Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
İsrailin yeni səfiri iyulda gələcək
HƏSRƏTİN AĞIR YÜKÜ
AD MƏSƏLƏSİ
3 övladı olan ailəyə mənzil hədiyyə edildi
ƏLİQİSMƏT LALAYEV: "MUSİQİLİ KOMEDİYA TEATRI TAMAŞAÇILARIN ƏN ÇOX SEVDİYİ SƏNƏT OCAÜIDIR"
"Oskar"lı milyonçu evsiz qalıb
71 yaşlı kişi araq əvəzinə turşu içib öldü
ANÇELOTTİ YERİNİ DƏYİŞƏ BİLƏR
"XƏZƏR LƏNKƏRAN"DAN "FƏNƏRBAĞÇA"YA...
"QIRMIZI ŞEYTANLAR"IN SIRASINDA YENİ BRAZİLİYALI
ALTINTOP YENƏ ZƏDƏLƏNDİ
KUAREJMO GERİ GÖNDƏRİLİR
AZƏRBAYCANLI HAKİMƏ YENİ TƏYİNAT
KRKİÇ İNGİLTƏRƏDƏ OYNAMAQ İSTƏMİR
ROBERTO KARLOS KAKAYA MƏSLƏHƏT VERDİ
"Eurovision-2009"-un finalında çıxış ardıcıllığı məlum oldu
Kirkorov münsiflər heyətini tərk etdi
Röyadan məzunlara böyük endirim
Eldar Mansurov: "Aysel özünü itirdi, Araş isə sərbəst oxudu"
GÜNÜN LƏTİFƏSİ
¹ 65 (423)
   
PANİKA

Təşviş sözü bir az "təftiş"ə oxşayır, həm də "panika"nın tam mənasını vermir. Qorxu, həyəcan, əl-ayağa düşmək də müxtəlif çalarlarda panikaya yaxın olsalar da, yenə tam deyil. Bir az bizim incidiyimiz, bir az da bizdən incik olan türk qardaşlarımız da bu sözü "panik" kimi işlətdikləri üçün məni ruspərəstlikdə günahlandıracağınızdan qorxmadım və başlığı elə məhz "panika" yazdım. Müxtəlif sahələrdə düşdüyümüz və salındığımız panikalar haqda sırf subyektiv fikirlərimi yazmaq fikrindəyəm.
   Məlumdur ki, siyasət hətta siyasətçilərin özü üçün də sirli, mübhəm, müəyyən məqamlarda qaranlıq yerdir. Ona görə də siyasətçilərin konkret suala konkret cavab verməməsi, sözü fırlatması, nəzərdə tutduğuna sərf eləyən tərəfə yönəltməsi, yalançı sirr blefi yaratmaq cəhdləri öz aralarında yaxşı qəbul olunur və nə qədər nala-mıxa çox vura bilsən, səni o qədər yaxşı siyasətçi sayacaqlar. Dünyada ad çıxarmış "ingilis siyasəti"nin də məğzi ingilislərin hər şeyin üstünə duman buraxması, sadəni mürəkkəbləşdirməsi ilə bağlıdır. Sözgəlişi onu da deyim ki, ABŞ əhalisinin böyük əksəriyyəti ingilisdilli və ingiliskökənlidi, dövlət dili də ingilis dilidi. Özünü sadəlövh, fikrini birbaşa deyən kimi göstərən ruslar da "dovşanı araba ilə tutmaqları" ilə özlərinin çox bic və hiyləgər siyasətçi olmalarını sübut edirlər. Və biz də bu iki ciddi siyasətçinin oyununa düşmüşük, sırf panikadayıq.
   Türkiyənin Ermənistanla sərhədləri açması, "Yol xəritəsi" planında Dağlıq Qarabağın işğalı ilə bağlı məsələnin göstərilməməsi... doğrudan da böyük siyasi oyun idi və panikaya düşməyimiz də təbii idi. Hətta indinin özündə, məsələlərin kifayət qədər çözüldüyü məqamda belə müəyyən narahatlıqlar və qeyri-müəyyənliklər hələ də mövcuddur. Bunu müdrik siyasilərimiz dünya siyasəti çərçivəsində uğurla həll edəcəklər. Mən şahid kimi redaksiyada bir neçə yazarı da misal göstərə bilərəm ki, bu söhbətin lap əvvəlindən bunun göründüyündən, ortada olandan daha böyük oyun olduğunu və indi alınana gətirəcəyini proqnozlaşdırmışdım. İndi də tam siyasətsiz, açıq, lüt söhbət eləyim.
   Qardaşım, Ermənistanın Rusiyanın forpostu, vassalı, əlaltısı, tulası, hər nəyi istəsəniz ondan olmasını siyasətsiz-filansız hamınız bilmirsiniz? Yoxsa bu, amerikalılar, türklər, elə rusların, ermənilərin özləri üçün gizlindir? Türkiyənin də ABŞ-ın müttəfiqi, NATO-nun üzvü olması sirr deyil, düzdür? İndi hansı məntiqlə Türkiyə və Ermənistanın öz istəyi ilə, sərbəst şəkildə sərhədlərini açacağına inanırsınız? Bəyəm Rusiya bilmir ki, sərhədlər açılarsa Ermənistan faktiki olaraq onun əlindən çıxır? Bəyəm Türkiyə bilmir ki, elə istəyən kimi Ermənistanla sərhədləri açırsa həm Rusiya onunla düşmən olar, həm Azərbaycanı bir müttəfiq kimi itirmiş olar, əvəzində isə ac erməni kütləsi qazanmış olar? Guya Türkiyə bilmir ki, sərhədləri açmaqla Avropa İttifaqının qapıları yenə onun üzünə bağlı qalır?
   Türklərin yaxşı tacir olmaları da gizlin deyil və sərhədlərin rəsmi açılıb-açılmamasından asılı olmayaraq onların Ermənistanla ticarət əlaqələri var. Və bundan qətiyyən inciməyə dəyməz. Ən azından, təkcə ona görə ki, Ermənistan bazarlarında Azərbaycan mallarının üstünlük təşkil eləməsini elə ermənilərin özləri də etiraf eləyir. Bizim bazarlarda da vaxtaşırı erməni malları peyda olur. Deməli, ticarət siyasətlə bağlı olsa da, tam ondan asılı deyil. Bəs onda niyə inciyirik? Bəzən Türkiyəni qınayırıq ki, Xocalı faciəsini soyqırım kimi elan eləmir. Adamdan soruşarlar, sənin özünkülər bunu rəsmi qəbul eləyiblər? Bəs onda... Bu məsələlər gec-tez yoluna qoyulacaq. Türkiyə ilə aramızda yaşanan müəyyən soyuqluq da aradan qalxacaq. Amma gərək heç kim sinəsinə döyməsin ki, bizim narazılığımız, çıxışlarımız, etirazlarımız nəticəsində buna nail olundu. Olsa-olsa, bu ancaq köməkçi vasitələrdir, yüngül üstqurumdur. Bazis isə yuxarıda sadaladıqlarım və dövlətlərin öz maraqlarıdır. Bax, ona görə də panikaya düşmək lazım deyildi və deyil.
   Həftə sonu adətən zarafatlı, yumorlu yazılar işləməyə üstünlük verirdim. Bugünkü mövzu standartlardan və mənim maraqlarımdan tamam qıraq oldu. Bu yerə qədər yazdıqlarımı oxuyub az qala özüm panikaya düşəcəkdim. Amma yazılana pozu olmadığı üçün olanı saxlayıb davamında öz manerama qayıtmaq istəyirəm. Əslində elə bu da panika mövzusunun davamıdı.
   Böhranla əlaqədar möhkəm bir vurçatlasın başladı ki, ay aman, Bakıda evlərin qiyməti düşdü! Biri dedi 10 faiz, o biri dedi 15 faiz, üçüncü dedi ki, inşaat mallarının ucuzlaşması ilə qiymətlər bir az da düşəcək... Əvvəl dedim indi hamı sözün yaxşı mənasında cumacaq bazara ki, ucuz vaxtı alım, sonra mənə qalmaz. Sonra gördüm yox, qadasın aldığım millət burada panikaya düşmədi, əksinə, oturub gözlədi ki, qoy bir az da ucuzlaşsın. Bazarda durğunluq başlandı. İndi təzə bir ajiotaj başlayıb. Xırda-xırda şayiələr buraxırlar ki, payızda evlərin qiyməti qalxacaq, ipoteka kreditləri verilən kimi qiymətlər kəlləçarxa çıxacaq, daha nələr. Millətin əksəriyyəti yenə panikaya düşmür, bilir ki, bu da növbəti antireklamdır. Və hamı da artıq gözəlcə bilir ki, çox vaxt antireklamın təsiri reklamınkından daha güclü olur. Yəni elə indi də pulu olan adamlar o qədər sadəlövh deyillər ki, hurrey-hurreyə düşüb əlindəkini ev almağa versin. Amma məni narahat eləyən bir az başqa məsələdi.
   Elə bil bəzi dövlət məmurları evlərin qiymətlərinin düşməsi ilə qətiyyən barışa bilmirlər və olanlara açıq şəkildə təəssüflənirlər. Əslində, məntiqlə belə çıxmalıdır ki, evlərin qiymətlərinin düşməsi əsasən bu bizneslə məşğul olanları narahat etməli, onları qayğılandırmalıdır. Alıcı isə ucuzluqdan məmnun qalır. Və sözsüz ki, alıcının sayı satandan çoxdur. Deməli, məmnunlar çox olmalıdır. Və deməli, belə çıxır ki, dövlət məmuru narazılar siyahısındadısa, o, alıcı yox, satıcı rolundadır. Özü də belələri bir deyil, iki deyil, az qala məmurların yarısı qədərdi ey. Yenə o sarsaq sual otaya çıxır: bəs onda...
   Yenə də böhranla əlaqədar ərzaq mallarının da ucuzlaşması əslində alıcını sevindirməli, satıcını kədərləndirməlidir. Mənim tam sadəlövh və diletant düşüncəmlə sıravi vətəndaşı inflyasiya anlayışı narahat eləməlidir, yəni pulun qiymətdən düşməsi, malların bahalaşması. Amma deflyasiya, yəni malların qiymətinin düşməsi, pulun qiymətinin artması sırf bu işə cavabdeh olanların qayğısını çəkməli məsələdir. Bizim iqtisadçı alimlər bir yana, adının yanına bir "ekspert" sözü pərçimləyən hər yoldan ötən panika yaratmağa çalışır ki, deflyasiyanı təcili azaltmaq lazımdır və bu işdə sən, mən, o, fəal iştirak eləməliyik. Niyə, balam, xeyir ola? Mən çalışmalıyam ki, qiymətlər artsın, güzəranım bundan da pis olsun? Həkim mənə banan yeməyi qadağan eləyib. Amma mən dilxor olmamalıyam ki, niyə Rusiyada bizim pulla 1 manata, Avropada 90 qəpiyə olan banan bizdə 2 manatadı? Xurmanın, almanın, baş soğanın bahalaşmasını elə fəxrlə elan eləyirlər ki, elə bil hamısı xurma əkib-becərir...
   Hələlik adı açıqlanmayan bir vətəndaş əlində sənəd gəlib ki, Nərimanov rayonu 17-ci polis bölməsi oturduğu binanı boşaltsın. Çünki bu yer onun mülkiyyətidir. Sənəddə göstərilib ki, 1993-cü ildə bu yerə qeydiyyat vəsiqəsi həmin bu adamın adına verilib. Polis başlayıb müdafiə olunmağa ki, ay vətəndaş, axı prezidentin 1993-cü il 63 saylı fərmanına görə ("Özəlləşdirmə haqqında"qanun qəbul olunana qədər, hansısa obyekt özəlləşdirlə bilməz), sənə belə sənəd verilə bilməzdi. Adam deyib budey, verilib ki! İş gedib çıxıb Daxili İşlər Nazirliyinə, verilib məhkəməyə. Sonra da çox maraqlı bir hadisə baş verib; hakim Elşanə Bağırova qeydiyyat vəsiqəsini qüvvədə saxlayıb. Daha sonrasını, yəni işin apellyasiya məhkəməsinə verlməsini, nəticəsinin gözlənilməsini yazıb başınızı ağrıtmaq istəmirəm. Əsas odur ki, mənim dediklərimin əksinə olaraq, bu yerdə panikaya düşməyə ehtiyac var. Əgər polis şöbəsinin yerinə iddia edirlərsə, sən, mən, Qasım sabah yerlərinə sahib çıxsalar nə deyəcəklər, kimə şikayət edəcəyik?..
   
   
Oqtay SALAMOV ogtaysalamov@rambler.ru
Oxunub: 413
ƏDALƏT taleyimizə yazılıb (100)
MƏN DEYİRƏM DƏMDƏN-DƏMƏ (245)
Sən deyirsən damdan-dama
MƏSƏLİ BİZİMKİLƏRDƏN UZAQ (238)
BÖHRAN (241)
HİTLER ŞEYTANLA MÜQAVİLƏ BAĞLAMIŞDIMI? (317)
ZİBİLİZASİYA (349)
GET BANANINI YE (363)
ÖZÜMƏ VƏ ... MESAJ (400)
HƏLƏ MƏNİ QƏBUL EDƏRSƏNMİ? (452)
Vladimir Vısotski ölümündən bir gün əvvəl Marina Vladiyə yazmışdı: "Mən tərgitmişəm. Sən hələ məni qəbul edərsən?"
İŞ TƏRS GƏTİRƏNDƏ (477)
Atalar deyirdi ki, xəşil də diş sındırır
DƏRDİN DƏRMANI, YOXSA DƏRMANIN DƏRDİ... (586)
ALLAH AĞIL VƏRSİN... (520)
Əslində bakılılar bir az da yaxa-yaxa deyirlər: "Əlləh əğil vərsin"
ADDIMLAR (483)
QIRIQ-QIRIQ FİKİRLƏR (463)
AĞILLARI BAŞDAN ÇIXARAN ŞƏKİL (496)
MƏN BİLDİM, SİZ DƏ BİLİN (508)
XXI ƏSRDƏ HALALLIQ? (571)
ATHAATDI (538)
BUQƏLƏMUNLAR (361)
ÖKÜZ GETDİ, PƏLƏNG GƏLİR (230)
Və ya dəqiqənin hökmü
MUZ, YOXSA MIZ? (205)
Səbrsizlər yazını aşağıdan oxumağa başlaya bilərlər
SOYMAQ, SOYUNDURMAQ SÖZLƏRİNİN KÖKÜ SOY DEYİLMİŞ (282)
HARDA MÜSƏLMAN GÖRÜRƏM... (276)
BARMAĞIN TALEYİNİ GÖSTƏRİRMİ? (340)
OLANDA BELƏ DƏ OLUR (319)
ÖZÜNÜZÜ ALDADA BİLİRSİNİZMİ? (248)
DEYƏSƏN DÜNYA DÜZƏLİR AXI (440)
BU NƏYDİ, ƏƏ?.. (495)
DADI QAÇAN SÖHBƏTLƏR (346)
SAĞSAĞAN ÇIĞIRTMASI (356)
"DİFFAMASİYA" QANUNU QƏBUL OLUNSAYDI... (306)
Yazının adını "SƏRSƏMLƏMƏLƏR" qoyardım
ORDU SƏNİN, ORDU MƏNİM, ORDU ...HEÇ KİMİN? (357)
QAYĞINIZA ... ÇOŞQA KƏSİM (380)
Və ya sındırın o güzgggünü ki, sizi eybəcər göstərir
TƏZƏ BAZARIN KÖHNƏ NIRXI (384)
Tərəqqi dala olur, yoxsa qabağa?
KİM NƏYİ BACARIR? (383)
PANİKA (413)
"YÜZ YAŞAMAQ" MÜMKÜN DEYİL (395)
Allah yazsa da, bəndə imkan vermir
"NÖMRƏ 775, NA VIXOD" (416)
Çıxmayanı doğrayıb çıxarırlar
MİNİMUM, MAKSİMUM VƏ ELƏ AYAĞINDAN (442)
AŞAĞI SAQQAL, YUXARI BIĞ (482)
Bəlkə heç tüpürmək məsləhət deyil?
QULAQARDI (452)
Əgər başqa replikalar olmasaydı sondakı ciddi mövzuya daha ciddi başlıq verərdim. Qurban olsun and içənlərə və "lı"lılara
WEEKEND (461)
Ermənilər bunu da aldadırlar
TÜRKSÜZ VƏ MƏSƏLSİZ (624)
"Əslini danan zatıqırıq olar" məsəlini mən də bilirəm, bəs əsil bizi danırsa?..
QURTDANQUŞ (450)
El arasında hər şeylə maraqlanan, hər işə burun soxan, "əkilməyən yerdə bitən" adama belə deyirlər
DEYİR YAZ GƏLDİ, YAZ GƏLDİ (599)
QARAVƏLLİ (487)
Gələn sözü deməməklə ömürlük kəko qalmaq olar Pəltək ataların sözü
"AH QADINLAR, QADINLAR"... (530)
Arvadı Şekspirə bu cümləni tamamlamağa imkan verməyib
QAPQARA QUTU (530)
Əslində, qutu bəhanədir, məsələləri qutuya salanlar haqda yazı
HAQQ-ƏDALƏT GEC DƏ OLSA ÖZ YERİNİ TAPIR (602)
ALLAHIM, BU MİLLƏTİ ÖZÜN QORU! (569)
ETİRAF (577)
DƏM OLMUŞUQ HAMIMIZ (544)
Əzraili gücləndirilmiş iş rejiminə keçməyə məcbur eləmişik
GƏL-GƏL ÖKÜZ GÜNLƏRİ (660)
Siçandan gül dərmişdik, öküzdən gülab çəkərik
DÜŞÜNMƏYƏ DƏYƏN MƏSƏLƏ (586)
TERAPİYA (657)
BAZARDA NƏ UCUZ?.. (662)
CƏZANIN DOZASI (680)
Cəza verənin kim olması da şərtlərdəndir
İSTİSMAR MÜDDƏTİ (693)
Səninki nə qədərdi, oxucu?
HANSI SAATLA İŞLƏYƏK? (750)
QATIQDAN ZƏHƏRLƏNƏNLƏR VƏ YA QATIQ MƏSƏLƏLƏR (748)
ANLAMAZLIQ MƏRƏZİ (682)
KƏŞFİYYAT MƏSƏLƏSİ (706)
XORUZUN QUYRUĞU (668)
XIRDACA PROBLEMLƏR (712)
Əzizləmə mənasında bunlara problemciklər də deyə bilərik
"MƏNİYNƏN MƏZƏ ÇIRTDADIRSAN?" (674)
Son vaxtlar məzə sözünü çox hallandırırıq
NADANLIQ (645)
Bu, təkcə Nəriman Nərimanovun əsərinin adı deyil
İCTİMAİ QINAQ (692)
Onu nə ilə yeyirlər?
WHO IS WHO? (741)
Yəni, kim kimdir?
TƏCRÜBƏ DOVŞANLARI VƏ DÖZÜMLÜLÜK POLİQONU (729)
BİŞMİŞ TOYUĞUN GÜLMƏYİ (723)
- Bazarda nə ucuz? - Mis ucuz, küncüt ucuz İndi fantastik görünən yanıltmac
NORMAL MÜNASİBƏT NECƏ OLUR? (709)
Söhbət təkcə ünsiyyətdən yox, həm də baxışdan gedir
KEÇMİŞİK QARPIZA (726)
Allah axırını xeyir eləsin
DAŞ-DAŞA, DIRNAQ DAŞA (753)
Biz savaşa, siz tamaşa
KAMPANİYA (726)
... DÜZÜR BOYLANA-BOYLANA (696)
Aşıq mahnısında "üzür", "süzür" ifadələri də var
BU NƏ DEMƏKDİR? (715)
ƏSLİNDƏ SƏRXOŞ YAXŞI SÖZDÜR (685)
"Sər" başa deyirlər, xoş da elə xoşdu. Yəni xoş baş. Boş yox a, xoş baş, bunun nəyi pisdi?
TOY, YAS, XAOS, QURBAĞA, DİNOZAVR (685)
Pah atonnan, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun əhatəsi nə qədər böyük imiş...
YAŞAYANDA EHTİYATLI OLUN (708)
QƏLİZDİ, QAQAŞ, QƏLİZDİ (706)
Stol başından reportaj
DƏQİQLİK (627)
Bizim üçün bu "das in fantastiş"dir
BİHƏYA... BİHƏYA... (774)
Qoymusan ortaya
BİRİ BAZLIQDA, QALANLAR DA... (767)
Qaradan bəd rəng də varmış
AZ VERİRSƏN ARIQLAYIR, ÇOX VERİRSƏN... (805)
Bakıda yaşıl boyanın qiyməti qalxacaq
MƏN ÖZ FİTİMİ TANIYIRAM (749)
"BU SEVGİYƏ İNANIMMI"? (792)
İnana bilmədiyimi danımmı?..
YAZ VAR, QIŞ VAR (900)
Nə tələsik iş var?..
İKİ OD ARASINDA (901)
Soruşurlar ki, niyə tərləmisən
ŞƏBƏDƏ (880)
ZOĞALLAMA (965)
GİRƏVƏ (892)
AĞ QARIN ÜZ QARASI (975)
SOYUQ BAŞIN DÜŞÜNCƏSİ QRİP OLUR (624)
Özü də ən yüngül halda, hələ menengit təhlükəsi də var
QARDAŞ OLUR HAYASTAN - AZƏRBAYCAN? (474)
BU MİLLƏTİN HEYSİYYƏTİ İLƏ OYNADIĞINIZ YETƏR! (495)
GÖRƏK KİM KİMƏ ATDI (434)
BİZƏ YARDIM LAZIMDIRMI? (356)
Və yaxud nikbinlər düz deyir, yoxsa bədbinlər?
BUDUR GƏLDİ BAYRAM FƏSLİ (331)
QANUN KİMƏ ŞAHDIR (342)
Ancaq ona nökər olana, yoxsa...
ADAMI ÇÖRƏKLƏ DƏ SINAYARLAR, LAP ACLIQLA DA (305)