Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Marsda da göl tapıldı
Ən yaşlı bakalavrın 41 yaşı var
Ağır yol qəzası
Dünyanın ən çox qazanan idmançıları
"BOMBA"
BAYRAMIN MÜBARƏK, QAÇQIN!
Ordumuz - güvənc və qürur yerimiz
Lukaşenko Türkmənbaşının varisidir?
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov cənablarına
OBAMANIN QƏHRƏMANLIĞI
? 68 (426)
Təyyarənin pilotu uçuş zamanı öldü
Nigar Talıbova: "Ərimi öldürə bilərəm"
Amerkanlar ağ elədilər
"SƏNƏTƏ ARXA QAPIDAN GƏLƏNLƏR ÇOXDU"
BAPTİSTA "MANÇESTER SİTİ"YƏ GETMİR
ADAMİYA KİŞİ KİMİ SÖZ VERİBMİŞ
"SİMURQ" AVROPAYA HAZIRLAŞIR
SİSSOKO MÜQAVİLƏ İMZALADI
JUNİNİO QƏTƏRƏ GETDİ
TYAQA DƏVƏT ALMAYIB
MASKERANO "BARSELONA" YOLUNDA
PİRLO "ÇELSİ"YƏ KEÇMƏK İSTƏMİR
GÜNÜN LƏTİFƏSİ
   
Yevqeniy necə BOMJ-a çevrilib...
("Yarı sevgi, yarı nifrətdi adamlar"ın davamı)

Xırda addımlarla 4-cü bloka doğru gedən 55-60 yaşlarında bir kişi ani olaraq zibil qutularının yanında dayandı. Yevqeniy sağ böyrü üstə uzanıb zibillikdən yığdığı yarımçıq siqaretləri bir-birinin odunda yandıraraq sümürürdü. Tüstü ancaq burnundan çıxırdı. Ərazidə 9 zibil qutusu qoyulmuşdu. Əksəriyyətinin içərisində pişiklər oynaşan zibil qutularına adam yaxınlaşanda pişiklər hiss edib tullanıb qaçırdı. Pişiklərin qəflətən sağa-sola sıçraması ruslar üçün adi idi. Yaxşı bilirsiniz ki, ruslar biz qoyunu sevdiyimiz qədər pişikləri sevir. Onların sevgisi daha qabarıqdı. Azərbaycanlılar qoyunu yataqlarına sala bilmrlər, amma ruslar pişiklə yatıb, pişiklə dururlar.
   
   Yevqeyniyin yaşadığı mənzilin yerindəki ərazidə ucaldılan binada cəmi bir azərbaycanlı ailə yaşayırdı. Evin kişisi bazarda işlədiyindən gecə yarısı qayıdırdı. Bütün ev işləri qadının boynuna düşürdü. Zibil atmaq çöl işi olsa da, qadın bu işi də boynuna götürmüşdü. 15 ildir Moskvada yaşamasına və Rusiya vətəndaşı olmasına baxmayaraq, kişi zibil atmağı aşağılanmaq hesab edirdi. Daim ovcunda sıxıb-saxladığı bəhanəsi də vardı: "Kişi əlində ərzaq səbəti daşıyar, zibil səbəti yox". Qadın hər dəfə zibil atmaq üçün 4-cü mərtəbədən aşağı enib, zibil qutularına yaxınlaşanda elə bilirdi ki, indicə qara pişik onun üstünə tullanacaq. Yəqin uşaq vaxtı belə bir hadisəni yaşayıb ki, yaddaşına əbədilik qorxu həkk olunub.
   
   Yevqeyniy qadının qutuya zibi atanı idi. Onun əlindən zibil səbətini alb qutuya atmaq Yevqeyninin gün ərzində gördüyü yeganə faydalı əmək hesab oluna bilərdi. Bu yaxşılığın əvəzində azərbaycanlı qadın onu ac qoymamağa çalışırdı. Əlinə keçən ərzaqdan oğlu ilə Yevqeyniynin də payını göndərirdi.
   
   Gəlin, zibil qutularının yanında dayanıb, Yevqeyniyə yaxınlaşmaq istəyən qocanı çox gözlətməyək. İşdən gəlib, yorğunluğuna üfunət iyini də əlavə etsək, bunu oxucu bağışlamaz. Elə başa düşər ki, yaşlı adam rus olduğundan ona təcavüz edirik və hirslənib kitabı kənara tullayar. Axı bizim millət başqalarını özündən çox sevmək xəstəliyindən 70 il ?mum SSRİ xəstəxanasında müalicə alıb. Xəstəxananı təmir adıyla tez bağladıqlarındandır ki, 20 faiz ərazimizin erməni işğalında qalmasına illərdir razılıq veririk. Sona qədər müalicə almadı mənim millətim.
   
   Gözünü ağardırsan, demək istəyirsən ki, siyasətə keçməyim? İncidərlər bizi? Qorxma bütün diqqəti bizim qəhrəmanımıza yönəldəcəm. Birazdan bütün dünya ondan danışacaq. Müəlliflər də Allah kimidi: qəhrəmanı yaradırlar və taleyini onun öz ümidinə buraxırlar. Necə bacarır elə də yaşasın. Oxucunu çəkib kənara harda nə söhbət edirlər, harda hansı razılığa gəlirlər öz işləridir. Mənim bir Anar adlı həmkarım var. Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərindəki qəhrəmanı fahişə Təhminədir. Oxucu Təhminəni özünə o qədər doğma bilir ki, əsər yazılan ildə doğulan uşaqların statistikasını aparmışam, əksəriyyətinin adı Təhminədir. Fahişəliyin fəlsəfəsində ana xətti ögeylik təşkil edir. Fahişə hamının oldğu üçün kimsəyə doğma sayılmır. Təhminə Anarın oxucularının doğmasıdır. Lap elə "Axırıncı aşırım" filminin qəhrəmanı Qəmlo. 1990-cı ilin sonuna qədər Qəmlo tamaşaçının nəslini, kökünü qıran düşmən idi. 90-dan sonra Qəmlo tamaşaçının nəslində, kökündə ən doğma adama çevrildi.
   
   Zibil qutularının yanındakı rus kişisi də Yevqeyniyi əvvəl terrorçu bilmişdi. 30*40 ölçüdəki çərçivədən boylanan uşağın belinə partladıcı maddə sarınmadığını milislərin araşdırması nəticəsində başa düşəndən sonra isə onu qucağına götürüb BOMJ-un yanını kəsdirmişdi. Uşağı tanıyırdı, Yevqeyniyi isə yox.
   
   Qonşu olmuşdular. Xatirələri yada saldıqca gözlərindən ötən kadrlar bir-birini arxada qoyurdu. Yevqeyniy cəld ayağa durub kişinin çiyinlərindən tutaraq, gözlərini gözlərinin içinə necə zillədisə, orda, lap dərinlikdə balaca oğlanın sürdüyü üç təkərli velisoped dayandı. Uşaq ağlayırdı. Sifəti yaxşı seçilməyən bir nəfər velisopedin arxa ramasından tutub saxlamışdı. Uşaq pedalı hərləməyə çalışır, amma alınmırdı. Qışqırıq səsi get-gedə ucalırdı. Sanki arxadan təpiklə vurulub 3-cü blokdan maykada çölə atılan müqəvvaya oxşayan kişi uşağın üstünə necə şığıdısa, balaca şalvarına işədi. Əvvəl sillə, sonra təpik, ardınca söyüş... Uşaq top kimi diyirlənib ikinci zibil qutusunun yanına düşdü. Daha ağlamırdı, hıçqırırdı. Velisopedin ramasına yapışan əl velisopedlə birlikdə müqqəva kişinin boyunca qalxıb elə o hündürlükdə açıldı. Velisoped müqəvva kişinin dizinə dəyib yerə düşdü. Müqəvva kişi heç bir müqavimət göstərmədi, eləcə gözü kölgəli adamlar kimi, başını aşağı salıb susdu.
   
   Həmin blokdan, elə həmin sürətlə ətli döşləri ağ kətan köynəyindən göz çıxaran qadın özünü bayıra atdı. Bir əli ilə velisopedi götürüb, o biri əli ilə müqəvva kişinin sinəsindən arxaya itələmək istəyirdi ki, velisopeddən yapışan əl qolundan tutdu. Əvvəl bərk sıxdı, sonra barmaqlarını boşaldıb, qadını ayağa qaldırdı. Vəhşi kimi sinəsinə çəkdiyi qadının döşlərinin arasından öpəndən sonra onu müqəvva kişiyə doğru itələdi. ?zü isə dördüncü bloka tərəf getməyə başladı. Blokun ağzına çatanda geri dönüb dedi: "İdite k çortovoy materi"...
   
   Yevqeyniy gözlərində film göstərən kişinin qolları arasından şəklini çəkib çıxaranda artıq titrlər gedirdi. Hərifləri oxumaq olmurdu. Diqqətlə baxanda bu hərflər baş daşına çevrilirdi. Baş daşının ayaqları da vardı. Yevqeyniy ayaqlı başdaşılarının tullana-tullana 3-cü bloka doğru getdiyini, bloka çatan kimi əriyib yox olduqlarını gördü.
   
   Hər şey aydın idi. Ona gözlərində film göstərən kişini də tanımışdı. 4-cü blokun 21 saylı mənzilinin sakinini Yevqeyniy uşaq olanda günortadan sonra evlərində tez-tez görürdü. Düzdü, onda belə qarın buraxmamışdı, amma belə duruşu, belə baxışı həminkiydi. Saçının tellərini 11 il öncə sayan olsaydı və həmin sayıcı funksiyasını indi davam etdirsəydi eyni nəticə ilə qarşılaşacaqdı. Evlərinə tez-tez gələn qonşusuyla rastlaşandan və onu evdə anasıyla birgə qoyub həyətə düşəndən, həyətdə özünə yer tapa bilməyib evə dönəndən sonra Yevqeyniyin qarşılaşdığı nəticə də eyni olurdu. O, azərbaycanlı olsaydı, nəticəni dəyişə bilərdi, yaxud dəyişməyə cəhd göstərərdi. Hər dəfə qapını açıb, anasının çıxardığı eyni səsləri eşitməməyin üç yolu var: qətl; ataya xəbər vermək; evdən baş götürüb getmək. Birinci yol Şərqdən gəlir, ikinci yol Qərbdən. Yevqeyniy üçüncü yolu seçdi-Şimal yolunu. O, yoxa çıxdığı ilk günlərdə valideynləri narahat olsa da "Yevqeyniyi görməmisiz" klassik sualı ilə bir-iki qonşunu narahat etməklə axtarışları sona çatdırdılar. Dəhlizə açılan giriş qapısının küncünə yığılan araq şüşələrinin sayı çoxaldıqca Yevqeyniy itgisi adiləşirdi. Ərlə-arvad eyni stol ətrafında oturub içməzdi. İçmək üçün stol arxasında oturmaq vacib deyildi. Hər ikisi harda, necə gəldi, "zakuska"sız içmək vərdişinə çoxdan yiyələnmişdi. İşə bax e, Yevqeyniyin ailəsi pərən-pərən olmasaydı, qəhrəmanımız - Azərbaycanın paytaxtı Bakının Abşeron rayonundakı kiçik kəndin həyətlərindən birində ərik ağacnın altında oturub planını həyata keçirmək üçün detallarla əlbəyaxa çıxan bədbəxt oğlu bədbəxt həmin ailədən nümunə kimi istifadə edərdi. Yevqeyniyin ailəsində çatışmayan nifrət hissinin qalmasıydı. Sevgiyə zaman özü teror etmişdi: arvadın xəyanətləri atanı müqəvvəya döndərmiş, oğulu isə evdən-eşikdən soyutmuşdu. Bədbəxt oğlu bədbəxtin işi asanlaşırdı: təkcə nifrəti yoxa çıxarmaq lazımdır. Heyf, alınmadı. Mən artıq romana başlayanda Yevqeyniyin valideynləri ruha dönmüş və (ata vərəmdən ölmüşdü, ananı həyət qapısının üstündə küləyin bir-birindən ayırdığı işıq naqillərini birləşdirəndə elektrik cərəyanı vurmuşdu) qəhrəmanımın təcrübə sahəsi olmağa ən layiqli məkanı Moskva meri Lışkov kürütdürmüşdü.
   
   Anasından çıxan səslər Yevqeyniyin sevgi hissini ayağını-ayağının üstunə aşırıb şelləndiyi küncdən dartıb kökündən çıxarmışdısa da toxumlayan sevginin toxumlarından bir neçəsinin düşüb yerdə qaldığından 11 yaşlı uşağın xəbəri olmamışdı. Toxumlar cücərmiş, gülün ətri Yevqeyniyin ağızından çıxıb daxilini sarmış, onu arxasınca sürüyə-sürüyə 11 il yaşadığı məkana gətirmişdi. Gözlərində film göstərən kişinin əli uzun idi, hər yerə çatırdı. ?ç nəfərlik ailənin içinə soxulub oranı darmadağın edən adam üçün bir nəfərin daxilində bitən sevgini qopartmağa nə vardı... Yevqeyniyi o günlərə qaytarmaq kifayət edirdi.
   
   
Ceyhun MUSAOĞLU ceyhunmusaoglu@mail.ru
Oxunub: 335
AKADEMİYA AzTV-nin UĞURUDUR (176)
Boğazımızdakı çatıdan Facebook-un çatına (240)
"İstəyirəm xalqım, dövlətim üçün yararlı vətəndaş olum" (284)
Turan İbrahimov: "Harasa bağlı olan şəxsin fikirlərini səsləndirməyə qadağa qoymaq söz azadlığına zərbə deyil, əksinə, vətənin azadlığına təkandı"
Ürəyinin qanı ilə... (266)
Bütləri dağıdan söz adamı (415)
Devizin bu şüar olsun: dərd gülüşdən qorxur!
Dedi, elədi, göstərdi! (298)
"Azərsun Holdinq" Şirkətlər Qrupu Biləsuvardakı zavodun sirrini jurnalistlərə açdı
Biz dəliyik (463)
Hara gedirsən, burda uzun müddət yaşamağı bacardığın üçün doğrudan dəli biləcəklər orda səni, Rey!
Dincəlmək istəyirəm (466)
Qulaqlarımdan paravoz səsi çəkilmir
Minnətdarlıq reportajı (457)
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi 14 jurnalistlə Qubada
Siz onlara borclusuz, biz də sizə (643)
"Borcumuzdur bu ehtiram" kitabının müəllifi Qəzənfər Paşayevə
Bahar şəxsən gəlmişdi (617)
Qarşınızda başımı yerə soxuram! (799)
Adam ya yeyər, ya vuruşar - nonses: türk ikisini birlikdə edir
Türk yuxuda daha möhtəşəmdi (858)
Bir gün səndən mütləq soruşacaqlar, türk kimi, niyə rəzilliklərin qarşısında susurdun, deyərsən ki, görməmişəm, yuxuda olmuşam
Qazancımız başımıza dəysin (720)
Dünən bildim, faciə aktualdı
Regionlar: Hardan belə? Hara belə? (556)
"Avatar"ı bəyənməyənlərə (584)
Azərbaycanlının kinosunda həyat yoxdu, həyatı isə başdan başa kinodu
"Şöhrət"dən dəhşətə (679)
Yanvarın 26-da sevinən naziri iki gün sonra kədərləndirən faciə təsadüfdürmü?
Hər yer Xocalı, hər gün işğal (662)
Vağzal adamları (487)
Yolçu qürbətə uzanan yolun başlanğıcında peyğəmbər kimi məsum, ortasında döyüşçü kimi sərt, sonunda fərari kimi qorxaq olur
Mənim ilim (249)
"Ağdamı dünyanın ən varlı şəhərinə çevirəcəyik!" (280)
Rayonun yeni icra başçısı Nizami Sadıqov: "Mən bilirəm insan necə yaşamalıdır. Başqasının azadlığına toxunmadan, başqasını özündən narazı salmadan"
Belə olub həmişə (313)
Üç dəfə ölən, hazırda diri olan sehrkar (377)
Tofiq Qarayev: "Bilmirəm bu xalqa necə sübut edim ki, Tofiq Qarayev sağdı?.."
40-da həyəcanlı, 45-də sakit adam (366)
Təkziblərin ən orijinalı (368)
Ermənilərə bax e, peşəkar yazarı Mədəniyyət və Turizm Nazirliyi yanında utandırdı
Sevinmək istəyirsənsə, sevindir (422)
Nəsimini öləndən sonra mərmər saraya salıb, təslim etdilər
Sənə düşən heç nə yoxdu (542)
10000 manatı götürüb qaçmayın! (502)
400 manat demisiz, niyə 255 manat vermisiz?
Bəyaz rəngdədir Lent.az (366)
Sizi izləyirik, Vüsalə Mahirqızı. Sizi gözləyirik, Qabil Abbasoğlu
Yevqeniy necə BOMJ-a çevrilib... (335)
("Yarı sevgi, yarı nifrətdi adamlar"ın davamı)
Yarı nifrət, yarı sevgidi adamlar (425)
Nə qədər ki, insanlar məhəbbət və nifrət hisslərini qoruyacaq, əbədi yaşaya bilməyəcəklər
5000 manatlıq nümunə (471)
Yardım evdən çıxmış, mənzil başına çatmamışdır
Bədbəxt oğlu bədbəxt (522)
Doğulmamaqdır doğulmaq (590)
Qəzetlər nə gündədir... (340)
Kimdir günahkar: oxucu, yoxsa yazar?
Utanmıram - hələ də yaşayıram (714)
Niyə şərait yaratdız axı biz Neft Akademiyasını bitirdik, Rafiq müəllim?..
SƏN HƏMİŞƏ BİZİMLƏSƏN (551)
UZUN GECƏ... (425)
(Olmuşlar və olacaqlar barədə hekayəvari)
Sən nə ilan adammışsan ə, Lal Hüseyn (481)
Getmədiyimiz Qars səfərindən Ərdoğan kantatası
Cəmi 3 saat AzTV-də (470)
İki il qalaq-qalaq yığılan dezinformasiyaları 120 dəqiqəyə darmadağın etmək olarmış
Zibilin çıxarmışıq (538)
Xəbər var ki, eşitmək olar, eşitdirmək yox
AKADEMİYA AzTV-nin UĞURUDUR (125)
TANIYA BİLMƏDİKLƏRİMİZ... (492)
Bizi onları tanımağa "tənqidi jurnalistika" qoymur
İnsan yaşamadıqlarını yazmalıdır (560)
Biz hamımız Viktor Hüqonun canlı və şanlı qəhrəmanlarıyıq
İmzalı İmzasızlar (583)
"Azad söz"ün ölən ruhuna salavat zikr edək
Robot əxlaqı (619)
Elektron nəzakətin arxasında murdarlıq gizlənir...
Dünyanı uşaqlardan həmişəlik aldıq (523)
Birgünlük həmrəylik olmur (619)
"Böyük Dayaq"Xeyriyyə İctimai Birliyinin dünya azərbaycanlılarına qeyri-ənənəvi müraciəti
Bəxtəvər "İrəli"nin başına (559)
"Dalğa"çılara: İran səfirliyinin qarşısında artistlik eləməkdənsə, "İrəli"nin meyidini sərdiyi problemləri basdırın
Kor olsun görən gözlər (675)
KAMAL ABDULLANIN "HEKAYƏLƏR"İNƏ HEKAYƏ
Girəndə ayaqqabılarınızı çıxarın (656)
Biz vətənə orda doğulduğumuz üçün yox, orda yaşadığımız üçün hörmət edirik
İkinci olmaq istəyən birincilər (585)
Adamı yandıran da budu
Özlərini söndürənlər (607)
Tüstülənən arzu (679)
İTV-ni yaratmışıq, yaşatmalıyıq (582)
Meşədə əbədi azmaq (585)
Heyf ki qayıdacam (715)
Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər
Niyə adam tıxacı yaradırsız? (661)
Sezen Aksunun eşqinə
Gözünüz üstümüzdə olsun, avropalılar (707)
Avropa Şurası Azərbaycan ofisinin rəhbəri Veronika Kotek və danimarkalı həmkarımız Henrik Hansenə sevgilərlə
Qatar Biləcəridə saxlamayacaq (672)
Hara yaxınıq, hardan uzaq? (642)
SÖHBƏTDİ DƏ, ELƏYİRİK
Get saqqızını çeynə, oğlum (659)
Allaha sığınmaq lazım deyil (583)
SÖHBƏTDİ DƏ, ELƏYRİK
Don Kixot olmaq arzusu (664)
İradə Tuncay bu arzunu da mənə çox gördü
Bomba klip (651)
Dıqı-dıqı-dıqı-dıqı-dıqı, a- zad A-zər-bay-can...
NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz (645)
NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz
Başqa Əkbər yox, Azadlıq Əkbər (699)
Ceyhun Musaoğlunun təqdimatında
Siz hələ də varsız?! (704)
Boşluğun təntənəsi (652)
Evinizə cinayətkarın soxulmasını istəmirsizsə, televizorunuzun ekranından dəmir barmaqlıq asın
TOXAM DAA, YEMİRƏM! (781)
Əsas odur ki, Bahar şəxsən gəlmişdir (858)
Jurnalistlərin azadlığı Baharımıza qurban
Qaça-qaça yaşayıram (666)
Seyidlərin alqışı qarğışa, qarğışı alqışa oxşayır
Evimdə cinayətkar böyüyür?! (683)
Murdar qocalar (767)
Başlamadan bitən kino?! (911)
NƏSİLLƏRİN "ƏDALƏT"Lİ SAVAŞI
Hakimiyyət yaltaqlığa "YOX!" dedi (966)
Ancaq qəza namazı (605)
ALQIŞ HƏSƏNOĞLUNA ALQIŞ (437)
HƏMİN HAVADI (273)
Bilmək olmaz komsomolun güllələnməsinə saz çalan aşıqın canı it canıdır, yoxsa komsomolun?!
Kafka azərbaycanlı olub (222)
CIRILMAQ QƏZETLƏRİN, SÖNDÜRÜLMƏK TELEVİZİYALARIN HAQQIDIR (221)
Şərəf duymaq ehtiyacı (203)
ÇÖLDƏ QALMIŞLARDANIQ (207)
MƏN KÜÇƏ UŞAĞIYAM (254)
At-a Ət yedirənlər (238)
Lənətlənmiş dilək: Dövlətin azadlığı və xoşbəxtliyi naminə hamınızı kimsəsiz görmək istəyirəm
Uç badam bir qoz (247)
Bizə halaldı, haram? (236)
Hələ də azadlıqda olan jurnalistlərin şərəfinə
Qarabağ bizimdir, sizin olacaq (220)
"Bir yalanı bir neçə dəfə danışanda o həqiqət olmur" Fales
Azərbaycan barəsində yazmağa dəyərmi? (197)
Ümumiyyətlə, yazmağa dəyərmi?
Murdar ömrün hekayəti (263)
"Dünyada olmaq hələ var olmaq deyil" Heýel
Cəhənnəmin isti bucağı (275)
Onların devizi: dönən yoxdu, bu ýön olmayacaq, sabah həmişə var! (182)
BƏSDİRİN DƏ, ALƏ (309)
Çıxın pəncərələrə, şaqqanaq çəkib, gülün