Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
FUTBOLÇULARIMIZ RUSİYA YOLUNDA
ANELKA "ÇELSİ"Nİ MÜQAYİSƏ EDİB
"ARSENAL" NETSİDİ ALMAQ İSTƏYİR
"ROMA" İTKİYƏ MƏRUZ QALIB
PETRİÇ SIRADAN ÇIXIB
"NEFTÇİ" KAPİTANSIZ QALDI
VALDES REKORD QAZANA BİLƏR
Hadisə birinci, Aysel-Araş altıncı
Ən seksual qadınların reytinqi
Gözəl nəğmə həm də bir yaz gecəsidir
GÜNÜN LƏTİFƏSİ
   
MƏHƏBBƏT GƏLƏNDƏ SƏSSİZ, GEDƏNDƏ HAY-KÜYLÜ OLUR

(əvvəli ötən şənbəsayında)
   
   
   
   Maksim Qorkiyə görə, Rusiyada Oktyabr inqilabı bivaxt baş vermişdi. Çevrilişdən bir həftə öncə "Novaya jizn" jurnalında dərc olunan məqaləsində bolşevikləri hakimiyyəti ələ keçirmək fikrindən daşınmağa çağıran yazıçı ölkədə inqilabi dəyişiklikləri başqa cür təsəvvür edirdi. Leninlə aralarında bu məsələdə ciddi fikir ayrılıqları vardı. 1917-ci ildə bolşeviklər qələbə qazansalar da, mütləqiyyətin devrilməsindən sonra ölkədə yaranan acınacaqlı vəziyyətdən, tüğyan gedən özbaşınalıqdan pərişan olmuşdu və getdikcə xəyal qırıqlığına uğrayırdı. Büruzə verməsə də ona qarşı siyasi təzyiqlərin artdığını hiss edirdi. Şikayətlənirdi ki, mənə hər tərəfdən göz qoyurlar, hər addımıma nəzarət edirlər. Dost yanında söyləyirdi ki, it kimi, mən də hər şeyi başa düşür, amma tələffüz edə bilmirəm. Məşhur ədibin bu mövqeyi hakimiyyəti rahatsız edirdi. Fəqət müəyyən məsələlərdə fərqli mövqeyinə görə bu insanı cəzalandırmaq, yaxud həbs etmək də olmazdı. Axı, o, sıradan biri deyil, beynəlxalq aləmdə tanınan nüfuzlu şəxsiyyət idi. Qorki bir az da bu dəstəyə güvənib gah nala vururdu, gah mıxa. Bir yandan yeni quruluşu, onun rəhbərlərini tənqid edirdi, digər tərəfdən ölkədəki böyük dəyişikliklər barədə mətbuatda geniş söhbət açırdı. Qələm dostlarını inqilabın bəxş etdiyi yeniliklərə biganə qalmamağa çağırırdı. Qorkinin illərlə Kapri adasında bərabər yaşadığı, uzunmüddətli Amerika səfərində hər kəsə "həyat yoldaşımdır", deyə təqdim etdiyi məşhur aktrisa Andreyevadan uzaqlaşması rəsmi dairələrə bəlli idi. "Yoldaş Fenomen"in qədrini bilməyən insandan hər kəsə, o cümlədən yeni quruluşa qarşı da hər an vəfasızlıq, üzüdönüklük gözləmək olardı. Yəqin ki, Vladimir İliç Lenin də, Feliks Edmundoviç Dzerjinski də bunun fərqinə varmışdı və Peşkova çox da bel bağlamırdı. Bu səbəbdən onu əsla nəzarətsiz qoymaq olmazdı. Şəxsi köməkçisi Pyotr Kryuçkovun (NKVD-nin rəsmi əməkdaşı - E.B.) həyatının unudulmaz çağları da, ən böyük faciəsi və nəhayət "xalq düşməni" kimi güllələnməsi də bu ailədə baş verən hadisələrlə bağlı olacaqdı. Araşdırmaçı alim V.Şentalinskinin DTK arxivlərində aşkarladığı sənədlərdən aydın olur ki, nəinki Qorkini, elə Kryuçkovun özünü də daima güdürmüşlər. Nə isə... Qayıdaq yenə keçmiş günlərə.
   
   Mariya Fyodorovna Andreyeva inqilabdan sonra böyük vəzifə sahibi oldu. Leninin göstərişi ilə Petroqradın bütün teatr, konsert və digər mədəniyyət müəssisələrinin fəaliyyətinə bilavasitə o rəhbərlik edirdi. Proletar yazıçısı ilə yaşanan böyük eşq macərasının olan-qalan közü də çoxdan sönmüşdü. Aralarında bir daha heç vaxt alovlanmayacaq səmimi münasibət qalmışdı. Görünür, Qorkinin yanında bir Mariyanı digəri ilə əvəz etmək məsələsi də gündəmə gəlmişdi. Məncə, həmin dövrdə daxili tərəddüd içində çırpınan yazıçının həyatında ikinci Mariyanın "təsadüfən" yer alması xüsusi xidmət orqanlarının xüsusi "qayğısı" nəticəsində baş verdi. "Qırmızı miledi"nin Piterə getməsinin əsl səbəbi də bu idi. İnqilab beşiyinə qatarla yollanan Mariya mənzil başına çatınca, biz də xanımın əsli-nəcabəti ilə tanış olaq.
   
   
   
   Üçü birində və ya Zakrevskaya,
   
   Benkendorf,
   
   baronessa Budberq
   
   
   
   Mariya Zakrevskaya 1892-ci ildə imkanlı mülkədar ailəsində doğulub. Evdə iki bacı, bir qardaş olublar. Sonbeşik 19 yaşına çatanda valideynləri onu Böyük Britaniyaya göndərdilər ki, ingilis dilini daha mükəmməl mənimsəsin. Rusiyanın İngiltərə səfirliyində işləyən qardaşı Platon Zakrevskinin yanında qalırdı. Diplomatın çevrəsi geniş idi. Kübar ailələrin məclislərinə qonaq gedəndə Mariyanı da özüylə aparardı. Gənclər rusiyalı gözəli üzük qaşı kimi dövrəyə alardılar. Onu rəqsə dəvət edən kim, ürəyini açan, könlünü xoş sözlərlə oxşayan kim... Elə həmin il əslən estoniyalı zəngin bir baron ona evlənməyi təklif etdi. Yenicə ailə qurmuşdular ki, İvan Aleksandroviç (əslində İohan - E.B.) Bekkendorfu Rusiyanın Almaniyadakı səfirliyinə diplomatik xidmətə göndərdilər. Lakin 1914-cü il hadisələri səfirlik əməkdaşlarının Berlin həyatına son qoydu. Birinci Dünya Müharibəsi başlayandan sonra düşmən dövlətlər arasında diplomatik münasibətlər kəsildiyindən işçilər təcili surətdə geri çağırıldı. Avropada yaşayarkən aktiv həyata alışmış xanımın müharibə aparan məmləkətin darıxdırıcı paytaxt mühitində ürəyi yaman sıxılırdı. Hərbi hospitalda şəfqət bacısı işlədi ki, bəlkə başı qarışa. İohan rəsmi xidmətini hərbi senzor vəzifəsində davam etdirirdi. Bir axşam onu ingilis səfirliyində keçirilən qəbula dəvət etdilər. Mariya nədənsə əriylə bu məcliyə getməyə ərinirdi. Amma təsadüfün hökmü həqiqətən böyükdür. Həmin gecə 32 yaşlı diplomat Robert Bryus Lokkartla tanışlığı onun sönməkdə olan həyat eşqini yenidən alovlandırdı. Məhəbbət telləri üzərində köklənən əlaqələr hər ikisinin ruhən təkliyinə son qoydu. İki uşaq anası ikinci dəfə deyəsən həqiqətən vurulmuşdu. Amma tezliklə Lokkart geri dönməli oldu. Bəyaz səmalı şəhərdə yaşanan qısamüddətli qoşa qanadlı sevincin üzərini qara buludlar alsa da yağmurdan islanmayan kimi, günəşdən solmayan, şaxtadan donmayan və ayrılıqdan yoxluğa sovrulmayan xatirələr ürəklərdə yuva salıb ümidə yol açdı...
   
   
   
   * * *
   
   
   
   Benkendorf ailəsi 1917-ci ilin yayında Tallindəki ata-baba malikanələrində dincəlirdilər. Oktyabr çevrilişindən sonra bir çox zəngin ailələr kimi İohan fon Benkendorf da geri dönməyə cürət etmədi. Rusiya od tutub yanırdı. Oradan hər gün qorxunc xəbərlər gəlirdi. Mariya isə iki övladını ataları ilə yalqız qoyub iki ayağını bir başmağa dirədi ki, mən Peterburqa, öz evimizə qayıdıram. Əri, uşaqları nə qədər yalvar-yaxar eləsələr də xanım inadından əl çəkmədi. Bir vaxtlar bataqlıqlar üzərində salınan füsunkar şəhərin altı üstünə çevriləndən sonra, görən, Mariya orada nə itirib, nə axtarırdı? Az keçmədən Estoniyadan qara xəbər gəldi: onun ərini amansızcasına qətlə yetirmişdilər. Malikanədə yerləşən 18 otaqdan ibarət binanı büsbütün qarət edib içini vəhşicəsinə dağıtmışdılar. Yaxşı ki, başsız qalan uşaqlarına yaxın qohumları sahib çıxmışdı. Sərhədlər qapanmışdı, yollar təhlükəli idi. Nə qədər çalışsa da geriyə qayıtmaq cəhdi baş tutmadı. Elə Petrerburqda da özünə rahatlıq tapmadı. Dəbdəbəli evlərini müsadirə edib verdilər yoxsullarla iş üzrə komitəyə. Mücrüdən oğurlanan qızıl-zinət əşyalarını da mülkədar qızı kimin cibində axtaracaqdı, kimə kimdən şikayətlənəcəkdi? Heç məsələnin üstünü vurmağa da dəyməzdi. Ev-eşiksiz, mal-dövlətsiz yalqız qalan Mariyaya uşaqları ilə təkrar görüşmək üç il sonra nəsib oldu. Məsləhət gördülər ki, bu müşkül vəziyyətdən yeganə çıxış yolu eston vətəndaşı ilə evlənməkdir. O zaman nəinki Estoniyanın, bütün Avropanın qapıları üzünə taybatay açılar. Mariyaya ərə getmək yox, kəbin kəsdirmək lazım idi ki, maneəsiz sərhədi keçib balalarına qovuşsun. Axtarışlar tezliklə bəhrə verdi, münasib namizəd tapıldı. Müəyyən pul mükafatı qarşılığında Nikolay Budberq adlı müflisləşmiş baron onunla formal izdivaca razılaşdı. Beləliklə, Mariya Zakrevskaya Benkendorf bu dəfə də baronessa Budberq oldu. Təzə bəysə yeni ailə quran kimi başını götürüb Cənubi Amerikaya köçdü və biryolluq izi-tozu batdı. Görən, Mariyaların hansı daha xoşbəxt idi Zakrevskaya, Benkendorf, yoxsa Budberq? Bəlkə, bəxtəvər günləri hələ qabaqdaydı? Axı, yaraşıqlı xanımın yaşı... çox az idi.
   
   
   
   Lokkart yenə qayıtdı
   
   
   
   Robert Bryus Lokkart (1887-1970) ilk dəfə 1912-ci ildə Rusiyaya vitse-konsul kimi təşrif buyurmuşdu. İngiltərəyə nisbətən buradakı sərbəstlik, qaynar sənət həyatı, şənlik ovqatı, axşamlar dəbdəbəli ziyafətlər, arzulara qanad verən qaraçı mahnıları, münasibətlərdə, ünsiyyətdə rəsmiyyətdən uzaq sadəlik onun ürəyincə idi. Burada çalışdığı 5 il ərzində xeyli təcrübə topladı, əlaqələri gücləndi, regiona, milli münasibət məsələlərinə, ölkənin iqtisadisiyasi problemlərinə dərindən bələd oldu. Görünür, bütün bunları nəzərə alıb 1918-ci ilin yanvarında Britaniyanın rəsmən tanımadığı Rus dövlətinə xüsusi missiyanın rəhbəri olaraq məhz onu ezam etdilər. Rusiyaya ikinci gəlişində Lokkartın əsas vəzifəsi ölkə daxilindəki vəziyyəti öyrənmək, rəhbərlikdə təmsil olunan insanlarla qeyri-rəsmi münasibətlər yaratmaq, hadisələrin gedişini izləyib mütəmadi qaydada Mərkəzi məlumatlandırmaq idi. Necə baş verdiyini bilmirəm, amma Mura ilə təkrar bir araya gəlmək hər ikisinə böyük sürpriz oldu. Arbatdakı geniş mənzilində mister Lokkart baronessa Budberqlə bərabər qalırdı. Mariya Robert üçün əvəzolunmaz məşuqə, şirin həmsöhbət, eyni zamanda qiymətli məlumat mənbəyi idi.
   
   1918-ci ilin avqust ayında çekistlər irimiqyaslı dövlət çevrilişi cəhdinin üstünü açdılar. Əməliyyatın gedişində çox sayda adam yaxalandı. Bu məsələdə xarici dövlətlərin əli olduğu aşkarlandı. Cünayətdə şübhəli bilinən şəxslərin siyahısına Lokkart başçılıq edirdi. Bir axşam onun yaşadığı mənzilə "qonaq" gələn çekistlər rəsmi şəkildə içəridə axtarış apardılar. Diplomat evdə tək deyildi. Yanındakı şübhəli şəxsin kimliyini müəyyənləşdirərkən məlum oldu ki, saxlanılan qadın Mariya Budberqdir. Beləliklə poliqlot xanıma da ÇeKa zirzəmilərinin soyuq havasını doyunca udmaq nəsib oldu. Amma, xanım qaradinməz cekistlərlə tezliklə ümumi dil tapmağı da bacardı. Yəqin ki, Lubyankada həm onun dili açıldı, həm də ona dil tökdülər. Nəticədə ölkədə "qırmızı terror"un tüğyan elədiyi bir vaxtda Mariya iki gün sonra əsas işgəncə yuvasından sağ və salamat olaraq sərbəst buraxıldı. Ser Lokkart isə oktyabr ayına kimi rusiyalı həmkarlarının yanında qaldı. Nəticə, ingilislər demiş, lap "harry end" oldu.
   
   Yazırlar ki, Lokkartın məşuqəsi Mura iki gecə Petersə mehman olandan sonra hər ikisi azadlığa çıxdı. Bu, birmənalı şəkildə yalandır. Petersin az-çox tərcümeyi-halına bələd olanlar bilirlər ki, o, çar dövründə də zibillikdə eşələnən yurdsuz-yuvasız insanlardan deyildi. Londonda bir milyonçu qızıyla ailə qurub firavan yaşayırdı. 1917-ci il fevral hadisələrindən dərhal sonra arvad-uşağını qayınatasının ümidinə buraxıb Rusiyaya qayıtdı. Dünyanın hər nemətini dadan və əqidə uğrunda mübarizədə bir an tərəddüd etmədən hər şeyindən keçən Yan Peters dövlət çevrilişində müqəssir bilinən xarici diplomatı (casusu - E.B.) bir gözəllə bir gecə bir cənnət alması nuş etdiyinə görə sərbəst buraxardımı? Lap ürəyi istəsə də, buna səlahiyyəti yetməzdi. Robert Bryus Lokkartın həbsinə cavab olaraq, Londonda dərhal Maksim Litvinovu (1876-1951) həbs etmişdilər. O da xüsusi can idi. Əsl adı Maks Moiseyeviç Vallah idi. Əməllərindən heç şeytan da baş açmazdı. Bir qədər sonra iki ölkə arasında əldə edilən razılığa əsasən diplomat adıyla fəaliyyət göstərən casusları səssizküysüz dəyişdilər. Sonralar "Britaniya agentinin xatirələri" adlı kitabında yazılanlar Lokkartın qaynar fəaliyyətinin bəzi gizli məqamlarını açıqladı.
   
   
   
   Mariyaya gəlincə isə...
   
   
   
   Təbii ki, ona ÇeKa ilə əməkdaşlıq təklif oluna bilərdi. Bir neçə xarici dili mükəmməl bilən, cazibədar görkəmi ilə diqqət çəkən, ağlı başında ədəbi məskunlaşan dul baronessa xüsusi xidmət orqanlarının xüsusi tapşırıqlarını yerinə yetirmək üçün əvəzsiz tapıntı idi. Əgər həqiqətən Mariyaya belə bir lütf göstərilmişdisə və o, bunu qəbul etmişdisə, o zaman qiymətli əlamanın ac-susuz, ev-eşiksiz qalması, iş dalınca başqa şəhərə üz tutması heç cür ağıla sığmır. Görünür, bu da gözdən pərdə asmaq üçün bir oyun idi. Bu məntiqə əsaslanaraq güman edirəm ki, Mariya İqnatyevna məxfi tapşırıqla Piterə gedib. Məqsəd: Maksim Qorkinin yanında işə düzəlmək və mümkün qədər ona yaxın olmaq idi. Hadisələrin kənar müdaxiləsiz, son dərəcə təbii şəkildə cərəyan etməsi əsas şərt olaraq qalırdı. Peşkovun həyatında bir Mariyanın digəri ilə əvəz edilməsi əməliyyatını elə aparmaq lazım idi ki, kimsə bundan duyuq düşməsin. Həm də bütün təşəbbüslər Aleksey Maksimoviçin özündən gəlməliydi. Yəni, yalnız onun öz olmalıydı.
   
   
   
   Dünya ədəbiyyatı dünyadan
   
   bixəbərlərə çox gərək imiş...
   
   
   
   1918-ci ildə Maksim Qorkinin təşəbbüsü ilə Petroqradda "Dünya ədəbiyyatı" nəşriyyatı yaradıldı. Məqsəd dünya ədəbiyyatının ən gözəl nümunələri ilə sistemli şəkildə oxucuları tanış etmək, müxtəlif ədəbi cərəyanların meydana gəlməsi, inkişafı və tənəzzülü haqda bədii nümunələrə istinadən təsəvvür yaratmaq, müxtəlif xalqların dilində yaranan və söz xəzinəsinin inciləri sayılan əsərlərlə sovet adamına yüksək zövq, mənəvi dəyər aşılamaq idi. Ayrıca buraxılacaq "xalq kitabxanası" seriyasında isə geniş oxucu kütləsi üçün nəzərdə tutulan populyar əsərlərin nəşri planlaşdırılmışdı. Nəşriyyat işinə A.Tixonov (1880-1956, ədəbi təxəllüsü Serebrov - E.B.) K.Çukovski (1882-1969) Y.Zamyatin, (1884-1937), A.Volınski, (1863-1926), N.Qumilyov (1886-1921), M.Lozinski (1886-1955) kimi istedadlı və bacarıqlı adamları cəlb etmişdi. Maraqlıdır ki, yeni qurulan dövlətin ən kasıb və təhlükəli günlərində bu işlərə kifayət qədər vəsait tapılırdı. Bu bir daha göstərir ki, kütləvi savadsızlığın ləğvi, xalqın maarifləndirilməsi yolunda Qorkinin bütün təşəbbüslərini Lenin də, Lunaçarski də tam dəstəkləyirdi. Kitab çapı üçün normal poliqrafiya bazası olmasa da, nəşriyyat ləngimədən fəaliyyətə başladı. İlk nəşrlər sırasında təkcə rus və qərb klassiklərinin deyil, Şərq xalqları ədəbiyyatından nümunələr də yer aldı. Bəzi kitablar Avropada çap edilərək Rusiyaya gətirilib, ucsuz-bucaqsız ölkənin hər yerinə dağıdılırdı. "Oxumaq, oxumaq, yenə də oxumaq", deyən Lenin oxumaq və öyrənmək üçün kommersiya marağı deyil, ideoloji və estetik tərbiyə baxımından dəyərli kitabların meydana çıxmasına da hər cür imkan yaratmışdı.
   
   
   
   * * *
   
   Günlərin birində gənc bir qadın həmin nəşriyyata gəlib iş üçün müraciət etdi. Yazıçı Korney Çukovski ilə görüşən xanım söhbət əsnasında xoş təsir bağışladı. Maksim Qorkinın savadlı köməkçiyə ehtiyacı olduğunu bilən Çukovski suyuşirin qızın sərbəst şəkildə bir neçə dildə danışdığını, sürətlə makinada yazdığını eşidəndə onu Dukaya (K.Çukovski qələm dostuna ərklə belə müraciət edərdi - E.B.) təqdim etdi. Yaşlaşdıqca gözünün nuru azalsa da, şoru tükənməyən Aleksey yeni tanışlıqdan məmnun qaldı. Çətini elə bura qədər idi. Qorkinin qılığına girmək onun üçün problem deyildi. Cəmi bir neçə həftə lazım oldu ki, Mura (yaxınları onu belə çağırırdı - E.B.) Qorkinin yalnız rəsmi köməkçisi deyil, həm də gözünün işığı, evinin yaraşığı olsun. İş o yerə çatdı ki, birinci arvadı Yekaterina Pavlovadan hələ də boşanmayan proletar yazıçısı özündən 26 yaş cavan Mariyaya İqnatyevnaya rəsmən evlənməyi təklifi etdi. Qəribədir, nə zaman olursa-olsun, məhəbbət gələndə səssiz, gedəndə hay-küylü olur. Qorkinin 12 il davam edən sonuncu məhəbbətinin yeni ünvanı yenə İtaliya olacaqdı. Amma bu dəfə Kapri adasında deyil, Sorrento şəhərində sevənlərin beşiyi yellənəcəkdi. Adriatika sahillərində yazdığı ən gözəl əsərlərindən birini Mariya İqnat qızına ithaf edəcəkdi. Hələ çox şeylər baş verəcəkdi. Dünyanın ən məşhur fantastı dostunu fantastik dərəcədə heyrətləndirəcəkdi. Mura qadın kimi sadiqlik təcəssümü olmasa da, Alekseylə sonadək sıx əlaqə saxlayacaqdı. Hətta ömrünün xəzan çağının gəldiyini eşidəndə onunla vidalaşmaq üçün özünü Londondan Moskvaya yetirəcəkdi. Hələ danışılası o qədər maraqlı əhvalat var ki...
   
   (ardı var)
   
   
Etibar Babayev etibarbabayev@gmail.com
Oxunub: 711
NƏ ETMƏLİ? (260)
Bir səfərin təəssüüratı (293)
Bir səfərin təəssüüratı (308)
ADİLİN ADİL ÖMRÜ (348)
(XIII yazı)
ADİLİN ADİL ÖMRÜ (407)
(XII yazı)
ADİLİN ADİL ÖMRÜ (442)
(XI yazı)
ADİLİN ADİL ÖMRÜ (493)
(X yazı)
ADİLİN ADİL ÖMRÜ (579)
(IX yazı)
ADİLİN ADİL ÖMRÜ (614)
(VIII yazı)
ADİLİN ADİL ÖMRÜ (598)
(VII yazı)
ADİLİN ADİL ÖMRÜ (527)
(VI yazı)
ADİLİN ADİL ÖMRÜ (502)
(V yazı)
ADİLİN ADİL ÖMRÜ (497)
( 4-cü yazı)
ADİLİN ADİL GÜNLƏRİ (539)
(III yazı)
ADİLİN ADİL ÖMRÜ (696)
ADİLİN ADİL ÖMRÜ (641)
KİMDƏN QORUNMALIYIQ? (422)
XARİCDƏ QOHUMLARIN VARMI? (258)
İL TƏZƏLƏNİR, YOXSA TƏZƏ İL GƏLİR? (278)
GİLAN ƏFSANSİ (301)
REYSDƏN KƏNAR UÇUŞ (299)
TƏSBEH KİMİN ƏLİNDƏDİR? (382)
GİLAN ƏFSANƏSİ (375)
BİR GÜNÜN XƏLİFƏLİYİ BİR ÖMÜRLÜK XATİRƏDİR (369)
"TOY"A TOY TUTMAĞA DƏYMƏZDİ (511)
2 N-li PARTBİLETİN SAHİBİ (396)
("Tarix- ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KÖNÜLLÜ TƏSLİM OLAN QATİL (444)
(Tarix-ibrət alanlar üçün dərsdir)
HƏR ANIN ÖZ HÖKMÜ, HƏR HÖKMÜN ÖZ ZAMANI VAR (427)
ƏDALƏT TORPAĞA BASDIRILMIR (452)
DZERJİNSKİ DƏ İSTEFA ƏRİZƏSİ YAZIBMIŞ (487)
SƏFİRLİKDƏ QƏTL (525)
SƏFİRLİKDƏ QƏTL (530)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
SƏFİRLİKDƏ QƏTL (537)
("Tarix-ibrət alanlar üçün dərsdir " silsiləsindən)
HƏR ƏZİZİN OĞLUNDAN ƏZİZ XATİRƏ QALMIR... (533)
ONUN ÇİÇƏKLƏRİNİN ƏTRİ BİZİM EVDƏN ƏSKİK OLMUR (763)
MOSKVA MƏHKƏMƏSİNDƏ AL KAPONE YAD EDİLDİ (540)
ƏDALƏT MƏHKƏMƏSİ, (506)
YAXUD MƏMLƏKƏTİN RƏZALƏT MƏRHƏLƏSİ?...
ONUN ÖLÜMÜ DƏ HƏYATI KİMİ SİRLİ OLDU (570)
NAMƏRD MACAL VERSƏ, ƏCƏL VAXTINDA GƏLƏR (560)
KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ... (496)
BÜTÜN ÖLKƏNİN YAZIÇILARI, BİRLƏŞİN! (562)
ONUN BÖYÜK MƏHƏBBƏTİ (554)
QORKİNİ YAD ETMƏYƏ DƏYƏR (621)
HƏR SEVİNC SƏADƏT GƏTİRMİR (622)
İLLƏR ÖTÜR, ARZULAR GERÇƏKLƏŞMİR... (762)
VƏFASIZLIQ VƏRƏMDƏN DƏ BETƏRDİR (796)
GECƏ GƏLƏN MÜSAFİR KİM İDİ? (833)
MƏHƏBBƏT GƏLƏNDƏ SƏSSİZ, GEDƏNDƏ HAY-KÜYLÜ OLUR (711)
O, SADƏCƏ MARİYA DEYİLDİ (719)
QORKİ AMERİKALILARI MƏYUS ETDİ (737)
PEŞKOV HEÇ VAXT "PEŞKA" OLMAYIB (827)
YÜZ ÖLÇÜB, BİR BİÇMƏYİ ÖYRƏNMƏLİYİK (865)
SÖZ ƏMƏLƏ ÇEVRİLƏNDƏ (764)
SARI RƏNG XƏBƏRDARLIQ RƏMZİDİR (865)
BARIŞ MANÇONUN ÇAY DƏSTGAHI (937)
DÜNYA SEVƏNLƏRİNDİR (956)
3698 SAYLI BUNKERDƏ YAŞANAN TARİX (882)
(əvvəli ötən şənbə nömrəsində)
GECƏNİN BAÜRINI YARAN MÜHÜM XƏBƏR (913)
Berlin, 8 mayyy, 1945-cci il. KAPİTULYYASİYYA AKTININ İMZALANMASI
STALİNİN HƏDİYYƏSİ (929)
ÇÖRÇİLİN ƏN BÖYÜK NAİLİYYƏTİ (898)
İŞ VƏ GÖRÜŞ YERİ - ZİREHLİ QATAR (894)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
ONUN TIFAĞINI TİFMİ DAĞITDI, YOXSA, BAKI MEYVƏSİ? (818)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KAMENEV NƏ DAŞ İDİ, NƏ QƏMBƏR (819)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
SİZ KİMSİNİZ, LEDİ ŞERİDAN? (774)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
QƏLBİNİN SULTANI İNQİLAB İDİ (862)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
DEYƏN DÜNYA QIZIŞIR... (918)
"DƏMİR" ADAM ƏRİDİ... (900)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)
NƏ ŞİRİN SÖZDÜR AZADLIQ... (915)
BÖYÜK FATEH (931)
ÜNVANINA YETİŞMƏYƏN MƏKTUB (894)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
MƏTBUATI ÖZBAŞINA BURAXSAN... (863)
("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)
ACLIQ ÇƏKƏN RUSLARIN QIZIL PAROVOZLARI (864)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən )
DZERJİNSKİ İLƏ İLK TANIŞLIĞIM (899)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)
BİRİNCİLƏRƏ BİRİNCİ MƏKTUBUM (928)
TEZ-GEC BÜTÜN SANDIQLAR AÇILIR... (874)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən )
BƏYAZ GECƏLİ ŞƏHƏRİN QARANLIQ QIŞ AXŞAMLARI (853)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən )
BU GÜN ANCAQ BUNU YAZA BİLDİM... (883)
MATİLDANIN "NİKİ"Sİ VƏ YA MARKUSUN BUZ DOLABI (866)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KİROVUN PROBLEMİ MARKSLA DEYİL, MARKUSLA İDİ (934)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)
DÜZ SÖZ ƏYRİ QULAÜA NECƏ GİRSİN? (916)
HƏQİQƏTƏN BAŞ VERƏNLƏR HƏQİQƏT OLMAYANDA... (920)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
İNSANLIĞIN UCUZLAŞAN GÜNLƏRİ (906)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
GÜNAHSIZ MARKS (904)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KİROVUN QATİLİ MARKSIN ATASI İMİŞ... (909)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KOR İNAM ADAMI KOR EDƏR (925)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KİM ÖZ CƏLLADINI TANIYIR Kİ? (905)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
BAŞ KATİBİN BAŞ AĞRISI (942)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
OXUMAQ, OXUMAQ, YENƏ DƏ OXUMAQ? (879)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
KÖLGƏSİZ ADAM (890)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL (895)
BİR GÖYƏRÇİN KİMİ QONDUN QƏLBİMƏ... (900)
MƏNİM TANIDIĞIM HEYDƏR ƏLİYEV (902)
O GÜN YOL YOLDAŞIM XATİRƏLƏRİM İDİ (888)
MƏN NİYƏ ONLARLAYAM? (913)
HƏR SAĞLIQ DEYƏNDƏN DOST ÇIXMAZ (951)
KRIMDA İSTİRAHƏTİN DÜŞƏR-DÜŞMƏZİ OLUR (807)
("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)
BAHARIN BERLİNDƏ YAŞANAN BİR ANI (943)
AYIN 13-DƏ GƏLDİ, 13 AY SONRA DA GETDİ... (911)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)
VƏZİFƏ NƏRDİVANDI (948)
("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)
"BALIQ" COX ŞEY BİLİRDİ... (954)