Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
10 PKK-çı məhv edilib
ADP ümumrespublika müşavirəsinə hazırlaşır
Heydər Əliyevin adına dəmir yolu stansiyası açılacaq
İyulun 14-ü konsert olacaq
AMİP-in namizədi dəyişə bilər
Ermənilər atəşkəsi pozmağa davam edir
"Təhsil haqqında" qanun layihəsi beynəlxalq ekspertizaya göndərilib
Toyda kütləvi zəhərlənmə
Tərəqqi "Beşlər"dən çıxarılacaq
Sement oğurlayan yaxalandı
PADŞAHLIQ SEVDASI
Baş idarə saytını yeniləşdirib
Sahibkarlara 10 milyon dollar vəsait paylandı
Rusiya ilə Gürcüstan arasında vəziyyət kritik həddə çatıb
SAĞALMAYAN YARALAR
Motorlu qayıq hələ də tapılmır
ABŞ AZƏRBAYCANI QORUYACAQ, YOXSA ONUN NEFTİNİ?
Əbdüllətif Şənər AKP üzvlüyündən istefa verdi
Azərbaycan Macarıstanda keçiriləcək sammitdə iştirak edəcək
İki mərtəbəli ev yandı
Biri dənizdə, biri göldə boğuldu
Media və hökumət nümayəndələri Qarsa gedəcək
MÜHARİBƏ VƏ SÖZ
"Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir"
ÇÖKMÜŞ PEŞƏ TƏHSİLİ...
HƏSƏNQULUYA GÖZAYDINLIĞI
TÜRKİYƏYƏ GƏNƏ TƏHDİDİ
Oğurluq faktı təsdiqini tapmadı?
XİN İRANIN DÖVLƏT TELERADİO ŞİRKƏTİNİN RƏSMİ SAYTINDAKI MATERİALLA BAĞLI ARAŞDIRMAYA BAŞLADI
Turistlərdən xəbər yoxdur
Cinayət törədən 39 nəfər tutulub
ƏDƏBİ RAKURSLAR
YANLIŞ DA BİR NAXIŞDI
Ermənilərin mahnıları siyahısında Aygün Kazımovanın ifası
Müğənni Ruhi: "Mənə bəxtəvər demək olmaz..."
"Media açarı" iyulun 22-də təqdim olunacaq
Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirildi
ADEBAYOR GEDƏCƏKMİ?
LUİS QARSİA "TOTTENHEM"Ə GƏLİR
"PALERMO" JİQİÇLƏ MARAQLANIR
"ÇELSİ" MÜDAFİƏÇİSİNİ SATIR
"VEST HEM" İKİ OYUNÇUSU İLƏ VİDALAŞIR
"UİQAN"IN MÜDAFİƏÇİSİ GETDİ
"MANÇESTER YUNAYTED" ƏKİZLƏRİ ALDI
OLİÇ "HAMBURQ"DA QALACAQ
Eyfel qülləsində restavrasiya işləri aparılır
52 yaşlı abituriyent
Özbəkistanda xeyli sayda ölənlər var
İsrail İranla müharibəyə hazırdır
PKK-dan Almaniyaya tələb
GÜNÜN LƏTİFƏSİ
   
SEZON FİNALI

Şərti olaraq mənim də yazdıqlarımı serial kimi qəbul edin. Yavaş-yavaş həvəslə baxdığınız seriallar ekrandan yox olur. Ekranın bir küncündə yazı oxuyursuz- "Sezon finalı". Yayda hərə bir tərəfdə olur - dağda, bağda. Ona görə kimsə var gücünü qoyub yaxşı nəsə yaratmağa maraqlı deyil. İşinin bəhrəsini onsuz da görən olmayacaq. Həm də istidə adamın başı da işləmir.
   İlin başa çatmasına hələ var. Həm ilin, həm də yayın ortasına çatmışıq. Amma havanın istiləşməsi adamın əlini işdən soyudur. Bu il çox ölkələrdə "istiləşmə" oldu, yəni siyasi havanın. Bizim üçün də gözlənilir. Ancaq payıza hələ var, cücələri saymamışdan əvvəl öz sezonumuzu finallaşdıraq.
   Yadımdadır ki, keçən yay mövsümü istirahətdən qayıdanda Bakıda bina çökdü. Deyəsən qəza vəziyyəti və göydələn problemi aktual olaraq qalır. Sökülən sökülür, tikilən tikilir. Mətbuat da yazıb-pozur, yəni ulduza hürür.
   2007-2008-ci tədris, pardon, yazı mövsümündə hansı əlamətdar hadisələr oldu? Üzr istəməyinə istədim, amma yazı mövsümü də elə tədris ilinə bənzəyir. Mətbuat da maarifçiliklə məşğuldur. Amma burda da durum məktəblərimizdə olduğu kimidir. Oxuyanlar da var, oxumayanlar da. Yeri gəlmişkən, "Təhsil haqqında" qanun da sinifdə qaldı. Gələn mövsümə. Hələ üstəlik həm attestatsız, həm də diplomsuz qalanlar da oldu.
   Yubileylər oldu - keçirilən, keçirilməyən, qeyd olunan, qeyd olunmayan. Deyək ki, bu mövsümün noyabr ayında Böyük Oktyabr Sosialist İnqilabının 90 illiyi idi. Çox sakit keçdi - təbiidir, hər gözəlin bir vaxtı var. İndira Qandinin, Ernesto Çe Qevaranın da yubileyləri idi. İstanbulun fəthinin 555-ci illiyi idi. Cümhuriyyətin qurulmasının 90 illiyi, bu hadisələrdən doğulmuş təşkilat və qurumların da eləcə.
   Sonra nə oldu?.. Heç kimin tanımadığı bir uşağı döyüb ölkənin ən məşhur jurnalistinə çevirdilər, beynəlxalq təşkilatlar ona mükafat-zad verdi. Bəlkə də bu uşağın bir inşa yazacaq qabiliyyəti yoxdur , ancaq nə dəxli var - əsas odur ki, adın siyahıya düşsün - bir tərəfin ağ, bir tərəfin qara siyahısı olsa belə. Bir halda ki, söz düşdü siyahıdan və söz düşdü jurnalistlərdən, Mətbuat Şurası da qurultay keçirdi. Orda da eyni prinsip işləyirdi, yəni siyahı məsələsi - ağ və qara. Hərəyə görə də öz siyahısı daha doğru rəngdə idi. Qəzetimizin cavan yazarı ora-bura çox qaçdı, çox çabaladı ki, "mən də, mən dəg" Dedim, bala, sakit ol, siyahı hazırdı, sənin də adın orda yoxdu. Dilini şirin elə, bəlkə gələcəkdə hansısa dəftərə sənin də adın düşər. Bu siyahı məsələsi doğrudan da bir az qəliz məsələdi. Çünki aşağıda yazılıb yuxarıya göndəriləndə gərək onların siyahısı ilə üst-üstə düşsün. Məsələn, yazıçıların təqaüd söhbəti bir il müzakirə olundu, nə qədər adam yalvar-yaxar , hədə-qorxu bu təqaüdə iddialarını bildirdilər. Axırı nə oldu? Dava-dalaşla hazırlanmış siyahı getdi yuxarı, sonrası məlum. Dəxli yoxdur, nə yazırsan, necə yazırsan. Məsələn, təqaüd ala bilməyən yazarlardan biri özü haqqında müxtəlif qəzetlərdə tərif yazdırdı və necə bir ədalətsizliyə uğradığından yazdırdı. Xeyri nədi, adın siyahıda olmayandan sonra. Abimiz Tofiq Abdin təqaüd aldı, indi də adını başqa siyahıda görmək istəyir. İnşallah, o da olar. Jurnalist dostumuz Məzahir Əhmədoğlu da gileylidir. Deyir qırx ildi mətbuatda külüng vururam, bir taxta, dəmir nişandan-zaddan da verməyiblər mənə. İndi Mətbuat günü ərəfəsində çox adam səbirsizliklə yeni açıqlanacaq siyahını gözləyir. Keçən il də gözləyənlər olmuşdu. Gözləyin, canım, gözləyin. Yəqin ki, siyahı hazırdı, amma siyahını mən tutsam Vəsilə Usubovanın da adını yazardım orag
   g Olmağına mən də öz siyahımla əlləşirəm. Öz yubiley tədbirim var, payızda - oktyabr ayında Məmməd Arazın 75 illiyidi. Saytını hazırlayıram, şerləri, məqalələri, poemaları, müsahibələri seçirəm, götür-qoy edirəm. Mən bilən çox obyektiv siyahı hazırlamışam - bir başa özümə aidiyyatı var axı. Bizdə belədi də, gərək yada salanın olsun. Ta sən kimsən, hansı çəkidəsən, hansı mərtəbədəsən, ona baxan yoxdur. Əsas odur ki, qohumların hansı zirvədədi. Kimin nə qədər dahi olduğu həmin zirvədən görünür. 4 il əvvəl vəfatından həmən sonra bəzi sərəncamlar verilmişdi. Nə bilim, evinin qarşısında lövhənini vurulması, adının əbədiləşdirilməsi və s. Sərəncam olaraq qaldı. Yəni lazımlı siyahıya düşmədi. Mən anlayıram ki, lövhə vurmaqla ad əbədiləşmir. Lövhədi bu gün vurarsan, sabah çıxararsan. Gözümüzün qabağında nə qədər belə hadisələr olub. Dil və xalq yaşayacağı halda əsl sənət əbədiləşir. Amma məsələ bundadır ki, mən bu dilin yaşayacağından o qədər də əmin deyiləm. Sərəncamları həyata keçirəcək mədəni nazirliyimizin "dövlət dili" məlum, xalqı yönəldəcək televiziyaların da dili türk seriallarının dilinə çevrilir. Yazıq Mirzə Cəlil, bir vaxtdan sonra "Anamın kitabı"nı da oxuyacaq kimsə qalmayacaq.
   ...Bu ov mövsümündə, pardon, yazı mövsümündə təxminən 50 yazı yazmışam. Yenə üzr istədim, amma elə yazı yazmaq da ovçuluq kimi bir şeydi. Hədəfi nişan alırsan, atırsan. Bəzən dəyir, nərildəyə-nərildəyə gəlirlər üstünə, bəzən də (əslində çox vaxt) kimsənin tükü də tərpənmir. Bildiyim qədəri yazdıqlarımı oxuyurlar, amma hansı mərtəbələrdə, onu bilmirəm. Həmin siyahı məndə yoxdu. Yazılanlara münasibət də birmənalı olmur. Deyirsən ki, nadan, cahil olmayın, başqa millətlər sizin haqqınızı yeməsin - əsəbləşirlər. Deyirsən ki, tualetləri təmiz saxlamaq lazımdır -hirslənirlər. Deyirsən ki, yaltaqlıq, yalaqlıq eləməyin, yalan danışmayın - qıcıqlanırlar. Deyirsən ki, avropalılar irqçidi - ona da qəzəblənirlər. Görəsən nədən? Nazim Hikmət deyir ki:
   
   İnsanlarım, ah mənim insanlarım,
   Antennalar yalan deyirsə,
   Yalan deyirsə mətbəələr,
   Kitablar yalan deyirsə,
   Divarda afişa,
   Sütunda elan yalan deyirsə,
   Ağ pərdədə yalan deyirsə
   Çılpaq baldırları qızların,
   Dua yalan deyirsə,
   Laylay yalan deyirsə əgər,
   Yuxu yalan deyirsə,
   Meyxanada kaman çalan yalan deyirsə,
   Yalan deyirsə ümidsiz günlərin gecələrində
   Ay işığı,
   Səs yalan deyirsə,
   Söz yalan deyirsə,
   Əllərinizdən başqa hər şey,
   Hər kəs yalan deyirsə əgər,
   Əlləriniz palçıq kimi itaətli,
   Əlləriniz qaranlıq kimi kor
   Əlləriniz çoban itləri kimi
   Axmaq olsunlar,
   Əlləriniz üsyan etməsin deyədi
   Və onsuz da çox az qonaq qaldığınız
   Bu ölümlü, bu yaşamalı dünyada
   Bu alış-veriş səltənəti,
   Bu zülm bitməsin deyədi.
   
   Nazim Hikmət yalan demir. Heç mən də yalan demirəm. Yazdıqlarıma bir nəzər salım:
   
   "Mən böyük bir ölkənin vətəndaşı kimi doğulmuşdum, böyük ölkənin vətəndaşı olaraq, amma kiçicik, yarızirzəmi bir evdə. Atam da, anam da kənd uşağı idilər. Kimsəsiz olsalar da həmin dövlət onlara oxumaq, savadlanmaq imkanı vermişdi ("Qayçı" hekayəsi yadıma düşür - Sovet hökuməti adama qaloş da verir, qaloşun üstündən qaloş da verir). Bir babam Rusiyada təhsil alıb hərbçi kimi dönsə də 30 yaşında vəfat etmişdi. O biri babam Sibir sürgünündən qayıdıb kənddə öz torpağı ilə əlləşirdi. Atam "xalq düşməninin" oğlu idi, amma mən doğulanda Vətənimizin paytaxtı Qızıl Moskvada oxuyurdu..."
   ("Mən və sən")
   
   "Muzey künclərində beş-altı nəfərin iştirakı ilə yubileyləri qeyd olunan nəhənglərimiz, gorunuz çatlasın. Bu xalqın sizə heç borcu-zadı yoxdu. İndi ürəyinizdən keçirə bilərsiniz ki, xalq neyləsin, xalqın əlində nə var. Bəs o xanımlara ad günü keçirənlər, maşın alanlar, klip çəkdirənlər də bizim xalqın nümayəndələridir də. Bax indi ümumxalq bayramı kimi həmin xanımın ad gününə hazırlaşırlar, xeyriyyə marafonu da olacaq..."
   ("Qınamayın İsgəndəri...")
   
   "Bir də ki, necə olur vəzifələr paylananda rusdillilərə verirlər, qalanlarına isə hətta bu dildə filmə baxmaq belə yasaq olur? Deməli, öz dillərində danışmağı ar bilənlər seçilmiş təbəqədir. Onlara hər şey olar, qalanlar başının çarəsinə baxsın. Araşdırma aparsaq ki, Azərbaycan ədəbi dilini mükəmməl bilən nə qədər nazirimiz var və bu nazirlərin övladları hansı dildə təhsil alırlar ürəkaçan mənzərə olmayacaq. Bir neçə il əvvəl təhsil nazirimizdən bu mövzu ilə bağlı müsahibə götürürdüm və bu sözləri ona da demişdim..."
   ("Öz dilimizdə - "Amneziya"")
   
   "Hər kəs inandığı həqiqətlər uğrunda özü bildiyi kimi mübarizə aparır. Siyasi xadimlər də, yazı-pozu adamları da. Amma son söz əlbəttə ki, səlahiyyət sahiblərinindi. Düzdür, ədəbiyyat da, mətbuat da həyatı doğru-düzgün əks etdirməklə, insan qəlbinə nüfuz etməklə tarixi missiyalarını yerinə yetirirlər. Mənəvi-ekoloji iqlimin bu qədər pozulduğu bir dövrdə isə yazılanı oxuyan yoxdur. Amma qədim hind fəlsəfəsi deyir ki, dünyada qeyri sabitlik qədər sabit heç nə yoxdur. Bu gün biz bunu bütün hüceyrələrimizlə hiss edirik. Yaşadığımız mühiti, cəmiyyəti dəyişməyə çalışırıq. Amma cəmiyyət də bizi dəyişir. Mətbuat təkcə güzgü olaraq qala bilməz. Həm də bir təsir mexanizmi də olmalıdır. Yəqin bizə dərdini söyləməyə gələnlər də belə düşünür".
   ("Güllər açılsın...")
   
   Mənim fikirlərimlə razısınız, ya razı deyilsiniz? Bilirəm ki, il ərzində diqqətli oxucularım olub. Yazılarımı xatırlayırlar, gözləyənlər də var. Amma yorulmuşam, dincəlmək istəyiəm. Daxili əmrlə özümə istirahət verirəm. Sezonu finallaşdıranda ən qabarıq gözə görünən nə oldu? Deyəsən, siyahı məsələsi. Amma bu il o məsələni yazmadım. Qalsın gələn sezona. Məşhur bir proqramda deyildiyi kimi, çalışaq salamat qalaq, Əzrayılın siyahısına düşməyək. Görüşərik inşallah.
   
   P.S. Dünyada qeyri sabitlik qədər sabit heç nə yoxdur.
   
   
İradə TUNCAY
iradetuncay@rambler.ru
Oxunub: 684
PUBLİKA VƏ PUBLİSİSTİKA (151)
RESPUBLİKA GÜNÜ (455)
SEÇİLMİŞ (369)
MAY NƏĞMƏSİ (426)
DORİAN QREYİN PORTRETİ (542)
ÇİÇƏK TAPA BİLMƏDİM... (530)
ONDAN BİR DƏ OLMAYACAQ (407)
Zeynəb Xanlarova İradə Tuncayın təqdimatında
İLLƏRDƏN BİRİ (254)
QƏLƏMİN UCUNDAKI MÜRƏKKƏB (364)
SARI ODALAR (381)
SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL (280)
Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur.
SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL (366)
SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL (405)
BEŞ (413)
YOXLANILMAMIŞ XƏBƏRLƏRƏ GÖRƏ... (314)
VƏ YA DİPLOMATİK S?HBƏT
ATA OLMAQ HAQQI (332)
BU GÜN ATATÜRKÜN İSTİQLAL SAVAŞINI BAŞLAMAQ ÜÇÜN ANADOLUYA GEDİŞİNDƏN 90 İL ÖTÜR
İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... (505)
İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... (729)
İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... (674)
BİRİNCİ OLMAQ SƏADƏTİ (470)
ƏNƏNƏLƏR (581)
YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR... (567)
MARTIN BİRİNCİ YARISI (552)
FALA BAXIRAM (553)
BİZİM ERA BAŞLAYIRMI (571)
Və yaxud Anno Domini
ƏDALƏT VƏ MƏRHƏMƏT (542)
ANANIN KİTABI (607)
BLOKADA (652)
YADA DÜŞDÜ (641)
İKİ SEVGİ (654)
BAĞIŞLANAN ŞAİRLƏR VƏ BAĞIŞLANMAYAN TORPAQLAR (634)
BİS SEXTUS... (726)
Münhen sövdələşməsi... Və dünyanın görmədiyi çadır
SEZON FİNALI (684)
AH AVROPA, AVROPA... (659)
NO TO RACİSM ! (638)
İNSAN (544)
QIRMIZI GÜN (623)
GÜLLƏR AÇILSIN... (685)
NATURALİST YAZI (580)
555 (608)
YÜZ CAVAN OĞLAN (655)
SORĞU (622)
QƏLƏMİN UCUNDAKI MÜRƏKKƏB (598)
MAY NƏĞMƏSİ (695)
ƏLAC NƏDİR? (650)
Cinayət və cəza (706)
YAZIÇI VƏ SAVAŞ (604)
DEPRESSİYA (916)
AXTAR, OXUCU, AXTAR (651)
ƏNƏNƏLƏR (693)
QUO VADIS?.. (624)
ETİRAF (711)
VƏ YAXUD VAQİF MUSTAFAYEVƏ TƏŞƏKKÜR MƏKTUBU
QADIN HƏYATINDAN FRAQMENTLƏR (703)
BƏY, XAN, SULTAN VƏ BAŞKAN (689)
BƏY, XAN, SULTAN VƏ BAŞKAN (750)
PAY (713)
MƏN VƏ SƏN (990)
Xoş gəldin, balaca!
YAZIÇILAR ÖLKƏSİ, OXUMAYANLAR MƏMLƏKƏTİ... (1255)
Və bir də ortalıqda qalanlar
QINAMAYIN İSGƏNDƏRİ... (1065)
Yaman olur anlamaq dərdi
ELƏ ÖLÜLƏR VAR Kİ... (902)
Sevdaya
ÖZ DİLİMİZDƏ - "AMNEZİYA" (938)
İKİ ÜZLÜ AY (866)
İLİN YEKUN HƏQİQƏTİ - YALAN (631)
QIŞ GÜNÜNÜN ROMANTİKASI (460)
SEÇİLMİŞ (395)
MƏNİM SƏADƏTİM HARDASA İTDİ... (428)
KİMƏ GÜLZAR, KİMƏ XƏZƏL DÜNYADI... (468)
RƏĞBƏT (422)
AY ÖLKƏSİ (413)
Ailə xatirinə bir adamı, icma xatirinə ailəni, ölkə xatirinə icmanı, Ruh xatirinə bütün bir aləmi qurban ver! (Qədim Sanskrit şerindən)
ƏZİZ İNSAN (401)
XÜSUSİ TAPŞIRIQ (422)
VAXTINDA GƏLDİKMİ BU DÜNYAYA BİZ? (370)
TÜRK MƏSƏLƏSİ (420)
ƏN DƏRİN BİR ÇAY VAR... (395)
BİR DƏ ÖMRÜMÜZƏ QAYITMAZ BU GÜN... (374)
YOLDAŞ ÇE (392)
DAMA ÇIXAQMI? (387)
Qapımızı döyürlər (396)
Ə, SƏNNƏN DÖYÜLƏM?! (406)
LEYSAN ÖZLƏMİ (435)
BİR GÜN... (423)
GÜLMƏLİ ZARAFAT (455)
Dünyanın arşını (374)
PUBLİKA VƏ PUBLİSİSTİKA (417)
ÖLƏN İSTƏKLƏRİMİZ (421)
SƏS (404)
(Mikayıl Mirzənin xatirəsinə)
HAVA AXINLARI (394)
İNSAN (394)
İMTAHAN (384)
TARİXDƏN YAZMAQ... (396)
J F K (414)
SÖZGƏLİŞİ
ATA OLMAQ HAQQI (400)
SÖZGƏLİŞİ
ÖMÜRDƏN ÜÇ GÜN... (428)
SEÇİLMİŞ (337)
BƏHANƏ (400)
NAĞIL (412)
SÖZGƏLİŞİ
ZƏMANƏMİZİN QƏHRƏMANI (474)
USTADlar VƏ BİZlər (407)
DƏYİŞMƏ - DƏYİŞMƏ (390)
ƏNƏNƏ YA DA AFİNALILAR VƏ SPARTALILAR (401)
-Sözgəlişi-