AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ,
GENERAL-POLKOVNİK
CƏNAB RAMİL USUBOVA
Cənab Nazir!
Sizi və rəhbərlik etdiyiniz Daxili İşlər Orqanlarının bütün zabit və sıravi heyətini Polis günü münasibətilə ürəkdən təbrik edirik.
Cənab Nazir!
Azərbaycan Polisi uzun və şərəfli bir yol keçmişdir və bu gün də öz vəzifəsini şərəflə yerinə yetirir. Ölkəmizdə sabitliyin hökm sürməsində, ictimai-asayişin və əmin-amanlığın qorunmasında Azərbaycan Polisinin xidmətləri əvəzsizdir. Xalqımızın dinc və əmin-amanlıq şəraitində yaşaması naminə onlarla polis əməkdaşı cinayətkarlarla mübarizədə öz canından keçmiş, həyatını xalqımıza və dövlətimizə qurban vermişdir. Bu bayram günündə onların əziz xatirəsi önündə baş əyirik.
Azərbaycan Polisi həm Qarabağ savaşında, həm də atəşkəş dönəmində dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanmışdır. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev Azərbaycan Polisinin əməyini yüksək qiymətləndirmiş və neçə-neçə polis əməkdaşını Vətənin ən ali mükafatları ilə mükafatlandırmışdır.
Möhtərəm prezidentimiz İlham Əliyev cənabları da həmişə Azərbaycan Polisinin əməyinə yüksək qiymət vermişdir. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin və "Dinamo" İdman Cəmiyyətinin yeni binalarının açılışındakı nitqlərində də bir daha gördük.
Cənab Nazir!
Azərbaycan Polisi bu gün də Ulu Öndərin və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının siyasətinin həyata keçirilməsində öz vəzifəsini layiqincə yerinə yetirir.
Cənab Nazir!
Bu əziz bayram münasibətilə bir daha Sizi və rəhbərlik etdiyiniz Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını təbrik edir, uzun ömür, can sağlığı və işlərinizdə daha böyük uğurlar arzulayırıq.
Hörmətlə:
Aqil Abbas
və "Ədalət" qəzetinin kollektivi