Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
7 yaşlı qız dörd gecə meşədə qalıb
YAP və AKP gənclər təşkilatları birgə konfrans təşkil etdi
Gürcüstanda azərbaycanlı həkim həbs edildi
BALLADA
QUDUZLUQ
İspaniyadakı festivalda öküz adam öldürdü
İrəvan teatrı cənub bölgəsində səfərdədir
"Meşə qardaşları"nın məhkəməsi davam edir
İki uşaq anası intihar etdi
Müharibə davam edir
SEVİL HACIYEVA: "EVDƏKİ DİRİJOR ÇUBUĞU HƏYAT YOLDAŞIMIN ƏLİNDƏDİ"
Oxumaq xoşbəxtlikdir, ailə qurmaq?
Azərbaycanlılar Gürcüstanın layiqli vətəndaşları sayılır
? 70 (428)
Rövnəq Abdullayev Türkiyədədir
ƏMAKDAŞIMIZ RUSİYA SƏFİRİ İLƏ GÖRÜŞÜB
TOTTİ MƏŞQLƏRDƏ ZƏDƏLƏNDİ
CERRARD MÜQAVİLƏSİNİN MÜDDƏTİNİ UZATDI
"İNTER" NEDVEDƏ TƏKLİF GÖNDƏRİB
DİEQO "YUVENTUS"DA
"ÇELSİ" İLƏ "BARSELONA" MÜBARİZƏDƏ
FUTBOLÇUMUZUN TRANSFERİ BAŞ TUTMADI
"QARABAĞ"DA FRANSIZ HÜCUMU
"MANÇESTER YUNAYTED" İBRAHİMOVİÇİ İSTƏYİR
Ebru Gündəşə qadağanı azərbaycanlı sevgilisi qoyubmuş
"Qızıl Qran-pri" turnirinin qalibləri 10 min dollar qazanacaq
Azəri qızı" keçmiş manekenlə eşq macərası yaşayır?
GÜNÜN LƏTİFƏSİ
Professor Rafiq Əliyev: "Mən hansı məsuliyyətin altına girdiyimi dərk edirəm"
   
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT
MƏN KEYFİMDƏN YAZMIRAM, DOSTLAR

Gözəl və az yazmağın ən bariz nümunəsi olan yazar Yaşar bir gün necə oldusa çox maraqlı bir fikir söylədi : bax ha, vaxt vardı,Qalib,Yusif Tofiq müəllimlə saatlarla telefonda danışardılar.Vaxt vardı...Sözünün dalının necə olacağını gözləmədən, nədənsə tez də ortalıq qarşıdı. Və mən sonradan bu barədə çox düşündüm.Düşündüm ona görə ki,həqiqətən insanlar yaxın olduqca, aralarındakı maraq da azalır.Çox nadir hallarda bu marağı saxlamaq mümkündür.O da ola məsələn Yusif Rzayevlə...Ay hay ...Vur özünü öldür.Çaynağından çıxa bilməzsən. Amma Yaşar müəllim dediyi günlər olub,bəli.İndi gəlib düşmüşəm lap əlinin altına.Yenidən yazılarım "525-ci qəzet"də görünməyə başlayıb.Müəyyən mənada bir çox tanışımın məni qınamasını çox təbii qarşılayıram.Burada bir prinsipsizilik olduğu ortada və mənə olacaq iradları da qəbul edirəm.Bu məsələ barədə mən "ƏDALƏT" qəzetinin 13 iyun 2009-cu il tarixli sayında "U?URSUZ BAŞLAYAN YAY M?VS?M?" yazımda açıqlamalar vermişdim.Amma ən başlıca olan bu ki, Yaşamaq üçün Yazmaq lazımdır.
   
   Yazmaq,özü də yaxşı şeylər yazmaq get-gedə çətinləşir.Bu balaca məmləkətdə daha nədən yazmaq olar? Pambıq yox,kartof yox,kələm yox,acı bibər yox ( amma yazılarımızdakı acılıq nə qədər istəyirsən),Rayon Katibi yox... daha nədən yazmaq olar?
   
   "...bir çox zaman nəfəsim lap tıxanır və bu hal bir neçə dəfə olub: əsəb gəlib dayanıb düz qırtlağımda və daha yazmayacam deyirəm: adamı nə qədər minnətli eləyərlər : nə var, zəhmət haqqı olaraq səhifəmə filan qədər alacam. (Açıqlamayaq. Bu yerdə yadıma Türkiyədə yaşadığım illər düşür. Orada mədəniyyətsiz suallardan biri də "SİZ NƏ QƏDƏR MAAŞ ALIRSIZ"- deyə soruşmaqdır). Kim məni qınayır qınasın, axı bu maddi durum bir az babat olsa, daha başqa işlər var, onları eləyərəm.Amma yazmaq təkcə pul üçün deyil, həm də bir ehtiyac var içimdə.Vaxt olub ki, mən o qədər yazı yazmışam ki pulsuz! Amma MİNNƏT məsələsi həmən məni yarı yolda qoymaq kimi vəziyyətə gətirir və sonra yenə də əsəblərim sakitləşir və belə anlarda rəhmətlik atam yadıma düşür: Rəhmətlik atamın şikayətdən zəhləsi gedərdi, amma bir dəfə öz qaynı olan kolxoz sədrindən necə yanmışdısa, durub kənd sovetinə şikayətə gedəndə, yarı yoldan qayıtmışdı.Soruşanda demişdi ki, qardaş,bu boyda yolda insanda hirsmi qalar, yarı yolda hirsim soyudu, qayıtdım.
   
   Kənd soveti bizim qonşu kənddə idi və həqiqətən də ora bir xeyli yol vardı. ?stəlik də qaynı tapşırmışdı ki,onu heç bir maşına götürməsinlər.
   
   İndi elə bir məqam gəlir ki, öz-özümə deyirəm : bu mənim sonuncu yazım olsun.. O yazını da çap edin ( mübahiəsli yazım olanda ) daha sonra ...
   
   Hə, daha sonra nə?..Sonra bir həftə boyu əsəb sakitləşir və yenə də çox hörmətli qəzet sahiblərinin dediklərinə boyun əyirsən, yenə yola düzəlirsən.
   
   Bu günlərdə yenə də bir iş oldu.Yazılarım 30-cu səhifəyə qoyulurdu.Bu səhifə də adətən deyəsən idman yazıları qoyulan səhifədir və mən türk futbolunun faciəli ismi Sədat Balkanlı haqqında bir yazı hazırlamışdım.Tam o səhifə üçün bir yazı, həmin yazı o səhifədə də getdi və daha sonra Aybəniz Vəkilova haqqında bir yazı yazdım.Yazını yenə də 30-cu səhifəyə yerləşdirib, sağ və salamat evə gəldim.Axşam üstü gözəlim Yusif Rzayevlə ( hamı tanıdığı üçün tutduğu vəzifəni yazmıram) görüşəndən sonra məlum oldu ki,yazını həmin səhifədən çıxarıb atıblar 20- ci səhifəyə.Baş redaktor Rəşad Məcid buralarda yox.İş işdən keçib və mən hər halda yarı-zarafat, yarı-ciddi Türkiyədə olan Rəşad bəyə bir telefon emaili göndərdim : bəs məni 30-cu səhifədən çıxardılar.Rəşad bəy həmən cavab verdi: irəli çəkirik də, ABİ ( abi sözünü Rəşad bəydən ilk dəfə idi eşidirdim və bunun bir nədəni də məncə telefon emailində məsələn Tofiq bəy yazmaqdansa Abi sözü daha ekonomik və daha asandır). Və gözlərim bir daha aydın: yenidən 30-cu səhifəyə qayıtdım, gördüyünüz kimi...
   
   Bilmirəm, vallah nədən bu işlər mənim başıma gəlir,lap əvvəllər də belə bir hadisə olmuşdu.Bir yazım haqqında yazını oxuyan redaktor demişdi: vallah, bu Tofiq lap ağ elədi.Bu nə yazıdı yazıb. Belə yazımı yazarlar?
   
   Redaktor bəlkə də haqlı idi. Həyatımın pərakəndəliyi, hər gün evdən çıxanda və evə gələndə evin min cür qayğısı...yazılarımın ab-havasına da hopur.
   
   Pis, yaxşı yazıram də...Qayğılar ( amma vallah, elə hamı qayğılıdır.O gün yenə də sevimli İradə Tuncay telefon açıb deyir ki, abi, (bax bu deyiş çoxdanın deyişidi),yazını oxudum, yenə də gileylə doludu.Amma məncə orada bir giley-zad da yox idi.Yazı Aybəniz xanımın vəfatı üstünə bir yazıydı) ucbatından yazdığım yazılar da o qədər pərakəndədir ki, mütləq bir redaktor gözü lazım olur ki, ciddi yanlışlığa yol verməyim.
   
   Və bir də bir yandan da bu vaxt azlığı ( amma, mənim vaxtım yetər qədər var) bu internet adlı dünyaya hər gün baxmaq bəlası da gəlib kəsdirir başuvun üstünü və buna görə də sən özünü bir yazı üçün kökləyən kimi hər şey qarışır...
   
   Amma yaşamaq lazımdır.Yaşamaq üçün də 8-9 min işarətlik bir şey yazmaq lazımdır ki, heç olmasa on manat alasan! Onu da aradabir bu işsiz şairlərə xərcləyə biləsən. ( Aman Allahım, bu dostlar nə zaman iş tapacaq görəsən). Və beləcə daha ciddi şeylər düşünmək məsələsi keçir lap arxa plana.Daha doğrusu, elə bir ciddi şeylər də baş vermir bizim müstəqil ədəbiyatımızın müstəqil saatlarında, yazasan aparasan verəsən, üzün ağ ola. Nə yazasan?
   
   O gün tanımadığım birisinin kitab prezentasiyasına məni də dəvət etmişdilər.Baxdım, yazmağa heç xəbərlik material yox... və beləcə bir neçə saatım da getdi hədər.Elə həmin prezentasiyada bütün qazancım ondan ibarət oldu ki, xanım-xatun bir qız yanaşdı: necəsiniz Tofiq muəllim, mən sizin tələbəniz olmuşam...-dedi.
   
   Aman Allahım, mən nə zamansa müəllim də işləmişəm demək...
   
   Çətin olasa da, canüzücü olsa da yazmaq lazımdır və yaxşı şeylər yazmaq lazımdır.Bu da asan məsələ deyil bildiyiniz kimi. Hələ üstəlik də bir vaxtlar şeirlər yazdığımı eşidən ( indi də yazıram) istedadlı yazar Samir Sədaqətoğlu bir yazısında mənim haqqımda iç ağrıdan belə şeylər yazmışdı: "...bütün bu və digər misralar, "Bir insan tanıyıram", "?st mərtəbələr haqqında ballada", "Kəndimiz", "Adamlar arasında", "İllərin o tayından gələn", "İtmək istəyirəm", "Kötük", "Kilid" və s. şeirlər sərlövhəyə çıxarılmış sualara qəti cavab verir. O, şairdir.
   
   Və ən dəhşətlisi odur ki, qonorar hesabına köşə yazıları yazan bir şair lap gözümüzün qabağındaca itib gedir və hamımız etinasızlıqla, laqeydcəsinə bunu seyr edirik.
   
   Və deyir: ( burda "və deyir" sözü mənim əlavəmdir)
   
   Mənimçün ağlayır yüklü buludlar
   
   Səsi məndə deyil uzaqlardadır.
   
   Hər yerə yağsa da içimə yağmır
   
   Həyatım yağmurda batan adadır
   
   Mən bu yağmur altında..."
   
   
   
   
   
   QAN TURALI (yazar)
   
   
   
   Mənim üçün harda yazmaq yox, nə yazmaq önəmlidir. ?züm solçu olsam da, millətçi bir qəzet olan "Azadlıq" qəzetində yazıram və bundan da narazı deyiləm. Türk mətbuatına diqqətlə fikir versək görərik ki, qəzetlərin demək olar ki, hamısının ideoloji yönümü var. Tutaq ki, "Hürriyyət" qəzeti liberal, "Zaman" qəzeti isə islamçı bir qəzetdir, lakin hər iki qəzetdə həm solçular, həm liberallar, həm dinçilər, həm də millətçilər köşə yazır.
   
   Tofiq abi "525-ci qəzet"dən kənarlaşıb, yenidən "525-ci qəzet"ə qayıtmasına bir yazar kimi münasibət bildirməyimi rica elədi.
   
   Mən də "525-ci qəzet"də gənc yazarlar haqqında məqalələr yazırdım və Tofiq abi də hər zaman belə etməsə də onun gənc yazarlara münasibəti bir çox nəsildaşlarından fərqli olaraq xeyli yaxşıdır. Bundan başqa Tofiq abi "525-ci qəzet"də türk şairlərini təqdim edir, qərəzsiz ədəbiyyat yazıları yazır və bu qəzetin ab-havasını təmizləyir.
   
   Bir yazar bir qəzetdən uzaqlaşıb yenidən ora qayıda bilər. Bu da bir növ taledir. Əsas odur ki, yazılarının ideyasından, şəxsi prinsiplərindən kənarlaşmayasan, dünən dediyin sözü bu gün hansısa marağa görə danmayasan.
   
   Tofiq abi "525-ci qəzet"də əvvəl nə yazıbsa indi də onu yazacaq. O 40 illik yaradıcılıq yolundan, həyat prinsiplərindən qopan adam deyil. Bu mənada mən hörmətli abimizin "525-ci qəzet"də yazmasına ancaq sevinərəm. Çünki ədəbi yazıları çap edən qəzetlər zatən çox azdır və bu anlamda bu azların içərisində də təcrid olunmaq heç də yaxşı hal deyil. Sözarası onu da deyim ki, Tofiq abinin "525-ci qəzet"ə qayıtmasının sadə səbəbi var, belə ki, "Ədalət" qəzeti yay rejiminə keçdiyi üçün səhifələrini azaldıb, buna görə də Tofiq abinin həftəiçi yazılarının çapını dayandırıb.
   
   Mənim üçün Tofiq abinin "Azadlıq", "Xalq", "Ədalət", "525-ci qəzet" də yazmasının heç bir fərqi yoxdur. Çünki Tofiq abi çox az yazara nəsib olan oxunmaq səadətinə çatmış adamdır.Amma arzu edirəm ki, "525-ci qəzet" Tofiq abinin yazılarına daha tolerantl yanaşsın.
   
   
   
   ***
   
   
   
   ZAHİR ƏZƏMƏT ( şair):
   
   Əlbəttə, könül istərdi ki, Azərbaycanda yazarların hansı qəzetdə yazması deyil, nədən və necə yazması önəm daşıyaydı. Hələ ki, belə deyil. Çünki Azərbaycanda mətbuat hələ tam müstəqilləşməyib. Reklam bazarının formalaşmaması, yayım sisteminin yeni dövrün tələblərinə cavab verməməsi, qəzetləri öz gücü, potensialı və yazarlarının qələmi hesabına bazarda söz sahibi olmasına mane olur.
   
   Bəlkə də Azərbaycanda xəyallarımızdakı tam azad mətbuat heç vaxt gerçəkləşməyəcək. Amma arzulamaq hüququmuzu da kimsə əlimizdən ala bilməz.
   
   Əminəm ki, Tofiq Abdin də bütün vicdanlı yazarlar kimi belə bir arzu ilə yaşayır. Yenidən "525-ci qəzet"də yazmasıyla bağlı içində yaranan suallar da həmin vicdanın dürtüsüdür. Əslində onun bizə ünvanladığı suala da ən doğru cavab öz narahatlığıdır. Yoxsa adam durduğu yerdə nədən əndişələnsin?
   
   Amma gənclərin "abi" dediyi Tofiq Abdinin bundan artıq narahatlığına ehtiyac yoxdur. O, hər zaman qələmini cibinə qoyub getməyi bacaran, yaşının ahıl çağında belə, gənclik çılğınlığıyla arzularının dalınca yüyürə bilən adamdı. Ən əsası, Tofiq Abdin qəzetlərin biçdiyi "azadlıq çərçivəsi"nə uyğunlaşmayan, hər getdiyi yerə öz azadlığını aparan yazardı.
   
   ... Sizin azadlğınızın şərəfinə, Tofiq bəy!
   
   
   
   ***
   
   Not : Bu rubrikanı bu səhifədə görənlər təəccüblənməsin.Bu yazı "525-ci qəzet" üçün nəzərdə tutulmuşdu və redaktolrlardlan biri oxuduqdan sonra,şənbə nömərsində səhifəyə qoyulub oxunmaq üçün korrektora veriləndə, baş redaktor Rəşad Məcidin diqqətini çəkimiş, burada adları keçən Qan Turalı və Zahir Əzəmətin fotosunu görüb maraqlanmış,yazıya baxmış və getməsinə etiraz etmişdir.?stəlik də əlavə etmişdir: bu adamların NƏ ADI, NƏ FOTOSU, NƏ DƏ RƏYLƏRİ mənim qəzetimdə gedə bilməz. (Qan Turalının yazısının orjinalı xeyli yumşadılmışdır).
Tofiq Abdin atofig@hotmail.com www.tofigabdin.ws.tc
Oxunub: 459
ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ (84)
90 İLİN BİR NEÇƏ SAATI-2
ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ (121)
90 İLİN BİR NEÇƏ SAATI-1
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (144)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-4
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (160)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-3
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (179)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-2
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (210)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-1
ONLARIN DÜNƏNİ: RƏŞİD BEHBUDOV (236)
SADƏCƏ RƏŞİD BEHBUDOV
ONLARIN DÜNƏNİ: Vaqif Səmədoğlu (241)
KİM VƏ NƏLƏR NƏ QƏDƏR DƏYİŞİB
SORAĞI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMİRXANLI - 2 (294)
SORAĞI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMİRXANLI - 1 (294)
"YEDDİNCİ QATdakı Yaradıcılar (308)
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA - 4 (369)
RƏSUL RZA -100
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA - 3 (390)
RƏSUL RZA -100
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA (448)
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA (470)
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ
BİZ NƏ QƏDƏR DƏYİŞMİŞİK (480)
KEÇƏN İLKİ KİMİ!!!!!!!!!!!!!! (570)
(Bir yazarın DOQQUZ istirahət günü necə keçdi)
Ömrün son Akkordları: VAQİF MUSTAFAZADƏ (602)
BİR YORUM (565)
AD(lar)ım və Soyad(lar)ım haqqında-2
BİR YORUM (562)
AD(lar)ım və Soyad(lar)ım haqqında-1
DANÜZÜ YUXULARI-3 (572)
Sizləri bilmirəm, mən son illərdə bütün yuxularımı Danüzü görürəm
DANÜZÜ YUXULARI-2 (540)
Sizləri bilmirəm, mən son illərdə bütün yuxularımı Danüzü görürəm
İki Siyasi Yazı (577)
XOŞ və HÜZNLÜ TƏSADÜFLƏR (687)
Sağdan doktor İbrahim, xalq artisti Ağaxan Salmanov, dördüncü Tofiq Abdin
DANÜZÜ YUXULARI (646)
Sizləri bilmirəm, mən son illərdi bütün yuxularımı
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 2 (678)
(Amma necə: buyurun tanış olun)
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 1 (472)
(Amma necə: buyurun tanış olun)
ELÇİN SƏLCUQU XATIRLARKƏN... (232)
Tale elə gətirdi ki,2010-cu ili Sənsiz qarşıladıq, Elçin Səlcuq!!!!!!!
HƏYATİ AĞRILARDAN... ÜRƏK AĞRILARINA... (217)
Balaca Tuğay: Ağlım yorulub
ORTAQ TÜRKCƏ -4 (254)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ-3 (307)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ-2 (331)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ (342)
(bu nə dərəcədə mümkündü)
NƏ GÜNLƏR VARDI ... (285)
Ömürdən notlar
ƏSKİLƏRDƏN GƏLƏN BİR BƏLA (295)
QRAMMATİKA DƏRSİ (353)
ADİL QAÇAYOĞLUNUN RUHU İNCİDİ (361)
(Unudulmaz yazar Adil Qaçayoğlunun xatirəsinə bir az gec qalmış FUTBOL İMPROVİZƏLƏRİ)
SÜMSÜKLƏR ƏDƏBİYYATI (331)
GÜNDƏM YARATMAQ MODELİ (443)
O BİR GÜN... (395)
YAŞAM MÖVZUSUNDA ƏDƏBİ İMPROVİZƏ (408)
MƏN BAĞIRMIRAM, YOLDAŞLAR... (505)
RAŞİT DEMİRTAŞA UĞURLU YOL (460)
YAZAR OQTAY SALAMOVUN SƏSSİZ ÜSYANLARINDAN BİRİ (468)
(bu həm də bir çoxlarının üsyanıdır)
YAYIN SON NOTLARI ... (394)
OĞLUM, BU YAZINI OXU!!!!!!!!!!!! (451)
Məhərrəm kişi
BU DA MƏNİM YAZIM (493)
GEDƏN, GETMƏ... (503)
RƏŞAD MƏCİDİN TƏXMİNLƏRİ (566)
(AH BU İSTİLƏR...BU İSTİLƏR...)
BİR CÜMLƏ DƏ CÜMLƏDİ... HA... (616)
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT
KİNO SƏNƏTİMİZİN TƏDQİQATÇISI (620)
ƏLİSƏFTƏR HÜSEYNOV - 2
KİNO SƏNƏTİMİZİN TƏDQİQATÇISI (463)
ƏLİSƏFTƏR HÜSEYNOV - 1
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT (459)
MƏN KEYFİMDƏN YAZMIRAM, DOSTLAR
YAZARLAR NEYÇİN DOST OLA BİLMİR... (481)
ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM (490)
ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM - 1 (439)
UĞURSUZ BAŞLAYAN YAY MÖVSÜMÜ (519)
VAQİF SƏMƏDOĞLU - 70 (527)
Doğuldum otuz doqquzuncu ildə Otuz yeddinci ildə tutuldum. Vaqif Səmədoğlu
VAQİF SƏMƏDOĞLU - 70 (544)
Doğuldum otuz doqquzuncu ildə Otuz yeddinci ildə tutuldum. Vaqif Səmədoğlu
ORXAN ARAS BAKIYA GƏLDİ... VƏ GETDİ (575)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (517)
SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI? - 2
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (569)
SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI?
HƏR ŞEYİN BİR MUSTAFASI MÜTLƏQ VAR (597)
HƏR AÇILAN SABAHA ŞÜKÜR, ALLAHIM!!!!!!!!!! (566)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (589)
ELÇİN TƏZADLARIN FACİƏSİ - 2
URA... BİR HƏFTƏDİ İŞ BAŞLAYIB!!!!!!!!!!!!!! (574)
(Əzablı DOQQUZ istirahət gününün ardından)
MƏN RAYONA GEDƏCƏM... (720)
(Variasiyalar...)
YAZAR QALİB TOĞRULUN TEATR MACƏRASI (612)
ŞANSMI, ŞANSSIZLIQMI? (658)
DANÜZÜ YAZILARI
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 4 (638)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (667)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 3
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 2 (651)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? -1 (723)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
YADDAŞI ZORLAYAN ANLAR (708)
YADDAŞI ZORLAYAN ANLAR (680)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
BİLƏCƏRİDƏN O YANA... (687)
MƏDƏTOĞLU SEVİNİRMİ, QƏMLƏNİRMİ?.. (743)
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) - 3 (708)
DANÜZÜ YAZILARI
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) - 2 (708)
Bizim təqdimatımızda:
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) (777)
DANÜZÜ YAZILARI
"NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH" (808)
MƏNİM ÜÇÜN DUA EDİN (776)
ARTIQ BU SÖZ DƏ MƏNİ İNCİDİR (850)
DANÜZÜ YAZILARI
BU HARAY HEÇ ZAMAN KƏSİLMƏYƏCƏK (829)
NECƏ YAŞAYIRSINIZ, ARİF BABAYEV? - 2 (797)
Arif Babayev-80
NECƏ YAŞAYIRSINIZ, ARİF BABAYEV? - 1 (816)
ARXİV
TANIŞ VADİYƏ DÖNÜŞÜN BƏLALARI (791)
CƏNNƏTDƏKİ CƏHƏNNƏM (875)
Yazar Orxan Arasın SON CƏNNƏT romanıyla cənnət axtarışı
RAŞİD BƏYİN "VƏFA"sı (793)
DANÜZÜ YAZILARI
İNTERNETDƏ ƏN ÇOX OXUNAN İKİNCİ YAZIM : 338 dəfə oxunub (819)
"...ÖLMƏYİN MƏNDƏN QABAQ"
İNTERNETDƏ ƏN ÇOX OXUNAN ÜÇ YAZIDAN BİRİNCİSİ (836)
VİDA GÜNLƏRİNİN QEYDLƏRİ (800)
SÖZ VƏ ONUN TƏSİRİ (797)
Tofiq Abdin
atofig@hotmail.com
www.tofigabdin.ws.tc
RASİM QARACANIN ƏDƏBİ DİRƏNİŞİ (812)
YAZAR OQTAY SALAMOVUN CAVABSIZ ÜSYANI (761)
(Bu, həm də bir çoxlarının üsyanıdır)
ƏSKİ ŞEİRLƏRİN YARATDIÜI OVQAT (799)
ASUDƏ İDİN, DÜŞDÜN ƏCƏB MÖHNƏTƏ, KÖNLÜM YAR GƏLİR GÖRÜŞƏ, GÖZÜN AYDIN YAR... SÜRÜŞƏ-SÜRÜŞƏ, GÖZÜN AYDIN YAR...
ORALARDA KİMLƏR VAR: (814)
AZƏR NƏFİSİ-2
SƏN SAYDIĞINI SAY... (805)
( "Media açarı" mükafatı mərasiminin ardından)
ŞUKŞİNLƏ VİDA GÜNÜ-2 (819)
ARXİV
ŞUKŞİNLƏ VİDA GÜNÜ-1 (862)
ARXİV