Mikroavtobus aşdı
Dünən Bakının Nizami rayonunda "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında "Mercedes-Benz" markalı avtomobillə sərnişin daşıyan eyniadlı mikroavtobus toqquşub.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza saat 06.30-da rayonun Qara Qarayev prospektində baş verib. Qəza nəticəsində 236 saylı marşrutla işləyən mikroavtobus aşıb. Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb. Araşdırma aparılır.