Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Yeniyetmənin meyidi kanaldan çıxarıldı
9 yaşlı uşaq polisi aldatdı
Oğul anasını qətlə yetirdi
Yararsız ərzaqlar məhv edildi
Abituriyentlər üçün müsabiqə keçirilir
"CAVAD XAN" KİNO BAYRAMINDA GÖRÜNƏCƏK
Tolik: "Sirus Təbrizlini tanımıram"
Mübariz Mənsimov "Real"dan oyunçu transfer edir
Elza Seyidcahan: "Dəlixanada təkcə Əli Mirəliyev üçün konsert verəcəyəm"
GÜNÜN LƏƏTİFƏƏSİ
   
BMT-də bizdən danışacaqlar
BMT Baş Assambleyasının rəsmi saytının yaydığı məlumata görə, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələ BMT Baş Assambleyasının 23-30 sentyabr tarixində keçiriləcək 64-cü sessiyasında müzakirə olunacaq.
   
   Sessiyanın gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələrin keçirilməsi daxil edilib. Gündəliyə 14 və 18 saylı məsələlər kimi daxil edilən bu mövzuların konkret olaraq hansı gün müzakirə olunacağı dəqiqləşməyib.
   
   Xatırladaq ki, bu məsələlər 63-cü sessiyanın gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunub.
   
   
VÜSAL
Oxunub: 107
İlham Əliyev "Nizami" küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış oldu
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da Bakının Fəvvarələr meydanında yenidənqurma və "Nizami" küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olublar. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, meydanda əsaslı təmir işləri yüksək səviyyədə görülür, ərazi tamamilə yenidən qurulur.
   
   Prezident Fəvvarələr meydanında yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıqlarını verib. Dövlət başçısı daha sonra "Nizami" küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb. Ərazi ilə tanış olan prezidentə məlumat verilib ki, paytaxtın mərkəzindəki qədim binalarda aparılan təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Binaların orijinallığının qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.
   
   Dövlət başçısı gələcəkdə də tarixi abidələrin qorunması ilə bağlı tapşırıqlarını verib.
Oxunub: 108
Akif Əli: "Bəzi mətbuat orqanları Əli Həsənovun fikrinə özlərinə sərf edən şəkildə şərh verir"
"Baş nazirin müavini Əli Həsənovun iyulun 28-də Nazirlər Kabinetində Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında söylədiyi fikirlər bəzi mətbuat vasitələri tərəfindən yanlış istiqamətdə şərh olunub". Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.
   
   A. Əli bildirib ki, bəzi mətbuat orqanları, əsasən Əli Həsənovun "İmkanlı adamların övladları narkotik maddələrdən istifadə edir" fikrinə özlərinə sərf edən şəkildə şərh verib: "Bəziləri isə Əli Həsənovun çıxışını guya iqtidar daxili mübarizələrin nəticəsi kimi qələmə veriblər. Bütün bunlar həqiqətə uyğun deyil və əsası yoxdur. Əslində, komissiyada narkomaniya ilə mübarizə sahəsində daha mühüm addımların atılması barədə danışılıb. Əli Həsənov bildirib ki, ailələrin problemin qarşısının alınmasında əməyi böyükdür. Doğrudan da, hər bir valideyn öz övladının bəlaya düçar olmasının qarşısını almağa çalışmalıdır. Bu kontekstdə xoş niyyətlə deyilən sözlərə kənar şərhlər vermək, bunu qarşıdurma kimi göstərmək hesab edirəm ki, düzgün deyil və təkzib olunmalıdır".
   
   Məsələ ilə bağlı məhkəməyə müraciət edilməyəcəyini deyən A. Əli baş verənləri təəssüflə qarşıladığını deyib: "Nədənsə bəzi qəzetlər "imkanlı adamlar" dedikdə, yalnız vəzifəli şəxsləri nəzərdə tutur. Lakin heç də imkanı olan şəxslərin hamısının vəzifəsi yoxdur və yaxud əksinə... İndi ölkədə söz azadlığıdır. İstənilən şəxs fikirlərini söyləməkdə azaddır. Məsləhət görərdim ki, hökumətdə xoş niyyətli iş görülürsə, bunu xoş niyyətlə də qəbul etsinlər. Bu hallar oxucunu çaşdırmaq və mətbu orqanın satılmasına çalışmaq məqsədi daşıyır".
Oxunub: 120
Eldar Əzizov: "Kombinat fəaliyyətini böhranı aradan qalxdıqdan sonra bərpa edə bilər"
Gəncədə ilin ilk yarısının yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov dünyanın ağır maliyyə böhranı ilə çarpışdığı bir dövrdə Azərbaycanın o cümlədən Gəncənin bütün sahələr üzrə inkişafda olduğunu xüsusi hal kimi qeyd edib. Onun sözlərinə görə, cari ilin birinci rübü ərzində Gəncə üzrə ümumdaxili məhsul istehsalı 128,1 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 26,8%, tikintidə 1,7%, kənd təsərrüfatı və rabitədə 16%, ticarət və nəqliyyatda isə 44,6 % artım deməkdir. Hesabat dövrü ərzində şəhərin sənaye obyektlərində 33,4 milyon manatlıq məhsul istehsal edilib. Bunun 49,4 faizi dövlət, 50,6 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Nəticədə şəhər büdcəsinə 8,2 milyon manatlıq vəsait daxil olub, məxaric isə 19,6 milyon manat təşkil edib. Bu dövr ərzində işləyən əhalinin orta aylıq əməkhaqqı göstəricisi 20 faiz artaraq 188,2 manat təşkil edib. Ilin əvvəlindən şəhərdə 1040-ı daimi olmaqla 1166 yeni iş yeri yaradılıb.
   
   Eldar Əzizov şəhərin ən qabaqcıl istehsal müəssisəsi olaraq Gəncə Avtomobil Zavodunun adını çəkib. O, Gəncə Gil-Torpaq Kombinatının fəaliyyətini dayandırmasına da münasibət bildirib. İcra hakimiyyəti başçısı bu müəssisənin fəaliyyətinin bərpasının ümumdünya maliyyə böhranı aradan qalxdıqdan sonra mümkün olacağını bildirib. O, əsas qüvvələrin şəhərin aqrar-sənaye kompleksinin yaradılmasına istiqamətləndirilməsini təklif edib.
Oxunub: 115