Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Mətbuat Şurası qəzetlərə layihə yazmağı öyrədir
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ, GENERAL-POLKOVNİK CƏNAB RAMİL USUBOVA
Ayaz Salayevin filmi məhv edildi
"Surəti: Göydəki o gözəgörünməz Allaha!"
Məscid qalmaqalına aydınlıq gəldi
Emin Musəvi: "Rəqiblərimiz özlərini bizə oxşatmağa başlayırlar"
Azərbaycan bir pillə irəlilədi
Yeni idman növü üzrə milli komanda yaradıldı
Ümumrespublika müşavirəsi keçirildi
İlhamə Qasımovanın səhnədə dişi tökülüb
Rusiyada Azərbaycan Mədəniyyət Günləri
GÜNÜN LƏƏTİFƏƏSİ
   
Azərbaycanlı Sankt- Peterburqda həbs olundu
Sankt-Peterburq hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı, 28 yaşlı Ceyhun Yaqub oğlu Əsgərov həbs olunub. APA-nın məlumatına görə, Rusiyanın şimal paytaxtında qeyri-leqal şəkildə yaşayan Ceyhun Əsgərov Azərbaycan Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət törətməkdə ittiham olunaraq axtarışa verilib. Onun, həmçinin, terrorçuluq fəaliyyətində iştirakı güman edilir.
   Ceyhun Əsgərov haqqında axtarış Yasamal Rayon Polis İdarəsi tərəfindən bu il mayın 30-da elan olunub. Hazırda Ceyhun Əsgərov Frunze rayon daxili işlər idarəsinin 40-cı milis şöbəsinin təcridxanasında saxlanır. Axtarışda olan şəxsin həbs olunması ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları artıq məlumatlandırılıb.
Oxunub: 119
Özünü 12-ci mərtəbədən atdı
Azərbaycan paytaxtında 56 yaşlı qadın özünü çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən ataraq intihar edib. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
   Hadisə dünən saat 05.00 radələrində rayonun 2-ci mikrorayon ərazisində, Cavadxan küçəsi, 48 "b" ünvanında baş verib. 56 yaşlı Tərlan Məmmədəli qızı Hüseynova özünü yaşadığı binanın 12-ci mərtəbəsindən atıb. T. Hüseynova hadisə yerindəcə ölüb. İntiharın səbəbləri barədə məlumat verilməsə də, onun uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
   Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Oxunub: 113