Adamiyanı Türkiyəyə aparmadılar
"Bakı" Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanıb. Klubun vitse-prezidenti Zeynal Məmmədov transfer etmək istədikləri Georgi Adamiyanın səfərə çıxmadığını bildirib. Bu haqda məlumatı "Fanat. az" məlumat verib.
Zeynal Məmmədovun sözlərinə görə, 28 yaşlı gürcü hücumçunun məsələsi açıq qaldığı üçün ona əvvəldən bilet alınmayıb: "Biz məsələnin yekunlaşmasını gözləyirdik. Ümid edirdik ki, Antalyaya yollananadək Adamiyanın da transferini yekunlaşdırıb, onu da aparacağıq. Georgi məxsus olduğu "Neftçi" ilə problemini həll etməlidir. Bu isə hələ qalıb. Hər halda, biz onun Bakıda boş qalmaqdansa, Antalyada düşərgəmizdə hazırlıq keçməsini daha məqsədəuyğun sayırıq. Elə bu səbəbdən futbolçuya bileti almışıq və bu gün axşam saatlarında Türkiyəyə gedəcək".
Məlumdur ki, Adamiyanın "Neftçi" ilə cari mövsümün sonuna qədər müqaviləsi var. Bu da onun "Bakı"ya sərbəst keçidinə imkan vermir. Paytaxtın eyniadlı təmsilçisi də tələb olunan 180 min dollar kompensasiyanı onlar üçün böyük məbləğ olduğu üçün ödəməyəcəklərini Georginin diqqətinə çatdırıb: "İki-üç günə mən də Antalyaya yollanıb, "Neftçi" ilə Adamiya barədə danışacağam. Ancaq bu problem futbolçu ilə klub rəhbərliyi arasında olduğundan, onlar öz aralarında bunu həll etməlidir. Georgi məsələni sakitcə həll etmək istəyir".