Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
PƏNAH HÜSEYNİN SƏMİMİ ETİRAFI
QHT-lər MÜDAFİƏ ETDİKLƏRİ TISBAĞALARDAN ÇOXDULAR
BURUNLU-QULAQLI EŞŞƏK NECƏ OLUR?
ABŞ qoşunları İraqdan çıxır
Təqsirləndirilənlərin Zabrata köçürülməsi yekunlaşdı
Atəşkəs pozulur
Mikroavtobus aşdı
Vaqonlara kameralar quraşdırılacaq
ACP-nin ardınca Müsavat gəlir
ABŞ Konqresinə müraciət edildi
Sarkozi Libermanı vəzifədən qovmağı tələb etdi
MSK bələdiyyələrin sayının azaldılmasını alqışlayır
Uşaq əməyindən istifadə halları artır
ATƏT-in Gürcüstandakı missiyası fəaliyyətini dayandırdı
BALACALAR ÜÇÜN TEATRIN UŞAQ YAŞI
KAZBEKİN SON TƏDBİRİ
"MOLLA NƏSRƏDDİN XXI ƏSRDƏ"
Maykl Ceksonun 12 pərəstişkarı intihar edib
Telman İsmayılovdan İbrahim Tatlısəsə hədiyyə
"YENİ GÜN"-ÜN YENİLİKLƏRİ
Azərbaycanlı model "ən seksual baxış" mükafatını aldı
GÜNÜN LƏƏTİFƏƏSİ
   
Rusiya istədiyini aldı, Azərbaycan istədiyni verdi
Medvedyev Bakıdan təbii qaz müqaviləsi ilə qayıtdı

Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya birgünlük işgüzar səfəri başa çatdı. İyunun 29-da Azərbaycana gələn Qusiya prezidenti Heydər Əliyev adına Beynəlxalq Hava Limanından birbaşa Azərbaycan prezidentinin şəhərkənarı iqamətgahına yollanıb. Burada onu prezident İlham Əliyev qarşılayıb.
   
   Sonra prezidentlər arasında təkbətək görüş keçirilib.
   
   İlham Əliyev: "Biz Sizin gəlişinizi gözləyirdik"
   
   Prezidentlər təkbətək görüşdən sonra jurnalistlər qarşısında brifinqdə çıxış ediblər.
   
   İlk çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib: "Sizi Azərbaycanda salamlamağa şadam. Xoş gəlmisiniz. Biz Sizin gəlişinizi gözləyirdik və bu səfər qısamüddətli olsa da, ümid edirik ki, kifayət qədər səmərəli olacaqdır. Son bir ildə biz bir neçə dəfə görüşmüşük və bu, bizim münasibətlərimizin dinamik xarakterini göstərir. Bu gün biz xatırladıq ki, düz bir il əvvəl Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz və həmin səfər çərçivəsində imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə uğurla yerinə yetirilir.
   
   Biz çox şadıq ki, bir il sonra Sizi yenidən Bakıda görmək, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional problemləri, - adətən olduğu kimi, - dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət ruhunda müzakirə etmək imkanı var. Biz Sizin gəlişinizə həmişə şadıq.
   
   Bir daha xoş gəlmisiniz."
   
   Dmitri Medvedyev: "Biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcəyik"
   
   Rusiya prezidenti Dmitri Medvedyev isə çıxışına Azərbaycan prezidentinə təşəkkürlə başlayıb:
   
   "Çox sağ olun, İlham Heydər oğlu. Bu gün Azərbaycana gəlmək mənə də çox xoşdur. Bizim iş cədvəllərimiz çox gərgindir. Lap yaxın vaxtlarda Sizinlə Peterburqda görüşmüşdük, ondan əvvəl də Siz Rusiyaya səfər etmişdiniz. Mənim indiki səfərim işgüzar səfərdir, Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, nisbətən qısamüddətli, lakin məzmunlu səfərdir, çünki biz görüşün gündəliyini hərtərəfli hazırlamışıq. Bir sıra sənədlər üzərində iş aparılmışdır, onlar bu gün imzalanacaqdır. Əlbəttə, bu, ölkələrimiz arasında, xalqlarımız arasında münasibətlərin - xalqlarımızı bir-birinə bağlayan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin strateji xarakterini əks etdirir və biz həmin münasibətlərin daha da inkişaf etməsi üçün lazım olan hər şeyi etməyə hazırıq.
   
   ?midvaram ki, bugünkü görüşün nəticəsində biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcək, iqtisadiyyat haqqında da söhbət edəcəyik, çünki bu da çox vacibdir. Əlbəttə, biz siyasət haqqında da, o cümlədən xarici siyasət məsələləri barədə də söhbət edəcəyik."
   
   Rusiya 2010-cu ildən "Şahdəniz" yatağından qaz almağa başlayacaq
   
   Brifinq başa çatdıqdan sonra İlham Əliyevin və Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
   
   Görüşun yekununda "Qazprom"la Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Azərbaycan qazının tədarükünə dair saziş imzalanıb. Azərbaycan təbii qazının əsas alınma şərtlərini təsbit edən sənəd "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller və ARDNŞ rəhbəri Rövnəq Abdullayev tərəfindən imzalanıb.
   
   Sazişə görə, Rusiya 2010-cu ildən "Şahdəniz" yatağından qaz almağa başlamalıdır.
   
   Daha sonra tərəflər Xəzərin hüquqi statusuna dair danışıqların yekunu olaraq bəyanat qəbul ediblər.
   
   Bəyanatda Azərbaycan və Rusiya Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə danışıqlarda tərəqqinin olduğunu qeyd edilir.
   
   Sənəddə Xəzəryanı dövlətlərin mövqelərində yaxınlaşmanın olduğu və Xəzərin hüquqi statusu barədə hazırlanan konsepsiyanın bir sıra aspektləri üzrə qarşılıqlı anlaşmanın artdığı bildirilir. Bu aspektlər sırasına Xəzər dənizi hövzəsinin delimitasiyası, təhlükəsizlik məsələləri, sualtı sərvətlərdən istifadə, tranzit və biomühitin saxlanılması məsələlərini aid etmək olar.
   
   Xatırladaq ki, sənəddə 2007-ci il 16 oktyabr tarixində Tehranda keçirilən Xəzər sammitinin qərarlarına bağlılıq qeyd olunur.
   
   
   
   
Anar
Oxunub: 150
ATƏT-in Gürcüstandakı missiyası fəaliyyətini dayandırdı (143)
"İran səfirliyinə göndərdiyimiz dəvət qüvvədən düşüb" (156)
Ermənilər Dmirti Medvedyevdən narazı qalıblar (162)
ABŞ Konqresinə müraciət edildi (144)
ACP-nin ardınca Müsavat gəlir (141)
AXCP və ADP dəyişikliklərdən ona görə kənarda qalacaq ki...
Rusiya istədiyini aldı, Azərbaycan istədiyni verdi (150)
Medvedyev Bakıdan təbii qaz müqaviləsi ilə qayıtdı
Siyavuş Novruzov: "İmtahanlardan kəsilənlər yenidən imtahana buraxılmalıdırlar" (156)
Fransa XİN: Həmsədrlər yeni kompromis təkliflər veriblər (149)
Azay Quliyev: "Dəyişikliklər QHT sektorunun inkişafını təmin edəcək" (161)
ATƏT sədri bəyanat yaydı (156)
İran səfirinin Tehrana çağırıldığı təsdiqləndi (156)
QHT-lər MÜDAFİƏ ETDİKLƏRİ TISBAĞALARDAN ÇOXDULAR (152)
ENN DERSƏ SON ZƏRBƏ (163)
(Deputatlar ABŞ-ı yıxıb-sürüdülər)