Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Elektrik qatarları pulsuz işləyəcək
Standartlara uyğun olmayan qızdırıcılar yığışdırılır
Ağır yol qəzası
Kustar üsulla hazırlanmış silah tapıldı
Taksi sürücüsü intihar etdi
"Yeni Müsavat"ın yeni ofisi
Ekspert vəzifəsi üzrə müsabiqə elan edildi
Hüquq müdafiəçiləri monitorinq keçirdilər
Poliklinikanın tavanı çökdü
34 yaşlı şəxs özünü asdı
Şəhid və əlil ailələrinə yardım göstərildi
"Malkoçoğlu" qarət olundu
TÜRKDİLLİ ÖLKƏLƏRİN JURNALİSTLƏRİ BİRLƏŞƏ BİLƏCƏKMİ?
MUÜAM FƏLSƏFƏSİ
26 ildən sonrakı edam
Film sifarişlərinin qəbuluna başlanıb
Güneldən şok açıqlama: "Qaşlarımı atamın icazəsilə aldırdım"
RƏŞAD SADIQOVU TÜRKİYƏYƏ ÇAĞIRIRLAR
Adamiyanı Türkiyəyə aparmadılar
"MANÇESTER SİTİ" KAKA OVUNDA
ADRİANO "TOTTENHEM"DƏ OYNAMAQ İSTƏMİR
TEVES "İNTER"Ə KEÇƏCƏK
RUNİ ÜÇ HƏFTƏ OYNAMAYACAQ
ROBBEN RAZIDIR
"MARSEL" VİLTORDU KİRAYƏYƏ GÖTÜRDÜ
Peşəmizi peşəkarlardan öyrənək
Obamaya pendir aparacaqlar
Həbsxanada striptiz
19 İLİN UZAQLIĞI, YOXSA CANIMIZA HOPMUŞ AZADLIQ EŞQİ
HƏSRƏT
ALİLƏRİN ALİSİ: QAN!
Silah-sursat aşkarlandı
ŞAM İŞIĞI
Əxlaqsızlıq yuvası təşkil edənlər tutuldu
Narkotik qaçaqmalçılığının qarşısı alındı
   
MUÜAM FƏLSƏFƏSİ
İNAM ATA
(ASİF ATA)
İlk dəfə "Ədalət"də

Musiqi barmaqla çalınan deyil,
   
   Ölçü qalıbına salınan deyil,
   
   O, Ruhun Göylərə qovuşmasıdır,
   
   İlahi Məqamdır, adi an deyil.
   
   
   
   
   
   Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.
   
   Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.
   
   
   
   Təqdim edir: İşıqlı Atalı
   
   
   
   (Əvvəli ötən şənbə saylarımızda)
   
   
   
   
   
   3. "Çahargah" muğamı
   
   
   
   "Maye-Çahargah"
   
   
   
   Qeyri-adi, Əsrarlı, Daxili Dünyayla Görüş Yüksək Əxlaqi həyat tələb eləyir:
   
   Ruhaniliyin Yüksək səviyyəsini: Duyğu Dərinliyini, İradə Qətiyyətini!
   
   Dünyanı dərk etmək Zəruriyyəti Ali İnsani keyfiyyətlər Zəruriyyəti doğur.
   
   Zəka Əxlaqın daxilində yetişir, Əxlaq Zəkalaşır.
   
   Dünyayla Görüş - Əxlaqi Zəka yaradır.
   
   
   
   "Bəstə-Nigar"
   
   
   
   Kədər ensiklopediyası - Həqiqətin və Əxlaqın yeni Pilləsinin dərki: Müdrikliyin, İradənin, Duyğunung
   
   Dünya haqqında Kədərli Həqiqət - Ürək haqqında, İradə haqqında.
   
   Fəlsəfi Kədər vasitəsiylə Zəka İdrakın təzə Üfüqlərinə çatır, Ruh - Duyğuların, İradə - Əməllərin təzəliyinə.
   
   Kədər Müdrikliyi, Hiss Tamlığını və Ülviyyətini, İradə Ucalığını təsdiq edirg
   
   Kədər Zirvəsinə çatan Zəka, Ürək və İradə Kədərdən yüksəyə qalxır: onların qarşısında Həqiqətin və Əxlaqın təzə Üfüqləri, təzə Vəhdəti görünür.
   
   
   
   "Hasar"
   
   
   
   Dünya haqqında Həqiqət zənginləşir, dərinləşir, yeni miqyas kəsb edir.
   
   Ruh yeni Kamillik Ucalığı qazanır, İradə yeni Qüdrət.
   
   Mütləq Həqiqətin dərki Zəruriliyi yaranır - Mütləq Kamilliyə Ucalmaq Zəruriliyi.
   
   
   
   "Mənsuriyyə"
   
   
   
   Mütləq Həqiqətin dərki Zəkanın, Hissin və İradənin Mütləq Vəhdətini tələb eləyir.
   
   Ehtiraslı Zəka, Müdrik Ürək, Zəkalı İradə yaranır və bu yaranış İnsan ömrünü Mütləq Ruhani İşığa qərq edir.
   
   
   
   4. "Bayatı-Şiraz" muğamı
   
   
   
   "Maye-Bayatı-Şiraz"
   
   
   
   Dünyanın çoxcəhətliliyi, çoxtərəfliyi, çoxsəsliyi, çoxahəngliyi haqqında Həqiqət və onun Tam, bütün çalarlarıyla qəbul edilməsi.
   
   Müdriklik və Ruhani Güc.
   
   İdrak və Qəlb Pilləsi.
   
   Çoxcəhətlilik Zəkayla açılır, İradəylə qəbul olunur, Ürəklə duyulur.
   
   Dünyanın çoxcəhətliliyi haqqında Həqiqət Şəxsiyyətin özünüifadəsinə yol açır.
   
   Özünüifadənin yüksək Hissiyyat səviyyəsi Qəlbi təmizləyir.
   
   Yüksək Bilik - Yüksək İradə və Duyğu yaradır.
   
   Çoxcəhətliliyin arxasındakı Vahid Mahiyyət aşkara çıxır.
   
   Ruhani Əməl çoxcəhətliliyinin arxasındakı Kamil Ruhanilik bilinir.
   
   Bütün Bilik Yolları Ruhaniliyə aparır.
   
   Ruhanilik Bilik saçır.
   
   Ruhanilik Bilikdən yaranır və Bilik yaradır.
   
   
   
   "Bayatı-İsfahan"
   
   
   
   Kədərə çatmaq - Həqiqətin Təzə Pilləsinə ucalmaq.
   
   Kədərə çatmaq - Həyatın Mahiyyətinə yüksəlmək.
   
   İradə Həqiqət vasitəsiylə yetkinləşir, Hiss təmizlənir, zənginləşir, qətiyyət artır, Ruhanilik miqyaslaşır.
   
   Kədərin daxilində Həqiqətin təzə Ucalığına - İdeala eşq yaranır.
   
   Zəka gerçəkliyi ötməyə çalışır, Duyğu Gerçəklik səddini aşır, İradə gerçəkliyə sığmır.
   
   İdrak istəyi - İdrak yaradır; Duyğu istəyi - Duyğu yaradır; İdrak - İradə qətiyyəti, Duyğu coşğunluğu yaradır.
   
   Həyatın Dərki - Mütləqin Dərkinə Yol açır - Kamilin, İdealın, Mütləq Əxlaqın Dərkinə.
   
   
   
   "Hüzzal"
   
   
   
   Kədərin ram edilməsi.
   
   Həqiqi Həyatın, yəni Ali, İdeal, Mütləq Həyatın Dərki - Həqiqi Əxlaqın Təsdiqi vasitəsiylə.
   
   Həqiqətin Dərki - Ali Həyatın Dərki vasitəsiylə.
   
   İdrak və Əxlaqın Vəhdəti - Mütləq səviyyədə.
   
   
   
   
   
   5. "Şur" muğamı
   
   
   
   "Maye-Şur"
   
   
   
   Zəka Hadisələr arxasında Mahiyyət açır, Əxlaq - Ali Kamilliyə can atır...
   
   Müxtəliflik arxasında Vəhdət görünür, İradə qətiləşir, Duyğular dərinləşir.
   
   Vahidliyə meyil - İdeala, Aliyə keçid tələb edir: Mütləq Həqiqətə, Mütləq Əxlaqa.
   
   Ali - Ali vasitəsiylə dərk olunur.
   
   Ali Zəka Əxlaqdan yaranır.
   
   Ali Zəka Əxlaq yaradır.
   
   Əxlaq Zəkalıdır, Zəka Əxlaqlıdır və hər ikisi Mütləqə can atır.
   
   
   
   "Zəmin-Xara"
   
   
   
   Həyat Yollarıyla - Həqiqətin təzə mərhələsinə doğru getmək - Mütləq Həqiqətə və Mütləq Ruhaniyyata doğru.
   
   Zəka və İradə səyi nəticəsində Zəkanın və İradənin güclənməsi.
   
   Zəka əxlaqi Kamilliklə bağlı olan Həqiqətə can atırg
   
   Mənəvi naqisliyi aradan qaldırmaq, İdraki naqisliyi aradan qaldırmaqla Birdir.
   
   İdrak Eşqi - Kamillik Eşqiylə Birdir və hər ikisi Vahid Ruhani Yol yaradır.
   
   
   
   "Hicaz"
   
   
   
   Mütləq Eşqi tüğyan edir.
   
   Zəka can atır ki, Həqiqəti dərk etsin!
   
   İradə can atır ki, Kamilliyə çatsın!
   
   Əxlaq Zəkanı Kamilləşdirir.
   
   Yalnız Əxlaqi Kamillik İdraki Kamillik yarada bilər.
   
   Yalnız Kamil Zəka Həqiqəti dərk edə bilər.
   
   İradə gərginliyi - Zəka gərginliyiylə Birdir.
   
   Kamillik Eşqi - İdrak Eşqiylə Birdir.
   
   Kamillik Eşqi - Kamil İdrak Eşqi yaradır.
   
   
   
   "Bayatı-Kürd"
   
   
   
   Kədərə qayıtmaq - qeyri-həqiqilik və qeyri-əxlaqilik səddini aşmaq.
   
   Qapalı Kədər Dairəsi - Həqiqilik və Kamillik Həsrəti.
   
   Kədər səddi - Həqiqilik və Kamillik Sədsizliyi.
   
   
   
   "Simai-Şəms"
   
   
   
   Həqiqilik və əxlaqilik dərk olunur.
   
   Mütləq - Zəkayla aşkara çıxır, Ürəklə duyulur, İradəylə gerçəkliyə müdaxilə eləyir.
   
   İdrak Əməlləşir, Duyğulaşır, Vəhdət möhtəşəm Düşüncələr, Duyğular, Qətiyyət seli yaradırg
   
   
   
   1. "Segah" muğamı
   
   
   
   "Maye-Segah"
   
   
   
   Kədərə dalmaq - Həyata dalmaqdır, İdeala açılan Yoldur - Kamilliyə, Həqiqətə.
   
   Güclənən Kədər - İdeal Həyat, Kamil İnsan Zəruriliyinin Güclənməsidir.
   
   Kədər Harayı - İdeal Həyat, Kamil İnsan Harayıdır.
   
   Kədər Ülviliyi - İdeal Həyat, Kamil İnsan Ülviliyidir.
   
   Kədər Müqəddəsliyi - İdeal Həyat, Kamil İnsan Müqəddəsliyidir.
   
   Kədər Gözəlliyi - İdeal Həyat, Kamil İnsan Gözəlliyidir.
   
   Ürəyin Kədər Məqamı - Ali Həyat Həsrətidir.
   
   Kədər Yolu - Həqiqət və Kamillik Yoludur.
   
   
   
   "Şikəsteyi-Fars"
   
   
   
   Kədər Zirvəsi - Qeyri-həqiqinin və Qeyri-kamilin dərki və Həqiqiliyə və Kamilliyə Keçid.
   
   Kədər Ağrısı - Qeyri-həqiqinin və Qeyri-kamilin verdiyi əzab və Həqiqiliyə və Kamilliyə keçid.
   
   Kədər Çılğınlığı - Həqiqiliyə və Kamilliyə keçid Ehtirası.
   
   Kədər Odu - Həqiqiliyə və Kamilliyə keçid Atəşi.
   
   Kədər Göyü - Həqiqiliyə və Kamilliyə can atma Ucalığı.
   
   Kədər Zənciri - Həqiqiliyə və Kamilliyə keçid Aramsızlığı.
   
   
   
   "İrak"
   
   
   
   İdeal Həyat və Həqiqi Ruhaniliyin Təsdiqi - İdrak möhtəşəmliyinin və Əxlaq Həqiqətinin.
   
   Mütləqə qovuşma - Kamil Həqiqətə və Həqiqi Kamilliyə.
   
   
   
   
   
   Nəticə
   
   
   
   "Əxlaq - gerçəkləşmiş Həqiqətdir.
   
   Həqiqət - dərk olunmuş Əxlaqdır!"
   
   Həqiqiliyin və Əxlaqiliyin dialektikası haqqında Muğam konsepsiyasının mahiyyəti bundan ibarətdir.
   
   (Ardı var)
Oxunub: 204
HƏSRƏT (211)
¹ 55 (413)
Güneldən şok açıqlama: "Qaşlarımı atamın icazəsilə aldırdım" (203)
Film sifarişlərinin qəbuluna başlanıb (209)
MUÜAM FƏLSƏFƏSİ (204)
İNAM ATA