Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Məşəqqətlərdən keçmiş veteran
O, SƏHİYYƏMİZİN DƏ QAYĞIKEŞİ İDİ
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQI İLƏ BİRGƏ YAŞAYIR
ADNA-nın həyətində bədbəxt hadisə
ÜMUMMİLLİ İLDERİN HƏYATI DA, İŞİ DƏ BİZİM ÜÇÜN ÖRNƏKDİR
ƏFSANƏYƏ DÖNƏN İNSAN
KİM DÜZ DEYİR?
"Regional Cavab - 2009" təlimi
Duyğular imperiyası
"Çörəyin qiyməti qalxmayacaq"
ƏRƏFƏDİ, ƏRƏFƏ
"ƏBƏDİYYƏT DASTANI"
HƏR GÜLÜN...
Oktyabrda AKİA-nın konfransı keçiriləcək
Neftin bahalaşması davam edir
DROQBA CƏZALANA BİLƏR
"BARSELONA" HOLLANDİYAYA ÜZ TUTUB
AZƏRBAYCAN MİLLİSİ "ƏLİ SAMİ YEN"DƏ
"BAKI" QƏLƏBƏ ÇALSA...
ADRİANO "FLAMİNQO"DA
BİZNESMEN OLAN FUTBOLÇU
"AYAKS" VAN BASTENSİZ QALDI
MESSİ MÖHTƏŞƏM FİNALIN OLACAĞINA İNANIR
"Qəlbimin şüşəsi Şuşa"
Hadisə jurnalistləri də işə saldı
Azərin Türkiyədə konsert verəcək
Qumbara aşkarlandı
Müəlliməni maşın vurdu
"Gənclik"də bomba həyəcanı
GÜNÜN LƏTİFƏSİ
ÖTƏN GÜNLƏRDƏN BİR XATİRƏ
   
"ƏBƏDİYYƏT DASTANI"
¹ 64 (422)
ƏSRİN HEYDƏR TARİXİ
   
   Dərdi varsa, dərmanı da
   var bu millətin,
   Dərd düşməndən, dərman dostdan,
   güc Haqdan gəlir.
   Onu torpaq yaddaşından
   ayırmaq çətin,
   Güvəndiyi hər na varsa
   torpaqdan gəlir.
   
   El arxası, yer ürəyi,
   yurd dayağıydı,
   Yaddaş adlı bir torpaqdan
   dikəldi Heydər.
   Ona görə arxamızda
   Qafqaz dağıydı,
   Ona görə qəlbimizdə
   heykəldi Heydər.
   
   Haqdan gələn bir işarə
   onun bəsiydi,
   Dövlət qurdu, millət sevdi,
   torpaq saxladı
   O, Tanrının bu millətə
   hədiyyəsiydi,
   Bir kök üstə gör neçə min
   budaq saxladı.
   
   Sinə gərdi yad əllərdən
   atılan daşa ,
   "Yaşa" dedi, "yurdum yaşa,
   torpağım yaşa".
   Ürəyində fırtınalar
   verdi baş-başa,
   sinəsində odu sönməz
   ocaq saxladı.
   
   Hünərini, təpərini,
   hirsini verdi,
   Haqqımızı dananların
   dərsini verdi.
   Dünya ona ən möhtəşəm
   kürsünü verdi,
   qoca tarix qarşısında
   oyaq saxladı.
   
   Bu, tarixdi, hər adamı
   almır eyninə,
   Hər adamı yada salmır,
   yadda saxlamır.
   Dadı alır, dadı verir,
   dəyişir həyat,
   Qoca dünya hər tikəni
   dadda saxlamır.
   
   Bu, tarixdi, birdən-birə
   oxumaq olmur,
   onu gün-gün, saat-saat
   dərd edəcəksən.
   Böyük olan həqiqətə
   açıb qəlbini
   Xırda, cılız fikirləri
   tərk edəcəksən.
   
   Bu, tarixdi, kim yaratdı,
   kim yaşatdısa,
   Yaddaş onun, kitab onun,
   əsər onundur.
   Gələcəyi qucaqlayan
   məhəbbət onun,
   Qılınclardan kskin olan
   kəsər onundur.
   
   Öz tarixim küncd qaldı,
   bucaqda qaldı,
   Oxutdular axtalanmış
   axta tarixi.
   Başı çəkib, gözü görüb
   ağ yalanları,
   Millət daha yaxın qoymaz
   saxta tarixi.
   
   Fikir çaşmaz, dil dolaşmaz,
   agıl büdrəməz,
   Gördüyünü olduğutək
   düz yazan olsa.
   Heç bir zaman tərəzinin
   əyilməz gözü,
   hər zamanın tarixini
   düz yazan olsa.
   
   Nə itirdik, nə qazandıq,
   yıxıldı getdi,
   Bir də gərək yıxılmasın
   qalalarımız.
   Ölməyini istəmirəm,
   şəhid omasın,
   Şəhidliyə hazır olsun
   balalarımız.
   
   Bu, tarixdi, özgələr yox,
   özümüz yazaq,
   Sillah bəlli, səngər bəlli,
   söz bəlli olsun.
   Əsarətin caynağında
   qeyrət olmasın,
   Doğru bəlli, yalan bəlli,
   düz bəlli olsun.
   
   Xeyrimizə işləməyib
   bizdən yazanlar,
   İzimizi itirməkçün
   tarix yazıblar.
   Tarixin də ölümü var,
   soyqırımı var,
   Bizi qətlə yetirməkçün
   tarix yazıblar.
   
   Əsrin Heydər tarixidi
   mənim yazdığım,
   Hər kim yazsa, onun üçün
   şərəf-şandı bu.
   Alim üçün siyasətin
   şah damarıdı,
   Şair üçün ən sınaqlı
   imtahandı bu!
   
   O, həqiqət tarixiydi,
   gün kimi aydın,
   İki əsri qucaqladı
   isti nəfəsi.
   Millətinə yaxından da
   yaxın olanın
   Uzaq-uzaq əsrlərdən
   gələcək səsi.
   
   O, məhəbbət tarixiydi,
   sözlü, nəbməli,
   Hər bazarda təzə açan
   çiçək kimiydi.
   Sevgisində günəş kimi
   Odlu-alovlu,
   Qəzəbində yer titrədən
   şimşək kimiydi.
   
   O, cəsarət tarixiydi,
   cəsur, basılmaz,
   Ordulara qalib gələn
   ordu kimiydi.
   Səxavətdə, bərəkətdə
   torpağı kimi,
   Xasiyyətdə xalqı kimi,
   yurdu kimiydi.
   
   O, qətiyyət tarixiydi,
   yenilməz, mətin,
   Onu millət oğlu kimi
   mərd gördü düyna.
   İldırımlar bir tükünə
   toxunammadı,
   onun polad xislətini
   sərt gördü dünya.
   
   O, şəxsiyyət tarixiydi,
   ucadan-uca,
   Bu dünyanın hər yerindən
   boyu göründü.
   Hansı xalqın övladıdı,
   tanıdı dünya,
   Əsli, kökü varaqlandı,
   soyu göründü.
   
   Tarix idi, tarixləri
   yaxşı bilirdi,
   Çıxartmışdı dərinlərdən
   üzə tarixi.
   Min-min bağlı dəfinələr
   itib-batacaq,
   əgər yazıb-çevirməsən
   sözə tarixi.
   
   O bilirdi nə deməkdi,
   kimlər deməkdi
   Raket əsri, qılınc əsri,
   nizə tarixi.
   Köhnə tarix min illərdən
   Qaynaqlanırdı,
   Zaman ondan başlamışdı
   təzə tarixi.
   Yerişi də, duruşu da,
   danışığı da,
   Kəlmə-kəlmə öyrədirdi
   bizə tarixi!
   
   
Zəlimxan YAQUB
Oxunub: 147
Hadisə jurnalistləri də işə saldı
"Eurovision-2009" mahın müsabiqəsi çərçivəsində Türkiyəni bu yarışmada təmsil edən Hadisə Açıqgözün məşqi və mətbuat konfransı keçirilib.
   Hadisə müsabiqə çərçivəsində səhnədə ikinci dəfə məşq etdiyini bildirib. O, ilk yarımfinal mərhələsinə qırmızı rəngli kostyumda çıxacağını söyləyib.
   "Eurovision" müsabiqəsində iştirakını ən böyük səhnə uğuru adlandıran Türkiyə təmsilçisi bunu həyatı boyu arzuladığını qeyd edib: "TRT kanalından təklif gələn ilk gündən hərtərəfli hazırlaşmağa başladım. Çünki Avropada hər kəs üçün maraq doğura bilmək ən böyük şərtdir. Mən də çalışdım və yenə də çalışıram ki, türk xalqının mənə göstərdiyi bu etimadı yüksək səviyyədə doğrulda bilim. "Eurovision" həyəcanının ikinci dəfə Türkiyədə yaşatmaq istəyirəm".
   "Dum tek-tek" klipi ətrafında söz-söhbətlərə aydınlıq gətirən Hadisə bildirib ki, onlar bu klipdə əsl sənətlə yanaşı, insanların gözünü oxşaya biləcək görüntü nümayiş etdirməyə çalışıblar. O Azərbaycandakı pərəstişkarlarına verdikləri dəstəyə görə təşəkkür edib: "Bu, müddət ərzində Azərbaycandan özümə qarşı çox böyük maraq görmüşəm. Azərbaycandan çoxlu sayda mesajlar, zənglər almışam. Onlar məni dəstəkləyəcəklərini bildiriblər. Bu dəstəyə görə təşəkkür edirəm".
   Mətbuat konfransında media nümayəndələrinə üzərinə Hadisənin adı yazılmış və şəkli əks olunmuş şokoladlar hədiyyə edilib. Mətbuat konfransının sonunda Hadisə "Dum tək-tək" mahnısını jurnalistlərlə birgə ifa edib.
   
TOÜRUL
Oxunub: 137
Azərin Türkiyədə konsert verəcək
Türkiyədə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü qeyd olunacaq.
   Bu münasibətlə sabah paytaxt Ankara şəhərinin Batıkənt qəsəbəsindəki Heydər Əliyev parkında konsert proqramı təşkil ediləcək. Tədbirdə Azərbaycanın tanınmış sənətçisi Azərin çıxış edəcək. Konsertin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, Yeniməhəllə bələdiyyəsi və TADEF-dir.
   Bundan əlavə, qardaş ölkənin Adana şəhərində də Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü qeyd olunacaq. Mayın 11-də Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığıyla keçiriləcək konsert proqramında da Azərin çıxış edəcək. Eyni zamanda "Cəngi" rəqs qrupu Azərbaycan rəqslərini ifa edəcək.
   
TOÜRUL
Oxunub: 154