Kvemo-Kartli qubernatoru Azərbaycana gələcək
Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadzenin Bakıya səfəri gözlənilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər Diasporla İş üzrə Dövlət Komitəsi Nazim İbrahimovun dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze ilə keçiriləcək görüşlərdə soydaşlarımız yaşayan bölgələrdə toponim adların dəyişdirilməsi məsələsinə də baxılacağı gözlənilir. Diasporla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov Kvemo-Kartli bölgə qubernatorunun Bakıya səfər edəcəyi xəbərini təsdiqləyib.
O, hələlik səfərin tarixinin dəqiqləşdirildiyini deyib: "Bu barədə bölgə qubernatorunun azərbaycanlı müavini Hüseyn Yusifovla danışıqlar aparmışıq. David Kirkitadze ilə soydaşlarımızın rifah halının yaxşılaşdırılması, gənclərimizin gələcəyi, məktəblərin problemləri, torpaq, su və digər həyati sosial məsələlər müzakirə olunacaq".