Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Dünyanın ən nüfuzlu 100 adamı
Buğda və una ƏDV-nin tətbiqini bərpa edildi
Tikinti materialları ucuzlaşıb
Neft daha 15 sent bahalaşıb
Adam
Böyük yazılara kiçik annotasiya
Gənc yazarlar üçün növbəti imkan yaradıldı!
MƏNİM YAZDIÜIM VƏTƏN ŞEİRİ
Səni görmək
SÜKUTDAN ASILMIŞ RUH
YARIMÇIQ...
ZİKONUN NARAZILIĞI YOXDUR
24-CÜ TURUN OYUNLARI
MOTTANIN MÜŞTƏRİSİ ÇOXALIB
Dİ NATALE "UDİNEZE"DƏ QALACAQ
"LİVERPUL" PRANİÇİ ALMAQ İSTƏYİR
KLOZE MƏŞQLƏRƏ BAŞLAYIB
RAYKAARD "MİLAN"A QAYIDA BİLƏR
RONALDO GİQQZƏ ÇATMAQ İSTƏYİR
HƏLƏ AĞDAMLI GÜNLƏRİMİZ VAR...
Xəttin birtərəfli açıq qalma müddəti uzadıldı
Nar Mobile abunəçilərə Xaçmaz şəhərində açılmış yeni Nar Mobile Mərkəzini təqdim etdi
FUADIN İLK UÜURLARI
8 yaşlı qızın nikahı ləğv edildi
GÜNÜN LƏTİFƏSİ
   
Ərdoğan Putinlə görüşəcək
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan mayın 15-də Soçidə Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək. "Milliyət" qəzetinin məlumatına görə, görüşdə digər məsələlərlə yanaşı Dağlıq Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri də müzakirə ediləcək.
   
   Görüşdə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin müzakirə ediləcəyi, "Mavi Axın-2" layihəsinin gündəmə gətiriləcəyi güman edilir. Bundan sonra Ərdoğan və Putinin bir yerdə Moskvaya gedəcəkləri və "Eurovision-2009" mahnı müsabiqəsinin finalına bir yerdə baxacaqları bildirilir.
   
   
ŞAMXAL
Oxunub: 198
ABŞ-da iqtisadi geriləmə başa çata bilər
Amerika İqtisadi dövrlərin tədqiqatı İnstitutun qənaətinə görə, ABŞ-da iqtisadi geriləmə 2009-cu ilin yay aylarının sonuna kimi başa çata bilər. "APA-Economics"in məlumatına görə, iqtisadi dövrlərin proqnozlaşdırılması üzrə böyük təcrübəyə malik olan bu tədqiqat təşkilatının ekspertləri bəyan edirlər ki, hazırda bir sıra vacib makro və mikroiqtisadi indikatorlar dövrün artım istiqamətinə dönməsini sübut edir.
   
   İnstitutun bəyanatına əsasən, geriləmənin sonu artıq görünür və iqtisadiyyatın bərpası yaxın bir neçə ay ərzində başlaya bilər. Qeyd edək ki, İnstitut tərəfindən tədqiq edilən qabaqlayıcı indikatorlar cari geriləməni əvvəlcədən bildirib. Məsələn, İnstitutun gələcək iqtisadi artımın həftəlik indeksi 2007-ci ilin iyulunda enmə istiqamətinə dönüb, rəsmi geriləmə isə həmin ilin dekabrında elan olunub.
Oxunub: 177
Dünyanın ən nüfuzlu 100 adamı
ABŞ-ın nüfuzlu "The Times" jurnalı dünyanın ən nüfuzlu 100 adamının siyahısını açıqlayıb.
   
   Bu siyahıya ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama, Böyük Britaniyanın baş naziri Qordon Braun, eləcə də çoxlarının üzdən tanımadığı şəxslər - MİA ləqəbi ilə məşhur olan müğənni, meksikalı narkobaron Xoakin Quzman daxildirlər.
   
   Liderlər və öncüllər kateqoriyasında dünyanın ən nüfuzlu şəxsləri İsrailin xarici işlər naziri Aviqdor Liberman, Massaçusets ştatından olan senator Edvard Kennedi, İraqın baş naziri Nuri əl-Məliki, ABŞ dövlət katibi Hillari Klinton və başqaları adlandırılıblar.
   
   Yaradıcılar və titanlar siyahısında Rusiyanın "Qazprom" şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Medvedev, "Twitter" sosial şəbəkəsinin yaradıcıları Biz Stoun və Evan Uilyams, "CNN" telekompaniyasının yaradıcısı Ted Terner, meksikalı milyarder Karlos Slim, aktyor Bred Pitt və ABŞ-ın hazırkı maliyyə naziri Timoti Qaydnerin adları var.
   
   Ən nüfuzlu yaradıcı insanlar siyahısına aktrisalar Keyt Uinslet və Penelopa Kruz, aktyor Zak Efron, yumoristik teleproqramını aparıcısı Cey Lenonun adları salınıb.
   
   Qəhrəmanlar və kumirlər sırasında Amerika gəmisninin kapitanı, bir neçə gün Somali quldurlarının əlində olandan sonra qaçan Riçard Filipps, tennisçi Rafael Nadal, quşlarla toqquşandan sonra qəzaya uğramaqda olan təyyarəni çaya endirən pilot Çesli Sallenberqin adları çəkilir. Alimlər və təfəkkürlər sırasında Barak Obamanın nitqlərini yazan spiçrayteri Con Favro, ABŞ-da yaşayan yaponiyalı fizik Yoitiro Nambunun adları salınıb. "The Times" hər il öz əməyi və istedadı ilə dünyanın inkişafına təsir edən ən nüfuzlu 100 siyasətçi, alim, musiqiçi, biznesmenin adını açıqlayır.
   
   
TOÜRUL
Oxunub: 190
Ağ Evdə "donuz qripi"
Prezident Barak Obamanın Meksikaya səfəri zamanı onu müşayiət etmiş ABŞ nümayəndə heyətinin bir üzvündə "donuz qripi" simptomları müəyyənləşdirilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Robert Gibbs açıqlayıb.
   
   Aprelin 28-də həkimlər Ağ Evdə müşavir vəzifəsində çalışan həmin şəxsin üç ailə üzvünü də müayinədən keçiriblər. ABŞ mediası müayinənin nəticələri haqda ziddiyyətli xəbərlər yayıb. "ABS News" və "The Washington Post" analizin pozitiv (virus var) çıxdığını bildiriblər, "Associated Press" isə qeyd edib ki, bəlkə də Ağ Ev məmuru ailə üzvlərini də yoluxdurub, amma hazırda həmin adamlar xəstə deyil. Adı açıqlanmayan bu dövlət məmuru enerji naziri Stiven Çunun Meksikaya səfərində də iştirak edib. S. Çunun özündə simptomlar aşkarlanmayıb. R. Gibbs B. Obamanın da hərtərəfli müayinədən keçirildiyini və narahatlığa əsas olmadığını söyləyib.
Oxunub: 183
Neft daha 15 sent bahalaşıb
Aprelin 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,3% artaraq 1 barelə görə 51,12 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, aprelin 30-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,80 dollar təşkil edib.
   
   Son iki gün davam edən neftin kiçik miqdarda bahalaşması ABŞ və Avropa fond bazarlarında müşahidə olunan müsbət dinamika ilə bağlı olub. Belə ki, fond bazarlarında yüksəlmə tendensiyası neft bazarının iştirakçıları tərəfindən dünya iqtisadiyyatının sağlamlaşma əlaməti kimi qəbul olunur.
   
   
   
   
Oxunub: 167
8 yaşlı qızın nikahı ləğv edildi
Səudiyyə Ərəbistanında 8 yaşlı qızın 50-ni yaşlı kişiyə ərə verilməsi ilə bağlı bütün dünyanın etirazına səbəb olan nikah ləğv edilib.
   
   "Saudi Gazette"nin məlumatına görə, hakim iki dəfə azyaşlı qızın nikahını ləğv etməkdən imtina edəndən sonra, tərəflər öz aralarında razılığa gəliblər.
   
   Bu hadisə bütün dünyada böyük rezonansa səbəb olub. Bundan sonra Səudiyyə Ərəbistanı hökuməti azyaşlı qızların ərə verilməsi məsələsini diqqətdə saxlayacağını açıqlayıb. Hüquq-müdafiə təşkilatları bildirirlər ki, bəzi ailələr başlıq almaq üçün qızlarını sözün həqiqi mənasında satırlar.
   
   
ŞAMXAL
Oxunub: 172