Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
2930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Robinyo rekord məbləğə İngiltərə komandasına transfer olundu
Yunus Oğuzun kitabı İranda çap olunub
Sevda Ələkbərzadə beynəlxalq musiqi festivalında çıxış edib
Bilal Əliyev amerikalı reperlə duet oxuyacaq
GÜNÜN LƏTİFƏSİ
   
XXI ƏSR TÜRKLƏRİN ƏSRİ OLACAQMI?
Deyəsən, yox, çünki Abdulla Gülün Yerevana səfəri reallaşır
"Vaxt gələcək Sovetlər imperiyası dağılacaq, xalqlar rus imperiyasının zəncirlərindən azad olaraq müstəqil dövlətlərini yaradacaqlar... Müsəlman ölkələrinə qarşı aparılan işğalçılıq müharibələri və aparıcı dövlətlərin dünyaya ağalıq etmək üçün yaratdığı qarşıdurmalar Amerikanı, Rusiyanı və Avropanın aparıcı dövlətlərini zəiflədəcək. Hər tərəfdən sıxılan müsəlman dövlətləri Türkiyənin ətrafında birləşməyə məcbur olacaq. Türklər müharibəsiz-silahsız dünyanın aparıcı xalqına çevriləcək. XXI əsr Türklərin Əsri olacaq. (Böyük rus yazıçısı Soljenitsının həbs düşərgələrindən Krım türklərinin lideri Mustafa Cəmilova yazdığı məktublarından. 1980-ci illər).
   Hələ 1980-ci illərdə Özbəkistan SSR Prokurorluğunda işlədiyim dövrlərdə Krım tatarlarının azadlığı uğrunda Sovetlər imperiyasına qarşı çıxan Krım türklərinin lideri Mustafa Cəmilova qarşı qaldırılmış 24 cildlik cinayət işinin əsas hissəsini o zamankı vicdan əzabkeşləri sayılan Soljenitsının və Saxarovun onunla yazışmaları təşkil edirdi. Xüsusilə böyük rus yazıçısı və uzun müddət dissident həyatı yaşamış Soljenitsının məktublarında Rusiya imperiyasının gələcəyi, bununla bağlı dünyada baş verə biləcək hadisələr ətrafında mülahizələri daha maraqlı idi.
   Sonradan Sovetlər imperiyasının dağılması, bir çox müttəfiq respublikaların rus imperiyasının zəncirlərindən xilas olaraq müstəqil dövlətlər qurması yazıçının proqnozlarını doğrultdu. Hazırda dünyada baş verən proseslərə nəzər saldıqca doğrudan da Türkiyə üçün münbit bir şəraitin yarandığını görürük. Yalnız ağıllı siyasət aparmaqla qansız-qadasız XXI əsrin aparıcı dövlətinə çevrilmək imkanlarını əldə etmək olar.
   Artıq uzun illərdir dünyanın enerji resurslarına ağalıq etmək iddiasında olan ABŞ, Rusiya və Qərb dövlətləri müsəlman xalqlarına qarşı demək olar ki, səlib yürüşlərini davam etdirirlər. Faktiki olaraq Yaxın Şərq ölkələrini öz nəzarəti altına keçirmiş ABŞ-ın növbəti addımı daha böyük bir müsəlman dövlətinə - İran İslam Respublikasına yönəldiyi vaxtda Sovetlər imperiyası dağıldıqdan sonra indi-indi özünə gəlməyə başlayan Rusiyanı da yoldan çıxardı. Onlar Gürcüstan Respublikasına qarşı hərbi müdaxilə etməklə ABŞ və Qərb dövlətlərinin diqqətini özünə tərəf yönəltdi.
   Dünya dövlətləri üçün strateji əhəmiyyət daşıyan Cənubi Qafqaza nəzarət etmək uğrunda ABŞ və Rusiya arasında mübarizə yeni mərhələyə qədəm qoyur. Müstəqil Gürcüstan Respublikasının ərazi bütövlü-yünə təcavüz etməklə Rusiya ilə ABŞ arasında onsuz da davam edən soyuq müharibənin gələcəkdə qızışması ehtimalı da artır.
   Bu gün yaranmış vəziyyətdən istifadə edərək dünyadakı mövqelərini daha da möhkəmləndirmək məqsədilə Türkiyə Cümhuriyyəti siyasi mövqeyini ortaya qoymalıdır. Lakin belə görünür ki, hazırki hakimiyyət hələ də ABŞ-ın və Qərbin təsiri və təzyiqi altından çıxa bilmir. Üstəlik, bu gün Rusiya Türkiyəni Qərbdən ayırıb Qafqazda yeni blok yaratmaqla bu bölgəni öz nəzarətində saxlamaq istəyir. Onun üçün də əslində Rusiya və Qərb tərəfindən hazırlanmış Türkiyə prezidenti Abdulla Gülün son dövrlər mətbuatın aparıcı xəbərlərinə çevrilmiş Ermənistana səfəri deyəsən reallaşır.
   Bir çox siyasətçilərin fikrincə, Türkiyə prezidentinin Ermənistana bu səfəri dövlətin strateji mövqeyini dəyişməyə-cək. Əksinə, guya yeni Qafqaz blokunun yaradılması planlarının reallaşmasına köməklik edəcək. Unutmaq lazım deyil ki, bu blokun yaranması təklifi Türkiyə tərəfindən gündəmə gətirilsə də ideya başqa tərəfdən gəlir. Və birdən-birə türkləri özlərinə əzəli və əbədi düşmən sayan Ermənistan tərəfindən belə bir təklifin verilməsi çox şübhəlidir. Əslində Qafqazda hər hansı bir blokun və ya evin yaradılması ideyası münaqişə zonalarındakı məsələləri həll etmək iqtidarında olmayacaq. Türkiyənin bu məsələyə qatılması yalnız bir məqsəd daşıya bilər. Rusiya və Qərb bu ideyanı ortaya atmaqla yalnız Ermənistanın kommunikasiya xətlərinin açılması ilə dünyaya çıxışını reallaşdırmaq istəyir və bununla da hər zaman müttəfiqləri sayılan Ermənistanın Qafqazda mövqelərini möhkəmləndirmək məqsədi daşıyır.
   Qafqazdakı münaqişələrə gəldikdə isə son 15-20 il göstərir ki, Türkiyənin rolu və imkanları o qədər də geniş deyil. Bundan sonra da ona belə bir imkanın yaradılacağı inandırıcı görünmür. Bu münaqişələrin həllində Rusiya aparıcı mövqedədir ki, onlar da son Gürcüstan hadisələri ilə öz niyyətlərini bir daha ortaya qoymaqla sübut etdilər ki, sivil yolla bu münaqişələrin həllinə imkan verməyəcəklər. Bəs belə olan halda Türkiyə Ermənistanda nə axtarır? Bu gün, həmçinin, Türkiyəyə də qarşı ərazi iddialarında olan Ermənistandan nə gözləyir? Doğrudanmı, Abdulla Gül ermənilərin yeni hiylələrinə inanır?
   Soljenitsınların mülahizələri ötən illər ərzində həm Rusiyanın, həm də ABŞ-ın və Qərbin siyasi institutlarında araşdırılır və bunun qarşısının alınması üçün tədbirlər görülür. Abdulla Gülün Ermənistana səfərinin bu ölkələr tərəfindən təşkil olunması elə türklərin aparıcı mövqelərə yiyələnməsinin qarşısını almaq məqsədi daşımırmı?
   
   
Rüstəm HACIYEV
Oxunub: 304
Əməkdaşlıq mərkəzi yaradılacaq?
Bu barədə bəyanatın imzalanacağı gözlənilir
Müxalifət partiyalarının əməkdaşlıq mərkəzinin yaradılması barədə bəyanat layihəsi artıq bir sıra partiyalar tərəfindən tam qəbul edilib.
   
   Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılının APA-ya verdiyi məlumata görə, "Azadlıq" blokuna daxil olan partiyalar, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və "Azərbaycan Naminə" İctimai Forum bu həftənin sonu sənədə imza atacaqlar.
   
   Sənəddə hansı prinsiplərin yer aldığına gəldikdə, A. Hacılı bildirib ki, mərkəz oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı yaradıldığından seçkiyə münasibət də prioritet olaraq götürülüb. Açıq Cəmiyyət Partiyasının mərkəzə qoşulub-qoşulmayacağına gəldikdə, A. Hacılı bu barədə hələlik yekun fikir olmadığını bildirib: "ACP rəhbərlərindən bir-birinə zidd bəyanatlar gəlir. Ona görə də bu məsələ yaxın günlərdə öz həllini tapacaq".
   
   
Oxunub: 260
Diasporaların fəaliyyəti müzakirə olunacaq
Oktyabrın 1-2-də Vaşinqtonda "Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu" mövzusunda konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən "US Azeris Network" şəbəkəsidir.
   
   Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Amerikadakı Azərbaycan diasporunun siyasi fəallığı, onun keçdiyi yol və gələcək perspektivləri, Amerika azərbaycanlılarının bu günü və s. məsələlər müzakirə olunacaq. Tədbirin digər hissəsi isə əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək. Konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Elin Süleymanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ABŞ Dövlət Departamenti və Dünya Bankının təmsilçisi, ABŞ Dövlət Katibinin müavininin köməkçisi Metyu Brayza, ABŞ Konqresinin üzvü və başqaları iştirak edəcəklər. Tədbirə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da dəvət olunublar.
   
   
   
   
Oxunub: 281
"Qanunun dəyişdirilməsinə ehtiyac yoxdur"
"Azərbaycanda heç bir dini qrupun, o cümlədən vəhhabilərin problemə çevrilmək təhlükəsi yoxdur. Bu tam gerçəklikdir. Ölkədə hər bir kəsə dini etiqad azadlığını təmin etmək hüququ verilib".
   Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib. Parlamentin komissiya sədri ölkədə fəaliyyət göstərən hansısa dini qrupun fəaliyyətinin xof kimi qiymətləndirilməsinin düzgün olmadığını deyib.
   R. Aslanovanın sözlərinə görə, hansısa dini qrupun üzvlərinin sayının artması və sonradan ölkə üçün təhlükəyə çevrilə biləcəyi ilə bağlı narahatçılığa əsas yoxdur: "Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb".
   "Əbu Bəkr" məscidində baş vermiş partlayışa toxunan R. Aslanova bu hadisəni dindarlara hörmətsizlik kimi qiymətləndirib: "Həmin hadisəni törədən cinayətkarın tapılması zəruri və vacibdir".
   "Dini etiqad azadlığı haqqında" qanunun yenidən qəbulu və ya dəyişdirilməsinə gəlincə, komissiya sədri hazırda buna ehtiyac görmədiyini bildirib: "Bu qanunda olan müddəalar Azərbaycanda mövcud olan dini icmaların normal fəaliyyət göstərməsinə imkan verir".
Oxunub: 288
Millət vəkilləri Ermənistana getməyəcək
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün İrəvana gedib-getməyəcəyi qərarı müzakirə olunub.
   Qrup toplantısından çıxan yekdil qərara görə, AKP millət vəkilləri bu matçı izləmək üçün İrəvana getməyəcək. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə prezidenti Abdulla Gülü sentyabrın 6-da İrəvanda oynanacaq Ermənistan-Türkiyə futbol oyununu canlı izləməyə dəvət edib. Türkiyə prezidentinin İrəvana getmək qərarı qətiləşməsə də bu səfərin reallaşacağı gözlənilir.
Oxunub: 302
Ermənilərin qondarma siyasəti davam edir
Son dövrlər İranda bu ölkənin vətəndaşı olan ermənilərə qondarma "Dağlıq Qarabağ Respublikası"nın vətəndaşı statusu və bunu təsdiqləyən pasportlar verilir.
   APA-nın məlumatına görə, digər xarici ölkə vətəndaşları olan ermənilərin bir qisminə də analoji pasportların verilməsinə dair məlumatlar var. Həmçinin, son zamanlar erməni diasporu tərəfindən Ermənistan və digər ölkələrdə yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsi istiqamətində fəal iş aparmağa başlanıb. Diaspora bunun müqabilində Dağlıq Qarabağda məskunlaşacaq hər bir erməni ailəsinə, eləcə də həmin ailələrdə doğulacaq hər uşağa görə müəyyən miqdarda maliyyə vəsaiti vəd edir. Ermənilər bununla Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin sayı barədə şişirdilmiş rəqəmlər əsasında saxta hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara göndərirlər.
   
Oxunub: 279
Sentyabrın 5-i son gündür
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyin irəli sürülməsi üçün müəyyən olunmuş müddət sentya-brın 5-də başa çatacaq. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq avqustun 11-dən namizədlərin seçki sənədlərinin qəbuluna başlanıb və həmin qanunun 94.3.1-ci maddəsinə uyğun olaraq sentyabrın 5-də saat 18.00-da namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi dayandırılacaq.
   Bu vaxta qədər isə MSK-da 20 nəfərin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. Cəmi 5 namizəd imza vərəqələrini geri qaytarıb ki, onların da 2-nin - İlham Əliyev və İqbal Ağazadənin namizədliyi qeydə alınıb.
Oxunub: 285
Ercan Çitlioğlu: "Qafqaz Sabitlik Paktı - ölü düşən uşaqdır"
"Əgər prezident Abdulla Gülün səfəri futbol oyunundan başqa iki ölkə arasında problemlərin həllinə yeni platforma yaradırsa, buna müsbət baxıla bilər".
   Bu açıqlamanı APA-ya Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ercan Çitlioğlu verib. Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında problemlərin başında bu ölkənin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini 15 ildən çoxdur işğal altında saxlaması durur: "Bütün dünyanın işğal kimi qəbul etdiyi bir məsələ ilə bağlı iki ölkə prezidentinin fikir mübadiləsi aparması - İrəvanın bu məsələyə baxışını müəyyənləşdirmək nöqteyi-nəzərdən əhəmiyyətli ola bilər. Sərhədlərimizin Ermənistan tərəfindən tanınmaması, qondarma "erməni soyqırımı" iddialarını bizə qəbul etdirməyə çalışması və bununla bağlı bizim təklif etdiyimiz müştərək komissiya təklifini rədd etməsi bizi son dərəcə narahat edən məsələlərdir. Əgər görüşdə bu məsələlər gündəliyə gətirilib Ermənistanın tutduğu mövqe öyrənilsə, bu səfərin müəyyən dərəcədə əhəmiyyəti ola bilər. Bu səfərdə Türkiyənin Dağlıq Qarabağ məsələsini mütləq gündəmə gətirəcəyinə inandığıma görə səfərin iki qardaş ölkə arasında soyuqluq yaradacağına inanmıram".
   Ercan Çitlioğlu Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik Paktını ölü doğulan uşağa bənzədib: "Məncə, Qafqaz Sabitlik Paktı - ölü doğulan uşaqdır. Xüsusilə, Rusiyanın tutduğu mövqe və ABŞ-ın bu məsələyə soyuq münasibət bəsləməsi səbəbilə təşəbbüsün həyata keçiriləcəyinə inana bilmirəm. Bu paktın həyata keçirilə bilməsi üçün Türkiyə ilə Ermənistanın anlaşması kifayət deyil. Önəmli olan Rusiyanın bu məsələdə tutacağı mövqedir. Bu paktın içində Rusiya ilə Ermənistanın necə mövqe tutacağına ABŞ-ın verəcəyi reaksiyada da həlledici rol oynayacaq".
   
Oxunub: 293