Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
817 kq. yararsız ərzaq aşkarlandı
A kişi, İbrahim...
Şirvanda zəlzələ
Biri var oğru, biri var oğruçu "qanun"u
"Xəncər" əməliyyatı başladı
Rus hərbçi Gürcüstandan sığınacaq istədi
Evində əxlaqsızlıq yuvası saxlayan tutuldu
Bayrağımız aşağılandı
Medvedev Obamaya yarınır
Elmar Məmmədyarov: "Yunanıstanla əməkdaşlıq yüksək səviyyəyə çatdırılacaq"
ABŞ səfiri bu gün Azərbaycanı tərk edir
AZƏRBAYCAN SƏNAYE BANKININ YENİ KREDİT KAMPANİYASI
Vladimir Doroxin: "Rusiya prinsipial siyasi iradə nümayiş etdirir"
Keçəl, burnu sınıq və ac Cekson...
Olimpiya çempionu Elnur Məmmədli polis leytenantı oldu
Aysel Teymurzadə: "Tarkanla duetim olsa, çox sevinərəm"
Ancelina Coli ən çox vergi ödəyən sənətçidir
Amerikalı təyyarədə striptiz göstərdi
Hadisə 3 gün Bakıda qalacaq
GÜNÜN LƏƏTİFƏƏSİ
   
Polşa prezidenti Azərbaycandadır
İyulun 2-də Polşa prezidenti Lex Kaçinski Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. Azərbaycan prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Polşa dövlətinin başçısını və xanımını Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
   L. Kaçinski və Y. Eyyubov arasında hava limanının ali qonaqlar üçün salonunda qısa protokol söhbəti olub.
Oxunub: 137
Prezidentin qəbulları
Azərbaycan prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri, xanım Dora Bakoyannini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə dövlət başçısının Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni ilə görüşü olub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
   Sonra görüş geniş tərkibdə davam etdirilib. Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
   
   ***
   
   Azərbaycan prezidenti İlham Əliyev iyulun 2-də Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın həmsədri Adrian Vidyanunun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Azərbaycanla Rumıniya arasında əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu bildirib, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. A. Vidyanu isə Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycan prezidentinin Buxarestə rəsmi səfərini səbrsizliklə gözlədiyini bildirib. Bu səfərin Rumıniya üçün əhəmiyyətli olacağını deyən qonaq ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsinə ümidlə baxdığını deyib.
Oxunub: 149
ATƏT-in yeni sədri nələr dedi
Xanım Dora Bakoyanni Qarabağ danışıqlarına yeni prizmadan yanaşmadı
ATƏT-in yeni sədri Azərbaycanda səfərdədir. Səfər çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni maraqlı açıqlamalarla yadda qalıb. "Ədalət"in oxucuları üçün həmin açıqlamanın ən maraqlı məqamını çatdırırıq. "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində əldə olunan irəliləyişlərdən, eləcə də konstruktiv müzakirələrdən məmnun qaldım". Bu sözləri ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib.
   "Azadlıq" radiosunun məlumatına görə, D.Bakoyanni təhlükəsiz, dayanıqlı və güclü Avropanın hamının marağında olduğunu, Azərbaycanı da bu təhlükəsizlik məsələlərində aparıcı rol oynayan ölkələrdən biri kimi qiymətləndirdiyini bildirib.
   E.Məmmədyarov isə deyib ki, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsi Azərbaycan qazı ilə bağlı digər layihələrdən daha irəlidədir. Nazir qeyd edib ki, Azərbaycan qazının artıq bir hissəsi Yunanıstan bazarındadır: "Biz razılaşmışıq ki, Yunanıstana çatdırılan Azərbaycan qazının həcmini bir az da artıraq".
   E.Məmmədyarov bildirib ki, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılmasında əsas imkanlardan biridir: "Bu layihə ilə bağlı danışıqlar davam edir. Bizim fikrimizcə, bu layihənin həyata keçirilməsi Azərbaycan qazı ilə bağlı digər layihələrdən fərqli olaraq daha irəlidədir".
   D.Bakoyanni də bildirib ki, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri layihəsi Yunanıstan üçün mühüm əhəmiyyət kəsb edir.
   ATƏT sədri Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 1-də vətəndaş cəmiyyətinin nümayəndələri və partiya sədrləri ilə də görüşüb.
   Bakı səfərində olan ATƏT sədri dünən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüb. Xarici İşlər Nazirliyində 1 saatdan artıq davam edən görüşdə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin üzvləri iştirak ediblər.
   İcma rəhbəri Bayram Səfərov "Media forum"a açıqlamasında bildirib ki, görüş daha çox tanışlıq xarakteri daşıyıb. ATƏT sədri Dağlıq Qarabağ əhalisinin öz yurdlarına qayıtmaq, ermənilərlə birgə yaşamaq kimi məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışıb: "Biz də bildirdik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yalnız bu halda qalan məsələlər müzakirə oluna bilər".
   Görüşdə İdarə Heyətinin üzvləri Cəlal Allahverdiyev, Fərhad Bədəlbəyli, Rövşən Rzayev də öz fikirlərini bildiriblər. B.Səfərovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı tutduğu mövqedən narazılıq da xanım Bakoyanninin diqqətinə çatdırılıb: "Bildirdik ki, işğalçı ilə torpağı işğal edilənə eyni münasibət göstərilir. Bu, düzgün deyil".
   İcma rəhbəri qeyd edib ki, ATƏT-in mövqeyində dəyişiklik hiss olunur: "Vəziyyət bir az dəyişib. Hiss olunur ki, mövqelərdə fərqlilik var, danışıqlar intensivləşib, nələrsə gözlənilir".
   
Anar İsaoğlu
Oxunub: 139
Elmar Məmmədyarov: "Yunanıstanla əməkdaşlıq yüksək səviyyəyə çatdırılacaq"
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində əldə olunan irəliləyişlərdən, eləcə də konstruktiv müzakirələrdən çox məmnun qaldım". ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib.
   O, təhlükəsiz, dayanıqlı və güclü Avropanın hamının marağında olduğunu, Azərbaycanı da bu təhlükəsizlik məsələlərində aparıcı rol oynayan ölkələrdən biri kimi qiymətləndirdiyini bildirib: "Dialoqlar ATƏT ölkələri arasında aparılmalı və eləcə də bizim qonşularımız və hətta bizim ölkələrin daxilində də aparılmalıdır. Belə dialoqlar, əlbəttə ki, demokratiyanın əsaslarından biridir".
   Mətbuat konfransında Elmar Məmmədyarov bildirib ki, tərəflər ATƏT-in fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparıblar: "Mən problemin həlli ilə bağlı Azərbaycanın mövqeyini ATƏT sədrinin diqqətinə çatdırmışam. Həmçinin, görüşdə Yunanıstanla Azərbaycan arasında olan ikitərəfli əməkdaşlıq müzakirə edilib. Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstana səfərindən sonra əlaqələr daha yüksək səviyyəyə çatıb. Enerji məsələləri ilə bağlı bir sıra anlaşma əldə olunub və bu ildən Azərbaycan qazı Yunanıstana ixrac edilir. Biz bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq üçün müzakirələri davam etdirəcəyik".
   ATƏT sədri Dora Bakoyanni isə Azərbaycan və Yunanıstan arasında əlaqələrin getdikcə möhkəmləndiyini bildirib.
   
VÜSAL
Oxunub: 119
"Dəyirmi masa" keçirildi
Arif Əliyev: "Diffamasiya haqqında" qanunun qəbul olunması üçün jurnalistlər lobbi fəaliyyətinə başlayıb"
Media Hüquqları İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməməsinin yaratdığı problemlərə həsr olunan "dəyirmi masa" təşkil edilib. APA-nın məlumatına görə, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Azərbaycanda jurnalistlərlə bağlı keçirilən məhkəmə proseslərinin Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinə əsaslanmadığını, hakimlərin sovet qaydaları ilə qərar çıxardığını deyib. O bildirib ki, yerli məhkəmə qərarları AİHM təcrübəsinə əsaslanmadığından jurnalistlər barələrində çıxarılan hökmlərlə bağlı beynəlxalq instansiyalara müraciət edirlər: "Biz Avropa Məhkəməsinə jurnalistlər haqqında 20 iş göndərmişik".
   
   Hüquqşünas İntiqam Əliyev indiyə kimi Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda həbs olunan jurnalistlərdən yalnız Rövşən Kəbirli və Yaşar Ağazadə haqqında qərar verdiyini söyləyib: "Yaxın vaxtlarda isə Sarvan Rizvanov və Ramiz Nəcəfovun işi ilə bağlı qərar olacaq".
   
   "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Diffamasiya haqqında" qanunun qəbul edilməsi üçün jurnalistlərin lobbi fəaliyyətinə başladığını vurğulayıb: "Hazırda jurnalistlərin imzaları toplanır. Bu ilin payızında qanunun qəbul edilməsi üçün parlamentə müraciət ediləcək". A. Əliyev bu ilin noyabrında Bakıda bu məsələlərə həsr olunacaq beynəlxalq media forumun keçirilməsinin gözlənildiyini də əlavə edib.
   
   Sabiq millət vəkili Rizvan Cəbiyev də hesab edir ki, artıq "Diffamasiya haqqında" qanunun qəbul edilməsinin vaxtı çatıb: "Vaxtilə mən bu qanunun qəbul edilməsinin əleyhinə olmuşam. İndi isə bu qanunun qəbul edilməsinə ehtiyac yarandığını görürəm".
   
   
   
   
V.Məmmədli
Oxunub: 129
ABŞ səfiri bu gün Azərbaycanı tərk edir
ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar bu gün Bakını tərk edir. Bu barədə APA-ya səfir özü məlumat verib. Bir müddət ABŞ-da olacağını deyən xanım diplomat az sonra yeni təyinatı - ABŞ-ın Litvada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirməyə başlayacağını bildirib.
   A. Dersi onu da əlavə edib ki, ABŞ-ın Azərbaycanda çalışacaq yeni səfirinin adını prezident Barak Obama hələ açıqlamayıb. Qeyd edək ki, A. Dersi Azərbaycanda 2006-cı ilin mayından çalışır.
Oxunub: 121
Mübariz Əhmədoğlu: "İranın Azərbaycanda itirdikləri onun öz səhvi ucbatındandır"
Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu iyun ayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. M. Əhmədoğlu beynəlxalq və regional ictimai-siyasi prosesləri təhlil edib, İranda keçirilən prezident seçkilərinin nəticələri elan olunduqdan sonra ölkədə yaranan vəziyyət haqda danışıb: "Mübarizənin zahirən prezidentliyə namizəd Mirhüseyn Musəvi ilə hazırkı prezident Mahmud Əhmədinejat arasında getməsinə baxmayaraq, əsl qarşıdurma dini lider Xamneyi ilə Haşimi Rəfsəncani arasında yaranıb. Etirazlar qismən yatırılsa da, Rəfsəncaninin geri çəkiləcəyini düşünmürük". Politoloq ABŞ-ın Orta Asiyadan çıxarılması üçün atılan addımların fayda vermədiyini də söyləyərək ABŞ-ın Qırğızıstandakı "Manas" hərbi bazasına nəzarəti özündə saxladığını xatırladıb.
   
   İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə də toxunan politoloq deyib ki, İran bu səfərlə regionda çox şey itirdi: "İran regionda ermənipərəst siyasət aparır, Ermənistanın güclənməsinə kömək edir, sonra isə müsəlmançılıqdan və humanizmdən danışır. Bu mənada İranın Azərbaycanda itirdikləri onun öz səhvi ucbatındandır".
   
   
   
   
VÜSAL
Oxunub: 144
Diaspor nümayəndələri görüşdü
Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
   
   Tədbiri açan AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılova Berlindəki türk diaspor təşkilatlarına qurumun fəaliyyəti ilə bağlı məlumat təqdim edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə öz çıxışında Azərbaycan və türk xalqlarınınn tarixi və mədəni əlaqələrindən, müasir dövrdə bu əlaqələrin mühümlüyündən danışıb, gələcəkdə bu sahədə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb. Avropa Azərbaycanlıları Konqresinın fəxri prezidenti Bahəddin Qaya görüşün içtirakşılarını müzakirələrə dəvət edib.
   
   
Oxunub: 136
Vladimir Doroxin: "Rusiya prinsipial siyasi iradə nümayiş etdirir"
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin prezident Dmitri Medvedevin iyunun 29-da Bakıya etdiyi səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Rusiyalı Diplomat ilk öncə səfər zamanı imzalanmış sənədlər barədə məlumat verib: "Bu razılaşmalar münasibətlərimizin tərəfdaşlıq və yaxın qonşuluq ruhunda davam etməsini təmin edir. Rusiya-Azərbaycan dövlət sərhədinin 90 faizdən çoxu artıq razılaşdırılıb. Yalnız bir neçə razılaşdırılmamış sahə qalıb ki, onlardan ən mürəkkəbi Samur çayı üzərindən keçən nöqtədir. Prezidentlərin bu məsələ ilə bağlı imzaladıqları birgə bəyanat hər iki tərəfi qane edən qərarın tapılması üçün kompromislərin parametrlərini müəyyənləşdirir. Belə bir kompromisin əldə olunmasına əsas Azərbaycanın çevik və konstruktiv mövqeyi olub. Samur çayının su resurslarının birgə istifadə olunması və Samur-Abşeron su qovşağının birgə istifadə olunmasına dair Azərbaycanın etdiyi təkliflər bu məsələdə qarşılıqlı anlayışa gətirib çıxarıb. Biz bunu səfərin ciddi və vacib nəticəsi kimi dəyərləndiririk".
   Səfər çərçivəsində iki ölkənin Xarici İşlər Nazirliyi arasında diplomatik nümayəndəliklərin yerləşməsi və xidmət göstərilməsi ilə bağlı sənədin imzalanması ilə bağlı sualı cavablandıran diplomat deyib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin yerləşdiyi binanın Moskva meriyasının balansından federal büdcəyə keçməsi prosesi tamamlanıb: "İndi bu binanın Azərbaycanın mülkiyyətinə verilməsi barədə Rusiya rəhbərliyinin prinsipial siyasi iradəsi var. Bunu etmək üçün isə Rusiya qanunvericilinə görə, iki ölkə arasında müvafiq beynəlxalq müqavilə imzalanmalıdır. Nazirlərin imzaladıqları sənədin mahiyyəti ondadır ki, bu müqavilə ilin sonuna kimi imzalansın. Müqavilədə Azərbaycan səfirliyinin yerləşdiyi binaya Azərbaycanın mülkiyyət hüququ, bizim səfirliyimizin yerləşdiyi binaya isə Rusiyanın mülkiyyət hüququ verilməsi məsələsi öz əksini tapacaq. Bizi bu məsələ o qədər də narahat etmir, çünki bizim mülkiyyət hüququmuz Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənib, amma beynəlxalq müqavilə bu məsələni daha da möhkəmləndirəcək".
   
   
V.Məmmədli
Oxunub: 134