Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
BÖYÜK SEVGİ
Muxtar Respublikanın Ali Məclisinin sessiyası çağırıldı
"DƏNİZ QULDURLARI"
NARAHATLIĞA ƏSAS YOXDUR
Ermənilər hələ də atır
Rusiya neft hasilatını azaldacaq
Cərimələr sərtləşdiriləcək
ƏBÜLFƏTİN ŞEİR DÜNYASI
Qara işıq / V.Hüqo /
Əfsanəvi qəhrəman
ÖLÜM BAŞIMIZIN ÜSTÜNDƏ FIRLANIR
MUÜAM FƏLSƏFƏSİ
İFRAT
"Qiymət 70 dollara qalxsa, bizim üçün daha yaxşı olar"
HÜSEYN CAVİDİN ROMANTİZMİ
ZƏFƏR GÖRÜNÜBMÜ BU ZƏFƏR KİMİ?
SƏNSİZLİYİN QƏM KARVANI
Bəxtiyar ünvanlı Türkiyə-Türkiyə ünvanlı Bəxtiyar
HÜSEYN İSGGGƏNDƏROV HANSI KOMANDAYA GEDƏCƏK?
VAQİF SADIQOVUN "İŞİ" ALINMAYIB
QULLİT HOLLANDİYADA İŞLƏMƏK İSTƏYİR
YENƏ ZAUR RAMAZANOV
RUNİ CƏZALANDIRILA BİLƏR
TRAORE "PSJ"-Nİ TƏRK ETMƏK İSTƏMİR
QALLAS HARANI SEÇƏCƏK?
"AYAKS" BOYANI ÇAĞIRIR
ZOKORA "REAL"A CAN ATMIR
   
BAZARDA NƏ UCUZ?..

Deyəsən, bu sözü bir dəfə də yazmışam; mənim oxuduğum vaxtlarda səhnə danışığı dərslərində dilin səlis işləməsi üçün tələbələrə yanıltmaclar öyrədirdilər. Bunların ən sadələrindən biri də bu idi: "Bazarda nə ucuz? Mis ucuz, küncüt ucuz"... Eşitdiyimə görə, daha bu yanıltmacı söyləmirlər. Asan olduğuna görə yox, informasiyanın düz olmadığına görə. İndi bazarda mis ən baha satılan mallardandı. Deyəsən, küncütü də narkotik siyahısına salıblar, heç adını tutmasan yaxşıdır. Adını eşidib özünü və üzünü görmədiyimiz ucuzlaşmadan danışmaq istəyirəm.
   
   Son vaxtların ən dəbdə olan sözü ucuzlaşmaqdır. Neft ucuzlaşır, benzin ucuzlaşır, tikinti malları ucuzlaşır, xidmət haqları ucuzlaşır... Ay başınıza dönüm, harada ucuzlaşır, ucuzlaşırsa, bizdə niyə ucuzlaşmır? Başqa şeylər bir yana, hər gün çörək almağa məcburuq və ilk günlər qiymətin saxlanması ilə çəkinin artırılması, indi isə çəkinin saxlanması ilə qiymətin düşməsi haqda sözləri bol-bol eşitsək də, ortada deyiləni gördüm deyən yoxdur. Nə çəki artıb, nə də qiymət düşüb? Yazırlar ki, noyabr ayında tikinti materiallarının qiyməti orta hesabla 26 faiz düşüb. Qardaşım, tikinti materialı deyəndə yadıma ilk növbədə daş, qum, sement və taxta gəlir. Bunların qiymətində bir qəpik də ucuzlaşma yoxdur. Bəlkə də statistikada var, vergi ödəmələrində belə göstərirlər, amma bazarda, dükanda nəinki 26, heç 2,6 faiz də düşməyib. Əgər o kant vurmaq üçün satılan rəngli ipin qiymətinin düşməsini ortalayıb orta hesaba soxuşdurmaq istəyirsinizsə, bizi niyə ələ salırsınız? Armaturun 36,3, şüşə pambığın 28,9, dəmir təbəqənin 26,3 faiz düşdüyünü qəzetdən oxuyanda adam bunun Zimbabvedə olduğunu düşünür və yadına o saqqallı anekdot düşür: Bağçaya yoxlama gəlir. Komissiyanın qarşısında müəllimə uşaqlardan soruşur: - Uşaqlara ən yaxşı qayğı harada göstərilir? Uşaqlar xorla: - Azərbaycanda! - Ən xoşbəxt uşaqlar harada yaşayır? - Azərbaycanda!.. Komissiya üzvlərindən biri görür ki, bir uşaq kənarda dayanıb için-için ağlayır. Yaxınlaşıb uşağın başını sığallayır və soruşur: - Niyə ağlayırsan? Uşaq içini çəkə-çəkə: - Mən də Azərbaycanda yaşamaq istəyirəm...
   
   Deyir dünya maliyyə böhranına görə xaricdə maşınların qiymətinin ucuzlaşması bizim banklara yaman pis təsir göstərəcək. Düşündüm ki, xaricdə maşının ucuzlaşması hara, bizim bankların vəziyyəti hara? Məlum oldu ki, birbaşa əlaqəliymiş. Sən demə, bizimkilərin əksəriyyəti bankdan kredit götürəndə girov kimi maşın qoyurmuş. Yəni tutaq ki, 70 minlik maşını qoyub 50 min kredit götürürdü, pulu vaxtında qaytara bilməyəndə maşın qalırdı banka. Həm də 20 min xeyirlə. İndi 70 minlik maşının qiyməti olub 40 min, pul alana pulu qaytarmaqdansa maşını saxlamaq daha sərfəlidir. Belədə bank nəinki gəlir götürmür, hələ üstəlik özü də ziyana düşür.
   
   Maşın demişkən, çox ciddi xəbərlər yayılır ki, yeni il başlayan kimi köhnə avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Deyir bizim ekologiyanı korlayır və əlavə tıxacların yaranmasına səbəb olurlar. İqtisadçı ekspert Zahid Məmmədov deyir ki, gərək köhnə avtomobillərin gətirilməsinə çoxdan qadağa qoyulaydı: "Ucuz olduğuna görə hərə gedib birini alır, çıxır küçəyə. Təsəvvür edin ki, hazırda paytaxtın yolları nə gündədir. Tıxacların əlindən mənzil başına çatmaq qeyri-mümkündür. Eyni zamanda belə köhnə model avtomobillər sürücülər üçün də sərfəli deyil. Yəni bir növ komfortunu itirmiş modellərdir ki, bəzi biznes adamları gedib Avropadan bunları gətirir, camaata sırıyır". Yəqin bu sitatı oxuyanda bəziləriniz özünüzün "hərə"lərdən biri olmadığınızın fərqinə vardınız. "Ucuz olduğuna görə hərə birini alıb"... Doğrudan da köhnə maşınların gətirilməsini və indiki köhnələrin küçələrdə hərəkətini qodağan eləsələr tıxaclar olmaz. Bəs onda o boyda körpülərə, yol aşırımlarına, tunellərə niyə bu qədər xərc çəkirdilər? Guya o maşın tüstünü bizdə yox, tutaq ki, Ermənistanda buraxanda bizim ekologiya korlanmır?
   
   Bədxahlar bir xəbər də yayırlar ki, "Təhsil haqqında qanun"un hələ də qəbul edilməməsinə səbəb Misir Mərdanovla Məleykə Abbaszadə maraqları arasında uzlaşmanın olmaması, üstəlik rektorların da hərəsinin xüsusi marağının təmin edilməməsidir. Hətta ölkənin iqtidar partiyasının səlahiyyətliləri məsləhət görür ki, qanunu Məclisə prezident təqdim eləsin ki, bunların əlavə söz deməyə cürətləri olmasın. Valideynlər artıq taleləri ilə barışıblar. İndi onların bir qayğısı var. Təhsil nazirimiz deyir ki, məktəblərdə yeni qiymətləndirmə sisteminə keçiləcək. İndi onlar bilmək istəyirlər ki, yeni qiymətin qiyməti artacaq, yoxsa o da qəzetlər yazan kimi, ucuzlaşacaq? Onlar da bilirlər ki, bizdə icbari təhsil pulsuzdur. Amma hər halda bilmək istəyirlər ki, xərcləri azalacaq, yoxsa çoxalacaq. Çox güman ki, burada ucuzlaşma olmayacaq, amma nə bilmək olar, dünyada maliyyə böhranıdır.
   
   Bizim alimlər, siyasətoloq, ekspert və politçilər israr edirlər ki, dünya maliyyə böhranının Azərbaycana ya heç dəxli olmayacaq, ya da çox az dəxli olacaq. Dediklərini hansısa iqtisadiyyat qanunları ilə sübut eləməyə də çalışırlar. Amma deyəsən, iqtisadiyyatın iqtidarı, müxalifəti var. Müxalifət iqtisadçıları deyirlər ki, "korrupsiyanın geniş yayıldığı dövlətlərə bu böhran daha böyük ziyan vuracaq". Mən biləni, hətta bizim iqtidar da ölkədə korrupsiyanın olmadığını iddia eləmir. Bəs belə olan halda, bu dəxli olub-olmamaq məsələsində hansısa ziddiyyət yaranmır ki?
   
   Yazının bu yerinə çatanda birdən hiss elədim ki, yuxarıdakı vədimdən asılı olmayaraq ("görmədiyimiz ucuzlaşmadan danışmaq istəyirəm") nədən, kimdən yazıramsa yazım, nəticə ya qiymətlə bağlı olacaq, ya da ucuzlaşma, bahalaşma ilə. Məsələn, o gün oxuyuram ki, bir dələduz özünü polis işçisi kimi təqdim eləyib, vətəndaşın 12 manatını alıb. Görsəydim, o vətəndaşın yaxasından yapışardım ki, sən nəyə görə polisin adını ucuzlaşdırırsan? Polis də 12 manat alar? Gərək sən elə o anda başa düşəydin ki, bu saxta polisdir. Və bir də... Lap tutaq ki, elə doğrudan da polisdir. Düz adamsansa, bir zibilin yoxdursa, niyə polisə pul verirsən? Razılaşın ki, burada ucuzlaşmanın, bahalaşmanın dəxli yoxdur...
   
   Biz görmüşük və öyrəşmişik ki, məmləkətimizdə nəyinsə keyfiyyətindən danışanda deyirik ki, yaxşıdır, pisdir, babatdır... Temperaturundan danışanda deyirlər ki, istidir, soyuqdur, ilıqdır... Rəng mənasında da eləcə, ağ, qara, sarı... Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycanda insan haqlarının vəziyyətindən danışanda deyib ki, burada insan haqlarının vəziyyəti kifayət qədər tünddür. Ta orasını başa düşmədim ki, bizimkilər tərcüməni belə ediblər, yoxsa elə belə də deyib. Əşi, siz dünyagörmüş, qiymət bilən adamlarsınız, necə bilirsiniz, tünd bahalaşmaya tərəfdir, yoxsa ucuzlaşmaya? Yoxsa burada da iqtidar-müxalifət yanaşması var?
   
   
   
   P.S. Bazarda nə ucuz? İnsanlıq ucuz, söz ucuz...
   
   
Oqtay SALAMOV ogtaysalamov@rambler.ru
Oxunub: 663
ƏDALƏT taleyimizə yazılıb (100)
MƏN DEYİRƏM DƏMDƏN-DƏMƏ (245)
Sən deyirsən damdan-dama
MƏSƏLİ BİZİMKİLƏRDƏN UZAQ (238)
BÖHRAN (241)
HİTLER ŞEYTANLA MÜQAVİLƏ BAĞLAMIŞDIMI? (317)
ZİBİLİZASİYA (349)
GET BANANINI YE (363)
ÖZÜMƏ VƏ ... MESAJ (400)
HƏLƏ MƏNİ QƏBUL EDƏRSƏNMİ? (452)
Vladimir Vısotski ölümündən bir gün əvvəl Marina Vladiyə yazmışdı: "Mən tərgitmişəm. Sən hələ məni qəbul edərsən?"
İŞ TƏRS GƏTİRƏNDƏ (477)
Atalar deyirdi ki, xəşil də diş sındırır
DƏRDİN DƏRMANI, YOXSA DƏRMANIN DƏRDİ... (586)
ALLAH AĞIL VƏRSİN... (520)
Əslində bakılılar bir az da yaxa-yaxa deyirlər: "Əlləh əğil vərsin"
ADDIMLAR (483)
QIRIQ-QIRIQ FİKİRLƏR (463)
AĞILLARI BAŞDAN ÇIXARAN ŞƏKİL (497)
MƏN BİLDİM, SİZ DƏ BİLİN (508)
XXI ƏSRDƏ HALALLIQ? (571)
ATHAATDI (538)
BUQƏLƏMUNLAR (361)
ÖKÜZ GETDİ, PƏLƏNG GƏLİR (230)
Və ya dəqiqənin hökmü
MUZ, YOXSA MIZ? (205)
Səbrsizlər yazını aşağıdan oxumağa başlaya bilərlər
SOYMAQ, SOYUNDURMAQ SÖZLƏRİNİN KÖKÜ SOY DEYİLMİŞ (282)
HARDA MÜSƏLMAN GÖRÜRƏM... (276)
BARMAĞIN TALEYİNİ GÖSTƏRİRMİ? (340)
OLANDA BELƏ DƏ OLUR (319)
ÖZÜNÜZÜ ALDADA BİLİRSİNİZMİ? (248)
DEYƏSƏN DÜNYA DÜZƏLİR AXI (440)
BU NƏYDİ, ƏƏ?.. (495)
DADI QAÇAN SÖHBƏTLƏR (346)
SAĞSAĞAN ÇIĞIRTMASI (356)
"DİFFAMASİYA" QANUNU QƏBUL OLUNSAYDI... (306)
Yazının adını "SƏRSƏMLƏMƏLƏR" qoyardım
ORDU SƏNİN, ORDU MƏNİM, ORDU ...HEÇ KİMİN? (357)
QAYĞINIZA ... ÇOŞQA KƏSİM (380)
Və ya sındırın o güzgggünü ki, sizi eybəcər göstərir
TƏZƏ BAZARIN KÖHNƏ NIRXI (384)
Tərəqqi dala olur, yoxsa qabağa?
KİM NƏYİ BACARIR? (383)
PANİKA (413)
"YÜZ YAŞAMAQ" MÜMKÜN DEYİL (395)
Allah yazsa da, bəndə imkan vermir
"NÖMRƏ 775, NA VIXOD" (417)
Çıxmayanı doğrayıb çıxarırlar
MİNİMUM, MAKSİMUM VƏ ELƏ AYAĞINDAN (442)
AŞAĞI SAQQAL, YUXARI BIĞ (482)
Bəlkə heç tüpürmək məsləhət deyil?
QULAQARDI (452)
Əgər başqa replikalar olmasaydı sondakı ciddi mövzuya daha ciddi başlıq verərdim. Qurban olsun and içənlərə və "lı"lılara
WEEKEND (461)
Ermənilər bunu da aldadırlar
TÜRKSÜZ VƏ MƏSƏLSİZ (624)
"Əslini danan zatıqırıq olar" məsəlini mən də bilirəm, bəs əsil bizi danırsa?..
QURTDANQUŞ (450)
El arasında hər şeylə maraqlanan, hər işə burun soxan, "əkilməyən yerdə bitən" adama belə deyirlər
DEYİR YAZ GƏLDİ, YAZ GƏLDİ (599)
QARAVƏLLİ (487)
Gələn sözü deməməklə ömürlük kəko qalmaq olar Pəltək ataların sözü
"AH QADINLAR, QADINLAR"... (530)
Arvadı Şekspirə bu cümləni tamamlamağa imkan verməyib
QAPQARA QUTU (530)
Əslində, qutu bəhanədir, məsələləri qutuya salanlar haqda yazı
HAQQ-ƏDALƏT GEC DƏ OLSA ÖZ YERİNİ TAPIR (602)
ALLAHIM, BU MİLLƏTİ ÖZÜN QORU! (569)
ETİRAF (577)
DƏM OLMUŞUQ HAMIMIZ (544)
Əzraili gücləndirilmiş iş rejiminə keçməyə məcbur eləmişik
GƏL-GƏL ÖKÜZ GÜNLƏRİ (660)
Siçandan gül dərmişdik, öküzdən gülab çəkərik
DÜŞÜNMƏYƏ DƏYƏN MƏSƏLƏ (586)
TERAPİYA (657)
BAZARDA NƏ UCUZ?.. (663)
CƏZANIN DOZASI (680)
Cəza verənin kim olması da şərtlərdəndir
İSTİSMAR MÜDDƏTİ (693)
Səninki nə qədərdi, oxucu?
HANSI SAATLA İŞLƏYƏK? (750)
QATIQDAN ZƏHƏRLƏNƏNLƏR VƏ YA QATIQ MƏSƏLƏLƏR (748)
ANLAMAZLIQ MƏRƏZİ (682)
KƏŞFİYYAT MƏSƏLƏSİ (706)
XORUZUN QUYRUĞU (668)
XIRDACA PROBLEMLƏR (712)
Əzizləmə mənasında bunlara problemciklər də deyə bilərik
"MƏNİYNƏN MƏZƏ ÇIRTDADIRSAN?" (674)
Son vaxtlar məzə sözünü çox hallandırırıq
NADANLIQ (645)
Bu, təkcə Nəriman Nərimanovun əsərinin adı deyil
İCTİMAİ QINAQ (692)
Onu nə ilə yeyirlər?
WHO IS WHO? (741)
Yəni, kim kimdir?
TƏCRÜBƏ DOVŞANLARI VƏ DÖZÜMLÜLÜK POLİQONU (729)
BİŞMİŞ TOYUĞUN GÜLMƏYİ (723)
- Bazarda nə ucuz? - Mis ucuz, küncüt ucuz İndi fantastik görünən yanıltmac
NORMAL MÜNASİBƏT NECƏ OLUR? (709)
Söhbət təkcə ünsiyyətdən yox, həm də baxışdan gedir
KEÇMİŞİK QARPIZA (726)
Allah axırını xeyir eləsin
DAŞ-DAŞA, DIRNAQ DAŞA (753)
Biz savaşa, siz tamaşa
KAMPANİYA (726)
... DÜZÜR BOYLANA-BOYLANA (696)
Aşıq mahnısında "üzür", "süzür" ifadələri də var
BU NƏ DEMƏKDİR? (715)
ƏSLİNDƏ SƏRXOŞ YAXŞI SÖZDÜR (685)
"Sər" başa deyirlər, xoş da elə xoşdu. Yəni xoş baş. Boş yox a, xoş baş, bunun nəyi pisdi?
TOY, YAS, XAOS, QURBAĞA, DİNOZAVR (685)
Pah atonnan, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun əhatəsi nə qədər böyük imiş...
YAŞAYANDA EHTİYATLI OLUN (708)
QƏLİZDİ, QAQAŞ, QƏLİZDİ (706)
Stol başından reportaj
DƏQİQLİK (627)
Bizim üçün bu "das in fantastiş"dir
BİHƏYA... BİHƏYA... (774)
Qoymusan ortaya
BİRİ BAZLIQDA, QALANLAR DA... (767)
Qaradan bəd rəng də varmış
AZ VERİRSƏN ARIQLAYIR, ÇOX VERİRSƏN... (805)
Bakıda yaşıl boyanın qiyməti qalxacaq
MƏN ÖZ FİTİMİ TANIYIRAM (749)
"BU SEVGİYƏ İNANIMMI"? (792)
İnana bilmədiyimi danımmı?..
YAZ VAR, QIŞ VAR (900)
Nə tələsik iş var?..
İKİ OD ARASINDA (901)
Soruşurlar ki, niyə tərləmisən
ŞƏBƏDƏ (880)
ZOĞALLAMA (965)
GİRƏVƏ (892)
AĞ QARIN ÜZ QARASI (975)
SOYUQ BAŞIN DÜŞÜNCƏSİ QRİP OLUR (624)
Özü də ən yüngül halda, hələ menengit təhlükəsi də var
QARDAŞ OLUR HAYASTAN - AZƏRBAYCAN? (474)
BU MİLLƏTİN HEYSİYYƏTİ İLƏ OYNADIĞINIZ YETƏR! (495)
GÖRƏK KİM KİMƏ ATDI (434)
BİZƏ YARDIM LAZIMDIRMI? (356)
Və yaxud nikbinlər düz deyir, yoxsa bədbinlər?
BUDUR GƏLDİ BAYRAM FƏSLİ (331)
QANUN KİMƏ ŞAHDIR (342)
Ancaq ona nökər olana, yoxsa...
ADAMI ÇÖRƏKLƏ DƏ SINAYARLAR, LAP ACLIQLA DA (305)