Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Bakıda bıçaqlanma hadisəsi
Atəşkəs pozuldu
Arabula iki aylıq cəza
AİB Azərbaycana vəsait ayrılması məsələsinə baxacaq
ERMƏNİ ƏSGƏRLƏR ÜÇÜN TƏHLÜKƏSİZ KEÇİD MƏNTƏQƏSİ YARADILSIN
Göldə çimərkən boğuldu
Metroda növbəti həyəcan
Narkotacir tutuldu
Qazın yeni qiyməti bir həftə ərzində məlum olacaq
Zəminə Əliqızı: "Gələn həftənin əvvəlindən şəhadətnamələr məktəblərə göndəriləcək"
BƏXTİYAR ÖLDÜMÜ?
YOVŞAN QOXUSU
HƏR KİTAB BİR DÜNYADI
""NİYAZİ MƏNİ LEYLİ OBRAZINDA GÖRÜRDÜ""
Azərbaycanda NATO Həftəsi
BMİ-nin Dünya Konqresi keçiriləcək
Hökumətlərarası Şuranın iclası keçiriləcək
Bakıda zəlzələ
Kanalda meyit tapıldı
Ukraynanın müdafiə naziri istefaya göndərilib
Pakistanda növbəti terror
BVF-nin missiyasının Azərbaycana səfəri təxirə salındı
Ağac ana
QIZISANMI
Əllər nağıl danışardı...
"BARSELONA" İBRAHİMOVİÇİ İSTƏYİR
FOQTS MƏĞLUBİYYƏTDƏN SONRA QƏLƏBƏ SÖZÜ VERDİ
NİSTELROY SIRAYA QAYIDIR
KARVALYO "İNTER"Ə KEÇƏ BİLƏR
MÜBARİZ MƏNSİMOV TƏKZİB ETDİ
LAPORTA YENİ TƏKAN İSTƏYİR
Frank Raykaard "Qalatasaray"da
Berluskoninin hərəmxanası
"Ellər məni qınamasın"
Ən yaşlı qadın vəfat etdi
Qətər Mədəniyyət Günləri
YALANÇININ ATASINA MİN TƏSBEH LƏNƏT
GÜNÜN LƏTİFƏSİ
   
GÖZÜN, KÖNLÜN UMDUÜU

Bu televizor pultunun düymələrini nə qədər basmaq, kanalları nə qədər dəyişmək olar?! Heç olmasa, yarım saat, bir saat gözünü, könlünü oxşayacaq, duyğularına sığal çəkəcək, səni günün bezikdirici təəssüratlarından alacaq bir söhbət, musiqi, sənədli və ya bədii film tapmaq ümidiynən edirik bunu. Çox zaman da "əliboş" çəkilirik ekran qarşısından... Həmin axşam bu verilişi tapmağıma sevindim. Bəyəndiyimi, maraqla baxdığımı etiraf etməklə yanaşı, "Azərbaycan xalq rəqsləri" adlanan bu verilişin ("Space") oyatdığı təzadlı duyğulardan da söz açmaq istəyirəm. Bəri başdan deyim ki, çoxlarının dilindən düşməyən "asudə vaxt", "əyləncə", "vaxt keçirmək" ifadələrini hələ özümçün aydınlaşdıra bilməmişəm. Bunu, xüsusən televizor qarşısında oturan kəslərə heç cür aid edə bilmirəm. Məndən ötrü ekran qida mənbəyidi. Öyrədən, zövq verən, yönləndirən, dolğun, mənalı, ləyaqətli yaşam tərzini formalaşdıran, ruhun aclığına son qoyan bir mənbə. Fikrimcə, insan şənlənəndə də, oxuyub-oynayanda da, dinləyəndə də nəsə öyrənir, öyrədir, yaradır, yaşadır. Həm də xəyala dalır, kimlərisə, nələrisə xatırlayır, sevinc, qüssə, həsrət, nisgil qarışıq duyğular yaşayır və yaşatdırır. Rəqslərimizin yaranma, yaşanma tarixindən bəhs edən bu veriliş də məndə həmin axşam qarışıq duyğular oyatdı...
   
   Biz balaca olanda kəndimizdə toyları aşıqlar edərdi. İki-üç gün çəkərdi bu toylar. Hava qaralandan gecə yarısınacan nəfəsimizi içimizə qısıb ortalıqda sümük sındıran cavanlara tamaşa edərdik. İlahi, necə də gözəl oynayırdılar! Yəqin ki, rəqs eləmək qədər cana xeyir, ruhu oxşayan, gümrahlıq və sonda xoş yorğunluq yaradan ikinci bir incəsənət növü yoxdu. Həm də rəqslər oynayanın xarakterini, əhval-ruhiyyəsini çox incə bir şəkildə açıb göstərməyə qadirdi. Çox qaraqabaq, ağzını bıçaq açmayan adamları görmüşəm ki, qollarını qaldırıb ayaqlarını tərpədəndə sifəti işıqlanır, indiyəcən görüb tanıdığın adamdan sanki əsər-əlamət qalmır. Bu sirri, hikməti izah edəcək bir kəsi təsəvvür belə eləmirəm. Oğlanların sifarişlədiyi oyun havasından, mahnıdan anlaşılırdı: hə, deyəsən, bu oğlan eşqə düşüb, ya da, sevdiyi qız bu cavanın elçilərini əliboş qaytarıb. Filankəs filan toyda tək oynayırdı, deyəsən, dostuynan arası dəyib. Hələ çənəsindən yaşmağı düşməyən, çox vaxt da gözlərini yerdən qaldırmadan narın-narın süzən qız-gəlinlərimiz bir ayrı dünyaydı... Bir Güldəstə qarı vardı. Uşaqlıqda gördüyüm kənd toylarını onsuz xatırlaya bilmirəm. Qıvraq, incə, əlli-ayaqlı, əlvan xalı-xalça toxumaqda ətraf kəndlərə də səs salan, həm də ipək kimi yumşaq xasiyyətli, şirindil Güldəstə qarı, təsəvvür edirsinizmi, armudu stəkanla necə rəqs edirdi?! Peşəkar rəqqasələr belə ona həsəd apara bilərdi. Toylarda onu əl-əl axtarar, güclə ortalığa çəkib yarısınacan çay doldurulmuş qoşa armudu stəkanları ovcuna qoyardılar. Elə bil əngin səmada durna süzürdü. Uşaq-böyük nəfəsini də çəkmədən ona tamaşa edirdi...Bir-iki toyda görmüşdüm onun oynamağını. Pərqu üstündə gəzirmiş kimi zərif hərəkətləri, cingildəyən stəkanlarda çalxalanan pürrəngi çaylar hələ də gözümün önündədi... Kim deyir ki, bizim qadınlar avam, zövqsüz olublar?! Yox, sadəcə onları görmək, anlamaq, qiymətləndirmək istəyənlər olmayıb...
   
   
   
    ***
   
   
   
   Ekranda musiqiçilər, rəqqaslar, baletmeysterlər danışırlar. Ağ-qara arxiv kadrları da hələ rəngli televizorlar çıxmamışdan sevə-sevə seyr elədiyimiz konsert proqramlarını bu günümüzə çatdırırlar. Diqqət edirəm: rəqqas və baletmeysterlərin çoxu azərbaycanca güclə danışırlar. Amma vaxtında necə də peşəkarcasına sənət nümayiş etdirirdilər. Deməli, o zaman bu işlərə nəzarət edən ciddi və işgüzar qurumlar fəaliyyət göstərirmişlər. Elə bilirəm, siz də təsdiq edərsiniz ki, o dövrdə incəsənətimiz indikindən qat-qat peşəkar və milli idi. Arxiv kadrları ilə indikilərdə xeyli fərq vardı. Məsələn, zurnaçı "Heyvagülü"nü düz çalmırdı, necə deyərlər, havanı döndərə bilmirdi. Vaxtilə radioda Ələsgər Şəkilinin və şamaxılı Əli Kərimovun idarəsilə zurnaçılar ansambllarının çıxışlarını çox dinləmişəm. Kürdəmirli Həsrət Hüseynovun, lap elə öz kəndçimiz Xanoğlan Bayramovun apardığı toylar hələ də el-obanın dilindən düşmür. Onlar payız gecələrində toy edəndə səs Kür boyunca yayılıb neçə-neçə kəndi bürüyürdü, nağara səsi tuğay meşələrində əks-səda verirdi. İndi bütün çalanları diqqətlə dinləyirəm, onların yerini verən yoxdu. Məncə, bu kifayət qədər narahat olmalı bir məsələdi...
   
   Ən çox qarmonda ifa olunan "Qıtqılıda" adlı bir oyun havası (adını düz yazdığıma şübhəm var) da səsləndi. Onu ifa edən məlahətli, xoşsifət rəqqasənin də oynamağını xoşlamadım. Gülnazın xınayaxdısında ("O olmasın, bu olsun") Münəvvər Kələntərli kimi ağır çəkili aktrisa bu rəqsi daha gözəl və koloritli oynayır.
   
   Yuxarıda qeyd elədiyim kimi, verilişin məqsədi, qayəsi təqdirəlayiqdi. Amma rəqslərin və çalğıların ifası bir tamaşaçı kimi məni qane eləmədi. Bütün narahatçılığım da elə bu səbəbdəndi. Bəs, peşəkarlığın azalmasının səbəbi nədi? Bəlkə gənclərimiz incəsənətin bu növünə daha az maraq göstərirlər? Bəlkə yox, həqiqətən belədi. Toylarımızın bü günkü vəziyyəti hamımıza bəllidi. Bu barədə kifayət qədər yazılıb, deyilib.Təkrarlamaq istəmirəm. Doğrudan da, daha toyxanalarımıza girməli deyil. Bilmirsən, nə oxuyurlar, nəyə oynayırlar. Bizim rəqslərimizdə heç bir zaman bayağı elementlər olmayıb. Şuxluq, naz-qəmzə, zəriflik istənilən qədərdi, amma adamı bezdirmir, yormur. İndi oynayanlara baxmaq istəmirsən. Bir zamanlar "Lambada" deyilən bir rəqs havası yaman zəbt eləmişdi ekranlarımızı, məclislərimizi, hətta toylarımızı da. Çox şükür ki, yaddan çıxdı. Cavanlarımız "Lambada"ya oynayanda düşünürdüm ki, görəsən, bu rəqsin məxsus olduğu millətin nümayəndələri də nə zamansa bizim "Tərəkəmə"yə, "Heyvagülü"yə oynayarlarmı? Təbii ki, yox! Bəs, elə isə, bizə nə düşüb?
   
   Hələ sovet dövründə "Kommunist" qəzetində Seyfəddin Dağlının "Tərəkəmə oyna, qızım" adlı hekayəsi çıxmışdı. O hekayənin qəhrəmanı da iştirak etdiyi bir məclisdə kiçik yaşlı uşaqlarını vals, tanqo oynadan valideynlərə etiraz edir, buna cavab olaraq pianoda "Tərəkəmə" çaldırıb öz qızını bu havaya oynatmaqla cavab verirdi....
   
   
   
   ***
   
   Hər xalqın öz milli incəsənəti, bu incəsənəti fərqləndirən dəyərləri var. Özününkünə xor baxıb başqalarının havasına oynayanların züy tutanı da çox olur və adamı məcbur edirlər ki, onların çaldıqlarına oynayasan. Yad havalara oynayanın öz havasını da yadlar əlindən alır...
   
   
VəsiləUSUBOVA vəsilə-usubova@mail.ru
Oxunub: 443
YEL DƏYİRMANI (94)
APARDI SELLƏR ARANI (157)
Sabirabad boyda "Titanik"
APARDI SELLƏR ARANI... (170)
Bəs özün hardasan, Tanrım?!.
APARDI SELLƏR ARANI... (188)
El sözünün əvvəli və axırı
APARDI SELLƏR ARANI... (220)
Bunun nəyi Xan Arazdı?
APARDI SELLƏR ARANI... (269)
Sel gəldiyi yeri "yandırar"
APARDI SELLƏR ARANI... (231)
Gözəlliyin həddi
XİLASKAR (313)
BORCUNU QAYTAR, DÜNYA (348)
SINIQ KÖNÜLLƏRDƏ NƏ BAHAR, NƏ YAZ... (391)
GERİYƏ BOYLANMASAQ... (416)
QİYAMƏT (452)
QƏMİ SƏN DİNDİRİRSƏN... (529)
XINAYAXDI (600)
SƏNİ NECƏ TANIYIM?! (506)
"DƏMİR LEDİ", YOXSA MƏLƏK?! (517)
BOŞLUQ (517)
DÜNYANIN VİCDANI (487)
"BİZ QALİBİN QƏDRİNİ BİLMİRİK" (557)
SEVGİLƏRİN VAXTI DEYİL... (642)
GÜNƏŞİN GÖZ YAŞLARI (577)
SARI ÇİÇƏKLƏR (599)
KARVAN GETDİ... (421)
Gəlimli-gedimli dünya (204)
... OYATDI MÜRGÜLÜ XATİRƏLƏRİ
YUXU KİMİ... (198)
DARIXANDA... (239)
İMTAHAN (290)
QUYU (239)
PEYĞƏMBƏRLƏR QƏRİB OLUR?!... (227)
TORPAQ PİLLƏKƏN (237)
(Hekayə)
NƏYİ QALIB BU DÜNYANIN?!... (281)
DOĞRUDANMI, ÜRƏYİMİZ BİR DEYİL?!. (294)
"Siyasətsiz düşüncələr" silsiləsindən
ELDƏN AYRI... (344)
GÖZÜ YOLDA... (289)
TARAZLIQ (305)
Onu pozanda bəlkə də Nuhun tufanını yaxınlaşdırırıq?!
...YALVARMA! (332)
İLĞIM (327)
BİR STƏKAN ÇAY (383)
O, bəzən ciyərimiz yananda yox, söz ürəyimizi deşəndə gərəyimiz olur
ÖMRÜN AXDIĞI YERDƏ... (393)
QIRMIZI (440)
SƏKKİZ SAAT (522)
RƏNGİNİ DƏYİŞƏN (545)
MƏNİM O DAĞLARA DÖNMƏYİM GƏLİR... (408)
AĞIRLIQ (376)
CAZİBƏDAR XƏYALLAR (415)
OÜLANLAR ƏSGƏR GEDƏNDƏ... (418)
"BU DA KEÇƏR..." (364)
GÖZÜN, KÖNLÜN UMDUÜU (443)
GƏLƏCƏYƏ MƏKTUB (453)
QORXDUÜUM SÖZ-"HALAL" (446)
ZAMANIN DONDUĞU MƏKAN (437)
18 May - Muzeylər gününə
ONLAR AYRI, BİZ AYRI... (567)
TÖVBƏ EDİRƏMSƏ... (542)
SIĞINACAQ (506)
BU NƏ "TOP" OYUNUDU?!. (575)
SÖZ VAXTI (526)
HƏR ŞEYƏ RƏÜMƏN... (515)
ÇİT DONLU KƏND QIZLARI (572)
BU, QÜRUR YERİ DEYİL... (583)
YAŞAMAQ VƏ ÖLMƏK ŞƏRƏFİ (589)
- Hökmdarım, sənin yanında ölmək mənimçün şərəfdi. - Mənimçün sənin yanında yaşamaq şərəf idi... ("300 spartalı" filmindən)
ÜÇÜNCÜ YOLÇU (565)
EVEREST, VİLSON VƏ... TÜRK DİLİ (649)
BİXƏBƏR (605)
QIRMIZI VƏ QARA (634)
BAŞQA ADAM (646)
3 SAATLIQ NƏFƏS (664)
QUM SAATI (710)
Və... üç nöqtədən sonra
İBTİDAİ DÜŞÜNCƏ (705)
QURBANSIZ (690)
ÜÇ QADINDAN BİRİ... (738)
ÜRKÜŞÜB SONASI, BOŞ QALIB GÖLÜ... (756)
CİDDİ MÖVZU (768)
ÜMİD VƏ QORXU (774)
DÜNƏNİN KÖLGƏSİNDƏ (803)
AĞ YOL (746)
"LUÇANO" - GÖZƏGÖRÜNMƏZ ŞÜA DEMƏKDİR... (737)
AG VƏ QARA (743)
KÜTLƏ (779)
"SƏDAQƏTLİ OLMAQ QANIMIZDADI..." (728)
KİTABXANAYA GETMİŞDİM... (764)
TƏSƏLLİ (738)
DÜNYA ƏZƏLDƏN BELƏYMİŞ... (770)
YAZIQLIQ (765)
KƏNDİMİZİN "RUSDİLLİ" QARILARI (763)
ATA EVİ (766)
(nisgil)
ÇAY PULU (778)
ALLEN DALLESİN NƏVƏLƏRİ (788)
YADDAŞ AĞRISI (767)
YOLUMUZ HAYANADI?! (809)
BİR CƏBHƏDƏ İKİ TALE (769)
ÇƏRÇİVƏ (813)
DÜNYA, MƏRHƏMƏTLİ OL!.. (784)
KƏNDİMİZƏ DÖNƏK... (770)
KÜÇƏMİZİN BAYRAMI (782)
NƏ QƏDƏR Kİ, O DAŞ UÇUR,.. (769)
YERİNİ TAPMAYANDA... (769)
SÖZ ARDINCA... (774)
ÇÖRƏK VƏ FƏLSƏFƏ (740)
YALANLA BAŞLANAN AY (852)
İRƏVANLILAR (787)