Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Dünyanın ən nüfuzlu 100 adamı
Buğda və una ƏDV-nin tətbiqini bərpa edildi
Tikinti materialları ucuzlaşıb
Neft daha 15 sent bahalaşıb
Adam
Böyük yazılara kiçik annotasiya
Gənc yazarlar üçün növbəti imkan yaradıldı!
MƏNİM YAZDIÜIM VƏTƏN ŞEİRİ
Səni görmək
SÜKUTDAN ASILMIŞ RUH
YARIMÇIQ...
ZİKONUN NARAZILIĞI YOXDUR
24-CÜ TURUN OYUNLARI
MOTTANIN MÜŞTƏRİSİ ÇOXALIB
Dİ NATALE "UDİNEZE"DƏ QALACAQ
"LİVERPUL" PRANİÇİ ALMAQ İSTƏYİR
KLOZE MƏŞQLƏRƏ BAŞLAYIB
RAYKAARD "MİLAN"A QAYIDA BİLƏR
RONALDO GİQQZƏ ÇATMAQ İSTƏYİR
HƏLƏ AĞDAMLI GÜNLƏRİMİZ VAR...
Xəttin birtərəfli açıq qalma müddəti uzadıldı
Nar Mobile abunəçilərə Xaçmaz şəhərində açılmış yeni Nar Mobile Mərkəzini təqdim etdi
FUADIN İLK UÜURLARI
8 yaşlı qızın nikahı ləğv edildi
GÜNÜN LƏTİFƏSİ
   
GORSUZ ADAM...

Əslində bu yazını dünən yazmalıydım ki, bu gün qəzetimizin oxucuları bundan xəbərdar olaydılar. Çünki sovet dönəmində yaşyan insanlar çox gözəl bilir ki, hər il 1 May günü təntənli surətdə qeyd olunardı və proletariat olan da, olmayan da təzə paltarlarını geyinib çıxardılar zəhmətkeşlərin 1 may nümayişinə. Və kimin nəyə gücü çatardısa elə də kef eləyərdi. Heç nəyə imkanları çatmayanlar da qayıdıb gələrdilər evlərinə. İndiki məqamda belə hesab edirəm ki, bu köşə yazımı 1 maydan bir gün sonra oxusalar da dünya dağılmayacaq. Əksinə 1 Mayda bayramı qeyd edənlər səhəri ayıq başla yazdıqlarımdan xəbər tutsa, daha yaxşı olar. Çünki söhbət proletariatın dahi rəhbəri Vladimir İliç Lenindən gedir.
   
   Lap gənc nəsil bu 1 nömrəli proletarı yaxşı tanımasa da əksəriyyət onun nəşinin hələ də torpağa tapşırılmadığından xəbərdardır. Özü də heç kəs elə düşünməsin ki, Volodya Ulyanov, yəni Lenin öləndə kimlərəsə vəsiyyət eləyib ki, onu torpağa basdırmasınlar. Xeyr. "Prosto" Leninin xətrini dünyalar qədər istəyən Stalin razı olmayıb ki, onun əziz dostu torpağa qarışıb yox olsun. Və bu səbəbdən də demək olar ki, o, yer üzünə gəlib-gedən milyardlarla insanların arasında yeganə şəxsdir ki, goru yoxdur. Bəlkə də elə buna görədir ki, sovet quruluşunun xosunbay olmasını həzm edə bilməyənlər hər sözü işlətsələr də, təkcə onu deyə bilmirlər ki, ayə Lenin, gorun çatlasın.
   
   Bəziləri də deyir ki, Lenin o qədər günahlar işlədib ki, torpaq onu qəbul etməyib. O fikirdə olanlarda var ki, guya Lenin torpağa basdırılsaymış, ondan sonra yeni bir Lenin doğulasıymış. Bir sözlə? o bədbəxt oğlu bədbəxt üçün hər cür söz danışırlar. Hələ özgə millətlər bir yana dursun, urusların özü də get-gedə nəinki onu adam yerinə, heç meyit yerinə də qoymurlar. Mən də bu yazımla MDB məkanında fəaliyyətdə olan kommunist partiyalarına, ümumiliydə bütün dünyanın proletariatına xəbərdarlıq elmək istəyirəm ki, Leninin başında daha ciddi təhlükələr dolaşmaqdadır. Vaxt varkən bir əlac qılsınlar, çünki birdən onun başına bir iş gələr, proloteriat bütün dünyada biyabır olar. Bu gün 1 May nümayişi keçirməyin zəruri olduğunu ispatlamağa çalışan adamlara, proletariat nümayəndlərinə demək istəyirəm ki, öncə o Leninin işini həll edin, sonra bayram davasını edərsiniz, bayram qaçmır.
   
   Urusların hökuməti Leninin saxlandığı o məşhur mavzoleyə dövlət büdcəsindən verilən paraları yavaş-yavaş azaldır. 2003-cü ildən başlayaraq isə "vobşe" oranın pulunu xeyli kəsib. İndi məlum olur ki, Leninin əynindəki kostyum axırıncı dəfə elə 2003-cü ildə dəyişdirilib. Başqalarını deyə bilmərəm, şəxsən mən urus hökumətinin yerinə utanıram. Vallah, ayıbdı. Əlim o Putinə çatsaydı deyərdim ki, ə Volodya, hər cür işə, hər cür kefə, lap elə Gürcüstana hücum etməyə pul tapırsan, ermənilərə "krupnı partiya" müftə-müsəlləh silah bağışlayırsan, amma Leninə təzə bir kostyum aldıra bilmirəsən? Eyni kostyumu 8 il geyinmək olar? Özünüz bir kostyumu heç 8 gün də geyinmirisinz.
   
   Hələ bilmək olmaz, o bədbəxtin maykası, digər alt paltarları nə gündədi. Uzandığı taxtın halı nə təhərdi. Ayıb döyül sizə? Tutaq ki, bahalı kostyum ala bilmirsiniz, əliniz aşağıdı, gedin "tolkuşka"dan-zaddan heç olmasa ucuzvari bir kostyum alın geyindirin də bu zalım balasına. Orada işləyənlərin dediyinə görə, kostyum, alt paltarı, ayaqqabı cəhənnəm olsun, heç dərman - xloramin də ala bilmirlər. Bə bu dərmansız nə təhər olsun?
   
   Deyilənə görə, bir müddət öncə mavzoleyin gözətçilərindən birinin Leninə yazığı gəlib, evdən geyinmədiyi kostyumu gətirib ki, rəhbərə geyindirsin. Məlum olub ki, onun kostyumu Leninin "razmer"inə uyğun gəlmir. Nə isə bu cür faktları sadalayıb proletariatın qanını qaraltmaq istəmirəm. Onsuz da indi o qədər dərdləri var ki, vallah, bədəbəd ayaqda heç Lenin də yadlarına düşmür.
   
   Sadəcə olaraq proletariata məlumat verirəm ki, proletariatın rəhbərinin vəziyyətindən xəbərdar olsunlar və kütləvi şəkildə hökumətə müraciət eləsinlər ki, o gorsuz adama beş-on rubl maya qoyulsun. Yoxsa Lenin təmiz əldən gedəcək. ə
   
   
Babək YUSİFOÜLU babekyusifoqlu@rambler.ru
Oxunub: 453
OXUCULAR BİZƏ NƏ DEDİLƏR?.. (90)
BÖYÜK İNGİLİS (97)
DÜNYA SİYASƏTİNİN BÖYÜK FİQURU
MƏZƏN OLSUN... (119)
OLMAYAN ŞEYİ NECƏ İTİRMƏK OLAR?..
HAKİMİYYƏTİ VƏ BİZNESİ İDARƏƏ EDƏN ƏL (149)
GÖY ÜZÜNDƏ "GƏZƏN" ÜRƏK... (171)
MƏBƏD (187)
ORTA ƏSRLƏRDƏN BAŞLAYAN MÜASİRLİK
HƏYATINI DA "İFA" EDƏN MONRO (259)
ÖLÜMÜN "SEVDİYİ" AİLƏ (279)
HƏFTƏNİN SORĞUSU (283)
HOLLİVUDUN "XAÇ ATASI" (202)
ÖZ DƏFN MƏRASİMİNİN SSENARİSİNİ YAZAN ADAM
MƏHŞƏR GÜNÜ (303)
SIZ HARADAN... GƏLMİSİNİZ, MÜSYÖ? (284)
RİNQİN BÖYÜK KRALI (304)
ŞÖHRƏTİN ZİRVƏSİNİ YUMRUĞU İLƏ FƏTH EDƏN ADAM
RİNQİN BÖYÜK KRALI (306)
ŞÖHRƏTİN ZİRVƏSİNİ YUMRUĞU İLƏ FƏTH EDƏN ADAM
ZƏRƏRLİ ÜMİDLƏR ÖLMƏLİDİ... (366)
HƏYATIN DİBİNDƏN GƏLƏN LİDER... (316)
SİYASƏTİN QROSSMEYSTERİ (423)
800 YAŞLI UNİVERSİTET (463)
BƏŞƏRİYYƏT MÜASİRLİYİ ÜÇÜN ELMƏ MİNNƏTDAR OLMALIDIR (Müdrik kəlam)
ARAĞIN TARİXİ.. (608)
"AD GÜNÜN MÜBARƏK"
"QARANLIQ" DÜNYANIN "İMPERATORU". . . (510)
AMERİKADA İTALYAN MAFİYASI
KİM DAHA ÇOX İTİRƏCƏK? (535)
"QARANLIQ" DÜNYANIN "İMPERATORU". . . (452)
AMERİKADA İTALYAN MAFİYASI
27 İL HAKİMİYYƏTDƏ... (484)
RUHLAR GÖZƏƏ GÖRÜNÜRMÜ?.. (503)
DİKTATOR, YOXSA ƏRƏBLƏRİN FƏXR ETDİYİ ADAM?.. (559)
DƏRDİN STANDARTI... (644)
AŞAĞILAMAĞIN BUYNUZU OLUR?.. (403)
YENİ PROBLEM "AXTARIŞINDA"... (214)
Bayram Əhmədov: "DİLƏ HÖRMƏTSİZLİK GÜNAHDI" (248)
HARA GEDİRSİZ, Ə ?.. (250)
"...YE MEHMET, YE"... (259)
DAHA BİR BƏLAMIZ... (365)
BÖLÜNMÜŞÜK, BÖLÜBLƏR... (313)
İLAN OLMAQ... (430)
YALANÇI BOMBALAR PARTLAYA BİLƏRMİ?.. (320)
BİZ YAMSILAMALIYIQ, SUSMALIYIQ?.. (317)
YOXSA, SƏSİMİZİ EŞİTDİRMƏLİYİK?
GÖYDƏN PUL YAĞA BİLƏRMİ? (344)
TƏKİ ÜMİD QIRILMASIN
FƏRASƏT (366)
STRESS (382)
GORSUZ ADAM... (453)
BIÇAQ KİMİN HARASINA DİRƏNİB?.. (399)
YAXUD, BƏRABƏR OLMAYAN BƏRABƏRLİK İŞARƏSİ
OBAMANIN QOHUMUNUN TOYU... (493)
XOŞBƏXT OLSUNLAR