BŞBPİ-nin yeni binası
istifadəyə verildi
İyunun 30-da Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılışda dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib. Prezident açılışı bildirən lenti kəsib, bina ilə yaxından tanış olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına yeni bina haqqında məlumat verib. Prezident görülən işləri yüksək qiymətləndirib.
Dövlət başçısı DİN-in İdman Cəmiyyətinin dünən istifadəyə verilən yeni binasının açılışına da qatılıb. Prezident açılışı bildirən lenti kəsib, bina ilə yaxından tanış olub. Dövlət başçısı böyük idman zalında gənc idmançılar və Olimpiya oyunlarının mükafatçıları qarşısında çıxış edib.