Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Robinyo rekord məbləğə İngiltərə komandasına transfer olundu
Yunus Oğuzun kitabı İranda çap olunub
Sevda Ələkbərzadə beynəlxalq musiqi festivalında çıxış edib
Bilal Əliyev amerikalı reperlə duet oxuyacaq
GÜNÜN LƏTİFƏSİ
   
Yunus Oğuzun kitabı İranda çap olunub
Türkoloq-alim Yunus Oğuzun "Türkün tarixinə yeni bir baxış" kitabı Güney Azərbaycanda əski əlifbada çap olunub. Əsər əski əlifbaya tanınmış hərəkatçı Cəfər Pəştu tərəfindən uyğunlaşdırılıb.
   2000 tirajla çap olunmuş kitabın bütün nüsxələri Tehran və Təbrizin kitab mağazalarında satılıb. Kitabın Güneydə nəşrini tanınmış hərəkatçılardan biri təşkil edib. ("OLAYLAR"İA)
Oxunub: 163
Sevda Ələkbərzadə beynəlxalq musiqi festivalında çıxış edib
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə Rumıniyanın Mamaya şəhərində keçirilən beynəlxalq musiqi festivalında konsert proqramı ilə çıxış edib.
   Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, festival Rumıniyanın "Dynamic Art Management" musiqi agentliyinin təşəbbüsü ilə keçirilib.
   Müğənninin sözlərinə görə, sözügedən festival özündə etnik ənənələri, müasir caz, rok, pop və alternativ musiqi cərəyanlarını birləşdirir. S. Ələkbərzadə ilə yanaşı, festivalda Portuqaliyanın caz ifaçısı Mariya Coao, XXI əsrin "Flaminqo" rəqsinin mahir ifaçısı kimi tanınan ispaniyalı rəqqasə Dukende, Hindistanın "Madras Speshial" qrupu, "Qremmy" mükafatı laureatı, amerikalı fleyta ifaçısı Deyv Valentin də çıxış edib. Festivalda S. Ələkbərzadəni fortepianoda Emil İbrahimov, tarda Malik Mansurov, nağarada Natiq Şirinov, kontrabasda Ruslan Hüseynov müşayiət edib.
   Festivalda S. Ələkbərzadə "Gül açdı" albomundan "Şəbi hicran" kompozisiyasını ifa edib. S. Ələkbərzadə bildirib ki, onun klipləri festivalın reklam roliklərində istifadə olunub və Rumıniya televiziyasında yayımlanıb. Bununla yanaşı, festivalın təşkilatçısı olan "Dynamic Art Management" musiqi agentliyi azərbaycanlı müğənniyə və musiqiçilərə əməkdaşlıq təklifi edib.
Oxunub: 148
Bilal Əliyev amerikalı reperlə duet oxuyacaq
Azərbaycanın əməkdar artisti Bilal Əliyev Amerikanın məşhur ulduzlarından biri ilə duet oxuyacaq. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, artıq bu layihə ilə bağlı müqavilə də imzalanıb.
   Onun sözlərinə görə, müqavilənin şərtinə uyğun olaraq duet ortağının adı gizli saxlanılmalıdır: "Amerikada olan zaman layihə ilə əlaqədar pop ulduzla görüşümüz oldu. Yalnız onu deyə bilərəm ki, layihədə replə muğamı sintez edəcəyik. Muğam hissəsi mənə, rep isə Amerikanın tanınmış ulduzuna həvalə olunub".
   Bu layihənin maraqlı alınacağına ümid edən Bilal Əliyev təklifin amerikalı ulduz tərəfindən gəldiyini deyib. Müqaviləyə əsasən, bir il ərzində Amerikada yaşayacağını vurğulayan sənətçi layihə müqabilində ona külli miqdarda qonorar da təklif edildiyini etiraf edib.
Oxunub: 153