Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Azərbaycanlı gənclər Berlinə gedəcək
Jurnalistlərin peşə bayramı "Gülüstan" sarayında qeyd olunacaq
Azərbaycan və Latviya arasında saziş imzalandı
Evdən pul oğurlayanlar həbs edildi
Dələduz vəkil saxlanıldı
"Yarımçıq Əlyazma" Braziliyada
Elmar Hüseynov: "Spirtli içkilərin satışı sularda təhlükəsizliyin qorunması işini çətinləşdirir"
BARIT QOXULU GÜNLƏR
DANIŞIR ELNUR ZEYNALOV
Yanğın söndürüldü
HAQQ İŞİNİZ UĞURLU OLSUN!
DB Azərbaycan üçün iki krediti təsdiqlədi
Şirvan sakinləri prezidentə müraciət etdi
Azərbaycanda yeni dövlət xidməti yaradılıb
AYİB bu il Azərbaycana 220 mln. dollar ayıracaq
¹ 69 (427)
Qumbara partladı
Özünü öldürdü
Piyadanın ölümü ilə nəticələnən yol qəzası
Mənzildən 13 kiloqram narkotika tapıldı
Dənizdə boğuldu
Ruhi-Əsəb Xəstəxanasından qaçan tutuldu
SİSSE YUNANISTANA GEDİR
QURBAN QURBANOV TARİX YAZMAQ İSTƏYİR
AGENT KANNAVARONU MÜDAFİƏ EDİR
"SİMURQ" "TBİLİSİ"Nİ YENDİ
"NEFTÇİ" "XARKOV"UN KAPİTANINI BAXIŞA ÇAĞIRDI
RONALDO İYULUN 6-DA TƏQDİM EDİLƏCƏK
ŞİRER ƏSAS NAMİZƏDDİR
MESSİ MASKERANONU "BARSA"DA GÖRÜR
ŞEVÇENKO "ROMA" YOLUNDA
Aygün Kazımova ərə gedəcək?
Nizami Paşayev Xəlil Mutlu ilə yarışacaq
Azərbaycan kanoeçiləri olimpiya çempionlarını qabaqladı
Paris Hilton: "Kriştianu Ronaldu qız kimidir"
GÜNÜN LƏTİFƏSİ
   
¹ 69 (427)

ADAM OL...
   
   Onsuz da hər günüm əliboş gedir,
   köhlən, qaçıb-getmə yorğa, adam ol,
   onsuz da dərdlərim bağrımı didir,
   sən mənə qarğama, qarğa, adam ol,
   
   Nə kaman ovudar, nə qəhərli ney,
   faciəm özgəyə adi bir giley,
   onsuz da bağ-bağçam alışdı göy-göy,
   mülkümü talama, darğa, adam ol,
   
   Tufanın yenidən çatır gözümü,
   güclə boğmaqdayam özüm-özümü,
   vaxt, sənə deyirəm bir də; sözümü
   elə qulağında sırğa, adam ol,
   
   heç nə olduğunu bilirsən özün!
   nə gözün bərəlsin, nə şişsin üzün,
   ayıq ol özünü boğmasın sözün,
   inanma şairlər qorxa, adam ol,
   
   Az qalır, zalımın tutular toyu,
   çatır yavaş-yavaş eninə-boyu,
   dəyirman dayanır, bir dəhnə suyu,
   calama hər yetən arxa adam ol,
   
   Yollarda o qədər duman-çən oldu,
   hardadır?! - çox belə qan içən oldu,
   nə fərqi - sən oldun, qulbəçən oldu,
   Tanrım mənə olar arxa, adam ol.
   
   İndi Vahid ƏZİZ çəksə də qəmi,
   əlində tutduğu Tanrı qələmi,
   zalım, qarışğatək əzəcək səni,
   Bu dünya hərlədən çarxa, adam ol...
   
   BU GÜN QURD OLACAM
   ULAYA BİLSƏM...
   
   Bu gün vicdanıma xəyanət edib
   döyüş meydanında tək qoyacağam,
   bütün qayğılara - "Əlvida" - deyib
   təkcə özüm üçün yaşayacağam,
   
   Bu gün kar olaraq aman-ahlara,
   imdad haraylayan yalvarışlara,
   dönərək lal-dinməz cansız daşlara
   təkcə öz halıma ağlayacağam,
   
   bu gün ülviyyətə qəsd edəcəyəm,
   qəlbimə küdurət öyrədəcəyəm,
   sevgimi-nifrətə çevirəcəyəm -
   insafa lənətlər yağdıracağam.
   
   Bu gün kəsəcəyəm haqqın yolunu,
   qıracam insafın məğrur qolunu,
   əynimə geyrəkə namərd donunu
   gücsüzə, zəifə od vuracağam,
   
   bu gün ulayacam kor bayquş olub,
   evlər yıxacağam zülmə qoşulub,
   bir harın alçağa dost-yoldaş olub
   əxlaqdan-namusdan dəm vuracağam.
   
   Bu gün satılaraq şərəfsiz şərə,
   çirkablar atacam mərd kişilərə,
   bəxşişlər edərək fahişələrə
   şəninə badələr qaldıracağam,
   
   bu gün güləcəyəm kasıb toyuna,
   acıb göz dikəcəm yetim payına,
   mükafat verərək bu gün qoyuna,
   qoçların hamısın burduracağam,
   
   bu gün qurd olacam-ulaya bilsəm,
   qorxub, quyruğumu bulaya bilsəm,
   mən bu gün bunları eləyə bilsəm
   özüm öz bonumu vurduracağam...
   
   BELƏ...
   
   Sən bilən - həyatım kimin payıdır,
   bəlkə billə-bilə atırsan çölə?
   həsrətin qapımı döyüb-qayıdır,
   uğur da belədir, ruzi də belə,
   
   Olmaya Fələklə sevgim sınanır? -
   O da ki, hər şeyi tərsinə qanır,
   oxuyan baş açmır, görən anlamır;
   tale də belədir, yazı da belə.
   
   Gedən gənclik oldu; dəcəlim, kürüm,
   nə səsi duyulur, nə dönür-görüm,
   fəsil dəyişsə də, dəyişmir ömrüm -
   qışı da belədir, yazı da belə,
   
   gözəlmi bağrımnan çəkdiyin kabab?
   Gözün doymağı da özü bir savab,
   dayazdır taleyin verdiyi boşqab -
   çoxu da belədr, azı da belə.
   
   Bəhərli bağ idim; çapıb-sovdular,
   qərib qonaq idim; tapıb - qovdular,
   nurlu bənizimi qanla ovdular -
   burnu da belədir, ağzı da belə,
   
   bir vaxt ağladığın gün olacaqdı,
   halına acıyan kim olacaqdı?
   haçansa kiməsə yem olacaqdı -
   durna da belədir, quzu da belə,
   
   dolandım ilanla, anlaşdım Cinlə,
   təkcə dil tapmadım, gülüm səninlə,
   düşmən qazanıram açıq əlimlə -
   dadı da belədir, duzu da belə,
   
   yandı Vahid ƏZİZ hər varağında,
   bir gün inləyəcək vaxt-sorağında,
   yurdda kimi görsən, baxt sorağında oğlu da belədir, qızı da belə...
   
   BİR KƏND BOY ATIRDI YETİMÇİLİKNƏN...
   
   Yaşadım, qocaldım, ağard saçım -
   səpildi yollara ömrün illəri,
   nədəndi, bilmirəm, artdıqca yaşım
   güc gəlir yetimlik xatirələri.
   
   Cannan əziz imiş anna sevgisi -
   dilində bitmişdi: "Can, anan ölsün!",
   atam bu dünyadan tez köç etdi ki,
   dən düşən saçımın dərdinə dözsün?
   
   Bir kənd boy atırdı yetimçiliknən,
   gözlər dikilirdi özgə əllərə,
   bəlkə, ona görə qibtə edirəm
   mən yaşda atalı bəxtəvərlərə?
   
   İnsan var dünyaya yetim doğuldu,
   ata hənirini anadan aldı,
   yetimlər böyüdü, adam da oldu -
   pislik Əzrayılın özünə qaldı
   
   
   Ehtiyac hər kəsi gözünnən salır,
   ümidlər çırpılır, əl qovulurdu,
   bir nəslin yadında analar qalır,
   atalar çox evdə şəkil olurdu.
   
   Bir böyük tanıdıq, adi bir Vətən -
   onu-sığınacaq, yuva bilirdik,
   bütün ataları aparıb - gedən
   fələyin adını "Dava" bilirdik.
   
   Elə ağır imiş "yetimlik" sözü -
   könül parçalanır, ürək oyulur,
   nəvəmin üzündə anamın üzü,
   saçında atamınq ətri duyulur...
   
   BOŞUNA HÜRMƏYİ
   ÖYRƏNDİM İTDƏN...
   
   Hərdən əzab verər qını-qılınca,
   əl çəkər zülm ilə ədavətinnən,
   qaçıb zaman adlı karvan dalınca
   boşuna hürməyi öyrəndim itdən,
   
   Payızda dən oldum, yazda səməni,
   sızladım biçdikcə oraq çəməni,
   zülmət gecədə də dostu-düşməni
   tanıyıb-görməyi öyrəndim itdən,
   
   kaş ki, yaşayaydım məşhur olmadan,
   paslı zəncirlərlə bağlanılmadan,
   hər kəsi izinnən anladığımnan
   yanıb-hönkürməyi öyrəndim itdən,
   
   Amma ki, bir it də qalır yadımda -
   insanlıq xisləti var imiş onda! -
   şərləyib-cumanda, fağır tutanda
   hayıflar - deyərək, iyrəndim itdən,
   
   Təhqir eləsə də, öyrədər zirək
   mərdə "tulapayı" atılan çörək,
   namərd güc gələndə, süpürləyərək
   basıb-sürüməyi öyrəndim itdən,
   
   hərdən gizlədərək ağlamağımı,
   hürdüm, səsləyərək xoş sabahımı,
   söz var-çatladanda, dil - dodağımı
   susub gəmirməyi öyrəndim itdən...
   
   QIZIN "MATAN" ÇAÜIDI...
   
   Günün batan çağıdı,
   gedib yatan çağıdı,
   sevgilər dəryasının
   atıb-tutan çağıdı,
   
   Atıb-tutan çağıdı,
   halsız yatan, çağıdı,
   kimi desən oynadar -
   qızın "matan" çağıdı,
   
   Qızın "matan" çağıdı,
   qəlblər çatan çağıdı,
   ayıq ol, oğul bala,
   oğlan atan çağıdı,
   
   Oğlan atan çağıdı,
   qızın "matan" çağıdı,
   payız fəsli bağbanın
   qızıl satan çağıdı...
   RAFİQ HƏSƏNOV
   
   BİLMƏDİM
   
   Sağıma, soluma baxdım,
   Ağaran yoluma baxdım.
   Dost axtardım, yar axtardım,
   Özümə həmdəm axtardım,
   Axtardım, tapa bilmədim.
   
   Kəməri, saldım belimə,
   Güzcünü, aldım əlimə,
   Bu güzcüdən baxan kimdi?
   Göz yaşı tutub üzünü,
   Baxdım, tanıya bilmədim.
   
   Kim məni, özümdən aldı?
   Üzümü, üzümdən aldı?
   Allah yanımda deyildi,
   Ondan soruşa bilmədim.
   
   YOXDU
   
   Nə qapım var,
   nə pəncərəm.
   Ölməyə, otağım yoxdu
   Dünya özü boyda olsun,
   Göyərməyə,
   bir çiçək torpağım yoxdu.
   dərd də məndən küsüb getdi,
   yalvarmağa, halım yoxdu
   gözümün yaşın neynirəm,
   ağlamağa, canım yoxdu.
   Əcəl soruşdu yerimi,
   Utandım, deyə bilmədim,
   Bu yaşda ünvanım yoxdu.
   
   QALDIR
   
   Bu bədənim, bu da ruhum,
   Biri şeytan, biri Allah.
   Biri yerdə, biri göydə.
   Yerdən göyə.
   Yük daşıyan bir nökərəm,
   Yüküm ağır
   Bir yandan da,
   üstümüzə yağış yağır.
   Bu yükü sən qaldırassan,
   Qaldır canam,
   durma daha
   qaldır yeri,
   göyə qaldır,
   ver Allaha.
   
   Nənəm türk qızı
   Gülər nənəmə
   
   Bu yerlər, obamdı mənim,
   Bu dilim, anamdı mənim,
   Bu kürd də, babamdı mənim.
   Kürd babamı sevərsənmi?
   Nənəm türk qızı, türk qızı.
   
   Qaş, gözün düşməni deyil,
   Xal üzün düşməni deyil.
   Kürd, türkün düşməni deyil.
   Kürd babamı sevərsənmi?
   Nənəm türk qızı, türk qızı.
   
   Bir bədəndə iki qolum,
   Biri sağım, biri solum,
   Bir də sizə qurban olum.
   Kürd babamı sevərsənmi?
   Nənəm türk qızı, türk qızı.
VAHİD ƏZİZ
Oxunub: 216
GÜNÜN LƏTİFƏSİ (201)
¹ 69 (427) (216)
HAQQ İŞİNİZ UĞURLU OLSUN! (230)
Neft yenidən ucuzlaşıb (189)
DANIŞIR ELNUR ZEYNALOV (236)
"Mənim üçün muğam da torpaq kimi müqəddəs nemətdi"
BARIT QOXULU GÜNLƏR (202)
Əsgərimizin hər gün udduğu hava...
Azərbaycanlı gənclər Berlinə gedəcək (228)
Milli Ordunun yaradılması gününə həsr olunmuş tədbir keçirildi (203)
"Cərimələr o səviyyədə olmalıdır ki, bütün xərcləri ödəsin" (215)
Hüseyn Bağırov: "Təklif olunub ki, bir ağacın kəsilməsi 3-4 min manat həcmində cərimə ilə müşayiət olunsun"
Mehdi Hümbətov işdən çıxarıldı (227)
Ailə və iş mövzusu müzakirə edildi (210)
Elçin Behbudov: "Ölkədə işgəncə faktları gizlədilir, işgəncə qurbanlarının sayı azalmır" (214)
"1 MİLYON 300 MİN MANAT AZDIR" (231)
Vüqar Səfərli: "Bu il vəsait az ayrıldığından yalnız müsabiqə layihələri maliyyələşdiriləcək"
MŞ vergi orqanlarına müraciət edəcək (202)
KÜRT DÜŞƏN XORUZ VƏ YA... (235)
Göz yaşı içində gülüş