Mağazadan 12 min dollar oğurlandı
Bakıda mağazadan 12 min ABŞ dolları oğurlanıb. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yerləşən Şahin Məmmədova məxsus mağazanın seyfindən 2295 manat və 8800 ABŞ dolları məbləğində pulun oğurlanması barədə 34-cü polis bölməsinə məlumat daxil olub.
Bölməyə daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin elə həmin mağazanın anbardarı işləyən, 1967-ci il təvəllüdlü İlqar Rafiq oğlu Ramazanov tərəfindən törədilməsi müəyyən edilib. İlqar Ramazanov artıq saxlanılıb, faktla bağlı araşdırma aparılır.