Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
"Ən intensiv investisiya axımı Rusiyadan müşahidə olunur"
"Rəfibəylilər" sənədli televiziya filminin çəkilişlərinə başlanıldı
Mişel Polverino: "Bakıda üç xal qazanmağımız mümkündür"
Havanın temperaturu normallaşacaq
Qətldə təqsirli bilinənlərin məhkəməsi başladı
"Qanunun qəbulunun gecikməsi müharibə ilə əlaqədar deyil"
Polis zabitinin məhkəməsi başladı
Yol qəzası ölümlə nəticələndi
7 kənd susuz qaldı
GÜNÜN LƏTİFƏSİ
   
"Ən intensiv investisiya axımı Rusiyadan müşahidə olunur"
Gürcüstanda baş verən hadisələrdən sonra MDB ölkələri arasında ən intensiv investisiya axımı Rusiyadan müşahidə olunur. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Nazirin sözlərinə görə, Gürcüstanda baş verən hadisələrə iki cür yanaşmaq olar. Belə ki, regionda bir ölkədə problem yarandığı təqdirdə qonşu ölkələrə investisiya axını müşahidə oluna bilər.
   "Digər tərəfdən isə ümumi regionda müəyyən sabitlik olmadığına görə investisiyaların axıb ölkədən getməsi də baş verə bilər. Hazırda MDB ölkələri arasında ən böyük investisiya axımı, yəni investisiyaların ölkədən çıxması Rusiyada müşahidə olunur. Azərbaycanda isə bununla bağlı heç bir problem yoxdur", - deyə H.Babayev vurğulayıb.
   
Oxunub: 207
1 mln. elektron qaz sayğacına ehtiyac var
Azərbaycanın Gəncə şəhərinin elektron qaz sayğacları ilə təmin edilməsi prosesi 2009-cu ilin ortalarına kimi yekunlaşacaq. Bu barədə "APA-Economics"ə "Gəncə Sənaye-Cihaz" ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib.
   
   Müəssisə rəhbərinin sözlərinə görə, elektron kartlı qaz sayğacları bu şəhərdə dövlət başçısının tapşırığı ilə qurulur. İndiyədək Gəncədə 30 mindən artıq elektron qaz sayğacı quraşdırılıb. Gəncədə daha 65 min elektron qaz sayğacı quraşdırıldıqdan sonra bu proses tam başa çatacaq. F.Yelisuyski bildirib ki, artıq Bakıda da yeni tikilən binalarda elektron qaz sayğaclarının quraşdırılmasına başlanılıb. İndiyədək Bakıda 3 min elektron qaz sayğacı quraşdırılıb. Ümumiliksə isə, hazırda ölkədə 1 mln. elektron qaz sayğacına ehtiyac var.
   
   
Oxunub: 168
Press-reliz
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin himayəsi altında, Novo Nordisk farmoseptik şirkətinin sponsurluğu ilə Azərbaycan Diabet Liqası (ADL) və Respublika Endokrinoloji Mərkəzi şəkərli diabetlə xəstə olan uşaq və yeniyetmələr üçün 2008-ci ilin sentyabrın 5-12 tarixlərində xüsusi yay düşərgəsi təşkil edir.
   "Şəkərli diabet üzrə Dövlət proqramı"nın IV maddəsi "Şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reabilitasiya yardımının təşkil edilməsi" haqqındadır. Bu maddənin 39-cu bəndində göstərilir: "Uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatlarla təmin edilməsi" Gənclər, İdman və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi tərəfindən icrası nəzərdə tutulub. Bunun həyata keçirilməsi üçün adi yay düşərgələrindən daha çox vəsait və qüvvə tələb edilir. Çünki bu kimi düşərgələrdə şəkərli diabetlə xəstə olan uşaq və gənclər ancaq istirahət etmir, onlar təlim olunur, tibbi nəzarət altında qlikemiyalarını müayinə edir, psixoloji yardım alırlar. Məqsəd şəkərli diabetlə xəstə olan gənc insanların həyat keyfiyyətinin yüksəldilməsi, cəmiyyətə inteqrasiya edilməsi və gələcəkdə diabetik fəsadların nəticəsi kimi əmək qabiliyyətsiz, əlil insana çevrilməməsidir. Hal-hazırkı iqtisadi çətinlikləri nəzərə alaraq bu böyük və məsuliyyətli işin yerinə yetirilməsində ictimai və donor təşkilatlarının köməyinə böyük ehtiyac var.
   Azərbaycan Diabet Liqası (ADL) yeganə təşkilatdır ki, bu kimi yay düşərgələrini təşkil edir və kifayət qədər təcrübəsi var. Çünki 1999-cu və 2001-ci illərdə Türkiyə Diabet Fondunun dəvəti ilə təşkilatın əməkdaşları (şəkərli diabetlə xəstə uşaqlarla birgə) Türkiyədə təcrübə toplamışlar. ADL təşəbbüs qrupu kimi 2000-ci ildə "Ümid" Beynəlxalq Humanitar Fondunun (rəhbəri prof. R.Məmmədhəsənov) köməkliyi ilə "Azər Türk Diab" proqramı çərçivəsində Azərbaycanda ilk dəfə təşkil edilmiş yay düşərgəsində iştirak etmişdir. ADL 2002-2007-ci illər ərzində Gənclər və İdman Nazirliyinin, digər təşkilatların dəstəyi ilə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi vəsaitindən təşkilat üçün ayırdığı aylıq vəsaitdən şəkərli diabetlə xəstə uşaqlar üçün "Şirin həyat" adlı yay düşərgələri təşkil etmişdir.
   Diabetli uşaq və yeniyetmələr üçün ilk düşərgədə, 1925-ci ildə ABŞ-nın Miçiqan ştatında Dr. Leonard F.C.Vendt tərəfindən təşkil edilmişdir. Hal-hazırda ABŞ və Avropanın bir çox ölkəsində, həmçinin, Türkiyədə diabetli uşaq və yeniyetmələr üçün (10-18 yaş), Avstraliya kimi bir çox digər ölkələrdə isə kiçik yaşlı uşaqlara (10 yaşa qədər) düşərgələr təşkil edilir.
   Düşərgə şəkərli diabetlə xəstə uşaqlara və gənc insanlara nə verir?
   
   Öz xəstəliyi haqqında məlumat və onun praktik tətbiqini;
   Diabetin kompensasiyasını və gələcək fəsadların qarşısını almaq imkanlarını;
   Sərbəst (valideyn himayəsi olmadan) həyata vərdişlərini;
   Kommunikabellik və yeni qabiliyyətlərin kəşfini;
   Əhval-ruhiyyənin yüksəlməsini və həyata marağın artmasını;
   Öz həyatı uğrunda mübarizə qabiliyyətini.
   Yay düşərgəsi zamanı həkim nəzarəti altında gün ərzində 4-5 dəfə qlikemik profil müəyyən edilir, qida və insulin dozaları tənzimlənir, düzgün gün rejimi təşkil edilir, hədiyyələrlə zəngin oyunlar, müsabiqələrlə, debatlar keçirilir, axşam diskotekaları, dəniz və meşə səfərləri təşkil olunur.
   Lakin hər il bu kimi yay düşərgələrinin təşkili üçün maliyyə vəsaitinə böyük ehtiyac yaranır. ADL çox arzu edir ki, şəkərli diabetlə xəstə uşaq və gənclər üçün təşkil edilən bu kimi xüsusi yay düşərgələri daimi xarakter daşısın və mümkün qədər çoxları əhatə etsin.
   
   
Oxunub: 172
Heydər Babayev: "Bu il Azərbaycanda inflyasiya 18-20% olacaq"
Azərbaycan iqtisadi inkişaf naziri 2008-ci ilin sonuna qədər ölkədə inflyasiyanın 18-20% səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə "APA-Economics"ə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib: "Mənim fikrimcə, dünya bazarında ciddi dəyişikliklər baş verməsə, inflyasiyanın tempi 20%-dən çox olmayacaq".
   "Bundan qorxmaq lazım deyil. Belə ki, ölkədəki inflyasiyanın səbəbləri məlumdur. Bunlar, əsasən idxalın və büdcə xərclərinin böyük templərlə artması ilə bağlıdır", - H.Babayev qeyd edib.
Oxunub: 163
Havanın temperaturu normallaşacaq
Yaxın üç gün ərzində Abşeron yarımadasında havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, yaxın günlərdə meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən, əlverişlidir.
   Hazırda Bakıda havanın temperaturu 29 dərəcədir.
Oxunub: 182
7 kənd susuz qaldı
Salyanın 7 kəndi- Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk, Düzənlik və Kürsəngi kəndləri 15 gündür susuz qalıb.
   
   Bu barədə APA-nın Mil-Muğan bürosuna kənd sakinləri məlumat veriblər. Onların bildirdiyinə görə, artıq 15 gündür ki, adları çəkilən kəndlərə içməli və əkini suvarmaq üçün su verilmir. Nəticədə bostan, tərəvəz və yonca əkinləri məhv olmaq üzrədir. Salyan rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Ələddin Abbasov suyun verilməməsini Salyan Meliorasiya və Suvarma sistemləri idarəsinə 3-cü rübdə verilən elektrik enerjisi limitinin bitməsi nəticəsində kəndlərə nasoslarla su vurulmasının qismən dayandırılması ilə izah edib. Ə. Abbasov problemin öz həllini tapacağını bildirib.
   
   
Oxunub: 185