Özünü öldürdü
Lənkəran rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran rayon Prokurorluğundan bildirilib. Kərgəlan kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Qədir Fərhad oğlu özünü yaşadığı evin yardımçı tikilisində özünü kəndirlə asaraq öldürüb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.