Vətəndaşlara kompensasiya ödəniləcək
Bakı şəhərinə keyfiyyətli içməli suyun verilməsi məqsədi ilə çəkilən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi çərçivəsində bu günədək 153 km-dən artıq boru xətti çəkilib.
"APA-Economics"in məlumatına görə, "Azərsu" ASC-nin prezidenti Nizaməddin Rzayev bildirib ki, hazırda bu layihə üzrə çay və yol keçidlərində tikinti işləri davam etdirilir, xidməti yollar çəkilir, sugötürücü mənbədə artezian quyuları qazılır.
Kəmərin keçdiyi ərazilərdə yaşayan vətəndaşlara torpaq sahələrinə görə kompensasiyaların verilməsinə gəlincə, N.Rzayev bildirib ki, 8 rayonun ərazisindən keçən kəmər boyu 3 974 nəfərin xüsusi mülkiyyəti, 2 365 hektar torpaq sahəsi var. Bu vətəndaşlara kompensasiyaların verilməsi ilə bağlı sənədlər hazırlanır. Hər bir rayon üzrə komissiya yaradılıb və əlaqədar nazirliklər komissiyada təmsil olunub. Ötən dödvr ərzində artıq 2000-dən artıq akt tərtib olunub və bu iş davam etdirilir.