Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
BÖYÜK SEVGİ
Muxtar Respublikanın Ali Məclisinin sessiyası çağırıldı
"DƏNİZ QULDURLARI"
NARAHATLIĞA ƏSAS YOXDUR
Ermənilər hələ də atır
Rusiya neft hasilatını azaldacaq
Cərimələr sərtləşdiriləcək
ƏBÜLFƏTİN ŞEİR DÜNYASI
Qara işıq / V.Hüqo /
Əfsanəvi qəhrəman
ÖLÜM BAŞIMIZIN ÜSTÜNDƏ FIRLANIR
MUÜAM FƏLSƏFƏSİ
İFRAT
"Qiymət 70 dollara qalxsa, bizim üçün daha yaxşı olar"
HÜSEYN CAVİDİN ROMANTİZMİ
ZƏFƏR GÖRÜNÜBMÜ BU ZƏFƏR KİMİ?
SƏNSİZLİYİN QƏM KARVANI
Bəxtiyar ünvanlı Türkiyə-Türkiyə ünvanlı Bəxtiyar
HÜSEYN İSGGGƏNDƏROV HANSI KOMANDAYA GEDƏCƏK?
VAQİF SADIQOVUN "İŞİ" ALINMAYIB
QULLİT HOLLANDİYADA İŞLƏMƏK İSTƏYİR
YENƏ ZAUR RAMAZANOV
RUNİ CƏZALANDIRILA BİLƏR
TRAORE "PSJ"-Nİ TƏRK ETMƏK İSTƏMİR
QALLAS HARANI SEÇƏCƏK?
"AYAKS" BOYANI ÇAĞIRIR
ZOKORA "REAL"A CAN ATMIR
   
Əfsanəvi qəhrəman

"Xalqına şərəflə xidmət etməkdən böyük xoşbəxtlik ola bilməz". Ulu Öndər Heydər Əliyevin sözləri ilə tamamlanan "Mənalı ömrün akkordları" kitabı "Şuşa" nəşriyyatı tərəfindən oxuculara ərməğan edilmişdir. Müəllif "Kirpi" satira-yumor jurnalının əməkdaşı Ceyran Fikrətqızıdır. Gənc jurnalist kitabda Dünya Boks Federasiyasının hakimi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi, istedadlı alim, xeyirxah, sadə, qayğıkeş insan, gözəl ailə başçısı Niftalı Quliyevin mənalı həyat yolundan söhbət açır. Bir çox samballı elmi məqalə, metodiki vəsait və tövsiyyələr müəllifi olan Niftalı Quliyevin idmanımızın günün tələbləri səviyyəsində qurulmasında, gənclərin bu sahəyə həvəsləndirilməsi və peşəkarlıqlarının artırılmasında əvəzsiz xidmətləri konkret faktlarla, aydın dillə təsvir edilmişdir.
   
   Kitab bu gün dünyada kifayət qədər məşhur olan boksçunun hələ gənc yaşlarından qəlbində baş qaldıran arzularının illər keçdikcə böyüməsindən, hər cür çətinliyi inamla dəf edərək məqsəd və amalına çatmasını peşə dostlarının, onu yaxından tanıyanların dili ilə oxuculara çatdırır.
   
   Azərbaycanın qədim torpağı olan Zəngəzur mahalında dünyaya gələn Niftalı Quliyevin boks sahəsindəki nailiyyətləri ilə bərabər ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, vaxtaşırı mətbuatda maraqlı mövzularla çıxışları da diqqəti cəlb edir.
   
   Kitabı vərəqlədikcə o da məlum olur ki, dədə-babadan bizə ərməğan qalan "Əldən tutmaq Əlidən qalıb" prinsipi bu insanın xarakterik xüsusiyyətlərindən birinə çevrilmişdir.
   
   Kitaba ön söz yazan əməkdar mədəniyyət işçisi Polad Qasımov göstərir ki, bu əsər bir də ona görə dəyərlidir ki, müəllif öz qəhrəmanını bütün ömrünü boksa həsr edən əfsanəvi bir insan kimi gələcək nəslə canlı həyat məktəbi kimi təqdim etməyə çalışmışdır.
   
   Yetişməkdə olan nəslə hər zaman mənəvi dəstək olan Niftalı Quliyevin saysız-hesabsız yetirmələrinə və pərəstişkarlarına bu kitab ən gözəl hədiyyədir.
   
   
İlham QURBANOV
Oxunub: 206
Bəxtiyar ünvanlı Türkiyə-Türkiyə ünvanlı Bəxtiyar (200)
SƏNSİZLİYİN QƏM KARVANI (199)
ZƏFƏR GÖRÜNÜBMÜ BU ZƏFƏR KİMİ? (207)
¹ 52 (410)
HÜSEYN CAVİDİN ROMANTİZMİ (220)
(Əvvəli ötən şənbə sayımızda)
MUÜAM FƏLSƏFƏSİ (188)
İNAM ATA (ASİF ATA)
Əfsanəvi qəhrəman (206)
Qara işıq / V.Hüqo / (198)
ƏDƏBİ RAKURSLAR
ƏBÜLFƏTİN ŞEİR DÜNYASI (198)