Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Azərbaycanlı gənclər Berlinə gedəcək
Jurnalistlərin peşə bayramı "Gülüstan" sarayında qeyd olunacaq
Azərbaycan və Latviya arasında saziş imzalandı
Evdən pul oğurlayanlar həbs edildi
Dələduz vəkil saxlanıldı
"Yarımçıq Əlyazma" Braziliyada
Elmar Hüseynov: "Spirtli içkilərin satışı sularda təhlükəsizliyin qorunması işini çətinləşdirir"
BARIT QOXULU GÜNLƏR
DANIŞIR ELNUR ZEYNALOV
Yanğın söndürüldü
HAQQ İŞİNİZ UĞURLU OLSUN!
DB Azərbaycan üçün iki krediti təsdiqlədi
Şirvan sakinləri prezidentə müraciət etdi
Azərbaycanda yeni dövlət xidməti yaradılıb
AYİB bu il Azərbaycana 220 mln. dollar ayıracaq
¹ 69 (427)
Qumbara partladı
Özünü öldürdü
Piyadanın ölümü ilə nəticələnən yol qəzası
Mənzildən 13 kiloqram narkotika tapıldı
Dənizdə boğuldu
Ruhi-Əsəb Xəstəxanasından qaçan tutuldu
SİSSE YUNANISTANA GEDİR
QURBAN QURBANOV TARİX YAZMAQ İSTƏYİR
AGENT KANNAVARONU MÜDAFİƏ EDİR
"SİMURQ" "TBİLİSİ"Nİ YENDİ
"NEFTÇİ" "XARKOV"UN KAPİTANINI BAXIŞA ÇAĞIRDI
RONALDO İYULUN 6-DA TƏQDİM EDİLƏCƏK
ŞİRER ƏSAS NAMİZƏDDİR
MESSİ MASKERANONU "BARSA"DA GÖRÜR
ŞEVÇENKO "ROMA" YOLUNDA
Aygün Kazımova ərə gedəcək?
Nizami Paşayev Xəlil Mutlu ilə yarışacaq
Azərbaycan kanoeçiləri olimpiya çempionlarını qabaqladı
Paris Hilton: "Kriştianu Ronaldu qız kimidir"
GÜNÜN LƏTİFƏSİ
   
FASYE TEOREMİ

...Elmi kəşflər və ixtiralar həyatın tələbatından, başqa sözlə zərurətdən meydana gəlsə də, çox zaman sırf təsadüfdən ortalığa çıxır. Deməli, fəlsəfi kateqoriyalar olan zərurət və təsadüf anlayışları inkişafın, texniki tərəqqinin əsas stimullarıdı desək, yanılmarıq. Bu dolaşıq və özümüzə də çox az anlaşılan mübahisələrimizi əsaslandırmaq üçün elmin tarixinə müraciət edək.
   I əsas.
   Arximed su ilə dolu hamam vannasına (o dövrlərdə hamamların və hamam vannalarının müasir formada mövcudluğu xeyli mübahisəlidir-Kursiv özümündü) uzandıqda, suya salınmış cismin (cism dedikdə alimin bədəni nəzərdə tutulur-V.Ə) öz xüsusi çəkisi miqdarında suyu sıxışdırıb vannadan çıxarmasını müşahidə etmiş və "Evrika" qışqırıb at kimi (uzaq ağsaqqallığından -V.Ə) şəhərin küçələrində qaçmağa başlamışdı. Bizi Arximedin kəşfi maraqlandırır və onun təqdim olunan anda çılpaq, yoxsa paltarlı olması qətiyyən müzakirə predmeti ola bilməz.
   II əsas
   Nyuton alma ağacının dibindən keçərkən başına düşən almanın təsirindən "Ümumdünya cazibə qanunu"nu elmə bəxş etmişdi. Almanın dəymiş, yoxsa kal olması yüz illərdi araşdırılır, lakin nəticə yoxdur. Sonralar Eynşteyn sübut etdi ki, almanın dəymiş, yoxsa kal olması deyil, hadisədə Nyutonun keçəl olması mühüm rol oynamışdır. Ağacın niyə məhz alma ağacı olması isə sirr olaraq qalmaqdadı. Mən şəxsən, qoz, armud, ərik ağaclarının varlığını qabardıb, alma ağacının xidmətinə kölgə salmaqdan çox uzağam.
   III əsas
   Mendeleyev lobaratoriyalarda ömrünü-gününü çürütsə də, sonda "Elementlərin dövrü sistemini" yuxuda gördü. Bu böyük alimin milliyyətcə rus olduğunu nəzərə alsaq, yatmazdan əvvəl spirtli içki qəbul edib-etməməsinin çox önəmli olduğu şübhəsizdi...
   ...Sonralar çoxları saatlarla hamam vannasında uzandı, alma ağaclarını çırpdırıb almaları tökdü başına, gecə-gündüz yatdı, amma nəfayda... Möcüzə bir dəfə olur... Diqqət edin, bu hadisələr haralarda baş verib? Yunanıstanda, İngiltərədə, Rusiyada... Halbu ki , hamamlar bizdə, Qubanın alma bağları bizdə... Yatmaqda ki, dünyada bizim kimi yatağan ikinci millət tapılmaz... Özü də hamamda yatırıq...Bütün bunlara baxmayaraq, heç vəchlə bədbinliyə qatlaşmaq yaramaz. Biz dahiləri bir saata yetişdirib bağışlayırıq insanlığın zəka xəzinəsinə. Son bir ildə ANS-də "SMS"-lə artıq yüzə yaxın dahi "kəşf edilib". Bu balaca məmləkətdə nə qədər dahi varmış, ilahi?...
   ...Qarabağ faciəsi saysız-hesabsız şair, yazıçı, politoloq, filosof yetişdirdi. Nəhəng potensiala malik millətik... Maşallah... Bu torpaq itgisi bir növü obrazlı desək, dönüb keçəl başa. Avropada qayçısına, darağına güman gələn cumur Qarabağa ki, bəs mən də dəlləyəm... Dəllək dedim, dəli könlüm pərvazlandı:
   
   Yol yoxdu ayığa kəndirdən kəsə,
   Kefli dərdlilərin çəlləyi olub.
   Bilmirəm, ya dəvə, ya köşək, nəsə,
   Köhnə hamamların dəlləyi olub...
   
   Hamı qələm, qılınc çalıb, bəlkə də,
   Adları yaddaşda qalmayıb, ancaq.
   Şairsiz ölkələr olub, bəlkə də,
   Dəlləksiz hamamlar olmayıb, ancaq.
   
   Səs batıb hamamın daşında, qardaş,
   Divar ucuz ölüm gətirib, belə.
   Bu bulanıq suyun başında, qardaş,
   Min ildi dəlləklər oturub, belə...
   
   Şeytan barmaqlara sındı kəl gücü,
   Tük qırxmaq əkməkdən gərəkli imiş.
   Başsız məmləkətdə dəllək ülgücü,
   Oraqdan, dəryazdan çörəkli imiş...
   
   Deyəsən, mövzudan kifayət qədər uzaqlaşdım. Lakin diqqətli oxucu hiss etməmiş deyil ki, dəlləklik elminin araşdırdığımız məsələ ilə qırılmaz əlaqəsi var.
   ...Kiçik fransız alimi Fasyenin Yerevan saunalarında (hamamlarında - V.Ə.) kəşf etdiyi "Paralel xəttlərin kəsişməzliyi" teoremi Həndəsə elmində çox böyük sıçrayışdı. Amma bu kəşfi edərkən cənab Fasye hansı ekstremal vəziyyətdə olub (Ağlınıza ayrı şey gəlməsin. Söhbət "ağsaqqalın" vannada tək, yoxsa kiminləsə olmasından gedir-V.Ə.) bu haqda təəssüf ki, məlumatsızıq...
   Teorem: Türkiyənin Ermənistanla sərhədləri açması, Qarabağ münaqişəsinin həlli ilə paralel aparıla bilməz. Çünki paralel xəttlər yalnız sonsuzluqda kəsişir.
   İsbatı
   Fərz edək ki, Türkiyə-Ermənistan sərhəd xətti ilə, Ağdam-Şuşa-Laçın şəhərlərinin mərkəzindən keçən xətt ATƏT-in Minsk qrupu müstəvisi üzərindədi. Deməli, teoremin isbatı bir başa həmin müstəvi üzərindəki A(ABŞ), F(Fransa), R(Rusiya) nöqtələrinin birləşməsindən alınan üçbucaqlıdan asılıdı. Baxdığımız üçbucaqlı bərabəryanlı deyil, onun tərəfləri yüz ildi ki, erməni xalqının oturacağına perpendikulyardı. Üç düz xətt bir oturacağa (erməni yanına -V.Ə.) perpendikulyardısa, Türkiyə-Ermənistan sərhəd xətti, Ağdam-Şuşa-Laçın şəhərlərinin mərkəzindən keçən xəttə paralel ola bilməz.
   ...Teorem müxtəlif vaxtlarda İqdır bələdiyyə başqanı, Sərkisyan və Nalbandyan tərəfindən də ayrı-ayrı üsullarla isbat olunub. Teorem hələ ki, Evklid həndəsəsinin tələblərinə uyğun isbatı üzərində dosent Y.Merzlyakov çalışır...
   İstifadə olunmuş ədəbiyyat:
   1. B.Yeltsin "Ter-Petrosyan postulatının Dağlıq Qarabağa tətbiqi" Moskva 1993.
   2. C.Buş "Uçan ayaqqabının üç ölçülü fəzada trayektoriyası" Bağdad 2008.
   Qeyd: Müəllif elmi rəhbəri professor S.Lavrova, məsləhətçilər bakalavr M.Brayzaya və aspirant S.Freyzerə qiymətsiz məsləhətəlrinə görə təşəkkür etməyə lüzum görmür.
Vahid ƏLİFOĞLU
Oxunub: 464
QÜRUR MƏNBƏYİ (186)
-Yazarın arxivindən- (128)
MİRZƏ VƏ GÜLÖYZƏ (272)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
MİRZƏ VƏ GÜLÖYZƏ (299)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
HƏR ŞEY VAR, AMMA NƏSƏ ÇATMIR... (326)
KUKLA (410)
DİNDİRMƏ QƏMLİ KÖNLÜMÜ... (466)
ATA ÇATMAĞA BİR GÜN QALMIŞ... (342)
...QIŞDA QAR TAPILMAZ YAD QAPILARDA... (379)
QALOŞ (405)
QAYTANLANMIŞ KİTAB (362)
ANOMALİYA (399)
BAZAR GÜNÜ (459)
LAL İTLƏRİN ƏHATƏSİNDƏ (408)
... Bəyin yanından it, itin yanından bəy kimi keçə-keçə bir gün gördülər ki, bəy itə oxşayır, it də bəyə
... SAQİ, BU MƏCLİSƏ BADƏ DOLANDIR... (467)
... İçki adamı yazıçı etsəydi, indi şərab zavodlarında işləyənlərin yarısı Tolstoy idi...
BAŞLADIQ (317)
(İlin ilk yazısı)
İLİN SON YAZISI (184)
YOLDƏYİŞƏN (184)
... Vətəni sərvətinə görə sevmirlər...
SABAH NƏ VAXTSA OLMAYACAQ... (202)
Səlnaməçi yazır: ... Çingiz xan sonuncu dənizə çatana qədər atlılara çapmağı əmr etdi... Vahid Əlifoğlu yazır: ...Üzün qızartısı artdıqca suyu azalır...
BU DÜNYA BİR DOLMA QAZANIDI... (235)
... Biz yaşamaq üçün yemirik, yemək üçün yaşayırıq
BÜTÜN YOLLAR QÜRBƏTƏ APARIR... (236)
BAŞ TUTMAYAN BAYRAM KONSERTİ (246)
(Ərəb Çadır şəhərciyində Minsk həmsədrləri ilə vida mərasimindən Aqil Abbasın hazırladığı reportajın bədii hissəsi)
DİŞ AĞRILARI (226)
...Adam var miləltin, millət də var dünyanın diş ağırsıdı
ŞAİRLƏR KİMSƏSİZ OLUB, HƏMİŞƏ... (233)
HEÇ KİMİN ADI ÖZÜNÜN DEYİL... (285)
KRESLO (294)
ŞƏCƏRƏ (298)
DƏRİN HÜZNLƏ... (300)
... Biz çox vaxt xoşbəxtliyi olmadığı yerdə axtarırıq. Və ümumiyyətlə o varmı?...
SAĞSAĞAN (293)
Qarıldamaq xeyir xəbər gətirsəydi sağsağanların günü toy-bayramla keçərdi... Minsk qrupunun həmsədrlərinə ithaf olunur.
DAĞLARA QAR YAĞIR... (294)
AVTORİTET (318)
QEYDİYYAT YERİNDƏN UZAQDA (331)
AVTOBUS DAYANACAĞI (348)
MÜQƏVVA (365)
GECƏ SEANSLARI (433)
Kino ən yaxşı təbliğat və təşviqat vasitəsidir V.İ.Lenin.
HƏR İMZA BİR BARMAQ İZİDİ... (404)
... Döyüşdə qırılanlar, yaralananlar əsgər olur, zəfər generalların adına yazılır
ARADAN NƏ KEÇDİ Kİ?... (417)
(Qarabağa səfər etmək istəyən jurnalistələrə təlimat əvəzi)
ÇADIR PƏLƏNGİ (479)
ƏLVERİŞSİZ HAVA ŞƏRAİTİ... (558)
ŞAHIN QAYITMASI (564)
("Aldanmış Kəvakib" əsərinin motivləri əsasında)
DAŞ (420)
DEPUTAT ƏVƏZİN HƏYATI (410)
(Boyat sovet ədəbiyyatı)
DANIŞMAQ MƏSLƏHƏT DEYİL... (459)
("Rəmiş" hekayəsinin müəllifinə)
FASYE TEOREMİ (464)
OT KÖKÜ ÜSTƏ BİTƏR... (464)
MİRZƏ VƏ GÜLÖYZƏ (460)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
MİRZƏ VƏ GÜLÖYZƏ (478)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
ÇÖL HAVASI (456)
QÜRUR MƏNBƏYİ (472)
QOYUN ƏFSANƏSİ (518)
PALTARSIZ (532)
(Şeir məqamı)
BAŞ TUTMAYAN KİRVƏLİK (525)
ŞAHIN QAYITMASI (515)
("Aldanmış Kəvakib") əsərinin motivləri əsasında)
SİRRİN AÇILDIĞI GÜN (629)
(Hollivud üçün ssenari)
XURMA AĞACLARI (560)
NAMƏLUM QADINA MƏKTUB (586)
- Çadırdan görünən dünya -
XINA RƏNGİ (619)
BAYQUŞ (608)
BAŞDAŞI (645)
- Çadırdan görünən dünya -
DAR ÇAĞI (628)
- Çadırdan görünən dünya -
"ATLI" LOBYA (658)
(Çox gec olsa da)
AĞRI (669)
- Çadırdan görünən dünya -
NƏLƏR QALDI ARXADA... (638)
(2008-ci ilə azca gecikmiş son söz)
ÇIXAQ, GEDƏK EVİMİZƏ... (700)
KƏNDİMİZ YADIMA DÜŞƏNDƏ AĞLAYIRAM.. (730)
OCAQ DAŞI (690)
- Çadırdan görünən dünya -
AZAD ƏDƏBİYYAT SEVDASI (716)
Hər demokratın daxilində bir diktator var
ƏYALƏT BƏYİ (755)
MƏN GƏZƏN ÇİÇƏKLƏR PAYIZDA BİTİR (780)
- Çadırdan görünən dünya -
BİLƏCƏRİDƏN O TƏRƏFDƏ NƏ VAR Kİ?.. (806)
- Çadırdan görünən dünya -
ARI QUŞU (804)
PAYIZA NƏ QALDI?... (734)
SUSMAĞIN QIZIL OLMADIĞI İLLƏR... (745)
Mən ciddi yazılar yazmıram, amma bu o demək deyil ki, mən ciddi adam deyiləm. V.Əlifoğlu
Adda-budda (785)
İKİLƏŞMƏ (779)
- Çadırdan görünən dünya -
QURBAĞA SƏSİYLƏ DOLU BİR GECƏ... (761)
ARXADAN ƏVVƏLƏ DOÜRU... (771)
Köçün arxasında gedənlərin hamısı axsaq olmur
OSETİN FAMİLİYASI (782)
Eşşək minməklə baxt açılsaydı şərqdə subay qalmazdı S.Baqapş - Abxaz filosofu
QURUMUŞ AĞACLARIN KÖLGƏSİ OLMUR... (797)
"YANIQ" KƏRƏM (798)
("Əsli və Kərəm" dastanının motivləri əsasında)
"YANIQ" KƏRƏM (745)
("Əsli və Kərəm" dastanının motivləri əsasında)
"YANIQ" KƏRƏM (764)
("Əsli və Kərəm" dastanının motivləri əsasında)
MƏMMƏD ARAZIN QIZINA (804)
GÖRƏNLƏRDƏN XAHİŞ OLUNUR Kİ... (796)
MƏN NƏ VAXTSA BELƏ YAZILAR YAZMIŞAM (786)
YANIQ KƏRƏMİ (813)
"Əsli və Kərəm" dastanının motivləri əsasında)
YANIQ KƏRƏMİ (803)
"Əsli və Kərəm" dastanının motivləri əsasında)
OLMAYAN ŞEYİ YA TƏRİFLƏ, YA DA... (830)
ON BEŞ İLİN QONAQLARI (794)
SAMAN SİYASƏTİ (782)
Siyasət saman altından su yeritməkdir "Molla Nəsrəddin" jurnalı
... MƏDƏNİYYƏTİN İNKİŞAFINDA XİDMƏTLƏRİNƏ GÖRƏ... (820)
İncəsənət xalqa məxsus deyil Müəllifsiz
FİL HƏKİMİ (779)
DƏRDİN CANA QAPISI VAR... (755)
ŞİR ŞƏKLİ (803)
MONİTORİNQ (761)
CİDDİ YAZI (778)
...DÜŞMƏN AŞAÜI SEYİDƏHMƏDLİ KƏNDİ İSTİQAMƏTİNDƏN... (791)
MƏNİM İTİRMƏLİ NƏYİM QALDI Kİ?.. (817)
ÇƏRÇİVƏ (709)
QÜRBƏTDƏ DEYİRDİN Kİ... (802)