amma Oqtayın yeri təkcə özünün iş otağında deyil, "Ədalət"in bütün otaqlarında, dəhlizində, nəşriyyatın bufetindən tutmuş, binasının hər yerində görünür. Deməli, Tanrı bu bəndəsini insanları sevmək üçün və insanların da ona sayqı duyması üçün göndərib. Neynəmək olar ki, bəzən insanın özünün də hansısa bir məqamda yol verdiyi yanlışlıq və yaxud da nöqsan sonradan müəyyən fəsadlar törədir. Amma Tanrıya çatan dualar mənim inancıma görə heç vaxtı yaxşıları darda qoymur. Düşünürəm ki, inşallah dostumuz da tezliklə xəstəxana divarları arasını özünün sevdiyi "Ədalət"in otaqları ilə əvəzləyəcək...
   
   
   
   ovuc içi boyda
   
   bir otaq
   
   nə var-gəl etmək olur
   
   nə də
   
   ağlı başında
   
   adam kimi
   
   durub-oturmaq...
   
   
   
   bu ovuc içi boyda otağın
   
   bir özəlliyi var -
   
   daşı-divarı,
   
   kilidi-açarı
   
   pəncərəsi-qapısı
   
   bir sözlə
   
   özü və adı
   
   bütünlüklə mənimdi -
   
   kirayəşinlikdən
   
   azad etdiyim
   
   içimdəki azadlığın
   
   bu otaqda
   
   çox orijinal
   
   gözəlliyi var...
   
   qurtulun asıllıqdan
   
   qurtulun adamlar...
   
   necə də gözəldi azadlıq...
   
   
   
   ***
   
   Dünya başdan-başa qəmin, kədərin üstündə bərqərar olmayıb. Müdriklər deyirlər ki, sevinclə kədər həmişə bu dünyada əl-ələ tutub gəziblər. Biri məclisin yuxarı başında oturanda, o birisi ayaq tərəfində gözləyir. Mən bu fikirlərlə tanış olanda yaşıma görə bir zamanlar gülümsəmişdim, inanmamışdım. Amma yaş öz sözünü dedi. Yaşayıb gördüm ki, doğrudan da dərdlə sevinc , göz yaşı ilə gülüş elə insanın bir növü özüdü, bədəninin sağ hissəsidi. Dərdə oylaq olanda, sol hissəsi sevincə cıdır meydanına çevrilir və yaxud da əksinə. Bir az da loru dildə desəm, gözümün biri ağlayanda o birisi gülür.
   
   Bu ağlayıb güldüyümüz və yaxud da gülüb ağladığımız dünyada bizə təsəlli verən müxtəlif məqamlar, müxtəlif inanclar və müxtəlif ünvanlar var. Hökm deyil ki, onlar hamısı hər gün ya əlinin altında olsun, ya gözünün önündə. Sadəcə, sənin içində bir insanlıq, bir də insanlığın İlahiyə, Tanrıya sevgisi olmalıdı. Həmin o insanlıq uca Tanrıya üz çevirəndə, onun ətəyindən yapışıb, onun halal yolunu saxlayanda gec-tez mətləb hasil olur. İnsan murada yetişir. Burada bir haşiyə çıxmağın yeridi.
   
   Mənə elə gəlir ki, böyük sevgilər böyük ürəklərin, böyük insanlığın içindən böyük Tanrıya yol getdiyinə görə, insan bir ömrə həmin məsafəni qət edə bilmir. Ona görə də Füzuli sevgisi, Məcnun divanəliyi, Leyli aşiqliyi neçə ömürdü ki, yol gəlir və gəlib bizdən də keçib bir az qabağa. Ancaq hələ Tanrıya çatmasına çox var. Bax, ona görə də təkcə o sevgilər, o həsrətlər vüsalla başa çatmır. Yəni vüsala qovuşmurlar.
   
   Əvvəldə dediklərimə qayıdıram. Həyatın sıxıntıları, zərbələri elə bil ki, bir az özbaşına buraxılıb və o da əliuzunluq edir. Həssasları, duyğusalları, daha çox vurmağa, daha çox caynaqlarında saxlamağa çalışır. Lakin inam, ümid o sıxılanları məhv olmaqdan hələ ki, xilas edir. Necə ki, mən özüm bütün sıxıntılarımın içərisində bir ümid işığı axtarıram, bir göz izi görürəm. Orda isə ümidimin, inamımın, sevgimin, dözümümün, bir sözlə, özümün sığına biləcəyim birisi var:
   
   
   
   yağışdan sonra
   
   göy üzü
   
   o qədər mavi
   
   və o qədər də
   
   işıqlı idi ki,
   
   gözlərin kimi-
   
   baxmaqdan doymurdum...
   
   ağlım başımdan çıxırdı,
   
   ürəyim sinəmdən
   
   həmin anlarda
   
   sənin gözlərini,
   
   yoxsa göy üzünün
   
   yağışdan sonrakı
   
   möcüzənin
   
   sahibi olduğunu
   
   ayıra bilməzdim mən...
   
   Allahım, bu möcüzəni
   
   əsirgəmə bəndələrindən!..
   
   
   
   Hə, nə qədər ağrılı olsa da, nə qədər sevincindən məst olsaq da bu dünya elə gördüyümüz kimidi və elə bu dünyanın da bəlkə yeganə gözəlliyi odur ki, elə gördüyümüz kimidi. Necə varsa elə.
Əbülfət MƏDƏTOĞLU abulfatmadatoglu@adalet-az.com
Oxunub: 415
HƏYATIMIN ""ƏDALƏT""İ (96)
MƏNƏ DƏNİZ VERİN... (257)
Havasız şəhərin ölən sevgiləri...
GÜNÜN ƏN BÖYÜK GÜNAHI... (430)
Ağıllı olmaqdı
ÜMİD SORAĞINDA (434)
Onu öldürmək istəyənlər həmişə hazırdılar...
ÖMÜRDƏN FRAQMENTLƏR (467)
Bunları yaşamışam
YAŞA DƏXLİ OLMAYAN SÖHBƏT (475)
Hərənin öz dünyası...
İNDİ BİR XATİRƏDİ... (607)
GERİDƏ QALAN HƏR AN
DAĞLAR DAĞIMDI MƏNİM... (512)
Həsrət qaldığım gündən
RUHUMUN AZADLIĞI... (378)
Bütün savaşlar sənin üçündü
Gözlərimə ağ damır... (555)
Yollarına baxmaqdan...
TƏKİ SƏN SƏSLƏ MƏNİ (473)
Bu təkcə çağırış deyil
İYİRMİ BEŞƏ BİR QALMIŞ (347)
DÜYÜNÇƏ (394)
Düyünlərin çözümü ömür istəyir...
ÇÖRƏK - YAŞAMAQ ÜÇÜN (433)
Bəzən o boğazdan keçmir
CƏRRAH BIÇAĞI (496)
Əriyən ömür...
APAR MƏNİ ÖZÜNLƏ... (662)
Əgər apara bilsən...
ULDUZLAR DA BU AXŞAM... (803)
Təkcə ulduzlarmı?
YAŞAMAQ İSTƏYİRƏM (1174)
Böyük müəllim, yazıçı Qulu Xəlilovun və Vahid Əlifoğlunun ruhuna
BİR AZ QƏMİ DANIŞDIR... (682)
Dünyanın ən müşkül məsələsi
SEVGİ ETİRAFLARI (953)
Bunu bacarmaq da sevmək deməkdi...
QARANLIĞI YARAN CÜT İŞIQ... (730)
Əsəb yaradan narahat yol...
DÖZÜM MƏQAMI (756)
Vahidin ruhu məni bağışlasın
GƏLƏNİ PEŞİMAN, GEDƏNİ PƏRİŞAN (792)
Limon əkdim ləyəndə...
AYRILIQ ANI (887)
Sarı simdəg
MƏN SƏNİ SEVƏCƏM... (972)
Bəs sən?..
SEÇİM ANI (786)
İtlə işıq arasında məsafə, qaşla göz arasındakı məsafə qədərdi
ANLAŞMAQ PROBLEMİ (510)
Dünya dağılmasın, neyləsin?..
Sonuna çatdığım il (319)
SÖZ VAXTINA ÇƏKƏR (252)
Bu yazı gecikməsəydi...
Mən belə dünyanın... (266)
Ovqatla baş başa
SÜKUTLA SÖHBƏT (301)
Bu söhbəti anlamaq üçün ancaq kitab oxumaq lazımdı
SÖZÜMÜZÜ UNUTMAYAQ (245)
Depresyona düşsək də...
BƏRAƏT KAĞIZI (333)
Yaşamaq haqqını sübut etmək get-gedə çətinləşir
KÖLGƏLƏR... (255)
Kəsilən ağacların balladası
YAD ADAM SEVGİSİ (265)
QAPI ARXASINDAKI ADAM (290)
YARPAQ TÖKÜMÜ (352)
Və yaxud adı Son Bahar olan payız
"BURDA YER SÜRÜŞKƏN, GÖY ÜN YETMƏZDİ..." (349)
QARANLIĞI YARAN İŞIQ.... (429)
CAVABSIZ SUALLAR (297)
Məni qınamayın, məni duyanlar...
OXUCUNU ARDINCA APARAN BÖYÜK ƏDİB (358)
İlyas Əfəndiyev öz əsərləri ilə hər kəsi cəlb etməklə yanaşı, düşündürməyi də bacarırdı
BİR AN (423)
Ömür də bəzən göz qırpımıdı...
BİR GÖZÜ AĞLAYIB, BİR GÖZÜ GÜLÜR... (415)
BİZƏ TANIŞ DÜNYANIN
HƏFTƏMİN ACISI (431)
QƏMİN AĞLADIĞI GÜN... (445)
Ümumiyyətlə, belə bir gün ola bilər?..
KÜÇƏYƏ DÜŞƏN AĞ İŞIQ (494)
O, övlad izi axtarır
TƏLAŞLI GÜNÜN UĞURLU SONU... (559)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
İNTİHARDAN ÖNCƏ (585)
ÇİÇƏKLƏRİ BARINDAN ÇOX GİLƏNAR AĞACI (443)
DƏLİ BİR AĞLAMAQ... (428)
Mərhum telejurnalist Alı Mustafayevin ruhuna
BAKIDAN SUMQAYITA SƏYAHƏT (435)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
XOCALI TOYU (398)
HAVASI BİLİNMƏYƏN YAZI (419)
Zamanın köynəyindən və zamanı köynəyindən keçə bilməyəndə...
UZUN BİR GÜN... (475)
YUXU KİMİ SEVDA... (475)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
VAXTINDA (490)
"Ölüm haqdı, çıxmaq olmaz əmrdən..."
Ömürdən bir gün (469)
AĞLAYAN BULUDLAR (552)
İQLİM DƏYİŞİKLİYİ... (538)
Qan təzyiqi fəsadı
ÖMRÜN SOLAN ÇİÇƏKLƏRİ (559)
GƏL SƏNİ "DÖYÜM" (536)
Mən dəliyə oxşayıram?..
Hərdən elə istəyirəm ki... (632)
"BƏXTƏVƏRLİK" (559)
ANAMA MƏKTUB... (595)
ADİ RİYAZİYYAT (582)
İndi onsuz da vurma cədvəlini əzbərləyən yoxdur
BİZİM DÜNYA... UŞAQ ŞILTAQLIĞI... VƏ ƏL ÇATMAYAN KEÇMİŞ (611)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
XOŞBƏXTLİYİN ANATOMİYASI (629)
(Yuxuda gördüklərim çin çıxacaqmı?)
ÖLÜNÜN DƏ XÜSUSİ HÖRMƏTLİSİ... (646)
Ya da göbəyi ağ dələmə...
CAN AĞRISI (673)
Dilim-dilim olasan...
"ƏZABSIZ ANLAR (654)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
"HƏ!" "YOX!" ARASI (692)
BƏHANƏ (680)
Bazarlıq (733)
"Yolumdan çəkil!" necə deyilir? (685)
SAHİLDƏ YAŞANAN ŞİRİN ANLAR (726)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
DƏLİ ADAM (761)
FAYDASIZ QAZINTI (767)
MƏNİM DÜNYAMIN SAKİNİ (771)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
PULUN VAR? (771)
Pulun var, gələrəm...
QALXANIN ENMƏSİ (836)
Qalxan nədisə enənin nə olacağını ayağa düşəndə görəcəyik..
HAVALANMIŞ BAKI HAVASI (838)
Bizdən qabaqda gedən də var, arxamızca gələn də...
YUXULU XATİRƏLƏR (772)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
BİR QOM BƏNÖVŞƏ (809)
(Kamal Abdullanın "Hekayələr" kitabı barəsində ilıq fikirlər)
ÖMRÜN BİR ANI (809)
PAYIZ YAĞIŞLARI (835)
BAXIŞ BUCAĞI
ÇİNAR DİBİ... ÜRƏK AĞRISI... VƏ... (781)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
MƏKTUBLAŞMA (785)
VAHİD SALAM DEDİ (788)
Gözdən uzaq olanda
GÜNAHA BATAN GÜN (818)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
QAYNAR QAZAN (812)
ERA (776)
OVCUMDA YANAN OD (790)
(Hekayəvari olmuşlar və olacaqlar barəsində)
RUHLARA SALAM OLSUN (802)
GÜL KİMİ GÜLDÜRÜR?.. (827)
Səni sevməyəcəm, sən sevsən də
QARIŞIQ YAZI (846)
Müxtəlif məsələləri özündə birləşdirən düz xətt
"PUL"KƏSƏN MAŞIN (859)
BAKI KƏNARI... TÜRK ƏSGƏRİ... ŞAMAXI MEŞƏSİ... (862)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
QƏFLƏT YUXUSU (842)
Oyanmaq xoş olsa da, yatmaq ondan da xoşdu
Şəhər kənarı... Özgə toyu... Və təbəssüm... (827)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
ƏRKƏSÖYÜN (804)
(Həsən ağanın qohumları məni üzrlü saysınlar)