YENƏ ZAUR
RAMAZANOV
"Komanda" qəzeti təzə bir layihə üçün təşəbbüs qaldırıb. Belə ki, ilk dəfə olaraq "İlin oyunçusu"nun azarkeşlər tərəfindən seçilməsinə imkan yaradılıb. ("Fanat"). Fanatlar bunu istədikləri oyunçuya SMS göndərməklə müəyyən edəcəklər.
Artıq prosesə start verildiyini desək səhv etmərik. İlkin araşdırmaların nətcələri göstərir ki, ən çox səs qazanan "Qarabağ"ın hücumçusu Zaur Ramazanovdur. Hələlik liderin ən yaxın təqibçisi də məhz eyni komandanın digər hücumçusu Vaqif Cavadovdur. Üçüncü pillədə isə "Xəzər-Lənkəran"ın qapıçısı Kamran Ağayev qərarlaşıb.