Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
817 kq. yararsız ərzaq aşkarlandı
A kişi, İbrahim...
Şirvanda zəlzələ
Biri var oğru, biri var oğruçu "qanun"u
"Xəncər" əməliyyatı başladı
Rus hərbçi Gürcüstandan sığınacaq istədi
Evində əxlaqsızlıq yuvası saxlayan tutuldu
Bayrağımız aşağılandı
Medvedev Obamaya yarınır
Elmar Məmmədyarov: "Yunanıstanla əməkdaşlıq yüksək səviyyəyə çatdırılacaq"
ABŞ səfiri bu gün Azərbaycanı tərk edir
AZƏRBAYCAN SƏNAYE BANKININ YENİ KREDİT KAMPANİYASI
Vladimir Doroxin: "Rusiya prinsipial siyasi iradə nümayiş etdirir"
Keçəl, burnu sınıq və ac Cekson...
Olimpiya çempionu Elnur Məmmədli polis leytenantı oldu
Aysel Teymurzadə: "Tarkanla duetim olsa, çox sevinərəm"
Ancelina Coli ən çox vergi ödəyən sənətçidir
Amerikalı təyyarədə striptiz göstərdi
Hadisə 3 gün Bakıda qalacaq
GÜNÜN LƏƏTİFƏƏSİ
   
"Çerkizov" bazarı iyulun 3-də açılacaq
İyunun 29-da bağlanan Rusiya paytaxtındakı "Çerkizov" bazarı iyulun 3-də müvəqqəti açılacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Rospotrebnadzor"dan (İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmət) bildiriblər. Ancaq bazarın fəaliyyəti ilin sonuna qədər birdəfəlik dayandırılacaq.
   Qeyd edək ki, baş prokuror Yuri Çayka "Çerkizov" bazarının anbarlarında insan sağlamlığına təhlükə törədən qaçaqmalla dolu bir neçə min konteyner tapıldığını açıqlayıb. Rusiya Prokurorluğunun İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastrıkin isə "ilan yuvası" adlandırdığı bazarın bağlanması üçün operativ qərargah yaradıldığını bildirib və "Qosnarkokontrol" (Narkotiklərin dövriyyəsinə nəzarət üzrə federal xidmət) da bazardakı yoxlamalara qoşulub.
Oxunub: 140
Ördək çığırmalı deyildi, xoruz banlamalıydı
Obamanın homoseksuallar üçün çıxışına nə mane oldu...
ABŞ prezidenti Barak Obama Ağ Evdə homoseksuallar üçün qəbul keçirib. Qəbul Obamanın növbəti zarafatı ilə yadda qalıb. Belə ki, homoseksuallar barəsində öz fikirlərini bildirən zaman salonda qəfildən ördək səsi eşidilib. Çıxışını kəsən Obama zaldakılardan "bu kimin ördəyidir?" deyə soruşub. Həyat yoldaşı Mişel Obama da salonda bir ördək olduğunu təsdiqləyəndən sonra ördək səsinin "mənbəyi" məlum olub. Səsin müxbirlərdən birinin mobil telefonundan gəldiyini öyrənən Obama "bu səsləri haradan tapdığınız məni doğurdan da çox maraqlandırır" deyib. Ağ Ev rəhbərinin bu sözü salondakıların qəhqəhəsinə səbəb olub. Obama bundan sonra çıxışını qaldığı yerdən davam edib.
   Düşünürük ki, ortada anlaşılmazlıq var. Homoseksuallar üçün təşkil olunan tədbirdə ördək səsi çıxmamalıydı, xoruz banlamalıydı.
Oxunub: 135
"Xəncər" əməliyyatı başladı
ABŞ qoşunları Əfqanıstanın cənubunda yerləşən Gelmand vilayətində "Taliban" qüvvələrinə qarşı irimiqyaslı əməliyyata başlayıblar. APA-nın məlumatına görə, "Xəncər" şərti adı altında keçirilən əməliyyata 4 min dəniz piyadası və 650 əfqan polisi cəlb olunub.
   "Xəncər" əməliyyatı Əfqanıstana əlavə ABŞ hərbi kontingenti gətirildikdən sonra keçirilən ilk irimiqyaslı əməliyyatdır. Qeyd edək ki, Barak Obama prezident seçildikdən sonra Əfqanıstana əlavə olaraq 21 min hərbçinin göndərilməsi haqqında sərəncam imzalayıb. Gelmand vilayəti "Taliban" hərəkatının əsas dayaq nöqtələrindən biri sayılır. Bu ilin əvvəlindən Gelmand vilayətində 25 amerikalı və britaniyalı hərbçi həlak olub.
Oxunub: 126
Rus hərbçi Gürcüstandan sığınacaq istədi
Cənubi Osetiya ərazisində hərbi xidmət keçən Rusiya ordusunun hərbçisi Dmitri Artemyev qoşunların təmas xəttini keçərək Gürcüstan hökumətindən siyasi sığınacaq istəyib.
   APA-nın məlumatına görə, hərbçi öz qərarını xidmət keçdiyi hərbi hissədə dözülməz vəziyyətlə əsaslandırıb. Xatırladaq ki, bundan əvvəl Rusiya ordusunun serjantı Aleksandr Qluxova da Gürcüstan hökuməti tərəfindən siyasi sığınacaq verilib. Gürcüstanın Qaçqınların İşi üzrə Nazirliyindən Rusiya hərbçisinin onlardan siyasi sığınacaq istəməsi xəbərini təsdiqləyiblər.
Oxunub: 123
Medvedev Obamaya yarınır
"Münasibətləri yaxşılaşdırmaq məcburiyyətindəyik..."
"RF və ABŞ-ın əvvəlki prezidenti ilə kifayət qədər normal şəxsi münasibətlər olsa da, iki ölkə arasında az qala "soyuq müharibə" vəziyyətinə çatan münasibətləri yaxşılaşdırmaq məcburiyyətindədirlər". "RİA Novosti"-nin verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obamanın Moskvaya səfəri ərəfəsində Dmitri Medvedev bildirib.
   "Razılaşmaq lazımdır ki, son illər ölkələrimiz arasında münasibətlər həqiqətən də tənəzzülə uğrayıb. Etibarın olmaması, fəaliyyətsizlik, heç bir işə təşəbbüs göstərməmək- müxtəlif sözlərlə ifadə etmək olar. Faktdır ki, Birləşmiş Ştatların əvvəlki prezidenti ilə kifayət qədər yaxşı şəxsi əlaqədə ikən Rusiya-ABŞ münasibətləri az qala "soyuq müharibə" vəziyyətinə çatib," - Kremlin saytında yerləşdirilən və Rusiya-Amerika münasibətlərinin tarixi və perspektivinə həsr olunmuş məruzəsində Medvedev deyib.
   Bununla yanaşı, RF Prezidenti vurğulayıb ki, Obamanın başçılıq etdiyi ABŞ-ın yeni administrasiyası vəziyyəti dəyişmək, daha effektli, daha etibarlı və daha müasir münasibətlərin qurulmasına hazırdır.
   "Biz də buna hazırıq... Mən əminəm ki, Rusiya və Birləşmiş Ştatların digər ölkələrə təklif edəcəkləri bir şeylər var. Ona görə də biz yalnız bir yolla - danışıqlar yolu ilə hərəkət etməliyik", - Medvedev əlavə edib.
   
Ceyhun
Oxunub: 120