Azərbaycanlı model "ən seksual baxış" mükafatını aldı
Türkiyədə bu il yeddinci dəfə keçirilən "World Bikini Model International" müsabiqəsində 41 ölkə gözəli arasında azərbaycanlı model fərqlənib. Lent.az-ın "internethaber"ə istinadən məlumatına görə, həmyerlimiz Günay Musayeva üçüncü yeri tutub.
Musayeva eyni zamanda "ən seksual baxış" mükafatına da layiq görülüb.
Türkiyəni təmsil edən maneken Lara Surol "World Bikini Model International - 2009" müsabiqəsinin dünya ikincisi olub. Birinciliyi isə 19 yaşlı ukraynalı Natali İvanova qazanıb.